World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə31/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   27   28   29   30   31   32   33   34   ...   102

64 
 
Strategiya və siyasətlər
33
 
1.29.
 
Azərbaycanın  strategiyası  neft  gəlirlərindən  istifadə  edərək  iqtisadiyyatı 
müasirləĢdirməkdən  və  bazar  prinsipləri  əsasında  fəaliyyət  göstərən  iqtisadiyyata  keçidin 
tamamlanmasından  ibarətdir.  Azərbaycan  neft  gəlirlərinin  bir  qismini  istifadə  edərək  əsas 
infrastruktur problemlərin aradan qaldırılması və islahatların aparılması yolu ilə iqtisadiyyatının 
inkiĢafına  nail  olmaq  niyyətindədir.  Gözlənilir  ki,  neft  bumunun  ilk  illərində  qeyri-neft 
iqtisadiyyatının qurulması üçün investisiyalar yatırılacaq və sonrakı illərdə geniĢ istehsal bazası 
hesabına  müsbət  nəticələr  əldə  olunacaq.  Azərbaycanın  neft  və  qaz  gəlirlərinin  idarəolunması 
üzrə uzunmüddətli strategiyası (NQGĠUMS) da bu məqsədə qulluq edir.
34
  Hökumət irimiqyaslı 
investisiyaların  baĢlanılması  nəticəsində  inflyasiya  artımını  gözləyir,  lakin  hesab  edir  ki,  
gələcəkdə  iqtisadiyyatın  sürətli  artımının  təmin  olunması  üçün  bu  münasib  qiymətdir. 
Hökumətin  qənaətinə  görə  ölkə  infrastrukturu  qurulduqdan  sonra  özəl  sektor  iqtisadi  artımda 
aparıcı rol oynayacaq və ölkə iqtisadiyyatı keçid dövrünü baĢa vuracaq.  Belə praktiki yanaĢmanı 
qəbul  edərək,  hökumət  infrastruktur  sahələrdə  problemləri  həll  etmək,  aktivlər  üzrə  mülkiyyəti 
saxlamaq  və  idarəçilikdə  böyük  rol  oynamaq  niyyətindədir.  Eyni  zamanda,  Hökumət  neft 
gəlirləri  gəldikcə  və  Neft  Fondunda  akkumulyasiya  edilərkən  kasıb  təbəqənin  gəlirlərinin 
artırılmasına çalıĢır. Bu baxımdan, dövlət sektorunda maaĢlar və sosial transferlər artırılmıĢdır.
35
 
1.30.
 
Sektoral  struktur  nöqteyi-nəzərindən  kommunal  Ģəbəkəyə  (əsasən  elektrik  enerjisi 
və  yollar)  qısa  müddət  baxımından  böyük  önəm  verilib.  Kənd  təsərrüfatı  və  xidmətlər 
sektoruna isə  orta  müddət baxımından daha çox diqqət yetirilməsi  gözlənilir. Azərbaycan, 
kommunal  sektorun  pis  vəziyyətini  və  iqtisadi  inkiĢaf  üçün  problemlərin  yaratmasını  nəzərə 
alaraq onun inkiĢafına böyük önəm vermiĢdir. Bununla belə, Azərbaycan kənd təsərrüfatı (qida 
emalı)  və  xidmətlər  sektorunda  (pərakəndə  satıĢ,  tranzit  xidmətlər,  maliyyə,  otel  və 
mehmanxanalar)  iqtisadi  artım  və  məĢğulluğun  geniĢlənməsini  gözləyir.  Belə  meyllər  sosial 
sektorlarda  da  gözlənilir  (xüsusilə  təhsil  və  səhiyyə).  Bütün  bunlar  həmin  sektorların  ali  savad 
verən  qurumlarına  irimiqyaslı  investisiyaların  yatırılmasını  tələb  edir  (səhiyyə  sahəsində 
investisiyalar orta savad verən sektorlara da tələb olunur).  
İnstitusional və siyasi islahatlar.  
1.31.
 
Təfərrüatlı  islahatlar  zərfi.  Azərbaycanın  islahatlar  zərfi  makroiqtisadi  parametrlər 
əsasında qurulub ki, bu da daha yaxĢı maliyyə siyasəti, tənzimləmə və özəlləĢdirmə tədbirləri ilə 
birlikdə  tarazlaĢdırılmıĢ  iqtisadi  artım  üçün  zəmin  yaradır.  Səylər  investisiya  mühitinin 
yaxĢılaĢdırılması,  kreditə  çıxıĢ  və  infrastrukturun  keyfiyyəti  sahəsində  göstərilməlidir.  Qeyd 
olunanlar  kənd  ərazilərinin  kompleks  inkiĢafı  siyasətinin  bir  hissəsi  olan  kənd  təsərrüfatının  və 
turizm  sektorunun  artımı  üçün  Ģərait  yaratmalıdır.  Ġslahatlar  zərfi  büdcə  prosesinin 
müasirləĢdirilməsinin  tamamlanmasını  (DĠP-in  prioritetləĢdirilməsi  nəzərə  alınmaqla)  və 
məzənnənin  bahalaĢmasının  qarĢısının  alınmasını  nəzərdə  tutur.  Bununla  yanaĢı  aĢağıdakı 
məsələlər də əhatə olunmalıdır: iqtisadiyyatda irimiqyaslı özəlləĢdirmənin aparılması (kommunal 
və  bank  sektorları  daxil  olmaqla),  enerji  sektorunda  struktur  islahatlar  (ARDNġ-ın 
                                                 
33
 Bu və növbəti bölmə Dünya Bankı və BVF-nın bir sıra sənədləri əsasında hazırlanıb: SAC-II ICR, PRSC ICR, və 
iki JSANs. 
34
 NQGĠUMS-ə  üçüncü  fəsildə  nəzərdən  keçirilmiĢ  çox  vacib  konsepsiya  daxil  edilmiĢdir.  Yəni,  hökumət  neft 
gəlirlərindən real ifadədə təxminən sabit həcmdə vəsaiti xərcləməyi planlaĢdırmalıdır.  
35
 Hökumətin baxıĢları bu dövr ərzində bir neçə yerdə ifadə olunmuĢdur. Sistematik olaraq isə bu baxıĢlar yalnız bir 
neçə  halda  sənədləĢdirilmiĢdir:  2003-cü  ildə  Prezidentin  çıxıĢı,  2003-2005-ci  illərin  Yoxsulluğun  azaldılması  və 
iqtisadi  inkiĢafa  dəstək  dövlət  proqramı  (YAĠĠDDP),  Azərbaycan  Regionların  sosial-iqtisadi  inkiĢafı  dövlət 
proqramı (2006-2008),  2008-2012-ci illər üçün ikinci proqramın layihəsi hazırlanıb. 


65 
 
restrukturizasiyası),  ümumi  orta  təhsil  üçün  yeni  kurrikulumun    qəbul  olunması,  baza  səhiyyə 
xidmətləri paketinin qəbul olunması və sair. Dünya Bankı birinci nəsil islahatların əksəriyyətinin 
2010-cu il üçün tamamlanmasını gözləyir. 
1.32.
 
Praktiki olaraq, sosial sektora ən böyük prioritet verilmiĢdir (xüsusilə sosial siyasət 
və yoxsullara yardım). Azərbaycanda ünvanlı sosial yardım sxemi tətbiq olunmuĢdur ki, bu da 
2008-ci ilin sonunda 165 000 ev təsərrüfatlarını əhatə etmiĢdir. Ünvanlı sosial yardım sxeminin 
səmərəliliyi  2008-ci  ilin  Həyat  səviyyəsi  üzrə  sorğu  hesabatlarında  qeyd  olunmuĢdur.
36
 Eyni 
zamanda,  Azərbaycanda ən aĢağı gəlirli qruplarda yoxsulluq səviyyəsinin azaldılması məqsədilə 
pensiyalar  və  əməkhaqqılar  artırılmıĢdır.  Bununla  yanaĢı,  ibtidai  və  orta  təhsil    sahəsində 
(kurikulumun  yenidən  nəzərdən  keçirilməsi,  müəllimlərin  treninqləri  və  iĢ  həcmi)  və  səhiyyə 
sektorunda (səhiyyə xidmətlərinin baza paketinin müəyyən olunması, səhiyyə sığortası) islahatlar 
həyata  keçirilir.  Son  olaraq,  Azərbaycanın  2005-ci  ildən  baĢlayan  irimiqyaslı  investisiya 
proqramı özü özlüyündə böyük məĢğulluq proqramı kimi də qəbul oluna bilər. 
1.33.
 
 Praktikada  Azərbaycan,  Neft  Fondunun  təqdirəlayiq  fəaliyyəti  istisna  olmaqla, 
makroiqtisadi  idarəetmənin  siyasət  və  institusional  aspektlərinə  ikinci  dərəcəli  önəm 
vermiĢdir.  Xərclərin  idarə  olunmasına  isə  daha  aĢağı  önəm  verilmiĢdir.  Ümumiyyətlə 
Azərbaycanın makroiqtisadi siyasəti makroiqtisadi sabitliklə uyğun olmuĢdur: 2008-ci ilə qədər 
büdcə  xərcləri  dayanıqlı  olmuĢ,  lakin  inflyasiya  təzyiqləri  daha  çevik  məzənnə  rejimi  ilə 
yumĢaldıla bilərdi (növbəti bölmədə müzakirə olunur). Azərbaycan milli valyutanın bahalaĢması 
və maliyyə sektoru tərəfindən iqtisadiyyata kreditin artımını kifayyət qədər yaxĢı səviyyədə idarə 
edə  bilmiĢdir.  Makroiqtisadi  siyasətin  ən  əsas  problemi  dövlət  xərclərinin  öncədən  məlum 
olmaması və onların orta-müddət perspektivində istiqamətlərinin formalaĢdırılmamasıdır. Bu, öz 
növbəsində,  büdcə  təĢkilatlarının  xərclərində  çox  az  məhdudiyyətlərin  olmasına  gətirib 
çıxarmıĢdır.  Nəticədə  xərclərin  ortamüddətli    planlaĢdırılması  və  səmərəliliyin  artırılması  üçün 
heç  bir  təzyiq  (tələb)  olmamıĢdır.  Xərclərlə  bağlı  əsaslandırılmıĢ  baxıĢın  olmaması,  öz 
növbəsində 
büdcə 
sistemində 
islahatların  aparılmasını  və  dövlət  investisiyalarının 
qiymətləndirmə  sisteminin  yaxĢılaĢdırılması  məsələsini  ləngitmiĢdir.  2008-ci  ilin  əvvəlində 
Ġqtisadi ĠnkiĢaf Nazirliyinin rəhbərliyi altında yaranmasına böyük ehtiyac duyulan Makroiqtisadi 
UzlaĢdırma  Komitəsi  formalaĢdırılmıĢdır.  Azərbaycanın  makroiqtisadi  və  xərclərin  idarə 
olunması sahəsində aparılan kiçik islahatlardan istisna Neft Fondunun yaradılması və fəaliyyəti 
olmuĢdur.  Neft  Fondu  sabitləĢdirmə  və  gələcək  nəsillər  üçün  gəlirlərin  qorunub  saxlanılması 
sahəsində  etibarlı  xidmət  etmiĢdir.  Neft  Fondu  ölkənin  Hasilat  Sənayesində  ġəffaflıq 
TəĢəbbüsünə  (HSġT)  qoĢulmasına  rəhbərlik  etmiĢ  və  2007-ci  ildə  BMT  ĠnkiĢaf  Proqramının 
Dövlət Qulluğunda nailiyyətlərə görə mükafatına layiq görülmüĢdür (HaĢiyə 1.2).  
                                                 
36
 Dünya Bankının ev təsərrüfatları icmalı əsasında hazırlanmıĢ tədqiqatıdır. 
Azərbaycanın  Neft  Fondu  (NF)  29  dekabr  1999-cu  il  tarixdə  Prezident  fərmanı  ilə  yaradılmıĢdır.  Neft  Fondunun 
əsasnaməsi Prezident tərəfindən 29 dekabr 2000-ci il tarixdə təsdiq edilmiĢdir. Neft Fondunun vəzifəsi stabilizasiya 
fondu  kimi  fəaliyyət  görsətmək  və  neft  gəlirlərinin  gələcək  nəsillər  üçün  yığmaqdan  ibarətdir.  2008-ci  ildə  Neft 
Fondunda  11.2  mlrd.  $  həcmində  aktivlər  akkumulyasiya  edilmiĢdir.  Neft  Fondunun  aktivləri  2001-ci  və  2005-ci 
illərdə qəbul olunmuĢ (və əlavələr edilmiĢ) investisiya  əsasnaməsi əsasında idarə olunur. Neft  Fondunun  gəlirləri 
aĢağıdakılarını nəzərdə tutur:  Hökumətin payına düĢən gəlir neft və qazın satıĢından əldə olunan gəlirlər, neft və 
qaz layihələri üzrə BTC-nin dividentləri, NF aktivlərinin idarə olunmasından əldə edilən gəlirlər və digər. Bununla 
yanaĢı Neft Fondu  HSġT-də  hökumətin icra  qurumu  kimi fəaliyyət  görsətir. Azərbaycan HSġT sahəsində  geniĢ 
təcrübə  toplamıĢ  və  yeganə  ölkədir  ki,  HSġT  üzrə  artıq  8  hesabat  təhvil  verib.  Azərbaycan  HSġT-yə  namizəd 
statusunu 2007-ci ilin sentyabrında alıb və Qiymətləndirmə prosesini keçən ilk ölkədir (2009).  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə