World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə32/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

66 
 
 
1.34.
 
Praktiki  olaraq  kommunal  sektorda  həyata  keçirilən  siyasətlər  və  institusional 
islahatlar  zəif,  lakin  maliyyə  idarəçiliyi  baxımından  həssas  olmuĢlar  (hökumətyönümlü 
olsalar  da).    Hökumət  ölkənin  kommunal  sektoru  üzrə  (enerji,  qaz,  xətli  rabitə,  yolların  idarə 
olunması və dəmir yolları) mülkiyyət hüququnu saxlayaraq özəl sektora (və ev təsərrüfatlarına) 
göstərilən  xidmətlərin  keyfiyyətinin  gücləndirilməsinə  üstünlük  verir.    Bununla  bağlı  Hökumət 
xidmətlərin  keyfiyyətini  artırmaq,  sayğaclaĢdırma  prosesini  sürətləndirmək  və  hökumət 
tərəfindən  Ģəffaf  monitorinqin  həyata  keçirilməsi  məqsədilə  beynəlxalq  mühasibat  uçotu 
standartlarının  tətbiq  olunması  üçün  kommunal  sektora  böyük  investisiyalar  yatırmıĢdır.  Bu 
səylər  nəticəsində  aĢağıdakılar  əldə  olunmuĢdur:  (i)  kommunal  sektorun  əksər  sahələrində  tarif 
dərəcələrinin rentabel səviyyəsinə çatdırılması (axırıncı dəfə 2007-ci ilin yanvarında), (ii) enerji, 
qaz  və  su  sektorlarında  sayğaclaĢmaya  investisiyaların  yatırılması  və  paralel  olaraq  yığım 
səviyyəsinin  artırılması  və  (iii)  Beynəlxalq  Maliyyə  Hesabatlığı  Standartlarına  investisiyaların 
yatırılması  (müəssisədən  asılı  olaraq  2009-2011-ci  illərdə  qüvvəyə  minməsi  gözlənilir).    Qeyd 
olunan  nailiyyətlərə  baxmayaraq  yanaĢmalarda  müəyyə  ziddiyyət  mövcuddur  ki,  bu  da  özəl 
sektorun  dövlət  müəssisələrinin  idarəçiliyində  az  iĢtirakı  ilə  bağlıdır.  Nəticədə  Hökumət 
çiyinlərində  böyük  kommersiya  yükü  daĢıyır.  Kommunal  sektorun  üzləĢdiyi  problemlər  4-cü 
fəsildə müzakirə olunur. 
 
1.35.
 
Doing  Business  2009  göstərilən  son 
irəliləyiĢlərə  baxmayaraq  Azərbaycan  özəl 
sektor 
üçün 
tənzimləmə 
mühitinin 
yaxĢılaĢdırılmasına  az  diqqət  yetirib.  Doing 
Business 2009 hesabatına görə 2007-2008-ci ildə 
tənzimləmə  sahəsində  əldə  olunan  irəliləyiĢlər 
əsasən biznesin baĢlanması ilə bağlıdır (Fəsil 5). 
Eyni 
zamanda, 
Rəqabət 
məcəlləsinin 
və 
Ġnvestisiya  haqqında  Qanunun  qəbul  olunması, 
lisenziyalaĢdırma  və  gömrük  inzibatçılığı  kimi 
digər  tənzimləyici  islahatlar  gecikir.    Doing 
Business  2008  hesabatında  Azərbaycan  97-ci 
yerdədir.   
 
 
Dövlət xərcləri 
1.36.
 
ĠnkiĢaf  strategiyası  2006-cı  ildən  baĢlayaraq  çox  geniĢ  fiskal  ekspansiyada  əksini 
tapmıĢdır (bunun makroiqtisadi qiyməti hökumət üçün məqbul səviyyədədir). 2004-2008-ci 
illər ərzində mərkəzi hökumətin xərcləri real baxımdan iki dəfə artmıĢdır ki, bu da cari xərclərin 
72  faiz,  investisiya  xərclərinin  isə  226  faiz  artımı  hesabına  baĢ  vermiĢdir.  Nəticədə,  hökumətin 
icmal  xərclərinin  qeyri-neft  ÜDM-də  xüsusi  çəkisi  2004-cü  ilin  40.5  faizindən  2008-ci  ildə 
gözlənilən  81  faizə  qədər  artmıĢdır  (Diaqram  1.21).  Bununla  yanaĢı,  xərclərin  sıçrayıĢlı  artımı 
qeyri-neft  fiskal  kəsrin  qeyri-neft  ÜDM-də  xüsusi  çəkisini  2005-ci  ilin  12.6  faizindən  2007-ci 
ildə 32.1 faizə qədər artırsa da ümumi fiskal balans müsbət qalmıĢdır. Hökumətin fikrincə dövlət 
HaĢiyə 1.2:
 Azərbaycanın Neft Fondu – Beynəlxalq rol və tanıma
 
Diaqram 1.21:
 S
on dövrlərdəki xərclər (2003-
2008) 
 
Mənbə: BVF və Dünya Bankının hesablamaları 
0
1
2
3
4
5
6
03
04
05
06
07
08
m
lrd.A
ZN
, 2006
-c
ı i
lin 
qi
ym
ət

ri i

0
10
20
30
40
50
60
70
80
90
q-n Ü
D
M
-də
 fa
iz

Cari
Ġnvestisiyalar
Ümumi Xərclər (sağ aksis)


67 
 
xərclərinin  artımının  bir  neçə  il  ərzində  sürətlənməsi  nisbətən  yüksək  inflyasiya  və/yaxud 
məzənnənin bahalaĢması Ģəklində qısamüddətli fəsadlar törədə bilər. Lakin, məhsuldarlığa onun 
təsiri müsbət olacaq (infrastruktura və potensialın artırılmasına investisiyaların yatırılması ilə) və 
uzun  müddət  baxımından  qeyri-neft  iqtisadiyyatın  rəqabət  qabiliyyətinə  xələl  gətirməyəcək. 
2007-ci  il  üçün  büdcənin  strukturu  bu  fəslin  1.1  əlavəsində  verilib  və  2-ci  fəsildə  də  müzakirə 
olunur. 
                                                
1.37.
 
Azərbaycan iqtisadiyyatı fiskal  stimula cavab vermiĢdir. 2005-2008-ci  illər  ərzində  ölkə 
iqtisadiyyatı həddən artıq yüksək templə inkiĢaf etmiĢdir – orta illik hesabla 24.2 faiz. Qeyri-neft 
ÜDM-in  artım  tempi  neft  sektoru  ilə  müqayisədə  nisbətən  aĢağı  olsa  da  2005-2007-ci  illər 
ərzində  ortaillik  hesabla  12.1  faiz  artım  nümayiĢ  etdirmiĢdir.  Son  dörd  il  ərzində  xidmətlər 
sektoru qeyri-neft iqtisadiyyatının ən dinamik 
inkiĢaf  edən  komponenti  olmuĢdur.  Qeyri-
neft 
sektorunun 
bölgüsü 
göstərir 
ki, 
xidmətlərin  qeyri-neft  əlavə  dəyərdə  xüsusi 
çəkisi  55.1  faiz  artıb,  digər  sektorlarda  isə 
azalma  müĢahidə  olunub:  hal-hazırda  qeyri-
neft  sənayesi  qeyri-neft  ÜDM-in  7.4  faizini, 
tikinti  21.2  faizini,  kənd  təsərrüfatı  isə  16.3 
faizini təĢkil edir
37
.  
1.38.
 
GeniĢ  fiskal  stimul,  ABġ  dollarına 
nəzərən  idarə  olunan  üzən  məzənnə 
rejimi,  monetar  ekspansiya  və  ölkədə 
kredit  bumu  2006-2008-ci  illər  ərzində 
inflyasiyanın  sürətli  artmasına  təkan 
vermiĢdir. Manatın ABġ dollarına nisbətən illik bahalaĢması 2005-ci ildə 6.7 faiz, 2006-cı ildə 
4.9 faiz, 2007-ci ildə isə 3 faiz, 2008-ci ildə isə 4.3 faiz təĢkil etmiĢdir. Nəticədə Mərkəzi Bank 
ekspansionist monetar siyasətini həyata keçirərək manata olan tələbi təmin etmiĢdir. 2006-cı ilin 
mart ayından baĢlayaraq illik inflyasiya 5.4 faizdən 2008-ci ilin dekabr ayında 15.3 faizə qədər 
artmıĢdır  (Diaqram  1.22).  Ġnflyasiyanın  belə  kəskin  artımı  qismən  2008-ci  ilin  əvvəlində 
qiymətlərin inzibati qaydada yenidən baxılması ilə izah olunur (benzin, kommunal xidmətlər və 
idarə olunan qiymətlər). Lakin, inflyasiyanın əsas səbəbi monetar ekspansiya ilə bağlıdır: 2006-
cı ilin yanvarı ilə 2007-ci ilin dekabrı arasında geniĢ mənada pul kütləsi (M2) 622 faiz artmıĢdır. 
Həmin dövr ərzində,  Mərkəzi  Bankın  beynəlxalq  ehtiyatları üç dəfədən  çox artmıĢdır ki,  bu da 
hökumətin  fiskal  siyasətinin  tələblərinin  yerinə  yetirilməsinə  və  manatın  illik  4-5  faiz 
diapazonunda bahalaĢmasını təmin olunmasına uyğundur. Eyni zamanda, kreditin artımı (əsasən 
ev təsərrüfatlarına) 2006-2008-ci illər ərzində 203 faiz təĢkil etmiĢ və daĢınmaz əmlak bumuna 
təkan  vermiĢdir.  Ġnflyasiya  təzyiqləri  qarĢısında  Azərbaycan  Mərkəzi  Bankı  bir  qədər  ləng 
reaksiya vermiĢdir – yalnız 2007-ci ilin mart ayında. Belə ki, 2007-ci ilin mart ayı ilə 2008-ci ilin 
iyul ayı arasında yenidənmaliyyələĢdirmə dərəcəsi 9.5 faizdən 15 faizə qədər artırılmıĢdır. 2008-
ci ilin dekabr ayında bu göstərici 8 faizə qədər endirilmiĢdir (böhran pika çatdıqca Mərkəzi Bank 
monetar siyasətini yumĢaltmıĢdır)
38
.  
                                                 
37
 Ġqtisadiyyatın strukturunda dəyiĢikliklər baĢ versə də rəsmi statistikaya görə məĢğulluğun strukturunda kiçik 
dəyiĢikliklər baĢ verib (Diaqram 1.18). 
38
 2008-ci ilin əvvəlində mübadilə məzənnəsinin çevikliyinin artırılması və idxal inflyasiyasının azaldılması 
məqsədilə AMB məzənnənin formalaĢdırılması üçün ikivalyutalı (dollar və avro) səbət tətbiq etmiĢdir. Qlobal 
böhran dərinləĢəndən sonra bu siyasətdən imtina olunub.  
Diaqram 1.22: Qeyri-neft ilkin kəsir
pul kütləsinin artımı və inflyasiya (2005-2008) 
 
Mənbə: Azərbaycan Mərkəzi Bankı 
0
10
20
30
0
2
4
6
8
03
04
05
06
07
08
F
ai
z
A
Z
N
 mi
ly
ar
d
.
Qeyri-neft kəsiri 
M2 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə