World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə24/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

47 
 
edir
17
 (diaqram  1.1  və  1.2).  Ümumilikdə,  cari  neft  və  qaz  ehtiyatlarından  gözlənilən  fiskal 
gəlirlər (2008-ci ilin iyun ayının proqnozlarına əsasən) xalis cari dəyərlə $198 mlrd. həcmində və 
yaxud 2024-cü ilə qədər adambaĢına gəlir ifadəsində təxminən $1,000 səviyyəsində gözlənilir.
18
 
Cari  neft  proqnozlarına  əsasən  neft  ehtiyatlarının  təxminən  20-25  il  ərzində  tükənəcəyi 
gözlənilir.  Qeyd  etmək  lazımdır  ki,  təxminən  2011-ci  ildən  neft  sektorunun  artım  tempinin  sıfr 
olması, təxminən 2021-ci ildən sonra isə mənfi rəqəmə çevrilməsi gözlənilir.  
1.3.
 
Azərbaycan,  neftdən gələn yeni  fiskal  gəlirləri  məĢğulluq və  iqtisadi  artımı  təmin edə 
bilən dayanıqlı  və  bazar prinsipləri  əsasında fəaliyyət görsədən iqtisadiyyatın yaradılması 
üçün  fürsət  kimi  qəbul  edir.  Ġqtisadi  artımın  mənbələri  bu  hesabatda  müzakirə  olunur,  lakin 
hökumət  tərəfindən  təhrif  verilməsinə  ehtiyac  var.  ġübhəsiz  ki,  iqtisadiyyatın  diversifikasiyası, 
regional  və  qlobal  inteqrasiya  bu  planın  bir  hissəsidir.      2006-2008-ci  illərdə  Azərbaycan, 
inkiĢafın qarĢısında duran ən əsas infrastruktur problemlərini həll etmək üçün,  dövlət xərclərini 
əhəmiyyətli  dərəcədə  artırmıĢdır.  Bu,  elektrik  enerjisinin  təchizatı,  su  və  kanalizasiya 
problemlərinin  həlli  kimi  məsələləri  nəzərdə  tutmuĢdu.  Neft  bumundan  əvvəl  8.6  milyonluq 
əhalinin  təxminən  dörddə  birinin  ―nisbətən‖  yoxsul  olduğunu  nəzərə  alaraq,  onların  yaĢayıĢ 
səviyyələrinin  artırılması  üçün  Azərbaycan  sosialyönümlü  xərclərini  nəzərəçarpan  dərəcədə 
geniĢləndirmiĢdir. 
 
1.4.
 
Dünya  iqtisadiyyatı  iqtisadi  böhranla  üzləĢib  və  bunun  nəticəsində  Azərbaycan, 
qısamüddətli diversifikasiya məqsədlərinə nail olmaq üçün əvvəllər gözlənildiyi  kimi digər 
ölkələrə daha az arxalanmalıdır. 2008-ci ilin ikinci yarısı dünya iqtisadiyyatının qlobal böhran 
dövrünə  daxil  olmasını  nümayiĢ  etdirdi.  Ən  optimistik  proqnozlara  görə  böhran  iki  il  davam 
edəcək.  2009-cu  ilin  Qlobal  iqtisadi  proqnozlarına  əsasən  (  The  Global  Economic  Prospects, 
Sentyabr  2009),  Dünya  Bankı  2008-ci  ildə  1.9  faiz  təĢkil  edən  dünya  ÜDM-in  artım  tempinin 
2009-cu ildə -2.9 faizə qədər azalmasını proqnozlaĢdırır. ĠnkiĢafda olan ölkələrin artım tempinin, 
2007-ci  ildəki  olan  5.9  faizdən  2009-cu  ildə  1.2  faizə  qədər  azalması  gözlənilir.  ĠnkiĢaf  etmiĢ 
ölkələrin artım templəri çox güman ki, 2009-cu ildə -4.2 faiz təĢkil edəcək. Ümumdünya ticarətin 
həcminin isə 12 faiz azalması gözlənilir (2008-ci ilin 3.7 faizindən 2009-cu ildə -9.7 faizə qədər). 
Avropa və Mərkəzi Asiya regionu üçün də artım templərinin zəifləməsi gözlənilir: 2006-2007-ci 
ilin  orta hesabla 7.3  faizindən 2009-cu və  2010-cu ildə  müvafiq  olaraq  -4.7  və  1.6  faizə  qədər. 
Azərbaycanın 2 vacib ticarət tərəfdaĢı olan Rusiya və Türkiyə üçün 2009-cu ildə artım templəri -
7.5  və  -5.5  faiz  gözlənilir.  Qlobal  böhrandan  öncə  baĢ  verən  maliyyə  böhranı  və  inkiĢaf  etmiĢ 
ölkələrdə  habelə  Azərbaycanın  regional  ticarət  tərəfdaĢları  olan  ölkələrdə,  iqtisadi  vəziyyətin 
pisləĢməsinin  gözlənilməsini  nəzərə  alaraq,  qısa-müddətli  maliyyə  resurslarının,  BXĠ-lərin  və 
Azərbaycanın  qeyri-neft  ixracının  artım  potensialının  azalması  proqnozlaĢdırılır.  Məcmu  tələbə 
nəzərəçarpan təsir gözlənilməsə də, Azərbaycan qeyri-neft ixracın azalması ilə üzləĢə bilər. Eyni 
zamanda  böhran,  qısa-müddətli  neft  qiymətləri  və  Azərbaycanın  fiskal  gəlirləri  barədə  qeyri-
müəyyənlik yaradır.  
B.
 
Ġ
QTISADI TARIXÇƏ
 
1.5.
 
1991-ci  ildə  müstəqillik  əldə  olunduqdan sonra Azərbaycan,  ticarət Ģərtlərinin kəskin 
pisləĢməsi,  marketinq  və  ticarət  sistemlərinin  əhəmiyyətli  dərəcədə  zəifləməsi  və  Sovet 
                                                 
17
 2008-ci ilin iyun ayında elan olunan yeni yataqlar neft ehtiyatlarını 7 milyarddan 9 milyarda qədər artırmıĢdır. 
18
 Qiymətləndirmələr  cari  ABġ  dolları  ilə  barel  üçün  66  $  və  yaxud  2007-ci  ilin  qiymətləri  ilə  barel  üçün  52  $ 
əsasında  aparılıb  və  2010-2030-cu  illəri  əhatə  edir.  Qiymətləndirmələr  aparılarkən  diskont  dərəcəsi  8  faiz,  Neft 
Fondunun aktivlərinin  gəlirliliyi isə 3 faiz qəbul olunub.  1978-2007-ci illəri əhatə edən  dövrdə neft qiymətlərinin 
orta səviyyəsi 2007-ci ilin qiymətləri ilə barel üçün 33 $ təĢkil etmiĢdir.  


48 
 
dövrünün  fiskal  transferləri  və  subsidiyaların  kəsilməsi  ilə  üzləĢmiĢdir.  Ölkə 
iqtisadiyyatında  qeyri  adekvat  nisbi  qiymətlər,  xarici  valyuta  üçün  qara  bazar,  çoxsaylı 
məzənnələr  və  təklif  sahəsində  irimiqyaslı  boĢluqlar  müĢahidə  olunurdu.  Ermənistanla  Dağlıq 
Qarabağ uğrunda silahlı münaqiĢənin yaranması və bunun nəticəsində ölkəyə təxminən 1 milyon 
qaçqının  axını,  iqtisadi  vəziyyəti  daha  da  mürəkkəbləĢdirmiĢdir.  Bunun  nəticəsində 
Azərbaycanda  istehsal  dağılmıĢ  və  ölkə,  post-müstəqillik  keçid  dövrünə  bir  sıra  digər  keçmiĢ 
Sovet  ittifaqı  ölkələri  ilə  müqayisədə,  əhəmiyyətli  dərəcədə,  kasıb  vəziyyətdə  daxil  olmuĢdur. 
1989-1995-ci  illər  ərzində  Azərbaycanın  real  ÜDM-i  MDB  ölkələrinin  orta  hesabla  42  faiz 
göstəricisi  ilə  müqayisədə  63  faiz  azalmıĢdır  (Diaqram  1.3)
19
.  Ġqtisadi  artım  həm  neft,  həm  də 
qeyri-neft sektoru hesabına baĢ vermiĢdir (Diaqram 1.4). Qeyri-neft sektorunun neft sektorunun 
artımından asılı olduğu qabaqda müzakirə olunacaq. 
HaĢiyə 1.1:
 ÜDM qeyri-neft ÜDM-a qarĢı. Azərbaycanda iqtisadi vəziyyətin qiymətləndirilməsi üçün 
hansı göstəricidən istifadə etmək lazımdır?
 
Azərbaycanın  neft  gəlirlərinin  tükənməsi  20  ildən  sonra  gözlənilir  ki,  bu  da  2024-cü  ilə  təsadüf  edir. 
Ümumi Daxil Məhsul istənilən ildə iqtisadiyyatda tam istehsal olunan mallar və xidmətlərin cəmidir. Neft 
hasilatının  2011-ci  ildə  pika  çatmasını  nəzərə  alaraq  ÜDM-in  üçdə  ikisi  neft  sektoru  təĢkil  edəcək. 
Sonrakı 10 il ərzində (2024-cü ilə qədər) neft hasilatı azalacaq. 20 illik istehsal sikli dövründə gözlənilmir 
ki,  neft  sektoru  ölkənin iĢçi  qüvvəsinin  1  faizdən artıq  hissəsini iĢlə təmin  etsin.  Ġstehsal  sikli dövründə 
planlaĢdırılan neft hasilatı yeni, irimiqyaslı investisiyalar tələb etmir.  Digər sözlərlə neft sektoru əvvəllər 
edilmiĢ investisiyalar hesabına (demək olar ki ―avtopilot‖ rejimində) inkiĢaf edir. 
Ġqtisadiyyatın diversifikasiyası daimi iĢ yerlərinin açılması baxımından mənalıdır. Diversifikasiyaya nail 
olmaq  üçün  neft sektorundan  baĢqa  digər  sektorlara da  investisiyaların  yatırılması (həm  xarici, həm  də 
daxili)  vacibdir.  Bu  baxımdan,  yatırılan  investisiyaların  ÜDM  əvəzinə  qeyri-neft  ÜDM-də  nisbətinə 
diqqət  yetirmək  daha  məqsədəuyğundur.  Bu  onunla  bağlıdır  ki,  müvəqqəti  olan  neft  hasilatının  təsiri 
qeyri-neft ÜDM-ə ümumi ÜDM-lə müqayisədə daha az təsir edir. Belə ki,  ixrac bazarlarını əhatə etmək 
niyyətində olan ―kiçik‖ iqtisadiyyat üçün qeyri-hasilat ixracı vacibdir.   
Bunun  ÜDM-lə  nə  əlaqəsi  var?  Nəyə  görə  bir  çox  ölkələrdə  iqtisadiyyatda  baĢ  verən  prosesləri 
qiymətləndirmək  üçün  (məsələn  ixracın  və  investisiyaların  ÜDM-ə  nisbəti)  ümumi  ÜDM-dən  daha 
münasib göstərici sayılır? Azərbaycanda neft istehsalı siklinin nisbətən qısa olduğunu nəzərə alaraq (20-
25  il)  ÜDM  (neft  daxil  olmaqla)  göstəricisinin  bu  kimi  hesablamalarda  istifadə  etməsi  alınan  nəticələri 
təhrif  edir  (neft  istehsalının  baĢlanması  dövründə  göstəricilər  artır,  neft  hasilatı  azalan  dövrdə  isə 
göstəricilər  azalır).    Yəni  iqtisadiyyatın  uzunmüddətli  dayanıqlığını  ifadə  edən  göstəricilərin  (axınların) 
adekvatlığının  qiymətləndirilməsi  (məsələn  fiskal  maliyyə  axınları,  qeyri-neft  ixracı  və  qeyri-neft 
investisiyalar)  neft  istehsalının  artıb  azalmasına  həssas  olacaq.    Bu  baxımdan  qeyri-neft  ÜDM-i  daha 
münasib  ölçü  vahididir  (baxmayaraq  ki,  neft sektorunda  baĢ  verən  proseslər  qeyri-neft  ÜDM-ə  də  təsir 
göstərir).  
 
Bum illərində Azərbaycan iqtisadiyyatında istehsal olunan dəyəri qiymətləndirərkən Ümumi Milli Məhsul 
(ÜMM) və adambaĢına düĢən ÜMM-in qiymətləndirilməsi də məqsədəuyğundur. Bu göstəricilər istehsal 
bumunun  ilkin  mərhələsində  neft  konsortsiumu  tərəfindən  irimiqyaslı  kapitalın  repatriasiyasını  nəzərə 
almağa imkan verir.  
                                                 
19
 
Diaqram  1.3-də  MġA  ölkələri  üçün  xüsusi  çəkisi  ölçülmüĢ  $  PPP  (Alıcılıq  qabiliyyəti  pariteti,  dövlət  və  özəl  sektorun 
partnyorluğu) ÜDM göstəricisi hesablanmıĢdır. Bu ölkələr sırasına Türkiyə istisna olmaqla BVF-in MġA ölkələri kimi müəyyən 
etdiyi  ölkələr  daxildir.  Gürcüstam  və  Monqolustan  MDB-nin  üzvü  olmasalar  da,  coğrafi  cəhətdən  və  iqtisadi  strukturda 
bənzərliklər səbəbindən MDB siyahısına aid ediliblər.
 
 
 
Diaqram 1.3: Real ÜDM indeksi (1989=100) 
 
Diaqram 1.4: Real ÜDM-in artımı 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə