[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə26/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   22   23   24   25   26   27   28   29   ...   258

 

52 


İbn  Bazz  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Usamə  Bin  Laden  –  yer  üzündə 

fitnə  yayan  kimsələrdəndir”

187

.  Şeyx  Fovzandan  –  hafizahullah  -  soruşurlar: 



“Hörmətli  Şeyx!  Allah  sizi  xeyirlə  mükafatlandırsın.  Sual  verən  deyir:  “Mən 

sizdən  xahiş  edirəm  ki,  mənim  sualımı  sizə  ünvanladığım  kimi  oxuyasınız. 

Əksi təqdirdə Allaha and olsun ki, Qiyamət günü haqqımı tələb edəcəyəm. əl-

Masari,  əl-Faqihi  və  Usamə  Bin  Laden  müsəlman  cəmaatdan  uzaqlaşmış 

sayılırlarmı?  İbn  Bazz  –  rahmətullahi  aleyhi  –  Usamə  Bin  Laden  barəsində 

neqatif bir fikirdə idi, onun verdiyi fətva isə adından uydurulmuş – yalandır?” 

deyən  kimsələr  barəsində  sözünüz  nədir?  Çünki  onlar  bu  sözləri  dəlil  olaraq 

gətirirlər”. Cavab: “əl-Faqih, əl-Masari və Bin Laden barəsində onların sözləri 

və  əməllərinə görə  mühakimə  edin.  Onlar  barəsində yalan  danışmayın, lakin 

etdiklərindən  bir  nəticə  çıxarın.  O,  ki  qaldı  iddia  edənlər  ki,  İbn  Bazzın  – 



rahmətullahi  aleyhi  –  fətvası  yalandır  –  onun  özü  yalançıdır.  Bu  fətva 

uydurulmuş  deyildir.  Biz  özümüz  bu  fətvanı  Şeyxdən  eşitmişik.  Sağ  olduğu 

zaman  Onun  fətvaları  içərisində  bu  fətva  yer  almışdır.  Ona  görə  də  kim 

deyərsə ki, bu fətva yalandır onun özü yalançıdır”

188

.  


Bəzi zəlalət əhli İnternet saytlarında Usame Ben Laden barəsində olan Şeyx 

Useyminin  –  rahmətullahi  aleyhi  –  gözəl  sözlərini  yerləşdirərək  insanları 

çaşqınlığa  salmaq  istəyirlər.  Buna  cavabımız:  Şeyx  Useymin  –  rahmətullahi 

aleyhi – bu sözləri Ben Laden barəsində Birinci Əfqan Rus müharibəsi zamanı 

demişdir.  Şeyx  Useyminin  –  rahmətullahi  aleyhi  –  ölümündən  sonra  bir  çox 

şeylər dəyişmişdir, eləcə də Ben Ladendə. Şeyx Useymin – rahmətullahi aleyhi – 

heç  vaxt  bu  cür  partlayışlar  və  müsəlmanların  qanlarının  axıdılması  ilə  razı 

olmazdı. Çünki onun bu barədə bir çox fətvaları vardır.  

Baxın,  görün  Şeyx  Useymin  – rahmətullahi aleyhi – İbn  Bazın  – rahmətullahi 



aleyhi – fətvası  barəsində nə  deyir: “Son  zamanlar ölkəmizdən  kənarlarda  (əl-

Masari, əl-Fəqihi və s. Kimilərinin əmirlərin pislənməsi barəsində payladıqları 

vərəqlər  mövcuddur),  bəlkə  də  bu  vərəqlər  bizim  ölkəmizdə  yazılmışdır, 

dövlət  rəhbərlərinin  pislənməsi  ilə  bağlı  bir  çox  vərəqlər  (məqalələr) 

yayılmışdır.  Bu  kağızlarda  rəhbərlərin  etdikləri  yaxşı  işlərdən  heç  nə  qeyd 

olunmayıb. Deməli,  bu qeybətdir  və oxunması  da  haramdır.  Heç  kəsə icazəli 

deyil  ki,  bu  kimi  kağızları  insanlar  arasında  yaysın,  lakin  kim  bunu  görərsə 

cırmalı  və  ya  yandırmalıdır.  Çünki  bu  kimi  kağızların  paylanması  bir  çox 

fitnələrin,  zülmün  yayılmasına  səbəbdir.  Bundan  isə  ölkəmizin  Muftisi  İbn 

Bazz – rahmətullahi aleyhi – çəkindirmişdir. O, bundan çəkindirərək söyləmişdir 

ki,  bu  kimi  vərəqlərin  paylanması  fitnə-fəsadı,  rəhbər  ilə  xalqın  parçalanma-

sına  səbəbdir.  Mən  də  bundan  çəkindirirəm  və  bizim  digər  qardaşlarımız  da 

                                                

187


 “Caridatul Muslimin” 607, 8/5/1417.  

188


 “Fatava əl-Fovzan” 7071.  


 

53 


bundan çəkindirirlər. Alimlər də öz ölkələrini bu kimi vərəqlərin paylanmasın-

dan çəkindirirlər”. “11-ci dəqiqə, 20-ci saniyədən başlayır danışmağa”.  

Şeyx  Fovzandan  –  hafizahullah  -  soruşurlar:  “Hörmətli  şeyx,  Allah  sizi 

qorusun! Sizə də gizli deyildir ki, Usamə Bin Laden yer üzündə fitnə yayan və 

insanları  da  buna  dəvət  edən  bir  kimsədir?  Sualım  belədir:  Biz  bu  insanı 

Xəvaric  adlandıra  bilrərikmi?  Çünki  o  bir  çox  partlayışları  həm  bizim 

ölkəmizdə,  həm  də  digər  ölkələrdə  təsdiqləyir”.  Cavab:  “Hər  bir  kəs  özündə 

bu  etiqadı  daşıyarsa,  Xəvaricdir.  Hərmçinin  insanları  bu  etiqada  (mənhəcə) 

dəvət  edən,  yönəldən  də  şəxsiyyətindən  və  yaşadığı  yerdən  aslı  olmayaraq 

Xəvaricdir.  Bu  qayda:  Kim  insanları  əmirlərə  qarşı  çıxmağa,  müsəlmanları 

təkfir etməyə, müsəlmanları öldürməyə çağırarsa o, kimsə Xəvaricdir”

189


.  

Şeyx  Fovzandan  –  hafizahullah  -  soruşdular:  “Hörmətli  şeyx!  Sual  verən 

soruşur: Nə üçün fətvalar komitəsinin böyük alimləri xəvariclərin liderləri olan 

Usamə  Bin  Laden,  Zarkavi,  əl-Fəqihi  haqqında, insanları onlardan  çəkindirən 

fətvalar  vermirlər?”.  Cavab:  “Böyük  Alimlərin  komitəsi  belə  kimsələr 

barəsində və onların əməlləri barəsində dəfələrlə fətvalar vermişlər. Bu barədə 

neçə dəfə qərar da verilmişdir, onların liderləri barəsində də”

190


.  

Şeyx Əhməd ən-Nəcmidən – hafizahullah - soruşurlar: “Bəzi insanlar deyirlər 

ki,  Bin  Laden  gözlənilən  Mehdidir  və  onu  möminlərin  Əmiri  adlandırırlar. 

Buna  açıqlamanız  nədir?”.  Cavab:  “Bu  insanlar  Şeytandırlar!  Bin  Laden  isə 

Şeytan  və  Xəvaricdir.  Heç  kəsə  olmaz  onu  tərif  etmək.  Tərif  edənlər  isə 

görünür onlar da onun kimi Xəvaricdirlər”.  

Şeyx  AbdulMuhsin  əl-Abbaddan  –  hafizahullah  - soruşurlar:  “Bəzi  insanlar 

günümüzdə  deyirlər  ki:  əl-Qaidə  quruplaşması  Xəvaricdirlər,  digərləri  isə 

deyirlər  ki:  Onlar  Mucahiddirlər”.  Sizin  fikriniz  nədir?”.  Cavab:  “Qısa  və 

dolğun cavab: “Bəli onlar Mucahiddirlər – şeytanın yolunda”.  

Şeyx  Saleh  Luheydandan  –  hafizahullah  -  soruşurlar:  “Müsəlmanların  Bin 

Ladenin  rəhbərlik  etdiyi  əl-Qaidə  qruplaşmasına  qarşı  münasibəti  necə 

olmalıdır?”.  Cavab:  “Bu  qruplaşmada  xeyir  yoxdur!  Onlar  müsəlmanları 

parçaladılar, zülm və fitnəni yaydılar və nahaq qanlar axıtdılar”.  

Şeyx  AbdulƏziz  Əli  Şeyxdən  –  hafizahullah  - soruşurlar:  “Ben  Laden  üçün 

azmış  birisidir  demək  olarmı?  Elmdə  zəif  olan  müsəlmanlara  internet 

saytlarında  yerləşdirilən  Ben  Ladenin  moizələrinə  qulaq  asmaq  olarmı?”. 

Cavab:  “Ey  mənim  qardaşım!  Onlar  şər  və  fitnənin  səbəbkarlarıdırlar.  Heç 

şübhə  yoxdur  ki,  onlar  tutduqları  yoldan  azmışlar.  İlk  gündən  indiyə  qədər 

mən  düşünürəm  ki,  onlar  İslam  düşmənlərinin  törəmələridir.  İslam 

düşmənləri onları yetişdirmişlər.  Onlar  İslam  düşmənlərinin  kölgələri  altında 

                                                

189

 “Fatava Fovzan” 6587.  



190

 “Fatava Fovzan” 1309.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə