[]


adam şəklinə salmış Allaha küfr (inkar) edirsən… Beləliklə (gecə göydən gələn



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə34/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   30   31   32   33   34   35   36   37   ...   258

 

69 


adam şəklinə salmış Allaha küfr (inkar) edirsən… Beləliklə (gecə göydən gələn 

bir  ildırım  vasitəsilə)  onun  (bağının)  meyvəsi  (bütün  var-dövləti)  tələf  edildi. 

(Səhər  o,  kafir  bağa  gəldiyi  zaman  onu  bu  vəziyyətdə  görüb)  bağa  qoyduğu 

xərcə  görə  (peşmançılıqdan)  əllərini  ovuşdurmağa  başladı.  Bağın  talvarları 

yerə  çöküb  viran  qalmışdı.  O:  «Kaş  Rəbbimə  heç  kəsi  şərik  qoşmayaydım!» 

deyirdi. (əl-Kəhf 32-42). Bu kimsə inanmırdı ki, onun bağı dağıla, yerlə yeksan 

ola,  Qiyamət  nə  vaxtsa  qopa.  Bütün  bunlarda  şəkk  edirdi.  Allah  onun  bu 

küfrünü  şirk  olaraq  adlandırdı.  Təbəri,  Qurtubi  –  rahmətullahi  aleyhi  –  bu 

ayənin  təfsirində  deyirlər  ki:  «Kaş  Rəbbimə  heç  kəsi  şərik  qoşmayaydım!» 



deyirdi. Lakin dostu ona küfür etdin demişdi». Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – buyurdu:  «Bizimlə  onların  arasında  (vuruşmağımıza  mane  olan)  əhd 

(saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»

220

. Peyğəmbər – sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Kişi  (qul)  ilə  şirk  və  küfr  arasında  namazı  tərk 

etməkdən başqa bir şey yoxdur. Qul namazı buraxdığı zaman heç şübhəsiz ki, 

şirkə (küfrə) düşmüş olur»

221


. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: 

«Küfr  ilə  iman  arasında  namazı  buraxmaq  vardır»

222

.  İmam  Nəvəvi  – 



rahmətullahi aleyhi – bu  hədislərin  şərhində  deyir  ki:  «Hərdən  şirk  və  küfr  bir 

mənaya itlaq oluna bilər. Həmçinin onların arasında fərq də olur».  



İkinci  -  Qurani  Kərimdə  küfrə  zülm  deyilməsi.  Bu  zülm  dindən  çıxaran 

zülmdür.  «O,  gün  zalım  (küfrə  düşməklə  özünə  zülm  edən)  əllərini  çeynəyib 



deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım». 

(əl-Furqan 27). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Şəkk yoxdur ki, 

burada  olan  zalım  kafirdir.  O,  Peyğəmbərə  -  sallallahu  aleyhi  və  səlləm  –  iman 

gətirmədi».  Təbəri  – rahmətullahi aleyhi – öz  təfsirində  deyir  ki:  «Ayə  Uqbə  b. 

Əbu Muayti  haqqında  nazil olmuşdur.  Bu  kimsə  Peyğəmbər  - sallallahu aleyhi 



və səlləm – iman gətirdikdən sonra dostu Ubey b. Xələf (müşrik idi) ona deyir 

ki, əgər sən Peyğəmbər - sallallahu aleyhi və səlləm – iman gətirsən mənim üzüm 

sənə  haramdır.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  dinindən  dönərək 

dostu Ubey b. Xələfin yoluna düşür». «(Sən Quran oxuyanda) onlar sənə qulaq 



asdıqları  zaman  nəyi  dinlədiklərini  və  zalimlərin  öz  aralarında  gizli-gizli 

danışıb:  Siz  ancaq  ovsunlanmış  bir  adama  uydunuz!  Dediklərini  də  bilirik». 

(əl-İsra 47). Bu ayədə olan zülm küfr mənasındadır. «Kafirlər zalimlərdir» (əl-

Bəqərə 254). Ayəsində olduğu kimi kafirləri zalım deyə isimləndirmişdir.  

Başqa  ayələrdə  Allah  ona  asi  olanları  zalım  adlandırır.  Lakin  burada 

zalımlıq  dindən  çıxaran  zülm  deyildir.  Kiçik  zülmdür.  Allahın  Peyğəmbəri 

Yunus  –  əleyhissəlam  -  belə  deyir:  «Pərvərdigara!  Səndən  başqa  heç  bir  tanrı 

                                                

220


 Səhih Tirmizi 2623, Səhih İbn Məcə 891.  

221


 Müslim 82, Əbu Davud 4678, Tirmizi 2620, İbn Məcə 1078, əl-Albani «Səhihul Cəmius Səğir» 2848,5388.  

222


 Tirmizi 2618, əl-Albani 2849.  


 

70 


yoxdur.  Sən  pak  və  müqəddəssən!  Mən  isə  həqiqətən  zalimlərdən  olmuşam» 

deyib dua etmişdi» (əl-Ənbiya 87). Allah dostu Adəm – əleyhissəlam - belə dedi: 

«Adəm  və  Həvva:  «Ey  Rəbbimiz!  Biz  özümüzə  zülm  etdik»  (əl-Əraf  23). 

Allahın  kəlimi  Musa  – əleyhissəlam -  belə  dedi:  «Ey  Rəbbim!  Şübhəsiz  ki,  mən 



özüm-özümə  zülm  etdim»  (əl-Qəsəs  16).  Bu  zülm  küfr  mənasında  olan  zülm 

deyildir. Mərvəzi – rahmətullahi aleyhi – deyir ki: «Burada olan zülm, kafirə də 

zalım kimi itlaq olunur, asi müsəlmanlara da zalım kimi itlaq olunur. Kafirlərə 

nisbət  olunan  zülm,  İslamdan  çıxaran  zülmdür.  Lakin  müsəlmanlara  itlaq 

olunan  zülm  isə,  İslamdan  çıxartmayan  zülmdür.  Burada  zülmün  küfrə  aid 

olduğu və zülmün müsəlman asilərə aid olduğu bilinir».  



Üçüncü  -  Qurani  Kərimdə  küfrə  fasiqlik  deyilməsi.  Allah  fasiqi  də  kafir 

deyə  isimləndirmişdir.  Allah  ayədə  buyurur:  Allah  İblis  haqqında  buyurur: 



«O,  öz  Rəbbinin  əmrindən  çıxdı  (fasiq  oldu)»  (əl-Kəhf  50).  İmam  Mərvazi  – 

rahmətullahi aleyhi – deyir ki: «İblisin bu fisqi küfrə gətirib çıxartdı. İblisin etdiyi 

fisq  küfr  oldu.  Ayə  onu  göstərdi  ki,  Qurani  Kərimdə  küfr  kimi  itlaq  olunan 

sözlər  çoxdur».  «Allah  bu  məsəllə  bir  çoxlarını  (fasiqləri)  düz yoldan azdırır, 

bir çoxlarını isə doğru yola aparır. O, kəslər ki, Allahla əhd bağladıqdan sonra 

onu pozarlar» (əl-Bəqərə 26-27). «(Ya Muhəmməd!) Biz sənə açıq-aydın dəlillər 

göndərdik, onları yalnız fasiqlər inkar edərlər» (əl-Bəqərə 99). 

Bu  kimi  ayələr  Qurani  Kərimdə  çoxdur.  Allah  mömini  də  fasiq  olaraq 

isimləndirir. Allah ayədə buyurur: «Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis 

bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə 

pislik  edər,  sonra  da  etdiyinizə  peşman  olarsınız»  (əl-Hucurat  4).  Bu  ayə  əl-

Həkəm  b.  Əbil  As  haqqında  nazil  olmuşdur

223

.  Burada  olan  fasiq  (kafir) 



mənasında  olan  fasiq  kimi  deyildir.  Allah  buyurur:  «İsmətli  qadınlara  zina 

isnad  edib,  sonra  dörd  şahid  gətirə  bilməyən  şəxslərə  səksən  çubuq  vurun  və 

onların  şəhadətini  heç  vaxt  qəbul  etməyin.  Onlar  sözsüz  ki,  əsl  fasiqlərdir» 

(ən-Nur  4).  Burada  fasiq  asilik  kimi  itlaq  olundu.  Fisq  sözü  Qurani  Kərimdə 

həm asilik kimi, həm də küfr kimidə gələ bilər. «Həmin aylarda həcc ziyarəti 



vacib  olan  şəxsə  həcdə  olarkən  qadınla  yaxınlıq,  söyüş  söyüb  pis  sözlər 

danışmaq  (fasiqlik  etmək),  dava-dalaş  etmək  yaraşmaz»  (əl-Bəqərə  197).  Bu 

ayədə fasiqlik (küfr mənasında) olan fasiqlik kimi deyildir.  



Dördüncü  -  Cəhalət  (bilməməzlik)  də  iki  növlüdür.  Bunlardan  birisi  küfr 

cəhalətdir ki, ayədə Allah bu haqda buyurur: «Sən bağışlama yolunu tut, yaxşı 



işlər  görməyi  əmr  et  və  cahillərdən  üz  döndər»  (əl-Əraf  199).  Digəri  isə  küfr 

olmayan  cəhalətdir  ki,  bu  haqda  Allah  buyurur:  «Allah  yanında  yalnız  o, 

                                                

223


 Bu əsəri Suyuti «Əsbabun-Nuzul» 180 isimli kitabında əl-Vəlid b. Ukbə haqqında nazil olunduğunu zikr 

etmişdir. Heysəmi «Məcmuul Zəvaid» 7,109, Əhməd və Təbərani.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə