73
bağlayırlar. Çünki etiqad (əsas) insanın qəlbində mühüm olandır. Əgər insan
küfrə etiqad edirsə (qəlbdə), zahirən İslamı izhar etsə belə o artıq kafirdir.
Alimlər deyirlər ki: «Zahirdə saleh olan batində də salehdir, qəlbində saleh
olmayan kimsə zahirə də biruzə verir”. Əbu Abdullah ən-Numan b. Bəşir –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– səllallahu aleyhi və səlləm –
buyurdu: «… Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o,
islah olarsa bütün bədən islah, əgər xəstə olarsa bütün bədən xəstə olar.
Həqiqətən o, qəlbdir»
226
. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Qəlbin bu
cür olması onun bədənin əmiri olmasına görədir. Əmirin düzəlməsi ilə
ətrafdakılar da düzəlir. Əmirin pozulması ilə ətrafdakıların da pozulması üzə
çıxır»
227
. Ona görə də əgər insan qəlbində kafirdirsə, bu onun zahirinə də
çıxacaqdır, Xristinalar və Yəhudilər kimi. Zahir ilə batin arasında birləşmə
vardır.
Belə bir söz vardır: Küfr yalnız etiqaddadır – bu sözün nə qədər doğru
olub–olmadığına baxaq. Baxır bu sözə hansı tərəfdən yaxınlaşırıq? Bu sözü
həm Əhli Sünnə işlədib, həm də Əhli bidət. Əhli Sünnə bu sözü deyəndə nə
qəsd edir? Əgər bir kimsə Quranı murdar yerə atırsa, cırarsa, Peyğəmbəri və
dini ələ salarsa belə bir kimsənin qəlbində də küfrdür. Əgər qəlbində küfr
olmasaydı heç vaxt bunu etməyə icazə verməzdi. Bu söz Sələflərdən varid
olmuşdur
228
. Əhli bidət bu sözü necə başar düşür? Murciyə – sözlər və əməllər
küfr ola bilməz. O, kəs ki, Quranı murdar yerə atır, Peyğəmbəri söyür əməli ilə
etdiyinə görə küfr etmir, əgər qəlbi təsdiq etmirsə. Münafiq isə imanı izhar
edib və qəlbində küfrü etiqad edirsə artıq kafirdir. Onun dərəcəsi kafirdən də
aşağıdır. Küfr insanın qəlbində etdiyi etiqadlardır. Şərt deyil ki, insan etiqadını
zahirdə göstərsin. O, qəlbində nəyi etiqad edirsə, Peyğəmbər – səllallahu aleyhi
və səlləm – i yalan saymaq, onun gətirdiyi əməllərdən birini yalan saymaq,
onun sadiqliyinə şəkk etmək, Allahın haram buyurduqlarını insanın halal
etiqad etməsi, bu cür əmllər etiqadi küfr sayılır. Həqiqətən də onun qayıdışı
etiqadı ilə bağlıdır.
Sözdə Olan Küfr - Bədən ilə olan küfrün qismindən biri də danışıqda, dildə
olan küfrdür. Dildə, danışıqda olan küfr insanın dilində ixtiyari olaraq küfür
sözlər işlətməsidir. Məs: Allahı, Peyğəmbəri söymək, Peyğəmbərlik iddia
etmək və s. Bütün bunlar ona görə küfr sayılır ki, çünki insanın onu söyməsi
ona dəlalət edir ki, o insan qəlbində də onu tanıyır. İnsan əgər dilində söyürsə
deməli qəlbində bildiyinə görə söyür. Dildə deməyinə baxmayaraq, yenə də
onun etiqadı qəlbinə qayıdır. Dilində deməyi ilə həmin insan kafir olur. İmam
226
Buxari 52, Müslim 1599.
227
Fəthul Bəri 1/137.
228
Mərvəzi «Qadrus Saləh», İbn Teymiyyə «əl-Umdə».
74
Nəvəvi
– rahmətullahi aleyhi – deyir ki: «Dili ilə insan mürtəd olur əgər dili ilə
küfr söyləmiş olarsa. İstər etiqadla, istər inadkarlıqla, istərsə də istehza ilə.
Çünki bunların 3 də dil ilə küfrə gətirib çıxarır». İbn Teymiyyə – rahmətullahi
aleyhi – deyir ki: «Kim dili ilə küfr söyləyərsə, ona ehtiyac olmadığı halda –
Məcburiyyətdən – bilərək ki, söylədiyi söz küfrdür həmin insan zahirən və
batinən də kafir olur». «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə)
məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla
hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl
106). Çünki insan dil ilə dediyi şeyi qəlbi ilə bildiyinə görə deyir. Allah orda
yalnız və yalnız ikrah ilə deyiləni istisna etdi. Nə üçün Allah bunu istisna etdi?
Çünki insanın dil ilə deməsi, artıq onun qəlbində etiqadıdır, həqiqi mənada
Allahı və Peyğəmbəri yalan saymasıdır. Əgər bu dil ilə deyilməsi yalandan
irəli gəlməsəydi, onda Allah ikrahı istisna etməzdi. Əgər ikrah yoxdursa və
bunu etməyə məcbur edilməyibsə, deməli qəlb buna meyillidir ki, bunu edir.
Şəriətdə Dil İlə Deyilən Küfr 2 Qismə Ayrılır:
1) Dindən çıxardan böyük
küfr. 2) Dindən çıxartmayan kiçik küfr. Əbu Hureyrə - radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda
küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə
tənə etmək (söymək)»
229
. Kiçik küfr qəsd olunur.
Əməldə Olan Küfr - Bədən ilə olan əməllərin qisminə isə əməli küfr
daxildir. Əməli küfr 2 qismə ayrılır. 1) Dindən çıxardan, böyük küfr. 2) Dindən
çıxartmayan, kiçik küfr. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Burada
başqa bir qayda da vardır ki, o da küfrün iki qismə ayrılmasıdır. Bunlar əməli
küfr və inkar küfrdür. İnkar küfrü Peyğəmbər - sallallahu aleyhi və səlləm – in
Allahdan gətirdiyi bilinən şeyləri bilə-bilə və inadkarlıq edərək inkar etməkdir.
Rəbbin isimlərini, sifətlərini və hökümlərini inkar etmək kimi. Bu küfr hər
tərəfdən imanın ziddidir. Əməli küfrə gəlincə bu da imanın ziddi olan və
imanın ziddi olmayan deyə iki qismə ayrılır. Bütə səcdə etmək, Quranı murdar
yerə atmaq, Peyğəmbəri öldürmək və ona söymək imanın ziddi olan əməli
küfrdür. Allahın Nazil Etdiyi Şeylərdən Başqası İlə Hökm Etmək və Namazı
Tərk Etmək isə kəsinliklə Əməli Küfrdür. Allah və onun Peyğəmbəri - sallallahu
aleyhi və səlləm – bu ismi ona verdikdən sonra o, kimsəyə kafir demək mümkün
deyildir. Allahın nazil etdiyi şeydən başqası ilə hökm edən kafirdir, namazı
tərk edən də Peyğəmbər - sallallahu aleyhi və səlləm – in buyurduğu kimi
kafirdir, lakin o, etiqadi küfr deyildir, əməli bir küfrdür. Həm Allahın nazil
etdiyi şeydən başqası ilə hökm edəni kafir deyə isimləndirməsi, həmçinin
namazı tərk edəni Peyğəmbər - sallallahu aleyhi və səlləm – in kafir deyə
isimləndirməsi həm də bu ikisi haqqında küfr isminin işlədilməməsi mümkün
229
Müslim «İman».