75
deyildir. Peyğəmbər
- sallallahu aleyhi və səlləm – in zina edəndən, oğurluq
edəndən qonşusunun şərrindən əmin olmayan kimsədən də imanı nəhy etməsi
– onları iman ilə adlandırmamışdır. Bunlardan iman ismini qaldırdığı zaman
əməl tərəfdən kafirdilər. İnkari, etiqadi küfr bunlar üçün işlədilməz.
Peyğəmbər - sallallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin
boynunu vuran kafirlərin halına bənzəməyin»
230
bu da əməli küfrdür.
Peyğəmbər
- sallallahu aleyhi və səlləm – in: «Kim kahinin yanına gedib onun
dediyini təsdiqləyərsə və ya heyzli qadınla (qadını ilə) əlaqədə olarsa və yaxud
da qadınla arxadan (qadını ilə) yaxınlıq edərsə Muhəmmədə nazil olana (uzaq
düşər) küfr etmiş olar»
231
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu
sözə o, ikisindən biri layiq olar»
232
. Bizim bu söylədiklərimizi Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in bu hədisi təsdiq etməkdədir: «Müsəlmanı söymək
fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»
233
İbn Qeyyim – rahmətullahi aleyhi –
deyir ki: «Peyğəmbər
– sallallahu aleyhi və səlləm – müsəlmanı söyməklə onunla
vuruşmağı bir-birindən ayırdı və birini təkfir edilməyən fasiqlik/günah,
digərini isə küfr olaraq isimləndirdi. Məlumdur ki, bu etiqadi küfr deyil,
sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün bu növü onu İslam dairəsindən
(millətindən) və dindən tamamilə çıxarmaz. Necə ki, zina edən, oğurluq edən
və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz”.
Bu ümmət içərisində Allahın kitabını, İslamı, küfrü və bunların hamısını ən
gözəl bilən səhabələrin görüşüdür. Bu məsələlər yalnız onlardan öyrənilir.
Sonra gələnlər onların məqsədlərini başa düşmədilər və insanları iki grupa
ayırdılar. Böyük günah etmələri səbəbi ilə dindən çıxardıqları və Cəhənnəmdə
əbədi qalmalarına hökm etdikləri bir grup və kamil iman sahibi möminlər diyə
adlandırdıqları digər qrup. Qrupun birinə qarşı haqsızlıq etdilər, digəri
haqqında da şişirtdilər. Allah Əhli Sünnəti doğru bir yola və doğru bir görüşə
yetişməkdə hidayətini lütf etdi. Məzhəblər içində Əhli Sünnət, dinlər içində
İslam kimidir». Həmin küfür insanı İslam dairəsindən çıxartmır. İslam
dairəsindən çıxartsaydı onda gör səhabələr neçə döyüşlərdə bir-birlərini
qırdılar. Siffeyn, Cəməl döyüşü və başqa döyüşlərdə səhabələr bir-birləri ilə
döyşdülər. Şəkk yoxdur ki, bu döyüşlərdə ölənlər də olurdu. Döyüşlərin
birində Təlha və Zubeyr – Allah onlardan razı olsun – şəhid edilmişlər. «Əgər
möminlərdən iki dəstə bir-biri ilə vuruşsa onları dərhal barışdırın. Əgər
onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə
qayıdana qədər vuruşun…». (əl-Hucurat 9).
230
Buxari.
231
Əbu Davud 3904, Beyhəqi 7/198 H. 13902.
232
Buxari, Müslim.
233
Buxari, Müslim.
76
Əgər əməli küfr insanı dindən çıxartmırsa bəs nə üçün Allahı, Peyğəmbəri
söymək, Quranı zibilliyə və yaxud murdar yerlərə atmaq və bütə səcdə etmək
əməli küfr olsa da, Dindən çıxardır? Əməli küfr dindən çıxartmır, yalnız
etiqadi küfr dindən çıxardır. Cavab: Bu əməllər insanlara görə zahiri
əməllərdir. Çünki insan bunu bədən üzvü ilə edir. Lakin bu əməllər insanın
qəlbinin etiqadının nəticəsində olur. Yəni zahirən əməl olsa da, ancaq qəlbinin
etiqadına görə o, əməlləri yerinə yetirir
234
.
234
əl-Albani “Dini – Peyğəmbəri – Quranı” Təhqir Edənlər Barəsində - Onlar söyləyirlər ki, Şeyx Albani –
rahmətullahi aleyhi – dinlə istehza edəni, söyəni, Quranı təhqir edəni kafir saymır. Şeyx Albani
– rahmətullahi
aleyhi – deyir ki: “İnsanı yalnız etiqadı kafir edir, əməlləri yox”. Bütün bunlar bu gözəl insana qarşı atılmış
böyük bir ədalətsizlikdir. Çünki Şeyx dəfələrlər söyləmişdir ki: Bu cür əməl sahibi o, zaman kafir olur ki,
əgər o bütün bunların küfr olduğunu və ya Allahın dini ilə istehza olduğunu bilərsə. Əgər o, bütün bunları
bilməzsə bu zaman kafir olmur. Bu da müsəlman alimlərinin rəyidir. Biz artıq qeyd etmişik ki, Şeyx Albani –
rahmətullahi aleyhi – bu kimi əməlləri böyük küfr sayardı. Bu da heç bir şübhə oyatmır. Şeyx Albani
–
rahmətullahi aleyhi – tez-tez qeyd edərdi ki, bir kimsəni böyük küfrə yalnız onun etiqadı apara bilər. Lakin bu
o, demək deyil ki, bir kimsə şəriətlə küfr olan əməl etsə kafir olmur. Şeyx Albani – rahmətullahi aleyhi – deyir
ki: “Əməllər içərisində elə əməllər var ki, sahibini etiqadi küfrə aparır. Çünki bu əməllər onun batini küfrünə
dəlalət edir. Məs: Qarşısında olan kitabın Quran olduğunu bilərək onu ayaqlayan kimsə kimi”. “Xaşiyətut
Təhzir Fitnəti Təkfir” s. 72. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə Peyğəmbər -
sallallahu aleyhi və səlləm – i təhqir edən (incidən) və ona toxunan hər hansısa bir əməli və ya sözü söyləyərsə,
bunu bilmədiyi və niyyət etmədiyi halda bu zaman ona bu cür deməkdən (təkfir etməkdən) qadağan edilir.
Çünki onun əməli Allaha qarşı asilikdir. Misal olaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanında
səsini qaldıran kimsə ola bilər. Əgər o, kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – i sözü və əməli ilə
təhqir etdiyini qəsdli şəkildə və bilərək edərsə bu zaman o, kimsə kafir olur və əməlləri puç olar”. Sariul
Məslul 2/120. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə söz söylədiyi zaman sözü qəsd
etdiyi mənadan başqa bir məna verərsə və ya qəsdli olmadan söyləyərsə və ya nə məna daşıdığını bilmədən
söyləyərsə bu zaman belə bir kimsəni can atmadığı və istəmədiyi şeylərə görə ittiham etmək olmaz. Bu
Peyğəmbərlər vasitəsilə Allahın insanlara göndərdiyi dinidir”. “İləmun Muvakkin” 4/403. Şeyx Albani –
rahmətullahi aleyhi – bu şeydə ittiham edənlər deyirlər ki: Moizələrinin birində o, deyir: “Əgər bir kimsə
cahillikdən, pis tərbiyədən və ya huşsuzluqdan dini və ya Peyğəmbəri təhqir edərsə belə kimsə kafir olmur.
O, zaman kafir olar əgər bunu bilərəkdən və qəsdli şəkildə edərsə. Bu şübhə edilməyən dinsizlikdir. Şeyxi
ittiham edənlərə qarşı cavab: 1) Şeyx açıq-aydın deyir ki: Dini (Allahı) və Peyğəmbəri bildiyi və qəsdli
şəkildə təhqir edərsə kafirdir. 2) Şeyx qeyd edir ki: Cahillikdən Dini və Peyğəmbəri təhqir edərsə kafir
olmur. Həmçinin bu rəydə digər sələf alimləri də olmuşlar. Bu təkcə Şeyx Albani – rahmətullahi aleyhi – ın
rəyi deyildir. Şeyx AbdurRazzaq Afifi – hafizahullah – dan: Dini (Allahı), Peyğəmbəri və Quranı cahillikdən
təhqir edənin kafir olması barəsində soruşurlar”. Şeyx: “Digər hallarda olduğu kimi belə bir kimsəni
cahildirsə əməllərinin nə ilə nəticələndiyi barəsində onu maarifləndirirlər. Əgər o, bundan sonra da bu cür
etməyə davam edərsə bu zaman kafir olur. Bəzən eşidirk ki: “Cahillik üzr deyildir” deyirlər. Bu belədir – o,
mənada ki, belə bir kimsə öyrədilib, başa salınır və tərbiyələndirilərsə. Belə bir kimsə başlı-başına
buraxılaraq kafir olur mənasında deyildir”. “Fətava Rəsail” 1/173. 3) Əgər bir kimsə huşsuzluqdan belə bir
söz işlədərsə o, kimsə üzürlüdür. Şiddətli sevincdən: “Ey Rəbbim! Sən mənim qulum, mən isə sənin
Rəbbinəm” deyən kimsəni xatırlayın. Əgər insan bilərəkdən küfr edərsə, inadkarcasına və qəsdli şəkildə
belə bir kimsə kafirdir. 4) Şeyx Albani – rahmətullahi aleyhi – deyir ki: “Əgər bir kimsə pis tərbiyədən bunu
edərsə kafir deyildir”. Bütün bu sözlərin deyilməsinin nəticəsi pis tərbiyədən doğur. Bu cür sözləri çox
eşitmək olar. Məs: Nəcd şəhərində insanlar arasında belə bir söz gəzir: Allahda güc yoxdur”. Bu küfr
deyildir, lakin: “Allahdan başqa güc, qüvvət yoxdur” cümləsinin qısaldılmış formasıdır. Bunun deyilməsinə
də səbəb pis (Dini) tərbiyənin olmasıdır. Lakin heç kəs bu insanları küfrdə ittiham etməmişdir. Şeyx Albani –
rahmətullahi aleyhi – ın qəsd etdiyi də budur. Sual: Bir nəfər şiddətli qəzəb halda İslamı söymüşdür. Bu
barədə hökm nədir? Bu əməldən tövbə etmək üçün qoyulan şərtlər nədir? Nəticə etibarilə onun nikahı fəsh
(etibarsız) edilirmi? Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Həmd Allaha məxsusdur. Kim islamı
söyərsə barəsində hökm onun kafir olmasıdır. Çünki islamı söymək və yaxud buna istehza etmək İslamda