[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə37/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   33   34   35   36   37   38   39   40   ...   258

 

75 


deyildir.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  zina  edəndən,  oğurluq 

edəndən qonşusunun şərrindən əmin olmayan kimsədən də imanı nəhy etməsi 

–  onları  iman  ilə  adlandırmamışdır.  Bunlardan iman  ismini qaldırdığı  zaman 

əməl  tərəfdən  kafirdilər.  İnkari,  etiqadi  küfr  bunlar  üçün  işlədilməz. 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in:  «Məndən  sonra  bir-birinizin 

boynunu  vuran  kafirlərin  halına  bənzəməyin»

230

 bu  da  əməli  küfrdür. 



Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in:  «Kim  kahinin  yanına  gedib  onun 

dediyini təsdiqləyərsə və ya heyzli qadınla (qadını ilə) əlaqədə olarsa və yaxud 

da qadınla arxadan (qadını ilə) yaxınlıq edərsə Muhəmmədə nazil olana (uzaq 

düşər)  küfr  etmiş  olar»

231

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



«Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu 

sözə  o,  ikisindən  biri  layiq  olar»

232

.  Bizim  bu  söylədiklərimizi  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – in bu hədisi təsdiq etməkdədir: «Müsəlmanı söymək 

fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»

233

 İbn Qeyyim – rahmətullahi aleyhi – 



deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanı söyməklə onunla 

vuruşmağı  bir-birindən  ayırdı  və  birini  təkfir  edilməyən  fasiqlik/günah, 

digərini  isə  küfr  olaraq  isimləndirdi.  Məlumdur  ki,  bu  etiqadi  küfr  deyil, 

sadəcə  əməli  küfrü  qəsd  etmişdir.  Küfrün  bu  növü  onu  İslam  dairəsindən 

(millətindən) və dindən tamamilə çıxarmaz. Necə ki, zina edən, oğurluq edən 

və içki içən də hər nə qədər iman ismi ondan yox olsa da belə dindən çıxmaz”.  

Bu ümmət içərisində Allahın kitabını, İslamı, küfrü və bunların hamısını ən 

gözəl  bilən  səhabələrin  görüşüdür.  Bu  məsələlər  yalnız  onlardan  öyrənilir. 

Sonra  gələnlər  onların  məqsədlərini  başa  düşmədilər  və  insanları  iki  grupa 

ayırdılar. Böyük günah etmələri səbəbi ilə dindən çıxardıqları və Cəhənnəmdə 

əbədi qalmalarına hökm etdikləri bir grup və kamil iman sahibi möminlər diyə 

adlandırdıqları  digər  qrup.  Qrupun  birinə  qarşı  haqsızlıq  etdilər,  digəri 

haqqında da şişirtdilər. Allah Əhli Sünnəti doğru bir yola və doğru bir görüşə 

yetişməkdə  hidayətini  lütf  etdi.  Məzhəblər  içində  Əhli  Sünnət,  dinlər  içində 

İslam  kimidir».  Həmin  küfür  insanı  İslam  dairəsindən  çıxartmır.  İslam 

dairəsindən  çıxartsaydı  onda  gör  səhabələr  neçə  döyüşlərdə  bir-birlərini 

qırdılar.  Siffeyn,  Cəməl  döyüşü  və  başqa  döyüşlərdə  səhabələr  bir-birləri  ilə 

döyşdülər.  Şəkk  yoxdur  ki,  bu  döyüşlərdə  ölənlər  də  olurdu.  Döyüşlərin 

birində  Təlha  və  Zubeyr  –  Allah  onlardan razı  olsun  – şəhid  edilmişlər.  «Əgər 

möminlərdən  iki  dəstə  bir-biri  ilə  vuruşsa  onları  dərhal  barışdırın.  Əgər 

onlardan  biri  təcavüzkarlıq  etsə,  təcavüzkarlıq  edənlə  Allahın  əmrinə 

qayıdana qədər vuruşun…». (əl-Hucurat 9).  

                                                

230

 Buxari. 



231

 Əbu Davud 3904, Beyhəqi 7/198 H. 13902. 

232

 Buxari, Müslim. 



233

 Buxari, Müslim. 




 

76 


Əgər əməli küfr insanı dindən çıxartmırsa bəs nə üçün Allahı, Peyğəmbəri 

söymək, Quranı zibilliyə və yaxud murdar yerlərə atmaq və bütə səcdə etmək 

əməli  küfr  olsa  da,  Dindən  çıxardır?  Əməli  küfr  dindən  çıxartmır,  yalnız 

etiqadi  küfr  dindən  çıxardır.  Cavab:  Bu  əməllər  insanlara  görə  zahiri 

əməllərdir.  Çünki  insan  bunu  bədən  üzvü  ilə  edir.  Lakin  bu  əməllər  insanın 

qəlbinin etiqadının nəticəsində olur. Yəni zahirən əməl olsa da, ancaq qəlbinin 

etiqadına görə o, əməlləri yerinə yetirir

234


.  

                                                

234

 əl-Albani  “Dini  –  Peyğəmbəri  –  Quranı”  Təhqir  Edənlər  Barəsində  -  Onlar  söyləyirlər  ki,  Şeyx  Albani – 



rahmətullahi aleyhi – dinlə istehza edəni, söyəni, Quranı təhqir edəni kafir saymır. Şeyx Albani – rahmətullahi 

aleyhi – deyir  ki: “İnsanı  yalnız etiqadı kafir edir,  əməlləri  yox”.  Bütün bunlar  bu gözəl  insana  qarşı atılmış 

böyük  bir  ədalətsizlikdir.  Çünki  Şeyx  dəfələrlər  söyləmişdir  ki:  Bu  cür  əməl  sahibi  o,  zaman  kafir  olur  ki, 

əgər o bütün bunların küfr olduğunu və ya Allahın dini ilə istehza olduğunu bilərsə. Əgər o, bütün bunları 

bilməzsə bu zaman kafir olmur. Bu da müsəlman alimlərinin rəyidir. Biz artıq qeyd etmişik ki, Şeyx Albani – 



rahmətullahi  aleyhi  –  bu  kimi  əməlləri  böyük  küfr  sayardı.  Bu  da  heç  bir  şübhə  oyatmır.  Şeyx  Albani  – 

rahmətullahi aleyhi – tez-tez qeyd edərdi ki, bir kimsəni böyük küfrə yalnız onun etiqadı apara bilər. Lakin bu 

o, demək deyil ki, bir kimsə şəriətlə küfr olan əməl etsə kafir olmur. Şeyx Albani – rahmətullahi aleyhi – deyir 

ki: “Əməllər içərisində elə əməllər var ki, sahibini etiqadi küfrə aparır. Çünki bu əməllər onun batini küfrünə 

dəlalət edir. Məs: Qarşısında  olan  kitabın Quran olduğunu  bilərək  onu  ayaqlayan  kimsə  kimi”. “Xaşiyətut 

Təhzir  Fitnəti  Təkfir”  s.  72.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Əgər  bir  kimsə  Peyğəmbər  

sallallahu aleyhi və səlləm – i təhqir edən (incidən) və ona toxunan hər hansısa bir əməli və ya sözü söyləyərsə, 

bunu bilmədiyi və niyyət etmədiyi halda bu zaman ona bu cür deməkdən (təkfir etməkdən) qadağan edilir. 

Çünki  onun  əməli  Allaha  qarşı  asilikdir.  Misal  olaraq  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  yanında 

səsini  qaldıran  kimsə  ola  bilər.  Əgər  o,  kimsə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  i  sözü  və  əməli  ilə 

təhqir  etdiyini  qəsdli  şəkildə  və  bilərək  edərsə  bu  zaman  o,  kimsə  kafir  olur  və  əməlləri  puç  olar”.  Sariul 

Məslul  2/120.  İbn  Qeyyim  – rahmətullahi aleyhi –  deyir  ki:  “Əgər  bir  kimsə  söz  söylədiyi  zaman  sözü  qəsd 

etdiyi mənadan başqa bir məna verərsə və ya qəsdli olmadan söyləyərsə və ya nə məna daşıdığını bilmədən 

söyləyərsə  bu  zaman  belə  bir  kimsəni  can  atmadığı  və  istəmədiyi  şeylərə  görə  ittiham  etmək  olmaz.  Bu 

Peyğəmbərlər  vasitəsilə  Allahın  insanlara  göndərdiyi  dinidir”.  “İləmun  Muvakkin”  4/403.  Şeyx  Albani  – 

rahmətullahi  aleyhi  –  bu  şeydə  ittiham  edənlər  deyirlər  ki:  Moizələrinin  birində  o,  deyir:  “Əgər  bir  kimsə 

cahillikdən, pis tərbiyədən və ya huşsuzluqdan dini və ya Peyğəmbəri təhqir edərsə belə kimsə kafir olmur. 

O,  zaman kafir  olar  əgər bunu  bilərəkdən  və  qəsdli  şəkildə edərsə.  Bu  şübhə edilməyən  dinsizlikdir.  Şeyxi 

ittiham  edənlərə  qarşı  cavab:  1)  Şeyx  açıq-aydın  deyir  ki:  Dini  (Allahı)  və  Peyğəmbəri  bildiyi  və  qəsdli 

şəkildə  təhqir  edərsə  kafirdir.  2)  Şeyx  qeyd  edir  ki:  Cahillikdən  Dini  və  Peyğəmbəri  təhqir  edərsə  kafir 

olmur.  Həmçinin  bu  rəydə  digər  sələf  alimləri  də  olmuşlar.  Bu  təkcə  Şeyx  Albani  – rahmətullahi aleyhi – ın 

rəyi  deyildir. Şeyx AbdurRazzaq Afifi  – hafizahullah – dan: Dini  (Allahı), Peyğəmbəri  və Quranı  cahillikdən 

təhqir  edənin  kafir  olması  barəsində  soruşurlar”.  Şeyx:  “Digər  hallarda  olduğu  kimi  belə  bir  kimsəni 

cahildirsə əməllərinin nə  ilə nəticələndiyi barəsində onu maarifləndirirlər. Əgər o, bundan  sonra  da  bu  cür 

etməyə davam edərsə bu zaman kafir olur. Bəzən eşidirk ki: “Cahillik üzr deyildir” deyirlər. Bu belədir – o, 

mənada  ki,  belə  bir  kimsə  öyrədilib,  başa  salınır  və  tərbiyələndirilərsə.  Belə  bir  kimsə  başlı-başına 

buraxılaraq  kafir olur  mənasında  deyildir”. “Fətava  Rəsail” 1/173. 3) Əgər bir  kimsə  huşsuzluqdan belə bir 

söz  işlədərsə  o,  kimsə  üzürlüdür.  Şiddətli  sevincdən:  “Ey  Rəbbim!  Sən  mənim  qulum,  mən  isə  sənin 

Rəbbinəm”  deyən  kimsəni  xatırlayın.  Əgər  insan  bilərəkdən  küfr  edərsə,  inadkarcasına  və  qəsdli  şəkildə 

belə bir  kimsə kafirdir. 4) Şeyx Albani – rahmətullahi aleyhi – deyir  ki: “Əgər  bir  kimsə  pis tərbiyədən  bunu 

edərsə  kafir  deyildir”.  Bütün  bu  sözlərin  deyilməsinin  nəticəsi  pis  tərbiyədən  doğur.  Bu  cür  sözləri  çox 

eşitmək  olar.  Məs:  Nəcd  şəhərində  insanlar  arasında  belə  bir  söz  gəzir:  Allahda  güc  yoxdur”.  Bu  küfr 

deyildir, lakin: “Allahdan başqa güc, qüvvət yoxdur” cümləsinin qısaldılmış formasıdır. Bunun deyilməsinə 

də səbəb pis (Dini) tərbiyənin olmasıdır. Lakin heç kəs bu insanları küfrdə ittiham etməmişdir. Şeyx Albani – 

rahmətullahi  aleyhi  –  ın  qəsd  etdiyi  də  budur.  Sual:  Bir  nəfər  şiddətli  qəzəb  halda  İslamı  söymüşdür.  Bu 

barədə hökm nədir? Bu əməldən tövbə etmək üçün qoyulan şərtlər nədir? Nəticə etibarilə onun nikahı fəsh 

(etibarsız)  edilirmi?  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Həmd  Allaha  məxsusdur.  Kim  islamı 

söyərsə barəsində hökm onun  kafir olmasıdır.  Çünki  islamı  söymək və yaxud buna  istehza etmək İslamda 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə