[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə33/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   29   30   31   32   33   34   35   36   ...   258

 

67 


mədəniyyət  səviyyəsini,  dünya,  yaşayış  səviyyəsini  başqa  insanlardan  üstün 

görür.  Öz  ağlını onlardan  üstün sayır.  Onu  dəvət  edəndə istehza ilə  deyir  ki: 

«Mən  filankəslərlə  bir  yerdəmi  səcdə  edəcəyəm?».  Keçmiş  ümmətlərin  çoxu 

beləcə  inkar  edib  üz  çevirmişdilər.  «…Siz  də  bizim  kimi  adi  bir  insansınız. 



Bizi  atalarımızın  ibadət  etdikləri  bütlərdən  döndərmək  istəyirsiniz…». 

(İbrahim  10)  ayəsində  olduğu  kimi  uca  Allah  onların  hekayəsini  bizə  xəbər 

verir.  «Möcüzələrimizin  həqiqiliyinə  daxilən  möhkəm  əmin  olduqları  halda 



haqsız  yerə  və  təkəbbür  üzündən  onları  inkar  etdilər.  Bir  gör  fitnə-fəsad 

törədənlərin  axırı  necə  oldu!»  (ən-Nəml  14).  «Bildikləri  (Peyğəmbər)  gəldikdə 

isə ona inanmadılar. Allah kafirlərə lənət etsin». (əl-Bəqərə 89). «Həqiqətdə isə 

onlar  səni  yalançı  hesab  etmirlər  (ürəklərində  sənin  həqiqi  Peyğəmbər 

olduğunu yaxşı bilirlər)». (əl-Ənam 33). 

4)  Şübhə  (Şəkk)  Etmək  Küfrü  –  İnsandan  tələb  olunan  şey  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – in gətirdiyinə şəksiz, şübhəsiz əminliklə itaət etmək 

olduğu  halda,  tərəddüd  edərək  nə  onu  təkzib  etməsi  (yalanlaması),  nə  də 

təsdiq olmadan yaranan  küfr formasıdır.  Kim  Peyğəmbər  – sallallahu aleyhi və 

səlləm – in gətirdiyinin haqqın əksi ola biləcəyini etiqad edərsə, bu şübhəsi onu 

küfrə  salmış  olar.  Şəkk  yəqinin  ziddidir.  Şəkk  insanın  Allahın  əmrlərindən 

birinə  şəkk  etməsidir.  Məs:  Allaha,  Mələklərinə,  Peyğəmbərinə,  kitablarına 

iman  gətirir,  axirətə  və  ya  qəza  və  qədərə  iman  gətirmir  (inanmır).  «Kafir 



kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını 

güman  etmirəm.  Qiyamətin  də  qopacağını  zənn  etmirəm…».  (əl-Kəhf  32-42). 

«Möminlər  yalnız  Allaha  və  Peyğəmbərinə  iman  gətirən  və  iman  gətirdikdən 

sonra  heç  bir  şəkk-şübhəyə  düşməyənlərdir».  (əl-Hucurat  15).  Qadi  İyad  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  «Kim  ki  Quranı  alçaldarsa,  yaxud  Quran  yazılı 

müshafları  alçaldarsa,  onlardan  bir  şeyi  söyərsə,  ondan  bir  şeyi  inkar  edərsə, 

onu  yalan  sayarsa,  ondan  bir  hissəsini  yalan  sayarsa,  Allahın  hökmlərindən 

birini  açıq-aşkar  inkar  edərsə,  Peyğəmbərdən  gələn  xəbərləri  inkar  edərsə, 

Allahın  isbat  etdiyini  inkar  edərsə,  inkar  etdiyini  isbat  edərsə  bu  baxımdan 

onun bu barədə elmi var və yaxud şəkk edərsə, Əhli Sünnənin icmasına görə 

bu insan artıq kafir olar».  

5) Kufru İrad - Üz Çevirmək Küfrü – İbn Qeyyim – rahmətullahi aleyhi – deyir 

ki:  “Kufru  İrada  gəlincə  -  Bu  bir  kimsənin  təsdiq  və  ya  təkzib  etmədən 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi haqdan qulağını və qəlbini 

çevirməsi,  Onu  dost  saymamaqla  bərabər,  Ona  düşmənçilik  də  bəsləməməsi, 

lakin  dinləməkdən  də  çəkinməsidir.  Onu  yalançı  saymamaqla  bərabər,  onun 

Peyğəmbərliyini  də  təsdiq  etməmək,  Ona  nifrət  etməməklə  yanaşı  onu 

sevməmək və Onun gətirdiklərinə tərəf də meyl etməməkdir”

218

. İbn Teymiyyə 



                                                

218


 “Mədarics Salikin” 1/338.  


 

68 


– rahmətullahi aleyhi – deyir ki: “Hər kim Peyğəmbəri – sallallahu aleyhi və səlləm 

– yalanda  ittiham  edərsə  kafirdir.  Hər  kimdə  üz  döndərdisə  etiqad  etmədən, 

təsdiq  etmədən,  yalan  saymasa  da  belə  kafirdir”

219

.  Beləcə  haqqı  tərk  edər, 



əməl  etmədiyi  kimi  öyrənməzdə.  Haqdan  danışılan  yerdən  də  qaçar.  Bu 

şəkildə bir dəfə üz çevirməklə küfrə düşər.  

6)  Nifaq  Küfrü  –  Bu  bir  kimsənin  zahirən  özünü  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  ə  tabe  olduğunu  göstərməklə  bərabər,  qəlbən  Ona  qarşı 

çıxması,  Onu  inkar  etməsidir.  Belələri özlərini iman  sahibləri  kimi  göstərərək 

küfrlərini gizlədirlər. «İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri 

halda: Biz Allaha və Qiyamət gününə iman gətirdik – deyirlər». (əl-Bəqərə 8). 

İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Nifaq  küfrünün  əsası  yalan 

üzərindədir.  Çünki  münafiqin  zahiri  özünün  sirrində  olana  müxalif  çıxır.  Bu 

da  yalandır.  Çünki  yalanın  lüğəti  mənası  insan  bir  şeyi  izhar  edir,  haqqın 

ziddini  inkar  edir.  Onlar  dili  ilə  iqrar  edir,  ancaq  qəlbi  ilə  etiqad  etmir».  İbn 

Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Nifaqın  insanda  yetişməsi  2  budaq 

üzərində  olur.  1  -  Budaq  onun  yalanıdır.  2  -  Budaq  isə  riyadır.  Onların  hər 

ikisinin  çıxması  ayrı-ayrı  gözlərdəndir.  1-ci  onun  gözünün  zəif olması  (haqqı 

görməmək  mənasındadır).  2-ci  zəifliyi  onun  əzəmətinin  zəif  olmasıdır.  Əgər 

bu  4  ərkan  insanda  tamamlanarsa,  yalan,  riya,  haqqı  görməmək  və  əzəmətin 

zəif olması onda artıq nifaq baş qaldırmağa başlayar».  

Nifaq  Küfrü  2  Qismdir:  Onlardan  biri  böyük,  digəri  isə  kiçikdir.  Böyük 

nifaq: İslamdan çıxaran küfrdür. İmanı izhar etmək, küfrü isə gizlətməkdir. Bu 

da  Peyğəmbər  - sallallahu aleyhi və səlləm –  in  vaxtında  münafiqlərin  sifəti  idi. 

Onlar  imanı  izhar  edir,  ancaq  qəlbində  isə  küfrü  gizlədirdilər.  «Əlbəttə 

münafiqlərin  yeri  Cəhənnəmin  ən  alt  təbəqəsidir».  (ən-Nisa  145-146).  Kiçik 

nifaq:  Hansı  ki, insanı  kafir etmir,  millətdən çıxartmır.  Bu  da  əməldə insanın 

yalan  danışması,  vədinə  xilaf  çıxması,  xəyanət  etməsi  və  s.  münafiqlərin 

əlamətləridir.  

Küfrün  –  Şirk,  Zülm,  Fisq  Kimi  İşlədilməsi  -  Əgər  küfr,  zülm,  fasiqlik  iki 

qismə  ayrılırsa  Qurani  Kərimdə  küfr  sözü  həm  şirk,  həm  zülm,  həm  fasiqlik 

kimi də gələ bilər. Burada olan küfr həm İslamdan çıxardan şirk, zülm, fisq ola 

bilər, həm də İslamdan çıxartmayan şirk, zülm, fisq ola bilər.  



Birinci  -  Qurani  Kərimdə  küfrə  şirk  deyilməsi.  Bu  şirk  dindən  çıxaran 

şirkdir.  Allah  Kəhf  surəsinin  32-42  ayərində  biri  mömin,  digəri  kafir  kimsə 

barəsində danışır. «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın 

nə  vaxtsa  yox  olacağını  güman  etmirəm.  Qiyamətin  də  qopacağını  zənn 

etmirəm… Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: Əvvəlcə səni (atan 

Adəm) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni 

                                                

219

 “ət-Tisiniya” 166.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə