[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə29/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   25   26   27   28   29   30   31   32   ...   258

 

58 


çıxartdı.  Cüməni,  cəmaat  namazını,  həcci,  cihadı,  müsəlmanlara  nəsihəti, 

müsəlmanlara rəhmli olmağı tərk etdilər»

204

.  


Digər vəsfləri və xətaları təhdid ayələrində üzə çıxmışdır. Ayələri düzgün 

başa  düşməmişlər.  Xəvariclər  bir  rəy  etiqad  edirlər,  sonra  Quranın  ayələrini 

etiqad  etdikləri  şeyə  tərəf  çevirirlər.  Onlar  bu  məsələdə  iki  yol  tutublar.  Ya 

Quranın dəlalət etdiyi mənanı soyub çıxarırlar, ya da Quranı dəlalət etmədiyi 

bir  mənaya  yönəldirlər.  Onların  dəlil çıxartma  və  gətirmə  üslubu  da  batildir. 

Onların  törətdikləri  fəsad,  islahdan  daha  böyük  olmuşdur.  İbn  Teymiyyə  – 



rahmətullahi aleyhi – deyir ki: «Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu 

rəydə  kim  onlara  müxalif  olarsa  kafir  sayırlar.  Əhli  Sünnə  vəl  Cəmaat  Rəbbi 

tərəfdən  gələn  haqqa  tabe  olurlar.  Çünki  onu  Peyğəmbər  – sallallahu aleyhi və 

səlləm  –  gətirmişdir.  Lakin  Əhli  Sünnə  vəl  Cəmaat  özlərinə  müxalif  olanları 

təkfir  etmirlər.  Çünki  onlar  haqqı  hamıdan  yaxşı  bilən  və  insanlara  qarşı  ən 

rəhmli olanlardırlar»

205


. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “İlk bidət, 

məhz  Xəvariclərin  bidəti  Qurani  Kərimi  doğru  başa  düşməməkdən  baş 

vermişdir”

206


.  İmam  əl-Əcurri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Xəvariclər  - 

Onların  Orucları,  namazları,  həvəslə  etdikləri  ibadətləri  onlara  fayda 

verməyəcəkdir.  Hətta  onların  açıq-aydın  yaxşılığı  əmr  edib,  pislikdən 

çəkindirməsi  onlara  fayda  verməyəcəkdir.  Çünki  bu  toplum  Quranı  öz  nəfsi 

istəyinə  uyğun  olaraq  təfsir  edir.  Bizləri  onlardan  Allah  və  Rəsulu 

çəkindirmişdir,  Rəşidi  xəlifələri  və  səhabələr  və  onların  ardınca  gedənlər 

çəkindirmişlər”

207


.  Əbu  Umamə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurdu: “Üç şey vardır ki, ölümdür: 

itaət olunan simiclik (acgözlük), ardınca gedilən nəfsi istək, insanın özü-özülə 

öyünməsi”

208

.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Elmin  ardıyca 



getməyən hər bir kəs, nəfsinin ardınca getmişdir”

209


.  

Həmçinin  onların  vəsflərindən  Sələfə  mənsub  olanların  xətalarını 

izləməkdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Onlar Sələfə mənsub 

olan alimləri naqisləşdirirlər, hətta içtihadi məsələrdə də hansı ki, bununla da 

müxalif olan üçün bir fitnə yaranır və xətaya düşür. Çünki alimlər onların öz 

hədəflərini yerinə yetirməkdə bir maneədirlər»

210

. İbn Teymiyyə – rahmətullahi 



aleyhi – deyir ki: «Sən elə bir bidətçi görməzsən ki, özünə müxalif olan dəlilləri 

gizlətməsin.  Özünə  müxalif  olan  dəlilləri  danışmaqdan  xoşlanmır  və  kim  də 

                                                

204


 Məcmuu Fətava 20/140.  

205


 Məcmuu Fətava 19/73.  

206


 “Məcmuul Fətava” 13/30.  

207


 “Şəriə” 1/21.  

208


 Təbəri 54/52, əl-Albani “Səhih”.  

209


 “Əmr Bin Məruf” 37.  

210


 Məcmuu Fətava 4/155.  


 

59 


bu  dəlilləri  danışırsa onlara  da nifrət  edirlər»

 211


.  Sələflər  deyir  ki:  «Hər  hansı 

bir şəxs bir bidət ortaya çıxardarsa hədisin şirinliyi onun qəlbindən çıxardılar».  

Hakimlərin xətalarını izləmək, avam cəmaatı onlara qarşı qaldırmaq, onlara 

tənə  edib  kafir  saymaq  onların  vəsflərindəndir.  Onlar  qiyam  üçün  müəyyən 

zaman  və  şərait  axtarırlar.  Çıxmaları  üçün  müəyyən  bir  səbəb  tapmalıdırlar. 

Ümumi olaraq onlar  böyük fitnələrin  ardınca çıxırlar.  İbn  Kəsir  – rahmətullahi 



aleyhi – deyir  ki:  «Nəhrəvan  günü  çatanda  insanlar  dedilər:  «Onların  kökünü 

möminlərin  əmiri  kəsdi,  Allaha  həmd  olsun!»  Əli:  «Allaha  and  olsun  ki,  elə 

deyil!  Onlar  hələ  də  kişilərin  belində,  qadınların  bətnində  qalırlar.  Onlar  şər 

insanlardan  törəndikdə  bir-iki  nəfər  adam  tapan  kimi  qiyam  etmək  üçün 

qüvvələrini  birləşdirərlər».  Yaxşı  əməlləri  günah,  günahları  isə  küfr  sayırlar. 

Onlar  öz  cəmaatlarına  görə  və  bidətlərinə  görə  dost  tutur  və  düşmənçilik 

edirlər. Xəvariclər və Rafizilərin bidəti xilafət və imamət məsələsində birləşir. 

Rafizilərdə  din  Əhli  Beytdən  ibarət  olduğu  kimi  bunlarda  da  din  yalnız 

hakimiyyət  və  təkfirdən  ibarətdir.  Onların  Rafizilərlə  bir  çox  oxşarlıqları 

vardır.  

 

TƏKFİRÇİLƏRİN VƏSFLƏRİ 

 

Ehtiyat  etmək  və  soruşmaq  cəmaatı.  Bir  insanın  müsəlman  olmasını 



deməkdə  ehtiyat  etmək.  Yalnız  onun  müsəlman  olmasını  yoxladıqdan  sonra 

ona  müsəlman  demək.  Onlara  kafir  və  ya  müsəlman,  dost  və  ya  düşmən 

deməkdən  çəkinmək.  Həmçinin  müsəlman  ilə  kafir  arasında  olan  əlaqələrdə 

ehtiyat etməyi də əhatə edir.  



Onların Vəsfləri: 1 – Bu düşüncəli insanlar dində həddən artıq sərt olurlar. 

 Dərhal təkfir etməyə meyilli olmaq, elə bu səbəblə də müsəlman cəmiyyətlər 

təkfir  edilmiş,  onlara  cahil  cəmiyyət  adı  verilmişdir.  Onlar  deyirlər  ki, 

günümüzdəki  müsəlmanlar  kafir  və  mürtəddirlər.  Onlar  Seyyid  Qutubun 

müsəlman  cəmiyyətlərin  cahil  cəmiyyətlər  olması,  cəmiyyətləri  tərk  etmək, 

hakimiyyət  tövhidinə  daha  çox  üstünlük  vermək,  tağut,  dost  və  düşmən 

məsələrində həddən artıq şişirtmək və bu məsələrdə ifrata varmaqdır. İbn Əbil 

İzz – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlinin pislənən sifətlərindən biri də 

onların bir-birilərini təkfir etmələridir. Elm əhlinin tərifə layiq sifətlərindən biri 

də odur ki, onlar zəlalət əhlini küfrdə ittiham etmədən danışırlar”

212


3 – Elmsiz 

olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlə-

rinin doğru yolda olduqlarını iddia etmək. Alimlərə itaəti tam qadağan edirlər, 

müsəlman alimləri tərk edilir, onlardan elm alınmır, onları cəmaatın gözündən 

                                                

211


 Məcmuu Fətava 20/161.  

212


 “Şərh Təhaviyyə” 439.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə