[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə27/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   23   24   25   26   27   28   29   30   ...   258

 

54 


yaşayan və nə qədər gizlənməyə çalışsalar da onlar İslam düşmənləri və digər 

İslam düşmənlərinə yardım edən kimsələrdir”.  

Şeyx Saleh Əli Şeyx  – hafizahullah - deyir ki: “Siz eşidə bilərsiniz, necə bəzi 

müəllimlər Ben Ladeni tərif edirlər, lakin bu İslamı başa düşməkdə xətadır”

191

.  


Şeyx  Muqbil  İbn  Hədi  –  hafizahullah  -  deyir  ki:  “Mən  Ben  Ladenin 

etdiklərindən Allaha sığınıram. Ümmət üçün xəstəlik və fitnədir. Əməlləri isə 

şərdir”.  Ondan:  “Avropa  ölkələrində  olan  müsəlmanları  bu  törədilən 

partlayışlara  görə  sıxışdırıb  (əziyyət  verirlər)”.  Şeyx:  “Mənim  bu  haqda 

məlumatım  vardır.  Mənə  İngiltərədən  qardaşlar  zəng  edərək  onlara  verilən 

əziyyətlər barəsində xəbər vermişlər. Onlar soruşdular ki: “Bizlər Ben Ladenin 

etdiklərindən  uzaq olduğumuzu  açıq-aydın söyləyə  bilərikmi?”. Mən:  “Bizlər 

onun özündən və əməlidən çoxdan uzaq olduğunu bəyan etmişik. Şahidik ki, 

Avropa  ölkələrində  olan  müsəlmanlar  sıxışdırılır  müxtəlif  partiyaların 

“İxvanul Muflisin” və onlara oxşarların törətdiklərinə görə”

192

.  


Salaman Avde özü Ben Ladenin əməllərindən xoşlanmayaraq ona müraciət 

edərək demişdir: “Ey mənim qardaşım Usama! Nə qədər qanlar axıdılmışdır!? 

Nə qədər günahsız insanlar, uşaqlar, qocalar və qadınlar öldürlülmüşdür “əl-

Qaidə”  bayrağı  altında?!  Sənin  halın  necə  olacaq  bu  qədər  100  min,  milyon 

insanın  qanı  ilə  yüklənmiş  halda  Allahın  qarşısına  (hüzüruna)  çıxdığın 

zaman”.  

Şeyx  Saleh  əs-Suheymidən  –  hafizahullah  -  soruşurlar:  “Biz  əz-Zərkavini 

sevmirik, lakin onu təhqir də etmirik. Çünki o, elm əhlidir” deyənlər barəsində 

sözünüz  nədir?  Cavab:  “Bü  dəvətçilərin  səbəbilə  bir  çox  ölkələrdə  onların 

sözləri  yayılmış,  bir  çox  insanlar  aldadılmiş  və  öldürülmüşlər.  Nə  qədər 

müsəlmanlar  haqsız  olaraq,  düşməncəsinə  öldürülmüşlər,  hələ  mən 

müsəlmanlarla müqavilələri olan kafirlərin öldürülməsindən danışmıram. Qoy 

sizləri  bu  kimi  cahillərin  sözləri  aldatmasın.  Mən  sizdən  soruşuram:  Kimdir 

(Zərkavinin)  müəllimi?  Müsəlmanlar  üçün  ölüm  və  dağıntılardan  başqa  nə 

qoyub? Heç nə? Nə o, nə də Ben Laden və s. Onlar kimi dəvətçilər. Allaha and 

olsun!  11  Sentyabr  baş  verməmişdən  öncə  İslam  dəvəti  güclənmişdir.  Mən 

özüm  bu  hadisədən  iki  həftə  öncə  Amerikada  Filadelfiyada  dəvət 

seminarlarında  olmuşdum.  İnsanlar  Allahın  dininə  dəstələrlə  girirdilər.  Bu 

Amerika,  İngiltərə,  Hindistan,  Çin  və  s.  ölkələrdə  dini  məktəblər  açılırdı. 

Bunlar  haradadır  indi?  Bu  məktəblər  haradadır?  Qərb  ölkələrində 

müsəlmanlar  başı  yuxarı  gəzirdilərsə,  indi  artıq  başları  aşağı,  hicablar 

çıxardılıb.  Qoy  sizi  bu  dəvətçiləri  sözləri:  11  Sentyabr  İslamın yayılmasına və 

insanların bu dini qəbul etmələrinə görə baş vermişdir. Allaha and olsun ki, bu 

                                                

191

 “Carida ər-Riyad” 8/11/2001 il.  



192

 “Carida ər-Rayul Amm” 11503.  




 

55 


yalandır.  Bu  saat  Amerikadan  olan  150  dəvətçi  qardaşımız  var.  Bir  həftə 

Mədinədə  şeyxlərdən  dərs  aldılar,  bir  həftə  də  Məkkədə.  Ümrə  etməyə 

gəlmişdilər.  Onlardan  soruşa  bilərsini  nə  baş  verib.  Hamısı  elm  tələb  edən 

tələbələrdir. Məkkədədirlər bu an. Filadelfiyada hicablı qadınlar çoxlu idi. Bəs 

indi hicablar çıxarılmış adi bir şəhərdir. Səbəbi isə Xavariclərdir. Elmi isə onun 

əhlindən  almaq  lazımdır.  O  ki,  qaldı  bu  kimi  kimsələrə,  bizim  onlara 

ehtiyacımız  yoxdur.  Onlardan  bir  çoxları  artıq  həyatda  yoxdurlar  və  biz 

bilmirik  onların  halları  Allah  qatında  necədir.  Lakin  biz  bilirik  ki,  heç  bir 

müsəlman onlardan fayda əldə etməyib, əksinə onlar İslama və müsəlmanlara 

zərərdən  başqa  bir  şey  gətirməyiblər  və  onların  zərər  vurmaqları  hələ  də 

davam edir. Əsl elm tələbələrinin ardınca gedin, Elm  - hisslər deyildir. Elm – 

nəşidlər  də  deyildir.  Elm  –  teatr  səhnələri  də  deyildir.  Elm  –  diskə  yazılmış 

səslərdən  də  ibarət  deyildir.  Elm  –  bir  başa  alimlərdən  elmi  almaqdır.  Allah 

buyurdu:  “Onlara  əmin-amanlıq  və  ya  qorxu  xəbəri  gəldikdə,  onu  yayarlar. 



Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, 

içərilərindən  onun  mahiyyətinə  varan  kəslər  o  xəbəri  bilərdilər.  Əgər  sizə 

Allahın  lütfü  və  rəhmi  olmasaydı,  əlbəttə,  az  bir  qisminiz  istisna  olmaqla, 

hamınız şeytana uyardınız”. (ən-Nisa 83).   

 

İBN TEYMİYYƏ – Rahmətullahi Aleyhi – XƏVARİCLƏRİN 



VƏSFİ HAQQINDA 

 

Müsəlmanları  təkfir  etmək  bidətdir.  İlk  olaraq  onlar  Hz.  Əli  –  radıyallahu 



anhu  -  nun  dövründə  çıxmışlar.  Onların  namazları,  orucları  və  ibadətləri 

vardır. Elə bir əməllər ki, ümumi səhabələrdə yox idi. Lakin buna baxmayaraq 

onlar  Peyğəmbər – sallallahu aleyhi və səlləm –  in  Sünnəsindən,  müsəlmanların 

cəmaatından  uzaq  idilər. Xəvariclərin  bidəti İslamda  ilk çıxan  bidətlərdəndir. 

Sünnədə  və  əsərlərdə  ən  çox  məzəmmət  olunan  bidətdir.  Çünki  Xəvariclərin 

birincisi  Peyğəmbər  –sallallahu  aleyhi  və  səlləm  –  in  üzünə  demişdir  ki:  «Ey 

Muhəmməd adil ol!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları öldürməyi 

və onlara  qarşı  vuruşmağı  əmr  etmiş,  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – 

in  səhabələri  Əli  –  radıyallahu  anhu  -  ilə  bərabər  onlara  qarşı  vuruşmuşlar. 

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər barəsində hədislər on 

yoldan  sabit  olmuşdur».  Xəvariclər  Dəccəlin  çıxma  dövrnə  qədər  davam 

edəcəklər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanda bir 

qövm  çıxacaqdır  ki,  onlar  Quranı  oxuyacaqlar,  lakin  Quran  onların 

boğazlarından  aşağı  enməyəcəkdir,  onlar  İslamdan  oxun  şikardan  çıxması 

kimi çıxacaqlar.  Onların  əlamətləri  başlarını  qırxmaq olacaqdır.  Onlar  həmişə 

mövcud  olacaqlar.  Onların  axırıncısı  Dəccəllə  bərabər  çıxacaqdır.  Onlar 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə