[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə23/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   19   20   21   22   23   24   25   26   ...   258

 

46 


əylənirik”.  Peyğəmbər:  “Həqiqətən  Allah  bu  iki  günü  daha  xeyirli  iki  günlə 

əvəz etdi: Qurbanlıq və Ramazan”

155

.  


7) Bir gün Qardavi Cümə xütbəsini bitirdikdən sonra dedi: “Öz yerimi tərk 

etməmişdən öncə İsrail dövlətini seçkilər münasibətilə təbrik etmək istərdim. 

Təsəvvür edin, necə ədalətli. Kiçik bir dəstə seçkilərin gedişinə təsir etmişdir. 

Buna  görə  biz  İsraili  təbrik  edirik.  Biz  istərdik  ki,  bizim  ölkəmizdə  bu  ölkə 

kimi  olsun.  100%  göstəricidən  99,9%  səs  toplamağa  necə  baxırsınız.  Bu  nədir 

belə?  Allah  belə  öz  namizədliyini  insanlar  arasında  irəli  sürsəydi  O  da  bu 

qədər  səs  faizi  toplamazdı.  Biz  buna  görə  İsraili  təbrik  edirik”

156


.  Şeyx 

Useymindən  –  rahmətullahi  aleyhi  -  bu  barədə  soruşduqda  o  dedi:  “Allaha 

sığınıram!  Bu  sözləri  söyləyən  kimsə  tövbə  etməlidir,  əksi  təqdirdə  mürtəd 

kimi öldürlməlidir. Çünki o, məxluqları Xaliqə bərabər tutmuşdur. Buna görə 

mütləq  tövbə  etmək  lazımdır,  Allah  tövbələri  qəbul  edəndir.  Əksi  təqdirdə 

müsəlmanların Rəhbəri onun boynunu vurmalıdır”

157

.  


8)  Qardavi  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  atası  Abdullah  İbn 

AbdulMutallib barəsində deyir: “Abdullah İbn AbdulMuttalibin günahı nədir? 

O,  dəvət  çatmayan  kimsələrin  sinifinə  daxildir  (Fitrət  əhlidir)  və  cəzadan  da 

qurtulacaqdır”

158

.  Səhih  Muslimdə  hədis ola-ola  bu  sözləri  deyir:  Peyğəmbər-



dən  –  sallallahu  aleyhi və səlləm  –  bir  nəfər  soruşur:  Mənim  atam  haradadır?”. 

Peyğəmbər:  “Mənimdə,  sənində  atan  Oddadır”.  Onlar  fitrət  əhli  deyillər  ki, 

Qiyamət günü də qurtulsunlar. Çünki o, vaxtı İbrahimin Hənif dini vardı.  

9)  Əbu  Bəkrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «O,  xalq  uğur  qazanmaz  (müvəffəq  olmaz)  əgər 

onun başında idarəçi qadındırsa»

159

. Bu hədis barəsində Qardavi deyir ki: “Bu 



Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  zamanına,  kişilərin  idarə  etdiyi 

zamana  aiddir.  Bizim zaman  buna  aid  deyildir”

160

.  Bu sözü  Qadavidən  başqa 



heç bir Sələf alimi deməyib

161


.  

10)  Qardavi  Musiqini  halal  görür

162

.  Yalnız  nəfsi-istəkləri  özlərinə  qalib 



gələn  kimsələr  musiqi  dinləməyi  halal  görmüşlər.  Bu  qədər  qadağalar 

olmasına rəğmən. Onlar bütün bu hədisləri zəif hesab etmişlər. Səhih Buxaridə 

gələn  hədisidə  zəif  hesab  etmişlər.  Allahu  Əkbər!  Əbu  Məlik  əl-Əşari  

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Ümmətimdən  zinanı,  ipəyi,  içkini  və  musiqi  alətlərini  halal  qəbul 

                                                

155


 Əbu Davud 1134, Nəsəi 1555, Əhməd 3/178, AbdurRazzaq 15566, əl-Albani “Səhih”.  

156


 “əl-Burkan” 110.  

157


 “Tənbiyatul Afadil” 38.  

158


 “Keyfə Nata Amilu Məa Sunnati Nabaviya” 97.  

159


 Buluq əl-Məram 1395. 

160


 “Barnamicu Fil Qina” 4/7/1418.  

161


 İmam Bəğavi “Şərh Sunnə” 10/77, İmam Şovkani “Neylul əvtar” 8/305.  

162


 “Halal Və Haram” 29.  


 

47 


edən insanlar çıxacaq...»

163


. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Məazif 

  bütün  çalğı  alətləridir.  Bu  xüsusta  dilçilər  arasında  görüş  ayrılığı  yoxdur. 

Əgər  bunlar  halal  olsaydı,  heç  bir  zaman  bunları  halal  qəbul  etdikləri  üçün 

onları qınamaz və zinanın halal qəbul edilməsi ilə birlikdə söz etməzdi. Ayrıca 

bu  hədisdə  çalğı  alətlərini  halal  qəbul  edənləri  Uca  Allah  yerin  dibinə 

keçirməklə,  onları  meymunlara  və  donuzlara  döndərməklə  təhdit 

etmişdir…»

164

. İbn Bazz  – rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbər – sallallahu 



aleyhi və səlləm – xəbər  vermişdi  ki, son  zamanlarda  (ümmətimdən)  içki,  zina, 

ipək  və  musiqi  alətlərini  halal görən  (icazə  verən)  kimsələr  çıxacaqdır.  Bu  da 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  möcüzələrindəndir  ki,  artıq  baş 

vermişdir. Bu hədis musiqi alətlərinin qadağan olunması və həmçinin də buna 

icazə  verənləri  pisləyən  açıq-aydın  dəlildir,  necə  ki,  içki  və  zinanı  icazə 

verənləri  pislədiyi  kimi.  Ayə  və  hədislər  mahnı  və  musiqidən  (insanı) 

çəkindirir.  Bir  kimsə  -  Allah  musiqi  və  musiqi  alətlərinin  icazə  vermişdir 

deyərsə artıq yalan və böhtan atmış sayılır...”

165

. Səhl b. Səd - radıyallahu anhu – 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi və  səlləm  –  buyurdu:  «Qiyamətə 

yaxın  pozğunluq,  iflas  və  çirkinlik  baş  alıb  gedəcəkdir».  Biz:  «Ey  Allahın 

Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın 

müğənnilərinin  çoxaldığı  vaxt!»  deyə  buyurdu

166

.  Ənəs  b.  Məlik,  İmran  b. 



Huseyn  - radıyallahu anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  – sallallahu aleyhi və 

səlləm – buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən 

daş  yağma  və  surət  dəyişməsi  (heyvana  çevrilmə)  olacaqdır.  Səhabələr:  «Nə 

zaman,  Ey  Allahın  Rəsulu?»  deyə  soruşdular.  Nə  vaxt  ki,  içki  içiləcək,  qadın 

müğənnilər (cariyələr) və musiqi alətləri (Ud)

167

 zühur edəcəkdir»



168

.  


11)  Qardavi  saqqalın  vacibliyini  inkar  edərək  onu  qırxmağı  halal  görmüş-

dür.  Bütün  fətvalarında  Qardavi  Quran,  Sünnə  və  səhabələrin  sözlərinə  zidd 

olmuşdur.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. 

Yəhudi  və  Nəsranilərə  oxşamayın»

169

.  İbn  Ömər  -  radıyallahu  anhu  –  rəvayət 



edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müşriklərə müxalif 

                                                

163

 Buxari  «Kitabul  Əşribə»  5590,  «Fəthul  Bəri»  10/51,  İbn  Hibban  6754,  Təbərani  “Kəbir”  3417,  əl-Albani 



“Silsilə Səhih” 1/140.  

164


 «İğasətul Ləhfan» 1/256,260,261.  

165


 “Məcmuul Fətava” 3/423-424.  

166


 İbn Məcə, əl-Albani “Səhihul Cəmi” 3665.  

167


 Bərabit – Uda bənzəyən (simli alət) bir çalğı alətidir. Buna səbəb bunu çalan kimsənin bu aləti köksünün 

üzərinə qoymasıdır. Köks də Bər deməkdir. Əli İbn Hüseyn deyir ki: «Bərabit olan bir ümmət heç vaxt xeyir 

tapmaz». Lisanul Arab 7/258.  

168


 Tirmizi 2212,2213, əl-Albani «Səhih Silsilə» 2203, «Tahrimu Alatit Tarab» s. 78, İbn Əbu Dunyə «Zəmmul 

Məlahi», İbnu Əsakir «Tarixu Dəməşk» 12/582.  

169

 Əhməd «Musnəd» 2/356. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə