[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə24/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   20   21   22   23   24   25   26   27   ...   258

 

48 


olun. Saqqalı uzadın və bığları qısaldın»

170


. İbn Teymiyyə – rahmətullahi aleyhi - 

deyir ki: “Saqqalı qırxmaq haramdır”. Bu məsələdə icma vardır

171

.  


12)  Qardavi  az  miqdarda  götürülən  Sələmi  (Riba)  belə  icazəli  görmüş  və 

Qiyamət günü Ölümün qara qoyun surətində gətirilməsini də inkar etmişdir

172



Buxari və Muslimdə səhih hədisin olmasına baxmayaraq  bunu inkar edir. İbn 



Ömər,  Əbu  Səid  –  radıyallahu  anhum  –  rəvayət  etdi  ki,  Peyğəmbər  -  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  günü  (Cənnət  əhli  Cənnətə, 

Cəhənnəmliklər  də  Cəhənnəmə  ayrıldıqdan  sonra)  ölüm,  qara  bir  qoyun 

surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət 

əhli!  Sizlər  bunu  tanıyırsınızmı?»  deyilir.  Cənətliklər  dərhal  boyunlarını 

uzadıb  başlarını  ona  doğru  qaldırırlar  və  ona  (qoyuna)  baxırlar;  «Bəli, 

tanıyırıq!  Bu  ölümdür»  deyirlər.  Sonra:  «Ey  Cəhənnəm  əhli!  Sizlər  bunu 

tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq! 

Bu  ölümdür»  deyirlər.  Bundan  sonra  qoyunun  kəsilməsini  əmr  edirlər  və 

dərhal qoyun  kəsilir.  Sonra:  «Ey Cənnət  əhli!  Cənnətdə  əbədi yaşayacaqsınız, 

artıq  sizə  ölüm  yoxdur!  və  ey  Cəhənnəm  əhli!  Sizlər  də  Cəhənnəmdə 

əbədisiniz,  artıq  ölüm  yoxdur!»  deyilir.  Bundan  sonra  Peyğəmbər  - sallallahu 

aleyhi və səlləm –  bu  ayəni oxudu:  (Ya  Muhəmməd!)  Qəflətdə  olanları  və  iman 

gətirməyənləri  işin  bitmiş  olacağı  (haqq-hesab  çəkilib  möminlərin  cənnətə, 

kafirlərin  isə  Cəhənnəmə  girəcəyi)  peşmançılıq  günü  (insanın  pis  əməllərinə 

görə  peşman  olacağı,  lakin  bu  peşmançılığın  heç  bir  fayda  verməyəcəyi 

qiyamət günü) ilə qorxut! (O, gün bütün) yer üzünə və onun üzərində olan hər 

şeyə  yalnız  biz  varis  olacağıq.  Onlar  bizim  hüzurumuza  qaytarılacaqlar». 

(Məryəm 39-40)

173

  

13)  Qardavi  qəzetlərdə  verdiyi  məqalələrində  özünü  partladmağı 

şəhidlikdən  saymış  və  buna  icazə  vermişdir.  Bununla  bir  çox  müsəlmanları 

zəlalətə  salmışdır.  Əhli  Sünnə  alimləri  İstişhədi  qadağan  etmişlər.  Bunlardan 

əl-Albani,  İbn  Bazz,  İbn  Useymin,  Fovzan  və  s.  Şeyx  Useymin  –  rahmətullahi 

aleyhi - deyir  ki:  “Həqiqətən  mənim  fikrim  budur  ki,  bu  özünü  öldürməkdir. 

Buna  görə  də  Cəhənnəm  əzabı vardır. Peyğəmbər  - sallallahu aleyhi və səlləm – 

buyurdu:  “Kim  özünə  qəsd  edərsə  buna  görə  Cəhənnəm  əzabı  vardır  əbədi 

qalmaqla”

174

. Lakin bir kimsə məlumatlansa ki, onun etdiyi bu əməl xeyirli və 



Allahın  razılığı  olan  bir  əməldir,  biz  ümid  edərik  ki,  Allah  onun  səhv 

ictihadına görə  bağışlayar.  Lakin  buna  baxmayaraq günümüzdə  mən  belə  bir 

kimsəyə üzr bilmirəm. Çünki bu cür özünü öldürmək insanlar arasında geniş 

                                                

170

 Buxari 5892, Müslim 259.  



171

 “Mərtəbətul İcma”, “Raddul Muxtar” 2/116.  

172

 “Keyfə Natamil Məa əs-Sunnə ən-Nəbəviyə” 162.  



173

 Buxari 4730, Müslim 2850, 2887.  

174

 Buxari 5778, Muslim 1109.  




 

49 


yayılmış və hər bir kəs də bundan xəbərdardır. İnsana vacibdir ki, bu barədə 

alimlərdən  soruşsun  ta  ki,  ona  doğru  yol  batildən  ayrıd  edilsin. 

Təəccübləndirən isə  -  bu insanların özlərini öldürməsidir  halbuki  Allah  bunu 

onlara  qadağan  etdiyi  halda.  “Ey  iman  gətirənlər!  Qarşılıqlı  razılıqla  edilən 



alış-veriş  müstəsna  olmaqla,  bir-birinizin  mallarını  haqsız  bəhanələrlə 

(haqsız  yerə)  yeməyin  və  özünüzü  öldürməyin!  Həqiqətən,  Allah  sizə  qarşı 

mərhəmətlidir!”.  (ən-Nisa  29).  Onların  əksəriyyəti  isə  istənilən  yolla  halal  və 

haramlığına  baxmadan  düşmənlərdən  qisas  almaq  üçün  bunu  edir.  Bu  da 

yalnız öz qisas hisslərini həyata keçirməkdən ibarətdir”

175


.  

14) Qardavi müsəlman xanımların kinolarda çəkilməsinə icazə vermiş, yad 

kişi və qadınların bir yerdə olmasına da icazə vermişdir

176


. Bu fətvalar bir çox 

müsəmanların  nəfslərinə  uyğun  olduğu  üçün  tez  qəbul  edilir.  Halbuki 

Peyğəmbər  – sallallahu aleyhi və səlləm – bunu  qadağan  etmişdir.  Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «(Naməhrəm)  qadınların  yanına 

girməkdən  çəkinin».  Ənsarlardasn  biri:  «Ya  Rəsulullah!  Əgər  bu  kimsə 

(qadının) ərinin yaxın qohumu olsa necə?» deyə soruşdu. Peyğəmbər: «Yaxın 

qohum – bu ölümdür» deyə buyurdu

177

. Peyğəmbər – sallallahu aleyhi və səlləm 



–  buyurdu:  «Kişi  (naməhrəm  olan)  bir  qadınla  tək  qalarsa  üçüncüləri 

şeytandır»

178

.  İbn  Ömər  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Bu  gündən  sonra  kimsə  yanında  bir-iki 

adam olmadan əri yanında olmayan bir qadının yanına qətiyyən girməsin»

179



Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi 



və  səlləm  –  buyurdu:  «Kişilər  üçün  ən  gözəl  səf  birinci,  ən  pis  səf  isə  axırıncı 

səfdir. Qadınlar üçün ən yaxşı səf axırıncı, ən pis səf isə birinci səfdir»

180

.  


15)  Qardavi  İslamda  olan  Tələb  Cihadını  inkar  edir.  Halbuki  Allah  bu 

barədə buyurdu: “Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, 



Allahın  və  Peyğəmbərinin  haram  buyurduqlarının  haram  bilməyən  və  haqq 

dini  (islamı)  qəbul  etməyənlərlə  zəlil  vəziyyətə  düşüb  öz  əlləri  ilə  cizyə 

verincəyə  qədər  vuruşun”.  (ət-Tövbə  29).  “Hüdeybiyyə  səfərindən)  geri  qalan 

bədəvi ərəblərə de: “Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa 

çağırılacaqsınız.  Siz  onlarla  vuruşacaqsınız,  ya  da  onlar  dönüb  müsəlman 

olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl 

bir  mükafat  verər.  Yox,  əgər  əvvəldə  olduğu  kimi  (döyüşdən)  üz  çevirsəniz, 

(Allah) sizə ağrılı-acılı bir əzab verər”. (əl-Fəth 16). “Fitnə (müşriklərin fitnəsi) 

                                                

175

 “Keyfə Nualicu Vaki Anil Alim” 119.  



176

 “Harakatul İsləmiyyə” 391, “Malyamiul Muctəmi” 368.  

177

 Buxari 5232, Müslim 2172.  



178

 Tirmizi 3/474, əl-Albani «Mişkətul Məsabih» 3118.  

179

 Müslim 4/1711.  



180

 Müslim 440.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə