[]


baxmayaraq)  onların  bir  qismi  şübhəsiz  ki,  həqiqəti  bilə-bilə  gizlədir».  (əl-



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə32/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   28   29   30   31   32   33   34   35   ...   258

 

65 


baxmayaraq)  onların  bir  qismi  şübhəsiz  ki,  həqiqəti  bilə-bilə  gizlədir».  (əl-

Bəqərə  146). İmam  Bəğavi  və  İbn  Əsir  – rahmətullahi aleyhi  – deyir  ki:  «İblisin 

küfrü  bu  küfrə  dəlalət  edir.  İblis  bildiyi  halda,  dili  ilə  iqrar  etmədi».  İbn 

Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Həqiqi  mənada  İblis  dili  ilə  iqrar 

etmişdi.  O  zaman  ki,  Allah  ona  möhlət  verəndə  dedi  ki:  «Ya  Rəbbim!  Mənə 

Qiyamətə qədər möhlər ver». İbn Qeyyim – rahmətullahi aleyhi – İblisin küfrünü 

təkəbbürlük qisminə aid edir.  



Cuhud Küfrü 2 Qismdir: 1) Mütləq küfr: Allahın Rububiyyətini inkar etmək, 

Allahın  nazil  etdiklərindən  hər  hansı  bir  şeyi  inkar  etmək  və  yaxud 

Peyğəmbərlərin  göndərilmələrini  inkar  etmək  mütləq  küfrdür.  2)  Müəyyən 

küfr:  İslamın  fərz  olan  ərkanını  cəhd  edib  yalan  saymaq,  üz  döndərmək  və 

yaxud  haramın  halal  olmasını,  Allahın  və  Peyğəmbərin  xəbərlərindən  birini 

yalan saymaq.  

3)  Təsdiq  Etməklə  Bərabər  Üz  Çevirmək  (İnadkarlıq)  Və  Ya  Təkəbbürlük 



Üzündən  İnkar  Etmək  Küfrü  –  «Onlar: Sənə  rəzil  (səfil,  yoxsul)  adamlar tabe 

olmuşkən,  biz  sənə  imanmı  gətirəcəyirk?  dedilər».  (əş-Şüəra  111)  ayəsində 

Allahın  Nuh  –  əleyhissəlam  –  la  əlaqədar  bildirdiyi  kimi  haqq  əhlini  öz 

təkəbbürlərindən  və onları aciz görmələrindən istifadə  etməklə  təhqir  edərək 

Peyğəmbərin gətirmiş olduğunun haqq olduğunu bildikləri halda itaət etməyə 

razı olmamaları,  üz çevirmək  şəklində  üzə çıxan  küfrdür.  İnadkarlıq odur  ki, 

insan  bir  şeyi  tanıyır,  ancaq  onu  qəbul  etməkdən  üz  döndərir.  Buna  misal 

olaraq  Əbu  Talibin  küfrünü  göstərmək  olar.  Çünki  Əbu  Talib  Peyğəmbər  

sallallahu  aleyhi  və  səlləm  –  in  haqq  olduğunu  bilir  və  iqrar  da  edirdi.  Ancaq 

yenə də öz qövmünün sözlərinə görə inadkarlıq edib üz döndərdi. Peyğəmbər 



- sallallahu aleyhi və səlləm  –  ə  tabe olmadı.  Bununla  da onun  küfrü inadkarlıq 

küfrü sayılır.  

İmam  Bəğavi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İnadkarlıq  küfrü,  insanın 

Rəbbini qəlbi ilə tanımasıdır. Onu dili ilə də etiraf etməsidir. Yalnız və yalnız 

ona  əməl  etməməsidir».  Bu  günlərdə  də  çox  insanların  halı  belədir.  Görürük 

ki,  dili  ilə  iqrar  edir,  qəlbi  ilə  tanıyır,  lakin  əməl  etmir.  Biz  ona  demirik  ki,  o 

insan kafirdir. Xüsusi hökm üçün şərtlərin və manelərin qaldırılması lazımdır. 

O,  insan  dünyasını  dəyişməyənə  qədər.  Çünki  Əbu  Talibin  bu  qismə  aid 

edilməsi, onun kafir kimi sona çatması və ölməsinə görə idi. Ölümündən sonra 

bilindi ki, artıq kafir əhlidir. Səid b. Musəyyib atasından rəvayət edir ki, Əbu 

Talib  ölüm  anında  ikən  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  onun  yanına 

gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var 

idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah 

  kəlməsini  de  ki,  bununla  Allah  yanında  sənin  lehinə  şəhadət  edim».  Əbu 

Cəhl  və  Abdullah  b.  Əbu  Umeyyə  b.  Muğirə  də:  «Ya  Əbu  Talib! 




 

66 


AbdulMuttalibin  millətini  tərk  mi  edirsən?»  dedilər.  Peyğəmbər  -  sallallahu 

aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini 

deməkdə  davam  edirdilər.  Nəhayət,  Əbu  Talibin  onlara  söylədiyi  son  söz: 

«AbulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən 

çəkindi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha 

and  olsun  ki,  qadağan  olunanadək  sənin  üçün  Allahdan  bağışlanma 

diləyəcəyəm».  Bundan  sonra  Allah  ayə  nazil  etdi:  «Müşriklərin  Cəhənnəmlik 



olduqları  (müsəlmanlara)  bəlli  olduqdan  sonra,  onlarla  qohum  olsalar  belə, 

Peyğəmbərə  və  iman  gətirənlərə  onlar  üçün  bağışlanma  diləmək  yaraşmaz». 

(ət-Tövbə 113). Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər

«(Ya  Muhəmməd!)  Şübhəsiz  ki,  sən  istədiyini  doğru  yola  yönəldə  bilməzsən. 

Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli 

elmi  ilə)  daha  yaxşı  o  bilir».  (əl-Qəsəs  56).  Başqa  rəvayətdə  Peyğəmbər  

sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki, 

bununla  Allah  yanında  sənin  leyhinə  şəhadət  edim».  Əbu  Talib:  «Qureyşin 

məni  ayıblaması  və  haqqımda:  «Əbu  Talib  bunu  ancaq  qorxudan  dedi!» 

demələri  olmasaydı,  onu  deyib  səni  məmnun  edərdim».  Allah,  Əbu  Talib 

haqqında  bu  ayəni  nazil  etdikdə  Peyğəmbər:  «(Ya  Muhəmməd!)  Şübhəsiz  ki, 

sən  istədiyini  doğru  yola  yönəldə  bilməzsən.  Amma  Allah  dilədiyini  doğru 

yola  salar.  Doğru  yolda olacaq kəsləri  (öz  əzəli  elmi  ilə)  daha yaxşı  o  bilir». 

(əl-Qəsəs 56)

217

İbn  Əsir  – rahmətullahi aleyhi – deyir  ki:  «İnadkarlıq  küfrü  insanın  qəlbi  ilə 

bilməsi  və  dili  ilə  deməsidir.  Yalnız  və  yalnız  üsyançılıqla  və  yaxud  həsədə 

görə onu etməməsidir. Bu da Əbu Cəhilin və onun misalında olanlar kimidir. 

Çünki  onlar  Allahın  Rəbb  olduğunu,  Peyğəmbərin  də  haqq  olduğunu 

bilirdilər.  Lakin  onlara  nifrət  etməklə,  həsəd  aparmaqla  tabe  olmadılar».  İbn 

Qeyyim  –  rahmətullahi  aleyhi  –  inadkarlıq  küfrünün  təfsir  edərkən  deyir  ki: 

«Təkəbbürlük və üz döndərmək küfrü, inadkarlıq küfrü kimidir. O, da İblisin 

küfrü  kimidir.  Çünki  İblis  küfrünü  Allahın  əmrini  inkar  etdiyindən, 

təkəbbürlüyündən  və  itaətdən  üz  döndərməsi  ilə  üzə  çıxmışdır.  «Biz 



mələklərə:  «Adəmə  səcdə  edin!  Dedikdə  İblisdən  başqa  hamısı  səcdə  etdi.  O, 

lovğalanaraq  imtina  etdi  və  kafirlərdən  oldu».  (əl-Bəqərə  34).  Onun  küfrü 

təkəbbürlük,  üz  döndərmək  küfrüdür.  Allahın  haqq  olduğunu  bilir, 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  sadiq  olduğunu  bilir,  lakin 

təkəbbülüyünə görə ona tabe olmur. Kafirlərin küfrü budur. Onlar bunu dilləri 

ilə etiraf edirlər, onlar bunu kitablarında oxuyurlar, lakin onların Peyğəmbərə 

sallallahu 

aleyhi 

və 

səlləm 

 

tabe 


olmamaqlarına 

səbəb 


onların 

təkəbbürlükləridir. Bu günlərdə görürsən ki, bir qrup insanlar var ki, özünün 

                                                

217


 Buxari 1360, 3884, 4772, Müslim 141, 144, Nəsəi 2035, Həkim 3291, İbn Hibban 982, Əhməd 23674, 23724.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə