[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə28/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   24   25   26   27   28   29   30   31   ...   258

 

56 


məxluqatın  ən  şərlisi  və  ya  məxluqatın  ən  şər  təbəqəsidir.  Onlarla 

qarşılaşdığınız  zaman  onları  öldürün»

193

.  İbn  Teymiyyə  – rahmətullahi aleyhi – 



deyir ki: «Hədislərdə xəbər verilmiş dir ki, onlar Dəccəlin çıxdığı dövürə qədər 

çıxmaqda  davam  edəcəklər»

194

.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 



«Onların  çoxlu  namazlarına,  oruclarına,  qiraətlərinə,  zahidliyinə  baxmayaraq 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların öldürülməsini əmr etmişdir H. 

Əli  –  radıyallahu  anhu  - ilə  birlikdə  Peyğəmbər  – sallallahu  aleyhi  və  səlləm  –  in 

səhabələri  onları  öldürmüşlər.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

şəriətindən çıxdıqlarına görə»

195


.  

Onların  vəsflərindən  biri  də  odur  ki:  Onlar  öz  bidətlərini  məcburən  qəbul 

etdirmək  üçün  tədricən  əməl  edirlər.  1.  Bidətin  müqəddiməsini  gətirilər.  2. 

Bunun  üçün  qiyaslar,  dəlillər  gətirirlər.  3.  Bu  fikri  həyata  keçirmək  üçün 

səbəblər  gətirirlər.  4.  Bu  bidəti  vəziyyətə  məcburən  yerləşdirmək  istəyirlər. 

Onların bidətlərinin əsası Allah kitabının muradını, qəsd olunanı, Peyğəmbər – 



sallallahu aleyhi və səlləm – in sünnəsini  düzgün  başa  düşməməkdir.  Niyyətləri 

Qurana  zidd  olmaq  deyildir,  lakin  fəhmləri  səhv  olduğu  üçün  belə  ediblər. 

Onlar Qurandan Quranın dəlalət etmədiyi fəhmi başa düşüblər. Onlar elə zənn 

edirlər  ki,  Quran  böyük  günah  sahiblərinin  təkfir  olunmasını  tələb  edir. 

İslamda  ilk  çıxan  bidətdir

196


.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Xəvariclərin  zəlalətinin  əsası  odur  ki,  onlar  hidayət  imamları  və 

müsəlmanların  cəmaatlarının  böyükləri  barəsində  etiqad  edirlər  ki,  onlar 

dindən çıxıblar  və zəlalət içindədirlər.  Bu  da sünnədən  kənar olan  Rafizilərin 

qınanıldığı  yerdir.  Zülm  gördükləri  hər  bir  şeyi  küfr  sayır,  sonra  da  bu  küfr 

üzərində əhkamlar tərtib edirlər. Bu da sünnədən çıxanların Rafizi, Xəvaric və 

bidət əhlinin üç məqamıdır ki, onlar İslamın əsaslarından bəzilərini tərk etmiş 

və  ox  ovdan  çıxdığı  kimi  İslamdan  çıxmışlar»

197

.  İbn  Teymiyyə  – rahmətullahi 



aleyhi – deyir ki: «Xəvariclərin onlara xas iki əməlləri var. Onlar bu iki xislətlə 

müsəlman  cəmaatını,  imamlarını  tərk  etmişlər.  1.  Onların  sünnədən  çıxması, 

günah olmayan bir şeyi günah saymaları, savab olmayan bir  əməli yaxşı əməl 

saymalarıdır.  Bu  sifət  də  onların  babalarından  sayılan  Zul  Xuveysrənin 

Peyğəmbər  – sallallahu aleyhi və səlləm – in  üzünə dediyi  də  bu olmuşdur:  «Ya 

Muhəmməd! Adil ol». 2. Onlar günahlara görə təkfir edirlər. Bu təkfir üzərində 

müsəlmanların  mallarının  və  qanlarının  halallaşması,  İslam  diyarının  hərb 

diyarına çevrilməsi və öz diyarlarının isə iman diyarı olmasıdır. Hər bir insana 

vacibdir  ki,  bu  iki  xəbis  əsasdan  çəkinsin.  Bunun  üzərində  yaranan 

                                                

193

 Musnəd 4/421, Nəsəi 7/119-121, Bəzzar «Musnəd» 9/294, Həkim «Mustədrək» 2647, əl-Albani zəif.  



194

 Məcmuu Fətava 28/496.  

195

 Məcmuu Fətava 11/470.  



196

 Məcmuu Fətava 13/30.  

197

 Məcmuu Fətava 28/497.  




 

57 


müsəlmanlara  nifrətdən,  məzəmmət  etməkdən,  lənət  etməkdən  və 

müsəlmanların mallarını və qanlarını halal görməkdən çəkinməlidirlər. Bu iki 

əsas  da  Sünnəyə  müxalifdir.  Kim  Sünnədə  gələn  bir  şeyə  müxalif  olarsa  o, 

sünndən çıxar və bidətçi olar. Əgər bir kimsə müsəlmanları etdiyi bir günaha 

görə  təkfir  edərsə  və onunla  kafir  müamiləsi  edərsə o, cəmaatdan  ayrılan  bir 

kimsədir. Ümumən bidət və bidət əhlinin çoxu bu iki əsasdan yaranır»

198

.  


Onların dəlilləri nədir? Xəvariclər dəlili haradan götürürlər və Xəvariclərin 

dəlil çıxartmaqda üslubu necədir? Xəvariclər öz əsaslarını  əsalandırmaq üçün 

Quranın  zahiri  açıq  dəlillərinə  etimad  edirlər.  Sünnədən  öz  iddialarına  görə 

Qurana  zidd  olanları  qəbul  etmirlər.  Hətta  onlar  Mütəvatir  hədislərdən  uzaq 

olurlar,  əgər  Qurana  ziddirsə.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Onlar yalnız Qurana tabe olmağı üstün görürlər. Hətta Sünnədən gələn dəlil 

Mütəvatir olsa da belə. Onlar özlərinə müxalif olanları təkfir edirlər. Özlərinə 

görə  kim  mürtəd  olubsa,  onun  malını,  qanını  halal  sayırlar  hansı  ki,  belə  bir 

halallığı  onlar  əsli  kafirdə  görmürlər.  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – 

buyurdu: «Onlar İslam əhlini öldürəcək, bütpərstləri isə tərk edəcəklər»

199

. İbn 


Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bidət  əhlinin  günahlarından 

Sünnədə  əmr  olunan  əmrləri  tərk  etmələridir.  Onların  da  bidətlərinin  əsası 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – itaəti sünnə görmürlər. Özlərinə görə o, 

sünnə  Qurana  müxalifdir.  Bu  da  vacibi  tərk  etməkdir»

200

.  Onlar  iki  təhlükəli 



məsələyə  düşmüşlər:  Sünnəni,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ə 

tabeçiliyi  tərk  etmələri  və  Quranı  öz  ağılları  ilə  təfsir  etmələri  (Öz  rəyləri  və 

nəfsi  istəklərilə).  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  Xəvariclərin  və 

Rafizilərin  bidəti  barəsində  və  onlar  arasında  fərqə  diqqəti  yönəltdiyi  zaman 

deyir  ki:  «Xəvariclər  Qurana  öz  rəylərinin  tələb  etdiyi  şəkildə  tabe  olurlar. 

Rafizilər isə məsum imama tabe olurlar»

201

. İbn Teymiyyə – rahmətullahi aleyhi – 



deyir  ki:  «Sünnənin  Quranın  zahirinə  müxalif  olduğunu  iddia  edirlər»

202


.  İbn 

Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər Sünnədən yalnız Quranın 

ümumiliyini təfsir edən hədislərə tabe olurlar. Quranın zahirinə müxalif olana 

isə  tabe  olmurlar»

203

.  Zinakarı  daşqalaq  etmirlər,  çünkü  Quranda  yoxdur, 



oğurluq üçün müəyyən bir hədd görmürlər, çünkü Quranda yoxdur. Ona görə 

də  deyirlər  ki,  Quranda  mürtədin  öldürülməsi  yoxdur.  İbn  Teymiyyə  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  «…Onlar  zülmdən  və  zülm  etiqad  etdikləri 

məsələlərdən  çəkindilər,  lakin  bu  onları  böyük  vacibləri  tərk  etməyə  gətirib 

                                                

198


 Məcmuu Fətava 19/70-72.  

199


 Məcmuu Fətava 3/355.  

200


 Məcmuu Fətava 20/104.  

201


 Məcmuu Fətava 28/483.  

202


 Məcmuu Fətava 28/491.  

203


 Məcmuu Fətava 13/48.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə