[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə31/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   27   28   29   30   31   32   33   34   ...   258

 

62 




 





 

 

KÜFRÜN 



NÖVLƏRİ 

 





 



 




 

63 


KÜFR VƏ NÖVLƏRİ 

 

Təkfirçilərin  azmalarına  ən  böyük  səbəb  küfr  məsələlərini  bilməmələri 



olmuşdur.  Bu məsələdə cahil olduqları üçün insanları sağa-sola təkfir edirlər. 

İbn  Ömər  -  radiyallahu  anhu  –  deyir  ki:  «Onlar  kafirlər  barəsində  nazil  olan 

ayələri möminlərə qarşı tətbiq edirlər»

216




Lüğəti  mənası  –  örtmək,  gizlətmək  deməkdir.  Zirehini  libasının  altına 

geyərək  gizlədənə  «Qad  Kəfəra  Dərahu»  –  zirehini  gizlətdi  deyilir.  Silahını 

paltarının  altından  bağlayaraq  gizlədən  adam.  Burada  söhbət  həqiqətin 

gizlədilməsindən  getdiyi  üçün  imanın  əks  mənasını  verən  küfr  kəliməsi 

işlədilmişdir.  İbni  Əsir  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Küfrün  əsli  bir  şeyi 

örtməkdir.  Bu  baxımdan  da  əkinçilər  Kuffər  (kafir)  adlandırılır.  Çünki  onlar 

buğdanı torpağla örtdüklərinə görə. Buğdanı torpağda gizlədən. Yəni torpağı 

yarıb  buğdanı  ora  qoyub,  üstünə  torpaq  örtən  kafirdir.  Həmin  əkinçi  lüğəti 

mənada  kafir  sayılır».  Kafir  ona  görə  kafir  sayılır  ki,  onun  qəlbini  küfr 

örtmüşdür.  



İstilahi  mənası  –  İmanı  tamamlayacaq  bir  şeyi  inkar  etmək  deməkdir. 

Öyrənilməsi  zəruri  olan  qəti  şəkildə  ifadə  edilən  vacib  və  yaxud  haram  bir 

hökmü inkar etmək. Şəhadət Kəliməsinin sübuta yetirdiyi mənanı inkar etmək 

kimi  bir  kafirlikdir.  Namazın vacib olduğunu, faizin haramlığını inkar  etmək 

və s.  

Küfr sözü bəzən İslamdan çıxaran, bəzən də İslamdan çıxarmayan kimi iki 



mənaya  əsaslanır.  İmanın  dərəcələri  olduğu  kimi  küfrün  də  öz  dərəcələri, 

bölmələri vardır. Küfrün iki növü vardır.  

1.  Böyük  Küfr  –  əbədi  Cəhənnəmə  aparan,  imandan  uzaqlaşdıran,  imanı 

tamamlayacaq  əsasları  və  ya  onlardan  hər  hansısa  birini  inkar  etməkdir.  Beş 

qismə ayrılan böyük küfr özünü etqadda, sözdə və yaxud da əməldə göstərir. 

İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki,  böyük  küfrün  5  qismi  var: 

«Yalanlamaqla  küfrə  düşmək,  təsdiq  etməklə  yanaşı  təkəbbürlük  etmək,  üz 

döndərmək  küfrü,  şəkk  küfrü,  nifaq  küfrü».  Həkəmi  –  rahmətullahi  aleyhi  – 

deyir ki, böyük küfr 4 qisimdən qırağa çıxmır: «Cəhalət və təqzib küfrü, cəhd 

etmək küfrü, inadkarlıq və təkəbbürlük küfrü, nifaq küfrü».  

Bütün bu alimlərin dediklərin bir yerə cəm etsək, təkrarları silməklə görərik 

ki,  böyük  küfr  9  qismə  bölünür.  Onlar  məna  etibarı  ilə  bir-birinə  yaxın 

olduğundan biz onları bir neçə qismə aid edə bilərik. Bir qismdə bir neçə adı 

bir yerə cəm etmək olar. Məs: İnkar etmək, yalan, cahillik bunlar arsında məna 

etibarı  ilə  yaxınlıq  var.  İnsan  inkar  edir,  çünki  o  hökm  barəsində  cahildir. 

Onlar 3 də bir mənaya cəm olunur. Həmçinin təkəbbürlük, inadkarlığı da bir 

                                                

216


 Fəthul Bəri 12/282.  


 

64 


mənada cəm edə bilərik. Bununla da 9 qismi 6 qismə cəm etmək olar. 1) İnkar 

etmək  və  yalanlamaq  (cahillik  də  bura  daxildir).  2)  Cəhd  göstərmək.  3) 

İnadkarlıq və təkəbbürlük. 4) Nifaq. 5) Üz döndərmək. 6) Şəkk küfrüdür.  

1) Yalanlamaqla  Küfrə  Düşmək (təkzib küfrü) – İnkar  etmək  və  yalanlamaq 

(cahillik  də  bura  daxildir)  küfrü:  Peyğəmbərlərin  yalançılığına,  həqiqəti 

olduğundan fərqli olaraq göstərdiklərinə, Uca və Böyük olan Allahın halal və 

haram  etdiyinin  əksinə  olaraq  əmr  və  qadağalar  etdikləri  kimi  boş  və  yalan 

iddialara əsaslanmaq, qəbul etmək bu qəbildəndir. İmam Bəğavi – rahmətullahi 



aleyhi – deyir  ki:  «İnkar  küfrü Allahı əslən  tanımır, onu  etiraf  etmir,  artıq ona 

küfr  edir».  Təkzib  küfrü  isə,  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «O, 

Peyğəmbərləri  yalan  saymağı  etiqad  edir».  Burada  olan  yalan  saymaq 

Peyğəmbərləri  inkar  etməkdir.  Təkzib,  cahil,  inkar  baxmayaraq  ki,  ayrı-ayrı 

sözlərdir,  lakin  3-ü  də  bir  mənada  cəm  olur.  O,  da  inkar  etməkdir.  Rağıb 

İsfəhani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Dilin  inkarı  qəlbin  inkarından  irəli 

gəlir.  Dildə  insanın  yalan  sayması  qəlbində  həmin  şeyin  yalan  saymasıdır. 

Dildə tələffüz olunan,  qəlbdə  əmələ  gələn yalandır.  Artıq qəlb  etiqad  etdikdə 

dil onu tələffüz edir. İnkar etmək, bilməyin əksidir. Yalanın, inkarın yaranma 

səbəbinə  qayıdanda  görürsən  ki,  bu  cahilliyə  qayıdır.  İnsan  cahillikdən, 

bilməməzlikdən  həmin  şeyi  yalan  sayır».  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  – 

deyir  ki:  «Bu  küfr  bu gün  kafirlərdə  çox  azdır». Həqiqətən  də  bu  sözdə  haqq 

var:  Kafirlər  heç  də  Allahı,  Peyğəmbəri  inkar  etmirlər.  Bu  gün  bu  kafirlərdə 

olan  küfr  inadkarlıq,  təkəbbürlük,  cəhd  göstərmək  küfrüdür.  «Allaha  qarşı 



yalan  uydurub  düzəldən  (Allaha  şərik  qoşan),  özünə  haqq  (Quran  və 

Peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalim kim ola bilər? Məgər 

kafirlər  üçün  Cəhənnəmdə  yer  yoxdur?  (Əlbəttə  vardır!  Niyə  bunu  dərk 

etmirlər)».  (əl-Ənkəbut  68).  «Kitabı  və  Peyğəmbərimizə  göndərdiklərimizi 

yalan hesab edənləri mütləq biləcəklər». (əl-Mumin 70). «O, gün hər ümmətdən 

ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar bir yerə cəm edilib 

məşhərə  sürüklənərlər.  Onlar  (haqq-hesab  yerinə)  gəlib  çatdıqda  Allah 

buyurar:  Ayələrimi  anlamadığınız  halda  onları  yalanmı  hesab  edirdiniz? 

Yaxud siz (dünyada) nə edirdiniz?». (ən-Nəml 82-83).  

2)  Cəhd  Göstərmək  (Cuhud)  Küfrü  -  Haqq  bəyan  edildiyi  halda  cəhd 

göstərmək, ondan yayınmaqdır.  Bəğavi  – rahmətullahi aleyhi – deyir  ki:  «Cəhd 

odur ki, Allahı qəlbində bilir. Bilirki yaradan Allahdır, Peyğəmbər haqdır, din 

haqdır, lakin dili ilə tələffüz etmir. Qəlbi etiqad etdiyi halda, dili ilə onu etiraf 

etmir». İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «O, Allahı qəlbi ilə tanıyır, lakin 

dili  ilə  onu  iqrar  etmir».  Həkəmi  – rahmətullahi aleyhi  – deyir  ki:  «Əgər  insan 

bildiyini, haqqı gizlətsə, onun küfrü gizlətmək küfrü olur». «Kitab verdiyimiz 



şəxslər  onu  (Muhəmmədi)  öz  oğullarını  tanıdıqları  kimi  tanıyırlar.  (Buna 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə