[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə39/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   35   36   37   38   39   40   41   42   ...   258

 

79 


1)  Neməti  İnkar  Küfrü  –  Bu  Allahın  nemətini  inkar  etmək  və  ya  onun 

Allahdan başqasına da məxsus olduğunu bildirməklə yaranan küfrdür. «Onlar 



Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir». 

(ən-Nəhl 83).  

2) Namaz Qılmamaq Küfrü – Namazın vacibliyini inkar etməməklə bərabər 

tənbəlliyi üzündən namazı qılmayan, lakin onu qılmağı həvəsi olan şəxs kiçik 

küfrə düşür. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onların 

arasında  (vuruşmağımıza  mane olan)  əhd  (saziş)  namazdır.  Kim  namazı  tərk 

edərsə kafir olar»

235

. Burada kiçik küfrə işarə edilir və onu edən dindən çıxmır. 



Lakin  kim namazları inkar edərək  Allahın şəriətinə  mənsub olmadığını  iddia 

etsə  onda  onun  kafir  və  mürtəd  olmasına  (dindən  çıxmasına)  dair  alimlər 

arasında ən kiçik ixtilaf da belə tapmaq olmaz.  

3) Kahin Və Baxıcılara Getmək – Onların qeyblə bağlı söylədikləri hər hansı 

bir  şeyi  təsdiq  etmək. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:  «Kim 

kahin və ya baxıcının yanına gedib onun dediyini təsdiq edərsə Muhəmmədə 

nazil ediləni inkar etmişdir»

236


.  

4) Qadınla Arxadan Əlaqədə Olmaq – Heyzli qadınla əlaqədə olmaq da bu 

qəbildəndir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Kim  kahinin 

yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla  əlaqədə olarsa 

və  yaxud  qadınla  arxadan  yaxınlıq  edərsə  Muhəmmədə  nazil  olanı  inkar 

etmişdir»

237

.  


5)  Müsəlmanla  Vuruşmaq  -  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Müsəlmanı  söymək  fasiqlikdir,  onunla  vuruşmaq  isə  küfrdür»

238



İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm –  müsəlmanı  söyməklə  onunla  vuruşmağı  bir-birindən  ayırdı  və  birini 

təkfir  edilməyən  fasiqlik/günah,  digərini  isə  küfr  olaraq  isimləndirdi. 

Məlumdur ki, bu etiqadi küfr deyil, sadəcə əməli küfrü qəsd etmişdir. Küfrün 

bu  növü  onu  İslam  dairəsindən  (millətindən)  və  dindən  tamamən  çıxarmaz. 

Necə ki, zina edən, oğurluq edən və içki içən də hər nə qədər iman ismi ondan 

yox olsa da belə dindən çıxmaz”.  

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Veyl  olsun  sizlərə! 

Nəbadə  məndən  sonra  bir-birinizin  boyunlarını  vuran  kafirlərin  halına 

bənzəməyin  (dönməyin)»

239


.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrin  bir-birlərinin  boyun 

vurmaq  misalını  kafirlərə  bənzədib.  Əməli  küfür  adlandırıb,  mütlər  kafirin 

                                                

235

 Səhih Tirmizi 2623, Səhih İbn Məcə 891.  



236

 Əhməd «Musnəd» 2/429, H. 9532, əl-Albani «Səhihul Cəmi» 5939.  

237

 Əbu Davud 3904, Beyhəqi 7/198, H. 13902.  



238

 Buxari, Müslim.  

239

 Msülim 65,66.  




 

80 


altına  daxil  olmur».  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  zina  edənə, 

oğurluq edənə, borcu olana cənazə namazını qılmaması onun kafir olduğuna, 

İslamdan çıxdığına görə deyildir. Əksinə Peyğəmbər – sallallahu aleyhi və səlləm 

 əmr edərdi: «Qardaşınıza cənazə qılın». Peyğəmbər – sallallahu aleyhi və səlləm 

  in  özünün  cənazəni  qılmaması  həmin  əməlin  şiddətli  günah  olmasına  və 

gələcəkdə  insanların  bundan  çəkinmələrinə  görə  idi.  «Əgər  möminlərdən  iki 



dəstə  bir-biri  ilə  vuruşsa  onları  dərhal  barışdırın.  Əgər  onlardan  biri 

təcavüzkarlıq  etsə,  təcavüzkarlıq  edənlə  Allahın  əmrinə  qayıdana  qədər 

vuruşun…». (əl-Hucurat 9).  

6) Allahdan Qeyrisinə And İçmək -  Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu: «Kim Allahdan qeyrisinə and içərsə şirkə və küfrə düşmüş olar»

240


.  

7)  Ərinə  Və  Yaxşılığa  Qarşı  Nankorluq  –  İbn  Abbas  -  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Mənə 

Cəhənnəm  göstərildi.  Bir  də  gördüm  ki,  Cəhənnəmliklərin  çoxu  qadınlardır. 

Onlar  küfr  edərlər».  Səhabələr:  «Allahamı  küfr  edərlər?»  deyə  soruşdular. 

Peyğəmbər:  «Onlar  ərlərinə  qarşı  nankorluq  (küfrü)  edərlər.  Yaxşılığa  qarşı 

nankorluq  edərlər.  Birisinə  çox  uzun  bir  müddət  yaxşılıq  etsən  sonra  səndən 

xoşuna  getməyən  bir  şey  görsə:  «Mən  səndən  heç  bir  yaxşılıq  görmədim  ki, 

deyər»

241


.  

8) Nəsəbə Söymək Və Ölü Üçün Şivən Qopararaq Ağlamaq - Əbu Hureyrə 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «İnsanlarda  küfrə  dəlalət  edən  iki  xislət  vardır:  Şivən  qopardaraq 

ağlamaq və əsl-nəcabətə tənə etmək (söymək)»

242


.  

9) Atadan İmtina Etmək - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Atalarınızı  tərk  etməyin. 

Kim bilə-bilə atasını rəd edərsə o, kimsə küfr etmişdir»

243



Yenə  də  insanın  böyük  küfrə  batdığı  bir  sıra  hallar  vardır  ki,  onun  kafir 



adlandırılmasına  hökm  verilmir.  Qəsdən  deyilməyən,  dil  xətaları  ilə  küfrə 

salan  hər  hansı  bir  sözün  deyilməsi,  iradəsindən  aslı  olmadığından  sahibini 

kafir  etmir.  Yuxu,  bayğınlıq  halında  və  ya  sərxoş  vəziyyətdə  olarkən  ağlı 

fəallığı kütləşdiyindən baş verən küfr əməl və ya deyilən sözlər sahibini kafir 

etmir.  Qəlbi  imanla  sabit  olduğu  halda  ölümlə  və  ya  digər  vəsitələrlə 

qorxudularaq  küfrə  məcbur  edilən  əməl  sahibini  kafir  etmir.  «Qəlbi  imanla 



sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbi ilə 

onu  təsdiq  etməyən)  şəxs  istisna  olmaqla  hər  kəs  iman  gətirəndən  sonra küfr 

etsə  (onu  ağır  təhlükə  gözləyir)».  (ən-Nəhl  106).  Küfrə  aparan  bir  davranış 

                                                

240

 Tirmizi 1535, Əbu Davud 3251.  



241

 Buxari.  

242

 Müslim «İman».  



243

 Müslim 62.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə