[]


)  Əhli  Ktab olan Yəhudi  və  Nəsranilər. 2)



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə45/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   41   42   43   44   45   46   47   48   ...   258

 

91 


1)  Əhli  Ktab olan Yəhudi  və  Nəsranilər. 2)  Əsli kafirlərdir  ki, onların  Əhli 

kitab  olub-olmamasında  ixtilaf  vardır.  Onlardan  birincisi  Əshabiyunlardır

Qurani Kərimdə onların adı zikr olunur. Əhməd – rahmətullahi aleyhi – rəvayət 

edir ki: «Onlar Nəsranilərin cinsindədir». İmam Şafii  – rahmətullahi aleyhi – bu 

rəyi  götrmüşdü  ki,  onlar  Nəsranilərə  aiddilər.  Əhməd  –  rahmətullahi  aleyhi  – 

başqa  rəvayətdə:  «Mənə  çatdı  ki,  onlar  6-cı  günü  qeyd  edirlər  və  onlar 

Yəhudilərə  oxşayırlar».  İbn  Qudamə  – rahmətullahi aleyhi  – deyir  ki:  «Düzgün 

rəy odur ki, onlar Kitab əhli deyil. Baxmayaraq ki, onlar dinlərində birləşirlər». 

Bəzi  alimlər  qeyd  edirlər  ki:  «Onlar  Bəni  Tələq  qövmünün  Nəsraniləridir  ki, 

onlarında  Əhli  kitab  olub-olmaması  barəsində  ixtilaf  var».  İbn  Abbas  – 



radıyallahu  anhu  –  və  onunla  həmrəy  olan  insanlar  deyirlər  ki:  «Onlar  Əhli 

kitabdandırlar.  Onların  kəsdiyini  yemək  caizdir».  Bunu  həmçinin  İmam  Şabi 

və  İmam  Şafii  – rahmətullahi aleyhi – də  bu  rəydədirlər.  Əli,  İbn  Ömər,  Aişə  – 

Allah  onlardan  razı  olsun  -  və  s.  səhabələr  onları  Nəsranilərə  aid  etməmişlər. 

Çünki  onların  əsilləri  ərəbdir.  Onlarda  olan  hallar  da  Nəsranilərdə  olan  hal 

deyil. Bu baxımdan da onlar Əhli kitabdan sayılmırlar. İbrahim – əleyhissəlam - 

ın  sühüflarında,  Davud  – əleyhissəlam - a  nazil  olan  Zəbura  ittiba  edənlər.  Bu 

barədə  İmam  Şafii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Onlar  Əhli  kitabdan 

deyillər».  Həmçinin  Hənbəlilərdən  bəziləri  bu  rəydədirlər.  Məcusilər

Məcusilər arasında ixtilaf var. Onlar Əhli kitabdır, yoxsa Əhli kitab deyil. Ən 

səhih rəy onlar Əhli kitab deyillər. Çünki bu haqda Əhməd – rahmətullahi aleyhi 



–  nas  gətirib.  Həmçinin  çoxlu  alimlər  bu  rəydədirlər  ki,  Məcusilər  Əhli 

kitabdan  sayılmırlar.  3)  Əhli  kitab  barəsində  olan  3-cü  qisimdə  isə  kitab 

olmayan  kafirlərdir.  Onlarada  Bütpərəstlər,  ateistlər,  fəlsəfəçilər  və  s.  Bu 

firqələr kitab olmayan kafirlərdir ki, əsli olan kafirlərdir.  



3)  Əsli  müsəlman  olub,  hansısa  səbəbdən  kafir  olanlar.  Onlara  hüccət 

qalxandan  və  şübhələr  qaldırılandan  sonra  bu  qismə  aid  edilirlər.  Buna 

həmçinin  Kufrun Riddə də deyirlər. İnsanın müsəlman olandan sonra mürtəd 

olması.  Riddə  –  irtidattan  törədilmiş  bir  isimdir.  Dəyişmək,  bir  şeydən  başqa 

bir  şeyə  dönmək  deməkdir.  İslamdan  dönmək  də  buradan  törənmişdir.  Bir 

şeyin halını dəyişdirmək, bir haldan başqa hala çevirmək deməkdir. Mən onu 

çevirdim,  o  da  döndü  mənasında  –  Radəttuhu  Fərtəddə  deyilir.  İrtidad  və 

Riddə  gəldiyi  yoldan  geri  dönmək  deməkdir.  Lakin  riddə  küfrə  məxsusdur. 

Küfrə  geri  dönməyi  ifadə  edər.  «Ey  qövmüm…geriyə  dönməyin».  (əl-Maidə 

21).  Mürtəd  geri  dönən  deməkdir.  O,  dinindən  dönən,  İslamı  qəbul  etdikdən 

sonra  kafir  olan  kimsədir

273

.  İstilahi  Mənası  –  İslamı  qəbul  etdikdən  sonra 



istəyərək kafir olmaq. Küfrə dönmək – İslama zidd – bir inancla, bir davranışla 

və ya bir sözlə və ya bir şübhə ilə gerçəkləşir. İmam İbn Muflih  – rahmətullahi 

                                                

273


 Lisanul Arab 3/172, Mufrədat fi Ğaribil Quran s. 191, Nihayəi Ğaribil Quran 2/214.  


 

92 


aleyhi – deyir ki: “Bu İslam dinindən küfrə qayıtmaqdır. Bu da sözlə, etiqadla, 

şübhə  və  ya  əməllə  ola  bilər”

274

.  İmam  Subki  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 



“Təkfir  –  şəriət  hökmlərindəndir.  Səbəbi  isə  -  Allahı,  Peyğəmbərliyi  inkar  və 

Allahın (Rəsulunun) küfr adlandırdığı söz və əməli etməkdir. Hətta bu küfrün 

Cühüd  küfrü ilə  əlaqəsi olmasa  da  belə”

275


.  İmam Buxti  – rahmətullahi aleyhi – 

deyir ki: “Bu o kəsdir ki, İslamdan sonra böyük küfrə düşmüşdür – söz, etiqad, 

şübhə və ya əməllə”

276


. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: “Əgər həddi 

buluğa çatmış kişi və ya qadın şirkdən İmana, sonra isə imandan şirkə keçərsə, 

onlar  tövbəyə  dəvət  edilir.  Tövbə  etdikləri  zaman  tövbələri  qəbul edilir,  əgər 

tövbə  etməzlərsə,  onları  öldürmək  lazımdır”

277

.  İmam  Məvradi  – rahmətullahi 



aleyhi – deyir  ki:  “Əhli Riddə  -  müsəlman olmuş,  lakin  dindən  dönərək  küfrə 

girmiş kimsədir. İstər müsəlman kimi doğulmuş olsun, istərsə də İslamı qəbul 

etmiş  olsun.  Hər  iki  qism  də  dindən  dönmüş  sayılır.  Fərq  etməz  –  istər 

Xristianlığı,  Yəhudiliyi,  bütpərəstlərin  dinini  və  ya  müşriklərin  dinini  qəbul 

etsin”

278


. İmam Nənəvi – rahmətullahi aleyhi – Peyğəmbərin – sallallahu aleyhi və 

səlləm  –  hədisi  barsində  deyir  ki:  “Öz  dinini  dəyişdirəni  öldürün”

279


.  Söz  və 

əməl  ilə  İslam  dinini  dəyişərək  başqa  dinə  keçmiş  və  bunda  inadkarlıq 

etmişdir”

280


.  

Mürtədin Hökmü - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur ki: «Kim 

öz  dinini  dəyişərsə  onu  öldürün».  Alimlər  mürtəd  kişilərin  öldürülməsində 

ittifaq  ediblər.  Əgər  qadınlar  mürtəd  olarsa  cumhura  görə  onun  da  hökmü 

mürtəd olaraq öldürülür. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «O, həbs 

olunur,  lakin  öldürülmür».  Həmçinin  ixtilaf  ediblər  ki,  mürtədin  ölümdən 

qabaq tövbə etməsində. Bəziləri deyir ki: «Ölüm hökmü verilməmişdən qabaq 

3 dəfə tövbə olunmalıdır və bu da bir çox alimlərin rəyidir». Onlardan Ömər, 

Əli,  Məlik,  İshaqın,  Şəffinin  və  İmam  Əhməd  –  Allah  onlardan  razı  olsun  – 

rəyidir  ki,  ölümdən  qabaq  tövbə  etməlidir.  Bəziləri  isə  qeyd  edirlər  ki,  onlar 

tövbə etdirilmirlər. Tövbə etmədən öldürülürlər. Muaz b. Cəbəl, İmam Həsən, 

Tavus  –  Allah  onlardan  razı  olsun  –  bu  rəydədirlər  ki,  bir  başa  öldürülürlər. 

Daha  səhih  odur  ki,  tövbə  etdirilirlər.  Həmçinin  ixtilaf  edilib  tövbənin 

müddətində:  Bəziləri  qeyd  edirlər  ki:  Bir  dəfə  etməlidir,  bəziləri  üç  dəfə, 

bəziləri  üç  gün,  bəziləri  bir  ay  və  s.  Bu  rəylərin  hər  birini  İbn  Həzm  öz 

«Muhəlləq» kitabında gətirir.  

                                                

274

 “əl-Mubdi” 9/175.  



275

 “Fatava Subki” 2/586.  

276

 “Kəşf əl-Qinə” 6/167.  



277

 “əl-Umm” 3/363.  

278

 “Əhkəmul Sultaniyya” 92.  



279

 Buxari 6922.  

280

 “Feyzul Qadir” 11/59.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə