[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə53/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   49   50   51   52   53   54   55   56   ...   258

 

108 


onlara tələb etdikləri şeyin şirk olduğunu, sözlərinin küfr olduğunu söyləsə də 

özlərini  kafirlikdə  günahlandır-mamışdır.  Yaxşı  niyyət  haramı  halal  etmir. 

Onlar  Peyğəmbərdən  -  sallallahu  aleyhi  və  səlləm –  bərəkət  üçün  belə  bir  ağac 

istədilər.  Lakin  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  onların  bu  əməlini 

Musanın  -  əleyhissəlam  -  qövmünün  ibadət  üçün  büt  istədiklərinə  bənzətdi. 

Halbuki, onlar ibadət üçün büt istəməmişdilər. Peyğəmbər - sallallahu aleyhi və 



səlləm –  bu əməlin  nə qədər  təhlükəli oluduğunu  və Zətul  Ənvatın  arxasında 

nəyin  gizləndiyini  onlara  bəyan  etdi.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  – 

bunun nə ilə nəticələndiyini bildiyi üçün onlara qadağan etdi. “Allahu Əkbər” 

deməklə  onların  bu  sözlərinin  nə  qədər  təhlükəli  olduğunu  bildirdi.  Çünki 

onlar  ağaca  silahlarını  asmaqla  ümidlərini  və  qəlblərini  o  ağaca  bağlamış 

olurdular. Müşriklər bu ağaca etiqad edirdilər. Etiqadları da üç şeylə bağlı idi: 



1.  Onlar  bu  ağacı  əzəmətləndirirdilər.  2.  Ona  yaxınlaşmaq  üçün  etiqaf 

edirdilər. Etiqaf da ibadətdir. 3. O ağacdan bərəkət umurdular ki, ağac onların 

qılınclarına bərəkət verəcəkdir. Bu da böyük şirkdir. Onlarda üç şey birləşdiyi 

üçün  şirkləri  də  əzəmətli  idi.  Düşünmək  lazımdır  ki,  Peyğəmbər  -  sallallahu 



aleyhi  və  səlləm  –  onları  nə  üçün  qınadı?  Çünki  ağacdan  bərəkət  ummaq 

haramdır.  Səhabələr  belə  bu  məsələdə  cahillik  üzündən  xəta  etdilər.  Lakin 

Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları gözəl bir şəkildə başa saldı. Şeyx 

Useymin  –  rahmətullahi  aleyhi  -  “Kəşfu  Şubuhə”  şərhində  deyir  ki:  “İsrail 

Oğulları bu əməli etmədilər. Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bu şeyi 

istəyənlərin  də  halı  bu  idi.  Onlar  da  belə  bir  şeyi  etmədilər  (əməl  tərəfdən). 

İsrail  oğullarının  bu  əməli  etmiş  olsaydılar  kafir  olacaqlarında  heç  bir  şübhə 

olmadığı  kimi  Peyğəmbərin  - sallallahu aleyhi və səlləm –  belə  bir şeyi qadağan 

etdiyi  kimsələr  də  əgər  ona  itaət  etməyib  qadağan  etdikdən  sonra  belə  bir 

Zətul  Ənvat  etsəydilər  kafir  olardılar.  (Lakin  onların  bu  istəkləri  yalnız  istək 

tərəfdən sözlə olduğu üçün kiçik şirkdir, lakin əməl tərəfdən olsaydı bu böyük 

şirk  olardı.  Çünki  müşrikləri  həmin  ağacdan  bərəkət  diləmələri,  etiqaf 

etmələri,  ağacı  əzəmətləşdirmələri  böyük  şirk  idi).  Buna  görə  də  hətta 

müsəlman  –  elm  sahibi  olsa  da  belə  -  özü  də  bilmədən  şirkin  bəzi  növlərinə 

düşə bilməsi mümkündür. (Buna görə də heç kəs “Mən artıq tövhidi bilərəm” 

deməklə  işin  bitdiyini  zənn  etməsin.  Bilmədiyi  halda  “mən  şirki  bilirəm” 

deməsi böyük təhlükələrdən olduğunu göstərir). Bu cahillik digər cahillikdən 

daha şidətlidir.  Çünki  digəri olan cahil  öyrənir  və öyrəndikləri ilə  faydalanır, 

lakin cahilliyin bu növü insan cahil olduğu halda özünün bilikli olduğunu və 

şəriətə  zidd  olan  işləri  etməyə  davam  edər.  Həmçinin  –  müsəlman  bir  kimsə 

bilmədən  küfr  bir  sözü  söyləyər  və  sonra  bu  sözün  küfr  olduğunu  bilər  və 

dərhal tövbə edərsə bunun ona bir zərəri olmaz”. 




 

109 


Bu  da  Sələfi  dəvətinin  üslubudur. Aişə  –  radıyallahu anhə –  rəvayət edir  ki: 

Sizə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  və  özümdən  danışımmı?  Biz: 

“Bəli!” – dedik. Aişə: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənim növbəm 

olan  gecə  yanıma  gəldi.  Gələn  kimi  də  ridasını  yerə  qoydu,  ayaqqabılarını 

çıxarıb  ayaqlarının  yanın  da  qoydu.  İzarının  bir  tərəfini  açıb  döşəyin  üstünə 

sərərək  uzandı.  Sonra  mənim  yuxuya  gedəcəyimi  zənn  etdiyi  ana  qədər 

gözləyərək sakitcə Libasını götürdü. Qapını yavaşca açaraq evdən çıxdı və onu 

sakitcə  örtdü.  Paltarımı  başımdan  keçirərək  büründüm,  izarımı  da  geyinib 

onun  ardınca  getdim.  Nəhayət  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  Bəqi 

qəbristanlığına  çataraq,  ayaq  üstə  bir  xeyli  duraraq  əllərini  üç  dəfə  yuxarı 

qaldırdı.  Sonra  geriyə  döndü  və  mən  də  döndüm.  O, sürətlə gedirdi,  mən  də 

surəti artırdım. O, qaçmağa başladı, mən də qaçdım. Axırda mən Ondan irəli 

keçib evə girdim. Mən yatana yaxın o, da evə daxil oldu və: «Ey Aişə, nə olub 

tənginəfəssən?  –  deyə  soruşdu.  Mən:  «Bir  şey  olmayıb»  dedim.  O:  «Ya  nə 

olduğunu mənə deyəcəksən, ya da Lütfkar, Xəbər verən Allah mənə onsuz da 

xəbər  verəcəkdir»  deyə  buyurdu.  Mən:  «Ey  Allahın  Rəsulu!  Ata-anam  sənə 

fəda  olsun,  dedim  və  əhvalatı  ona  danışdım.  O:  «Önümdə  gördüyüm  insan 

qaraltısı  sən  idinmi?»  deyə  soruşdu.  Bəli,  dedim.  Buna  görə  də  məni 

köksümdən  bir  dəfə  itələdi  və  bu  hərəkəti  ilə  məni  sarsıtdı.  Sonra:  Allah  və 

Peyğəmbərinin sənə zülm edəcəyinimi zənn etdin? deyə soruşdu. Bəli, dedim. 

Aişə: «İnsanların gizlətdiyi hər şeyi Allah bilirmi?» deyə soruşdum. O: «Bəli» 

dedi


326

. Aişə – radıyallahu anhə – Allah  – subhənəhu və təalə – nin hər bir şeydən 

xəbərdar  olduğunu  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  ona  söyləyənə 

qədər bilmirdi. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis dəlildir 

ki,  Aişə  –  radıyallahu  anhə  –  insanların  gizlətdiklərindən  Allahın  xəbərdar 

olmasını bilmirdi. Bu haqda elmi olmadığı üçün kafir olmamışdır. Dəlil ortaya 

qoyulduqdan sonra bunu qəbul etmək imanın göstəricisi olduğu kimi, dəlildən 

sonra bunu inkar etmək Allahın hər bir şey üzərində mütləq hakim olduğunu 

inkar etməkdir. Heç şübhə yox ki, bu sözlər küfrdür. Lakin bu sözləri söyləyən 

barəsində küfr hökmünü ona dəlillər ortaya qoyulduqdan sonra verilir. Artıq 

bundan  sonra  bilməməzlik  ondan  qalxar”

327


.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu 

anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in zamanında bir 

qrup  insanlar:  «Ya  Rəsululah!  Qiyamət  günü  Rəbbimizi  görəcəyikmi?» 

Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud olmayan açıq 

bir  havada  günəşi  görməyə  çətinlik  çəkirsinizmi?  Bədirlənmiş  ayı  14-cü 

günündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?» 

Xeyr,  Ya  Rəsulullah!  O,  buyurdu:  «Günəşi  və  ayı  görməkdə  əziyyət 

                                                

326


 Müslim 974/103, Nəsai 3973, Əhməd 6/221, əl-Albani «Cənaiz» 231.  

327


 “Məcmuul Fətava” 11/411-412.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə