114
həmin insanların Peyğəmbərlərə müxalif olduqları aşkar ediləcəkdir. Onların
danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın
kafir sayılması üçün qayda belədir. Bidətlərin birinin digərindən daha pis
olması bir faktdır. Bəzi bidətçilərdə müşahidə olunan iman gücü, digərində
müşahidə olunmur. Hüccət çatdırılana və həqiqət bəyan edilənə qədər, heç
kəsin səhv edən müsəlmana kafir deməyə haqqı yoxdur. İman gətirdiyi
yəqinliklə bəlli olan kimsənin imanı, şəkk etməklə getməz. Onun imanı, hüccət
çatdıqdan və şübhəsi dəf edildikdən sonra gedər»
345
. İbn Teymiyyə –
rahmətullahi aleyhi – deyir ki: «Elə buna görə də elm və sünnə əhli özlərinə
müxalif olanlara kafir demirdilər. Müxaliflərinin onlara kafir deməsinə
baxmayaraq onlar yenə də müxaliflərinə bu hökmü vermirdilər. Çünki kiməsə
kafir hökmü kəsmək şəriət qaydasıdır. Heç kəs bunu qarşılıq olaraq öz
müxalifinə deyə bilməz. Sənə qarşı yalan danışana, sənin ailənlə zina edənə
qarşılıq verərək, ona qarşı yalan danışmağa və ya ailəsi ilə zina etməyə haqqın
yoxdur. Çünki yalan danışmaq və zina etmək Allahın haram buyurduğu bir
haqqıdır. Eləcə də kiməsə kafir demək Allahın haqqıdır. Allah və Rəsulunun
kafir dediyi kimsələrdən başqasına kafir deməyə heç kəsin haqqı yoxdur. Ona
qarşı elə bir hüccət olmalıdır ki, ona qarşı çıxan kafir olar. Dinin hansısa bir
sahəsində cahil olan insan bununla kafir olmaz. Belə ki, Qudamə İbn Məzun və
dostlarından ibarət bir qrup səhabə və tabiinlər «Ey iman gətirənlər! Allah
qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir cəmaata qarşı
kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha
yaxındır». (əl-Maidə 8). ayəsini yozumlu şəkildə başa düşərək içki içməyin
halal olduğunu deyirdilər. Onlar ayədən elə başa düşürdülər ki, yaxşı işlər
görən insana içki içmək halaldır. Ömər, Əli və digər səhabə alimlər yekdil
olaraq belə bir fikrə gəldilər ki, bu insanlardan tövbə etmək tələb olunmalıdır.
Əgər onlar düşdükləri şübhədən dolayı ilk əvvəl yenə də içkini halal
görməkdə israr etsələr, haqq çatdırılana qədər onlara möhlət verilməlidir.
Əgər bundan sonra yenə də inkar etsələr o zaman artıq kafir olarlar. İki səhih
kitabda öz əhli-əyalına öləndən sonra yandırılıb külünün göyə sovrulmasını
əmr edən insanın hədisi qeyd edilmişdir. Hədisdəki insanın etiqadına görə
dediyinin icrasından sonra Allah onu bir daha yenidən diriltmək iqtidarında
deyil, bir daha onu dirildə bilməyəcəkdir. Yaxud o adam bu etiqadının icazəli
olduğunu düşünmüşdür. Hər iki hal küfrdür. Lakin bu insan cahil idi. Bu
insana, müxalif olacağı təqdirdə kafir sayılacaq, yetərli haqq çatmamışdı. Buna
görə də Allah onu bağışladı. Ona görə mən, Allahın Ərşi üzərində olduğunu
inkar edən hüluliyyə əqidəsini daşıyan cəhmiyyəlilərin fitnəsi baş verən
zamanlar onlara deyirdim: Əgər mən sizin dediklərinizlə razılaşsam kafir
345
Məcmuul Fətava 12/500-501.
115
olaram. Çünki mən sizin bu sözünüzün küfr olduğunu bilirəm. Amma mənə
görə siz kafir sayılmırsınız. Çünki, siz cahilsiniz. Bu xitab, onların alimlərinə,
qazilərinə, şeyxlərinə və əmirlərinə deyilən bir xitab idi»346. İbn Teymiyyə –
rahmətullahi aleyhi – deyir ki: “Kim etiqad etsə ki, onun Şeyxi Ruzi göndərir,
köməklik edir, doğru yolla aparır və ya Şeyxinə ibadət edir, ona dua edir və
ona səcdə edirsə və ya şeyxini Peyğəmbərlərdən müəyyən və tam şeylərdə
üstün tutursa və ya hesab edir ki, o və şeyxi Peyğəmbərə tabe olması vacib
deyildir – deyənlər kafirdirlər. Bunu gizlədərlərsə münaiqdirlər. Bizim
zamanda isə belə insanlar çoxalmışlar dəvət imamlarının azalmasından və
Peyğəmbərlik nurunun bir çox şəhərlərdən itməsinə görə. Belə insanların
çoxunda bu elmdən heç nə yoxdur, buna görə də doğru yolu öyrənə bilmirlər.
Onların çoxsuna bu çatmamışdır. Zamana və məkana görə insan kiçik bir
imanına görə Allah tərəfindən mükafatlanacaq və Allah onu dəlil çatmayan
məsələlərdə bağışlayacaqdır. Əgər dəlil çatsaydı Allah onu bağışlamazdı və
şeyx burada Huzeyfənin hədisini zikr edir. Lə İləhə İlləllah – onları Cəhənnəm
atəşindən qurtarcaqdır”
347
. İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki:
“Məxluqlar Xaliqin nə sevdiyini və nədən razı olduğunu bilmirlər, nə əmr
etdiyini və nəyi qadağan etdiyini də bilmirlər, salehlər üçün nə mükafat
hazırladığını və günahkarlara hansı cəzanı təyin etdiyini, Allahın gözəl İsim və
Sifətlərini bilmirlər. Bütün bunların insan ağlı ilə dərk edilməsi mümkün
deyildir. Yalnız Peyğəmbərlər vasitəsilə mümkündür....”
348
. Digər yerdə İbn
Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki:
“...Bu Quran mənə vəhy olundu ki,
onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim....”. (əl-Ənam 19). Buna
bənzər ayələr Qurani Kərimdə çoxdur. Allah Peyğmbər dəvəti çatmayan bir
kimsəni heç vaxt cəzalandırmaz. Əgər bir kimsə Muhəmmədin Allahın Rəsulu
olduğunu bilsə, ona inansa lakin Onun gətirdiyi bir çox şeylərdən xəbərsiz olsa
Uca Allah bilmədiklərinə görə onu cəzalandırmaz”
349
. AbdurRazzaq İbn
Əhməd Muaşir deyir ki: “İbn Teymiyyə, İbn Qeyyim və Muhəmməd İbn
AbdulVahhabın – Allah onlardan razı olsun - bu məsələdə mənhəci onların
sözlərinə qayıdılır..... Əgər bir kimsə İslamı yeni qəbul etmişsə və ya yaşadığı
məmləkətdə Şirkə dəvətin geniş bir yer aldığı, Tövhidə dəvət edənlərin az
olduğu yerdirsə onların Allaha yaxınlaşdıqları hər bir məsələdə cahilliklərin-
dən dolayı üzrlüdürlər. O, vaxta qədər ki, onların şübhələri aradan qaldırılıb
346
Raddu aləl Bəkri səh 258-260.
347
“Məcmuul Fətava” 35/164-165.
348
“Məcmuul Fətava” 1/121, AbdurRazzaq İbn Əhməd Muaşir “Cəhlu Bil Məsələti Etiqadi və Hukmuhu”
203-204.
349
“Məcmuul Fətava” 2/41, 42, AbdurRazzaq İbn Əhməd Muaşir “Cəhlu Bil Məsələti Etiqadi və Hukmuhu”
206-207.