[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə59/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   55   56   57   58   59   60   61   62   ...   258

 

120 


yaşayanların hamısını kafir saysın, onlara qarşı müharibə elan etsin, mallarını 

halal  görsün?  Şeyxin  hal-vəziyyətini  və  nəyə  dəvət  etdiyini  dərk  edən  aqil 

insan belə bir halı təsəvvür edə bilərmi? Heç bir halda şeyx ümmətdən, hətta 

Əhli Sünnə vəl Cəmaatdan ayrılıb özündən yeni bir fikir söyləməmişdir. Onun 

bu məsələ, yəni Ad və Sifətlər tövhidi, əməllər və ibadətlər haqqında dedikləri 

bütün  müsəlmanlar  tərəfindən  birmənalı  olaraq  təsdiq  edilmişdir.  Bu  işdə 

yalnız  onların  yolundan  və  minhəcindən  çıxan,  Cəhmilər,  Mötəzilə,  qəbirlərə 

ifratcasına  sitayiş  edənlər  müxalif  olmuşlar.  Şeyxin  dediyi  məsələlər  bütün 

Peyğəmbərlərin  və  səməvi  kitabların  dediyində  öz  əksini  tapmışdır.  Bunu 

Peyğəmbərlərin  və  səməvi  kitabların  göndərilmiş  məqsədini  bilənlər  dərk 

edirlər. Şeyx hüccətin layiqli formada çatdırılmasın-dan sonra bu əsaslara görə 

kiməsə  kafir  hökmünü  verir.  O,  bu  işdə  Sıratal  Mustəqim  yolu  ilə  özündən 

əvvəlkilərin  ardınca  gedir.  Heç  də  dinə  bidət  gətirməmişdir»

363


.  Şeyx 

AbdulLətifin oğulları Abdullah, İbrahim və Şeyx Sülüyman Səhman demişdir: 

“Deyilən söz bəzən (Quran və Sünnədən olan) bəzi dəlilləri rədd etməklə küfr 

olur. Lakin söz sahibinə cahillik maneəsinin olaması, dəlilin dəlalət etməsi və 

ya  etibarsız  sayılması  haqda  elminin  olmaması  ehtimalı  səbəbindən  küfr 

hökmü verilmir. Çünki şəriətlər çatdıqdan sonra vacib olur. Bunu Şeyxülislam 

çox kitablarında zikr etmişdir”

364


.  

İbn  Bazın  –  rahmətullahi  aleyhi  –  başçılığı,  müavini  AbdurRazzaq  Əfifi  – 



rahmətullahi aleyhi –, Şeyx Abdullah İbn Qəud – rahmətullahi aleyhi –, Abdullah 

İbn  Ğudeyyanın  –  rahmətullahi  aleyhi  –  üzvlüyü  altında  Fətvalar  və  Elmi 

Tədqiqatlar üzrə Daimi Heyətə: “Qəbirlərə ibadət edənlərin cahilliklərinə görə 

üzürlü  olmaları  və  hansı  işlərdə  cahiliyin  üzr  olması”  haqda  verilən  sualın 

cavabında belə deyilir: “Bir insana dini məslələrdə cahilliyinə görə üzr olunub 

olunmaması,  təbliğin  ona  çatıb  çatmamasına,  məsələnin  özünün  aydın  olub 

olması  və  insalanların  düşüncəsinin  qüvvət  və  zəiflikdə  fərqləndiyinə  görə 

hökmü  də  müxtəlif  olur....”

365

.  Şeyx  doktor  ƏbdulƏziz  İbn  Muhəmməd  İbn 



ƏbdulLətif  –  rahmətullahi  aleyhi  –  demişdir:  “Müəyyən  bir  kəsi  Təkfir  etməyə 

mane  olan  amillərdən  Cahilliyin  üzr  olmasıdır.  Lazımi  qədər  manelərin 

olmasına baxmayaraq sadəcə bu məsələ ilə kifayətlənməməyə səbəb bu haqda 

söz-söhbətin  və  qarışıqlığın  çox  olmasıdır.  Bu  məsələyə  insalar  ifrata  varmaq 

və  ya  səhlənkarlıq  etməklə  yanaşıblar.  Bəziləri  Cahilliyi  mütləq  olaraq  üzr 

görür.  Bəziləri  isə  mütləq  olaraq  görmür.  Haqq  isə  onların  arasındadır. 

Cahilliyin üzr olması hələ də bizim  əsrimizdə belə zahirdir. Çünki əməl edən 

                                                

363

 Kitabu Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil Əlfaz əl-Mubtədiətil Vaximə və Təbriətuş Şeyxeyn əl-



İmameyn Min Təzvir Əhlil Kəzib vəl Meyn səh 122-123.  

364


 “əd-Durarus Səniyyə” 10 cu cil səh 433 

365


 “Fitvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyətin fitvalar toplusu” 2/97, Fitva (11043) 


 

121 


Elm  əhli  azalıb,  insanlara  batili,  küfrü  bəzəyərək,  ona  don  geydirənlər  isə 

çoxalıb.” Şeyxin sözü müxtəsər olaraq bitdi”

366

.  


Şeyx Useymin – rahmətullahi aleyhi – dən belə bir sual soruşurlar: «Tövhidlə 

bağlı  məsələrdə cəhalət  insan  üçün  üzürdürmü?».  Cavab:  «Qulu öz Rəbbi ilə 

bağlayan hər bir məsələdə cəhalətin üzürlü olması təsbit edilmişdir. «Biz Nuha 

və  ondan  sonrakı  Peyğəmbərlərə  vəhy  göndərdiyimiz  kimi  sənə  də  vəhy 

göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına İsaya, 

Əyyuba,  Yunusa,  Haruna  və  Süleymana  da  vəhy  göndərdik.  Biz  Davuda  da 

Zəburu  verdik.  Peyğəmbərlər  (göndərdik).  Onların  bəzisinin  əhvalatını  sənə 

danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı. 

Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha 

insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın». 

(ən-Nisa  163-165).  «Biz  Peyğəmbər  göndərməmiş  əzab  vermərik».  (əl-İsra  15). 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Canım  əlində  olana  and 

olsun  ki,  bu  ümmətdən  olan  hər  hansı  bir  Yəhudi  və  Xaçpərəst  mənim 

haqqında  eşidib  və  iman  gətirməzsə  Cəhənnəm  əhlindən  olar»

367

.  Bu  mənanı 



ifadə edən hədislər çoxdur. Kim cahil olarsa öz cəhalətinə görə dinə aid bütün 

məsələlərdə  üzürlü  hesab  olunar.  Lakin  bir  şeyi  də  bilmək  lazımdır  ki,  bəzi 

cahillər  inadkarlıq  nümayiş  etdirirlər.  Yəni  haqq  ona  çatdırılır  o,  isə  haqqı 

araşdırmır,  itaət  etmir.  Əksinə  şeyxlərinin  yoluna  o,  cümlədən  onları  təzim 

edənlərin  və  onlara  tabe  olanların  yoluna  uyur.  Əslinə  baxdıqda  həmin  şəxs 

üzürlü  hesab  edilə  bilməz.  Çünki  ən  azından  belə  insana  bir  şübhə  şəkilində 

olsa da belə haqq gəlib çatmışdır. O, bunu araşdırıb haqqa nail ola bilər. İtaət 

etdiyi  insanları  təzim  edənlər,  Allahın  haqlarında  buyurduğu  kəslərə 

bənzəyirlər:  «Biz  atalarımızı  bir  din  üzərində  gördük  və  biz  onların  ardınca 

getdik. Biz atalarımızı bir din üzərində gördük». (əz-Zuxruf 22-23). Ən mühüm 

odur  ki,  haqq  barədə  eşitməyən,  bundan  bixəbər  olan  insan,  cahilliklə 

üzürlüdür  və  bu  cəhalətə  görə  ona  günah  yazılmır.  Cəhalət  üzrə  əməl  edən 

                                                

366

 “Nəvaqidil  İman  əl-Qovliyyə  vəl  əməliyyə”  əl-Üzr  bil  Cəhl  səh  59,  64.  Bax:  əl-Fisal  3/249,  “əl-



Muğni”Riddə  kitabı  12/277,  əş-Şifa  2/23,  524,  529,  530,  “Minhəc  əs-Sünnə”  5/88-125,  “Müxtəsər  Fətavə  əl-

Misriyyə” səh 247, 248, “ər-Rəd əlal Əxnai”səh 61, 62, “Məcmuul-Fətəva” 35/164,165, “əl-İstiğasə” 2/629, 630, 

“Mufid  əl-Mustəfid  fi  kufri  tərik  ət-Tovhid”,  “əd-Durarus-Səniyyə”  1/235,  236,  520,  521,  və  10/368,  474, 

Məcmu  ət-Tovhid  1/54,  Şeyx  Abdullah  İbn  ƏbdürRəhman  Əbu  Batinin  “Müəyyən  bir  şəxsi  Təkfir  etmək” 

adlı risaləsi və Şeyx İshaq İbn ƏbdürRəhmanın “Müəyyən bir şəxsi Təkfir etməyin hökmü” risaləsi (hər ikisi 

“əd-Durarus-Səniyyənin”  tərkibində  10/351-375  nəşr  edilib),  “Fətavə  əl-Ləcnə  əd-Dəimə”  2/96-100  fitva 

(11403),  Şeyximiz  ƏbdülƏziz  İbn  Bazın  “Fitvalar  toplusu”  (ət-Tayarın  cəm  etdiyi  2/528-529)  “Təkfirin 

düzgün  qaydaları”,  “Müyyən  bir  şəxsin  Təkfiri”risaləsi  ,  “Nəvaqidil  İman  əl-Qovliyyə  vəl  əməliyyə”,  “əl-

Üzr  bil Cəhl risalasi”, “ət-Tibyan  Şərh  Nəvaqid əl-İslam”  risaləsinin əlavəsi  səh 75-76, Doktor  Muhəmməd 

əl-Arusinin  “Məsəil  əl-MuştəRakə  “səh  303  və  davamı.  Həmçinin  bax:  “ƏbdürRəzzaq  Məaşin,  Şeyximizi 

ƏbdüRrəhman İbn Nasir əl-Barrakın nəzarəti altında nəşr edilmiş “əl-Cəhl bi məsəil əl-Etiqad və hokmihi” 

kitabı, Muhəmməd əl-Vuheybinin “Nəvaqidul əl-İman əl-Etiqadiyyə və Dəvabit ət-Təkfir indəs Sələf” 1/225-

301 bu kitablarda bu maneənin məsələləri haqda təfsilat vardır. 

367


 Müslim “İman” 240, (153).  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə