116
dəlillər onlara başa salınana qədər, bunu tərk edən isə küfr etmişdir...”
350
.
Digər yerdə İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: “Birinci əsas özündə
əhatə edir - Allahın İsim və Sifətlərini, Tövhidi və Qədəri. İkinci əsas özündə
əhatə edir - əmrləri, qadağaları, Allahın sevdiyi və razı qaldığı, nifrət və
qadağan etdiyi şeyləri. Üçüncü əsas özündə əhatə edir – Axirət günüə imanı,
Cənnət, Cəhənnəm, mükafat və cəzaları. Bu üç əsasın üzərində yaratmaq və
əmrlər dövr edir. Xoşbəxtçilik də bunun üzərindədir. Bunu da Peyğəmbərlər
olmadan öyrənmək mümkün deyildir. Çünki insan ağlı özü bunları dərk edib
bir nəticəyə gələ bilməz, hətta ümumi başa düşsə də belə. Necə ki, xəstə
sağalması üçün dərmanın şəfa üçün səbəb olmasını bildiyi kimi, lakin ətraflı
hansı dərmanın onun xəstəliyi üçün şəfa olduğunu bilmədiyi kimi”
351
.
İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Bu insan Allaha inanır, onu
qəbul edir və Ondan qorxurdu. Lakin Allahın bir sifətindən xəbərsiz olduğunu
düşündü ki, onu yandırıb külünü də dənizə sovursalar Allahdan qurtular.
Lakin Uca Allah onun niyyət və qorxusunu cəzası qarşısında bildiyi üçün
onun Allahın bu sifəti barəsində bilməməzliyini bağışladı”
352
. İbn Əbil İzz əl-
Hənəfi
– rahmətullahi aleyhi – deyir ki: «Bidət, batil, haram olan sözlər hansı ki,
özündə əhatə edir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in isbat etdiklərini
inkar etmək, inkar etdiklərini isbat etmək, qadağan etdiklərini əmr etmək, əmr
etdiklərini isə qadağan edən sözlər küfrdür. Bu ümumi sözlərdir. Müəyyən
şəxsə gəldikdə isə siz şəhadət edirsiniz ki, o kafirdir və Cəhənnəm əhlindəndir.
Biz yalnız şəhadət edə bilərik Peyğəmbər – sallallahu aleyhi və səlləm – şahidlik
edibsə. Ən böyük azğınlıqdan sayılır sənin müəyyən bir kimsəyə hökm
verməyin. Şahidlik etməyin ki, Allah onu bağışlamayacaq, əbədi Cəhənnəmdə
saxlayacaq, ona rəhm etməyəcəkdir»
353
. İbn Ruceyli əl-Hənəfi
– rahmətullahi
aleyhi – deyir ki: «Alimlərin sözü bu məsələdə necə açıqlanır: Küfr olan hökm
hansı ki, bidət əhli barəsində Sələf alimləri İmam Əbu Hənifə, Şəfii – Allah
rəhmət etsin onları - tərəfindən sabit olmuşdur bu sözlər necə açıqlanır: Bu onu
bildirir ki, bu etiqad özü küfrdür. Bu sözü deyən küfr söz demişdir. Lakin o,
özü haqqı tələb etdiyinə görə küfr sözü söyləmişsə, kafir olmur».
AbdulVahhab – rahmətullahi aleyhi – nin iki oğlu Hüseyn və Abdullaha sual
gəlir: «Tövhid dəvəti yetişən ölkə əhalisinin bir hissəsi deyir ki, bu dəvət
haqdır, lakin mən heç bir pis işi dəyişən, heç bir yaxşı işi əmr edən deyiləm.
(bu əqidəyə görə) düşmən və ya dost tutan deyiləm, bu dəvət çatmadan öncə
yaşayanların zəlalət üzərində olduğunu deyən də deyiləm. Bununla bərabər
biz dədə-baba dinindən əl çəkdik – deyən Muvahhidlərə irad tuturlar. Bəziləri
350
AbdurRazzaq İbn Əhməd Muaşir “Cəhlu Bil Məsələti Etiqadi və Hukmuhu” 506.
351
“Məcmuul Fətava” 19/96.
352
“Təvil Muxtəlif əl-Hədis” 119.
353
Şərh Əqidətul Təhaviyyə 357 səh.
117
müsəlmanları açıq-aşkar şəkildə kafir sayır, bu dini söyərək deyir: Bu
Müseyləmənin (yalançı Peyğəmbərin) dinidir. Həmçinin bəziləri bu dəvətin
açıq şəkildə deyil, gizli şəkildə gözəl olduğunu deyirlər. İndi isə bu vəziyyətdə
olan bir ölkə haqqında nə deyə bilərsiniz? Onlar müsəlmandırlar yoxsa kafir?
Şeyxin (AbdulVahhabın) Biz ümumi şəkildə kafir demirik? Ümumi təkfir ilə
xüsusi təkfir arasında fərq nədir?». Cavab: «Deyilən ölkə əhalisinə hüccət
çatmışdırsa onlar kafirlərin hökmündədirlər. Elə hüccət ki, onu eşidəndən
sonra ona müxalif olan kafir olur. Həmin ölkədə yaşayıb, dininə riayət edə
bilməyən müsəlman, Allahın üzürlü saydığı kimsələr istisna olmaqla oradan
hicrət etməlidir. Əgər o, hicrət etməzsə o, da qətlə yetirilməkdə və malının
müsadirə olunmasında həmin ölkə əhalisinin hökmündədir. Şeyxin sözlərinə
gəldikdə isə: Ümumi və xüsusi arasında fərq açıq-aydındır. Ümumi təkfir
insanların hamısını təkfir etmək: Alimini, cahilini, kimə hüccət qalxıb və
qalxmayıb. Xüsusi təkfir isə yalnız risalə hüccəti çatmış kimsəni təkfir
etməkdir. Elə bir hüccət ki, ona müxalif olan kafir olur. Məs: Ola bilər ki,
deyilən ölkə əhalisinin kafir olmaları haqda hökm verilsin və onlar kafir
hökmündə olsunlar. Lakin həmin ölkədə yaşayan hər bir fərdin kafir olmasını
isə demək doğru deyildir. Çünki onların arasında müsəlman kimsələr olsun.
Hicrət edə və ya öz dinlərini izhar edə bilmədikləri üçün üzürlü sayılsınlar.
Necə ki, Allah əhalisi kafir olan zamanlar Məkkə haqqında buyurmuşdu:
«Əgər (Məkkədə) tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına
alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz
möminlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi)». (əl-Fəth 25).
«(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir
kimi Məkkədə qalıb): Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən
(Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı
yolla – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda
vuruşmursunuz». (ən-Nisa75). Səhih hədisdə: İbn Abbas
- radıyallahu anhu –
deyir ki: «Mən və anam Məkkədə qalan acizlərdən idik»
354
. Şeyxin nəvəsi
Abdullahdan soruşurlar: «Cahilliyi ucbatından bilmədən küfr sayılan söz,
əməl və ya təvəssül edən insan üzürlü sayılırmı?». Cavab: «Allah və Rəsulu –
sallallahu aleyhi və səlləm – iman gətirən insan Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – in şəriəti barəsində cahilliyi üzündən əməldə və ya etiqadda küfr
edərsə bu insan bizə görə kafir sayılmır. Biz belə bir insana şəriət dəlilləri ilə
hüccət çatana qədər kafir demirik. Elə bir hüccət ki, onu eşidəndən sonra
müxalif olan kafir olur. Əgər ona hüccət çatdırılarsa və Peyğəmbər – sallallahu
aleyhi və səlləm – in buyurduqları bəyan edilərsə və hüccət çatdıqdan sonra
yenə də öz dediklərində israrlı olarsa o, zaman kafir olar. Çünki küfr bəzi
354
Məcmuatul Rəssail vəl Məsəil Nəcdiyyə 1/44, Durar əs-Səniyyə 10/144-145.