[]


gəlmişdir.  Allahın  ayələrini  yalan  sayan  və  onlardan  üz  çevirən  kimsədən



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə61/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   57   58   59   60   61   62   63   64   ...   258

 

124 


gəlmişdir.  Allahın  ayələrini  yalan  sayan  və  onlardan  üz  çevirən  kimsədən 

daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə 

pis  əzabla  cəzalandıracağıq”.  (əl-Ənam  155-157).  Və  s.  dəlillər.  Sünnəyə 

gəldikdə isə: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Muhəmmədin 

nəfsi əlində olan Allaha and olsun ki, istər Yəhudi, İstər Xristian olsun mənim 

Peyğəmbərliyim  haqqında  eşidib  və  mənə  iman  gətirməzsə,  öldüyü  halda 

mütləq Cəhənnəm atəşini dadacaqdır»

370


. Alimlərin sözlərinə gəldikdə isə: İbn 

Qudamə – rahmətullahi aleyhi – deyir ki: “İslamda yeni olduğu üçün hər hansısa 

bir məsələnin vacibliyini bilmirsə, Daril İslam olmayan yerlərdə böyüyüb başa 

çatmışsa və ya müsəlmanlardan və alimlərdən uzaq bir yerlərdə yaşayırsa belə 

bir kimsəyə dair hökmü verilmir”

371


. Sonra Şeyx Useymin - rahmətullahi aleyhi – 

İbn  Teymiyyə  və  Muhəmməd  İbn  AbdulVahhabın  -  rahmətullahi  aleyhi  – 

“Cahilliyin  Üzrlü  olması”  barəsində  olan  sözlərini  qeyd  edir.  Əgər  bunlar 

Quran,  Sünnə  və  alimlərin  sözlərinin  mənasıdırsa  deməli  bu  Allahın 

hikmətidir.  Onun  rəhməti  və  lütfüdür.  Allah  üzr  olduğu  müddətdə 

cəzalandırmaz. Çünki insanın ağlı Allahın vaciblərini və əmrlərini dərk etmək 

iqtidarında  deyildir.  Əks  halda  Peyğəmbərlərin  göndərilməsində  məna 

olmazdı.  Özünü  İslama  nisbət  etməkdə  qəsdi  nədir?  Bir  kimsənin  İslamına 

hökm  verilir  ta  ki,  şəriət  dəlillərilə  onun  əksi  sübut  olunana  qədər....  Kiməsə 

kafir  hökmü  vermədən  öncə  iki  əsasa  diqqət  etmək  lazımdır.  1)  İslam 

dairəsində  çıxaran  (söz  və  əməl)  barəsində  Quran  və  Sünnədən  dəlilin 

olmasıdır,  Allahın  adından  yalan  danışmamaq  üçün.  2)  Hökmün  müəyyən 

insana  uyğun  gəlməsi  lazımdır.  Yəni  onun  barəsində  təkfirin  şərtləri  uyğun 

gəlməli  və  buna  mane  olan  amillər  olmamalıdır.  Mühüm  şərtlərdən  biridə  - 

kafir olmasına səbəb olan  əməlin ona bildirilməsi (və ya bilməsidir).  “Hər kəs 

doğru  yol  ona  bəlli  olduqdan  sonra  Peyğəmbərə  qarşı  çıxsa  və  möminlərin 

yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə 

yandırarıq. Ora nə pis dönüş yeridir”. (ən-Nisa 115). Allah Cəhənnəm əzabını 

cəzalanan  kimsənin  Peyğəmbərinə  müxalif  olmasını  bilməsi  ilə  bağlamışdır. 

Kifayətdirmi insanın bilməsi ki, onun müxalif olması küfrə gətirir, yoxsa hansı 

cəzanın (kəffarənin) olduğunu bilmədiyi halda Peyğəmbərinə – sallallahu aleyhi 



və səlləm – müxalif olmasını bilməsi kifayətdir? Peyğəmbərinə – sallallahu aleyhi 

və  səlləm  –  müxalif  olmasını  bilməsi  daha  doğru  olan  rəydir.  Necə  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Ramazan  ayında  orucunu  pozaraq 

yaxınlıq edən insana kəffarə ödəməsini əmr etmişdir, belə ki, orucunu pozaraq 

yaxınlıq  edən  kimsə  Ramazan  ayında  yaxınlığın  qadağan  olunmasını 

bilməsinə baxmayaraq kəffarənin olmasını bilmirdi. Evli kişi zina edərsə cəzası 

                                                

370

 Müslim 153.  



371

 “Muğni” 8/131.  




 

125 


daşqalaq olunaraq öldürülməkdir. Hətta zinaya görə cəzanın olmasını bilməsə 

də  belə,  zinanın  qadağan  olunduğunu  bilirdi.  Bəlkədə  cəzanın  olduğunu 

bilsəydi günah etməzdi. Buna görə də cahil dili və əməlinə görə etdiyi küfrünə 

görə bağışlanır, eynilə söz və əməllə etdiyi fasiqliyinə görə də bağışlanır. Bu da 

Quran, sünnə, ağıl və alimlərin sözləri üzərində qurulur”

372


.

373


. Şeyx Useymin 

rahmətullahi aleyhi – deyir ki: «Bu məsələdə xülasə odur ki: Cahil insan dediyi 

və ya etdiyi fasiqliyə görə üzürlü sayıldığı kimi dediyi və ya etdiyi küfrə görə 

də  üzürlü  sayılır.  Bu  haqda  Quran,  Sünnə,  məntiq  və  alimlərin  sözlərindən 

dəlillər  gətirmək  olar»

374

.  Şeyx  Useymindən  -  rahmətullahi  aleyhi  –  soruşurlar: 



“Mən  bilirəm  ki,  tənbəllik  səbəbilə  namazı  tərk  etmək  küfrdü,  onu  edən  isə 

kafirdir,  əgər  onun  cahillik  üzrü  yoxdursa.  Cahillik  üzrü  yoxdursa  –  nə 

deməkdir? Namazın fərz olduğunu bilməməkdir? Yoxsa, namazı bilə-bilə tərk 

etməyin  küfr  olduğunu  bilməməkdir?  Xahiş  edirəm  bunu  Sələf  alimlərinin 

dəlillərilə  açıqlayasınız”.  Şeyx:  “Allaha  həmd  etdikdən  sonra:  Cahillik  insan 

üçün  üzrdü.  Əgər  bir  kimsə  vacibliyini  bilmədiyi  halda  vacibi tərk  edərsə  və 

ya  qadağanın  haram olduğunu  bilmədiyi halda haramı  edərsə  belə  bir  kimsə 

cahildir  və  cahilliyi  onun  üçün  üzrdü.  Lakin  bir  kimsə  filan  əməlin  qadağan 

olunduğunu  bildiyi  halda  (əmələ  görə  şəriətdə  hansı  cəzanın  olduğunu) 

bilməsə  də  belə  bu  kimsə  üçün  cahillik  üzr  deyildir. Çünki o  bilə-bilə günahı 

etmişdir.  Məs:  Bir  kimsə  zina  edir  və  zinanın  şəriətdə  qadağan  olunduğunu 

bilmir.  Belə  bir  kimsə  cahilliyinə  görə  üzrlüdür  və  cəzalanmır.  Əgər  zinanın 

qadağan  olunduğunu  bildiyi  halda  –  zinaya  görə  hansı  cəzanın  tətbiq 

olunduğunu  bilməsə  belə  -  üzrlü  sayılmaz  və  ona  düşən  cəzanı  almalıdır. 

Həmçinin bir kimsə namazın fərz olduğunu bilmədiyi üçün namaz qılmır, belə 

bir kimsə cahilliyinə görə üzrlüdür və kafir saylmaz. Lakin insan namaz qılmır 

və  onun  haram  olduğunu  bilir,  lakin  küfr  olduğunu  bilmirsə  belə  bu  kimsə 

üçün  cahillik  üzr  deyildir.  1)  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  zina 

etdiyini  etiraf  edən  kimsəyə:  “Sən  bilirsənmi  zina  nədir?”  deyə  soruşdu.  İbn 

Qeyyim  - rahmətullahi aleyhi  – deyir  ki:  “İnsanın  cəzadan  xəbərsiz  olması  onu 

cəzadan  azad  etmir.  Çünki  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ondan 

zinanın  hökmü  barəsində  soruşdu  o  isə:  “Ərlə  arvadın  bir-birilə  halal  yolla 

yaxınlıq  etdikləri  kimi  deyil,  haram  yolla  etdim”

375


.  2)  Əməlin  qadağan 

olunduğunu  bilir,  lakin  hansı  cəza  gözlədiyini  bilmir.  Belə  bir  kimsə  üzrlü 

deyildir  və  cəzaya  layiqdir.  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 

zamanında  Maiz  adlı  biri  zina  edir  və  bunu  etraf  edir

376

.  Bu  səhabə  zinanın 



                                                

372


 “Şeyx Useyminin Fətvaları” 2/224.  

373


 Şərhu Kəşfu Şubuhət.  

374


 Şərhu Kəşfu Şubuhət.  

375


 “Zadul Məad” 5/33.  

376


 Əbu Davud 4420, əl-Albani “İrva” 7/354.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə