[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə69/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   65   66   67   68   69   70   71   72   ...   258

 

140 


bir durumda dinə zidd olan bir şeyin edilməsi mübahdır. Küfr sözü söyləyərsə 

və ya edərsə, günahkar olmaz. Çünki bu durumda insanın rizası gedər, iradəsi 

fəsada uğrayar, qəsd ortadan qalxar. Bundan daha xəfif bir dərəcədəki təhdidə 

gəlincə  isə  daha  kiçiyi  edilərək  iki  pislikdən  daha  böyük  olanı  qaldırılır.  Bu 

durumda  bir  müsəlman  qəlbi  imanla  dolu  olduğu  və  imanın  həqiqətinə 

mütləq  olaraq  inandığı  halda  küfrə  qəlbilə  deyil  sadəcə  dili  ilə  etdiyi 

müddətdə  təkfir  edilməz.  Əgər onun  etdiyi  küfr qəzəb, sevindirici  bir hadisə 

zamanı və ya məcbur edilərək baş verərsə, bununla o, kimsə küfr etmiş olmur. 



«Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə 

deyib  ürəyində  onu  təsdiq  etməyən)  şəxs  istisna  olmaqla,  hər  kəs  iman 

gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı 

olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və 

onlar şiddətli bir əzaba düçar olarlar». (ən-Nəhl 106). Bu ayə Əmmar İbn Yəsir 

və  anası  –  Allah  onlardan  razı  olsun  -  barəsində  enmişdir.  Onlar  müşriklər 

tərəfindən  məcbur  edilmişlər  ki,  küfr  sözü  söyləsinlər.  Lakin  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – Əmmardan soruşdu ki: «Qəlbin nə vəziyyətdə idi o 

anda?».  O  da:  «Qəlbim  imanla  sabit  idi»  dedi.  Peyğəmbər:  «Əgər  incitsələr 

yenə də deyə bilərsən». Peyğəmbərə – sallallahu aleyhi və səlləm – Əmmarın küfr 

etməsi  barəsində  xəbər  verildikdə  buyurdu:  “O,  başdan  ayağa  qədər  imanla 

doludur”.  Onu  o,  qədər  incitdilər  ki,  Peyğəmbəri  – sallallahu aleyhi və səlləm – 

söydü  və  bütləri  haqqında  yaxşı  söz  dedi

407

.  Buna  görə  də  məcburiyyət  və 



insanın ağlının bağlanması ona küfr hökmünün verilməsi üçün maneədir. İbn 

Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbəri yalanda ittiham etmək, 

nifrət  etmək,  paxıllıq  etmək,  təkəbbürlükdən  ona  tabe  olmamaq,  günahının 

dərəcəsinə  görə  (bir  kimsənin)  bədən  əzalarıyla  etdiyi  böyük  günahlardan 

şiddətlidir. Məs: Zina, oğurluq, içki içmək, adam öldürmək və s. Bədən üzvləri 

ilə olunan küfr əməllərə gəldikdə: Bütə səcdə etmək, Peyğəmbəri söymək və s. 

buna bənzər əməllər qəlbdə də küfrün olmasına işarədir. Əks halda bir kimsə 

qəlbində  bunu  istəmədiyi  halda,  bütün  qarşısında  səcdə  etdikdə  qəlbində 



Allaha səcdə etdiyini  niyyət edərsə, bu onun üçün küfr olmayacaqdır. Bu hal 

icazəlidir  müşriklərin  içərisində  yaşayan  bir  kimsəyə,  əgər  onun  həyatı 

təhlükəsi  varsa, zahiri  əməllərdə onlarla  razılaşa  bilər.  Lakin  qəlbində  Allaha 

ibadət etiyini bilməlidir. Rəvayət edilir ki, müsəlmanlardan və Kitab əhlindən 

olan bir çox alimlər müşriklərin içrisində olduqları zaman belə edədilər, ta ki 

onları İslama dəvət edənə və onlar da İslamı qəbul edənə qədər”

408

.  


Məcburiyyət  Nədir?  İmam  Qurtubi  – rahmətullahi aleyhi  – deyir  ki,  İbrahim 

ən-Nəhəi  –  rahmətullahi  aleyhi  –  dedi  ki:  “Həbsxana  –  məcburiyyət  yeridir”. 

                                                

407


 Həkim 2/357, Beyhəqi 8/208, Təbəri 13/82, Nəsəi 8/111, Həkim 3/392, “Səhih Silsilə” 807.  

408


 “Məcmuul Fətava” 14/120.  


 

141 


İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Qorxulu  hədələr  – 

məcburiyyətdir,  hətta  onlar  həyata  keçməsə  də  belə”

409

.  İbn  Qudamə  – 



rahmətullahi aleyhi  –:  “Məcburiyyət  3  cürdür:  1)  Bu  təhlükə  onu  həyata  keçirə 

biləcək  kimsə  tərəfindən  olmalıdır.  2)  Tələb  olunanlar  edilmədiyi  halda 

hədənin  həyata  keçrilməsi  ehtimalının  çox  olması.  3)  Bu  hədə  bir  çox 

müsibətləri:  Ölüm,  döyülmə  və  sürgün  kimi  bəlaları  gətirir.  O  ki,  qaldı 

məzəmmət  və  təhqirə  bu  məcbur  edilmə  sayılmır.  Həmçinin  az  qism  malın 

alınması  da  məcburiyyət  deyildir.  Əgər  bir  kimsəni  yüngül  vursalar  bu  da 

məcburiyyət deyildir. Əgər qorxu olarsa uşağa zərər vuracaqlar bu da deyilir 

ki, məcburiyyət deyildir çünki zərər başqasına aiddir. Lakin doğru olan bu da 

məcburiyyətdir.  Çünki  valideyn  üçün  övladının  işkəncələri  malının 

alınmasından  daha  dəhşətlidir.  Malın  alınması  məcburiyyət  olduğu  kimi, 

uşağın  ünvanına  olan  hədə  də  məcburiyyətdir”

410


.  Əbu  Bəkr  İbn  əl-Ərabi  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  “Küfr  edilməsi  icazəli  olan  məcburiyyət  –  əmr 

olunanı  yerinə  yetirmədiyi  zaman  insanın  öz  həyatını  və  ya  müəyyən 

orqanlarının  itirməsi  təhlükəsi  olan  qorxudur.  Bu  halda  ona  küfr  sözlərini 

ifadə  etməsi  icazəlidir”

411

.  Yüngül  bir  təhlükə  məcburiyyət  sayılmır.  Bəzi 



Sələflər  deyiblər  ki:  “Adi  təhdid  varsa  artıq  məcburiyyətdir”

412


.  İbn  Həzm  – 

rahmətullahi  aleyhi  –  bəzi  Hənəfi  uləmalarının  sözlərini  qeyd  edərək  deyir  ki: 

“Qamçı  zərbəsi, iki əl  zərbəsi ilə  və  ya  bir günlük  həbs  edilmə  -  məcburiyyət 

deyildir” sözlərinə belə cavab verir: Bu səhv olan rəydir. Çünki nə Quran, nə 

Sünnədə dəlili omayandır. İbn Məsud - radıyallahu anhu – deyir ki: “Əgər əmr 

sahiblərindən  kimsə  filan  sözü  söyləməkdən  ötrü  məni  bir  iki  qamçı  zərbəsi 

vurmaq  ilə  hədələyərsə  mən  ondan  qutulmaq  üçün  bunu  söyləyərdim”. 

Səhabələrdən  kiminsə  buna  müxalif  olduğunu  bilmirəm”

413


.  Küfr  sözü 

söyləmək  üçün  cəza  elə  olmalıdır  ki,  insan  buna  dözə  bilməyəcək:  Ölə  bilər, 

şikəst ola  bilər  və s.  Həmçinin  küfr sözü  dediyi zaman  həddi  aşan  küfr sözü 

deməməlidir.  Elə  etməlidir  ki,  açıq-aydın  olmasın.  Lakin  açıq-aydın  deməyi 

məcbur edərlərsə bu zaman olar qəlbi imanla sabit olmalıdır. Səbr edib ölərsə, 

bu  onun  üçün  daha  yaxşıdır”

414

.  İbn  Batta  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 



“Alimlər  ittifaq  ediblər  ki,  ölüm  hədəsi  ilə  qarşılaşan  bir  kimsənin  ölüm 

qorxusu  ilə  küfr  edərsə,  lakin  qəlbi  imanla  dolu  olarsa  belə,  kimsə  haqqında 

kafirdir deyilmir və zövcəsindən ayrılmır”

415


. İmam Bəğavi – rahmətullahi aleyhi 

                                                

409

 “Təfsir əl-Qurtubi” 10/190.  



410

 “Muğni” 7/292, İbn Həzm “əl-Muhəllə” 8/330. 

411

 “Əhkəmul Quran” 5/13.  



412

 “Ravdatu Talibin” 8/58. 

413

 “əl-Muhəllə” 8/336.  



414

 “Təfsir əl-Həzn” 4/117.  

415

 “Fəthul Bəri” 2/313.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə