[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə52/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   48   49   50   51   52   53   54   55   ...   258

 

106 


ilə  başqa  dinlər  nəsx  olunmuşdur.  Hədisin  əksi  də  ona  dəlalət  edir  ki,  kimə 

İslam  çatmayıbsa,  o  kimsə  üzürlüdür.  Bu  da  o  qaydalar  üzrədir  ki,  şəriət 

gəlməzdən  əvvəl  hökm  yoxdur»

318


.  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm  – 

hədisdə  bəzi  Yəhudi  və  Xristianları  üzürlü  saymışdır.  Nə  üçün?  Onlar 

eşitmədiklərinə  və  onlara  çatdırılmadığına  görə.  Onlar  da  Cəhənnəmi 

qazanmamışlar.  Eşidib  iman  gətirməyənlər  isə  Cəhənnəmlikdirlər.  Bu  da 

dəlalət edir ki, müəyyəni təkfir etmək caiz deyildir. Nə vaxt olar? Əgər onun 

barəsində  şərtlər  cəmləşərsə  və  maneələr  aradan  qalxarsa.  Bu  da  necə  olur? 

Dəlilin çatıb başa düşülməsindən sonra.  

Həmçinin bəzi fərdlər Peyğəmbər - sallallahu aleyhi və səlləm – in qarşısında 

küfr  əməli  etmiş,  lakin  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  onları  kafir 

saymamış,  əksinə  onları  üzürlü  qəbul  etmişdir.  Ya  onların  bilməməzliklərinə 

görə,  ya  da  təvil  etdiklərinə  görə.  Abdullah  b.  Əbi  Əfva  –  radıyallahu  anhu  – 

rəvayət edir ki, Muaz – radıyallahu anhu – Şamdan gəldiyi zaman Peyğəmbər 



sallallahu  aleyhi  və  səlləm  –  ə  səcdə  etdi.  Allah  Rəsulu:  «Bu  nədir,  ey  Muaz!» 

deyə buyurdu. Muaz: «Mən Şamda olarkən onların Rahiblərinə və Patriklərinə 

səcdə  etdiklərini  gördüm  və  daxilimdən  bu  hərəkəti  sizin  üçün  də  etmək 

fikrinə  düşdüm»  deyə  cavab  verdi.  Peyğəmbər:  «Əgər  mən  Allahdan  başqa 

səcdə  etməyi  hər  hansı  bir  kimsəyə  əmr  verməli  olsaydım,  qadının  öz  ərinə 

səcdə etməsini əmr edərdim. Muhəmmədin nəfsi əlində olan Allaha and olsun 

ki,  qadın  ərinin  haqqını  ödəyincəyə  qədər  Rəbbinin  haqqını  ödəmiş  olmaz. 

Hətta  qadın  dəvənin  belindəki  palanın  üstündə  oturmuş  olsa  belə,  əri  onu 

istədikdə ərinin istəyinə mane olmamalıdır»

319


. Səcdə ibadətdən sayıldığı üçün 

yalnız  Allaha  edilməlidir.  Lakin  kimsə  bilmədən  Allahdan  qeyrisinə  səcdə 

edərsə,  bu  əməlinə  görə  təkfir  edilməz.  İmam  Şəukani  –  rahmətullahi  aleyhi  – 

belə  demişdir:  «Bilmədən  Allahdan  qeyrisinə  səcdə  edən  kimsə  təkfir 

edilməz»

320


.  Muavviz  qızı  Rubeyyi  deyir  ki,  evləndiyimdə  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  toyuma  gəldi  və  yatağımın  üzərinə  oturdu. 

Cariyələrimiz həm dəf çalır, həm də Bədr savaşında öldürülən əcdadlarımızın 

vəsflərini  söyləyirdilər.  Bu  vaxt  onlardan  biri:  «İçimizdə  sabah  nə  olacağını 

bilən  Peyğəmbər  də  var  (Başqa  rəvayətdə:  Sabah  nə  olacağını  sadəcə  Allah 

bilir

321


)»  dedikdə  Peyğəmbər:  «Belə  sözlərdən  çəkin,  əvvəl  söylədiklərinə  isə 

davam et» deyə buyurdu

322

.  


Bu iki hədisə nəzər Diqqət et! Hər ikisi də İslamdan çıxardan əməl etmişlər. 

Lakin  Peyğəmbər  - səllallahu aleyhi və səlləm – onların  heç  birinə  kafir  demədi. 

                                                

318


 Şərh Müslim 2/342.  

319


 İbn Məcə 1853, İbn Hibban 1390, Əhməd 4/381, əl-Albani «İrvaul Ğəlil» 7/57. 

320


 Şəukani «Neylul Əvtar» 6/210,363.  

321


 Təbərani «Sağir» s. 69, Həkim 2/184, Beyhəqi 7/289.  

322


 Buxari 2/352, 9/166, Beyhəqi 7/288-289, Əhməd 6/359-360.  


 

107 


Muaz – radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə səcdə etdi. 

Allahdan  qeyrisinə  səcdə  etmək  böyük  şirkdir.  Lakin  bu  səcdə  Muaz  – 



radıyallahu anhu – tərəfdən təvil olaraq ortaya çıxdı. O, elə zənn etmişdir ki, bu 

səcdə  təzim,  hörmət  mənasındadır.  Hansı  ki,  bunu  da  məxluqa  etmək  olar. 

Buna  görə  də  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  ona  kafir  hökmünü 

vermədi.  Heç  onu  günahkar  da  saymadı.  Onu  çəkindirməklə  kifayətləndi. 

Bəyan etdi ki, səcdə yalnız Allahadır. Həmçinin kölə də Peyğəmbər - sallallahu 

aleyhi və səlləm –  barəsində  qeyb  elmini  bildiyini  iddia  etmişdir.  Peyğəmbər  

sallallahu  aleyhi  və  səlləm  –  onu  cahilliyinə  görə  kafir  saymadı.  Sadəcə  onu 

çəkindirməklə kifayətləndi. Halbuki, qeyb elmini iddia etmək Allahdan qeyrisi 

üçün  küfrdür.  Bu  da  dəlalət  edir  ki,  müəyyən  şəxs  küfr  etdiyinə  görə  təkfir 

edilmir.  O,  vaxt  etmək  olar  ki,  əgər  şərtlər  cəmləşərsə  və  manelər  aradan 

qalxarsa.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Yerə  səcdə  etmək 

ibadət  olduğu  üçün  Allahdan  qeyrisinə  edilərsə  bu  küfrdür.  Lakin  hörmət 

mənasında  edilərsə  böyük  günahdır,  lakin  küfr  deyildir”

323


.  İbn  Nəcim  əl-

Hənəfi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “İstənilən  Allah  üçün  olmayan  səcdə 

küfrdür”

324


.  

Əbu  Vaqid  əl-Leysi  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  



sallallahu aleyhi və səlləm – ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. 

Biz  o,  vaxtlar  təzə  müsəlmanlardan  idik  və  küfrdən  yenicə  çıxmışdıq. 

Müşriklərin  üstündən  silahlarını  asdıqları  böyük  bir  Sidr  ağacı  vardı.  Onun 

ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və o, ağacı «Zətu Ənvat» 

deyə  çağırırdılar.  Biz  də  bu  böyük  bir  Sidr  ağacının  yanından  keçdikdə:  «Ey 

Allahın  Rəsulu!  Onların  «Zətu  Ənvat»  olduğu  kimi  bizim  üçün  də  «Zətu 

Ənvat»  düzəlt  dedik.  Peyğəmbər  - sallallahu aleyhi və səlləm –:  «Allahu  Əkbər! 

Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and 

olsun  ki,  siz  İsrail  oğullarının  Musadan  istədikləri  şeyin  eynisini  məndən 

istədiniz: «…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!» (əl-Əraf 



138)  Həqiqətən  siz əvvəlkilərin  adət  ən-ənəsi ilə gedəcəksiniz

325


.  Bu səhabələr 

İslamda yeni olduqları üçün bir çox tövhid məsələrini bilmirdilər. Məhz buna 

görə də Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən müşriklərin uğur gətirmək 

üçün  dilədikləri  bir  büt  kimi,  onlar  üçün  də  uğur  diləmək  üçün  bir  büt 

düzəltmələrini  istəmişlər.  Buna  baxmayaraq  Peyğəmbər  -  sallallahu  aleyhi  və 

səlləm  –  onları  bəzi  kimsələr  kimi  ayrı-ayrı  təkfir  etməmiş,  bu  hərəkətlərinə 

görə  onların  İslamdan  çıxdıqlarını,  tövbə  edib  ikinci  dəfə  İslama  yenidən 

dönmələrini  söyləməmişdir.  Əksinə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  – 

                                                

323

 “Məcmuul Fətava” 4/360.  



324

 “Bəhrur Raik” 5/134.  

325

 Tirmizi 2180, Əhməd 5/218, əl-Albani səhih. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə