[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə43/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   39   40   41   42   43   44   45   46   ...   258

 

87 


bir şöbə olduğu  kimi,  bütün  asiliklər  və günahlar  da  küfrün şöbələrindən  bir 

şöbə olduğunu  da  bəyan  etmişdik.  Bir qul imanın  şöbələrindən  bir şöbəni  və 

ya daha artığını edərsə bu şöbəni etməsi ilə bəzən mömin deyə isimləndirilər, 

bəzən  də  isimləndirilməz.  Eyni  şəkildə  bir  kimsə  küfrün  şöbələrindən  hər 

hansı  bir  şöbə  ilə  bəzən  kafir  deyə  isimləndirilə  bilər,  bəzən  də  bu  isimlə 

isimləndirilməz.  Burada  iki  məsələ  vardır.  Birinci:  İsim  və  Ləfzlə  olan  tərəfi. 



İkinci: Məna və Hökm ilə olan tərəfi. Məna tərəfdən bu bir küfrdür yoxsa küfr 

deyilmidir?  Ləfzi  tərəfdən  bunu  edən  bir  kimsə  kafirdirmi,  kafir  deyildirmi? 

Birincisi  tamamilə  şəri  bir  mövzudur,  ikincisi  həm  lüğəti,  həm  də  şəri  bir 

mövzudur»

253

.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  nin  son  cümlələrinə  diqqət 



edin:  «Bir  qulda  iman  qollarından  bir  qolun  olması  onun  mömin 

adlandırılması  üçün  bəs  etmir.  Küfr  də  belədir. Bir  qulda  küfrün  qollarından 

birinin olması onun kafir adlandırılmasının zəruri etmir. O, qolun nə dərəcədə 

küfr  olmasından  aslı  olmayaraq  sahibi  kafir  adlandırılmaz.  Kimsədə  bir  az 

elmin  olması  onun  alim  adlandırılmasına,  fiqhin  və  tibbin  bəzi  məsələlərini 

bilənə də həkim və ya fəqih deyilməz. Bu cahil Təkfirçilərin problemi ondadır 

ki,  onlar  iman  və  küfr  məsələrini  düzgün  bilmirlər,  bilənlər  də  düzgün  başa 

düşməyiblər. Çünki asiliklər küfrün şöbələrindəndir»

254

.  


Kafirlərlə Rəftar Necə Olmalıdır? - İslam şəriəti beş prisipin – din, can, ağıl, 

namus,  var-dövlətin  qorunmasının  zəruriliyini  bildirərək,  kimliyindən  aslı 

olmadan,  onlara  təcavüz  edənlərə  qarşı  cəzalar  təyin  etmişdir.  Burada 

müsəlmanla əhd bağlanılan kafir arasında fərq yoxdur. Müsəlmanlara aid olan 

qanunlar  əhd  bağlanılan  kafirlərə  də  aiddir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  «Kim  əhd  bağlanılan  kafiri  öldürərsə,  Cənnətin  iyini  belə 

hiss  etməz»

255

.  Əgər  müsəlmanlar  əhd  bağlayan  kafirlərin  xəyanətindən 



qorxub  ehtiyat  etsələr,  aralarında  olan  əhdin  pozulduğunu  elan  etməyincə 

onlara  qarşı  vuruşmaları  doğru  olmaz.  «Əgər  (əhd  bağladığın)  bir  tayfanın 



sənə  xəyanət  edə  biləcəyindən  qorxsan  (döyüşə  başlamazdan  əvvəl)  onlarla 

olan  əhdini  pozduğunu  açıq-aydın  özlərinə  elan  et.  Çünkü  Allah  xainləri 

sevməz». (əl-Ənfal 58).  

Kafirlər  Üç  Qismdir:  1.  Hərbiyyun  –  Müsəlmanlarla  onlar  arasında  olan 

müharibə  olanlar.  Kafir  öz  ölkəsində  olduğu  zaman  hərbi  sayılır.  Müsəlman 

ölkəsinə  himayəsiz gələrsə  hərbi  sayılır  döyüş  əhlindən olmasa  da  belə.  Əgər 

müsəlman  ölkəsinə  himayədar  ilə  gələrsə  o,  digər  qism  kafirlərin  hökmünə 

daxil olur. Onlarla döyüşmək yenə də tabedir dövlətə və başçıya.  

                                                

253

 İbn Qeyyim «Namazı tərk edənin hökmü».  



254

 İbn Qeyyim «Namazı tərk edənin hökmü».  

255

 Buxari 3166.  




 

88 


2. Zimmə Əhli – Onlar müsəlman ölkələrində yaşayaraq öz dinlərində qalan 

Kitab Əhlidir. Onlara himayə verilmiş və onlara əziyyət vermək və öldürmək 

olmaz.  Ərəbistanda  kafirlər,  Zimmə  əhli  yoxdur.  Ora  gələnlər  Mustəmnun  – 

himayədar  ilə  ölkəyə  daxil  olanlardır.  Artıq  o,  qorunmaq  altındadır.  Ölkəyə 

daxil  olanlar  da  iki  qismdir:  1)  Hansı  şərtlərlə  daxil  olubsa  o,  şərtlərə  zidd 

hərəkət  etməməlidir.  Bu  şərtləri  pozmurlarsa  (söz  və  əməlləri)  ilə  onlarla 

ədalətlə  və  yaxşılıqla  davranılır.  Belələrinə  İslamı  sevdirmək,  onları  dəvət 

etmək lazımdır. Onların haqlarını Allahın əmr etdiyi formada vermək lazmdır. 



«Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını 

dinləsin.  Sonra  onu  əmin  olduğu  yerə  çatdır».  (ət-Tövbə  6).  «Müqavilə 

bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə 

yardım  göstərməmiş  (müşriklər)  istisnadır.  Onlarla  əhdinizə  axıra qədər  vəfa 

edin.  Şübhəsiz  ki,  Allah  müttəqiləri  sevər».  (ət-Tövbə  4).  «Allah  din  yolunda 

sizinlə  vuruşmayan  və  sizi  yurdunuzdan  çıxartmayan  kimsələrə  yaxşılıq 

etməyi  və  onlarla  ədalətlə  rəftar  etməyi  sizə  qadağan  etməz.  Allah  ədalətli 

olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan 

çıxaran  və  çıxarmağa  kömək  edən  kimsələrlə  dostluq  etmənizi  qadağan  edər. 

Onlarla  dostluq  edənlər  əsl  zalimlərdir».  (əl-Mumtəhinə  8-9). Müsəlmanlarla 

rəftar  edildiyi  kimi  onlarla  rəftar  edilməz.  Onlara  birinci  salam  verilməz. 

Onlara  Allahın  əmr  etdiyi  formada  haqqını  verirsən  və  haqqını  tələb  edirsən. 

Dəvət  et  və  dəvətlərini  də  qəbul  et.  2)  Onlar  müsəlman  ölkələrinə  daxil 

olduqdan  sonra  insanlara  nifrət  etsələr,  ələ  salsalar,  istehza  etsələr  onlarla 

yaxşılıqla  rəftar  etmək  olmaz.  Belələri  ilə  ancaq  ədalətlə  rəftar  olunmalıdır. 

Lazımı yerlərə xəbərdarlıq edilir ki, onlara qarşı lazımı tədbirlər görülsün.  

3. Qorunma  Zəmanəti  Verilən  Muahəd  Kafir  -

 

İbn Teymiyyə – rahmətullahi 



aleyhi  –  deyir  ki:  “Xəvariclər  müsəlmanlar  üçün  Yəhudi  və  Xrisianlardan 

pisdir.  Onlarla  razı  olmayan  müsəlmanların  öldürülməsi  üçün  səy  göstərir, 

onların  qanlarının  axıdılmasına,  mallarının  və  uşaqlarının  öldürülməsinə  və 

onları  küfrdə  ittiham  edirlər”

256

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 



buyurdu:  “Bir  kimsəyə  təhlükəsizlik  zəmanəti  verib  sonra  da  onu  öldürən 

kimsəylə  mənim  heç  bir  əlaqəm  yoxdur,  öldürülən  kafir  olsa  da  belə”

257

.  İbn 


Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Təhlükəsizlik zəmanəti istənilən bir 

kafirə  vermək  olar.  Bunu  da  istənilən  bir  müsəlman  edə  bilər”

258

.  Həmçinin 



bunu  müsəlman  qadın  da  edə  bilər.  Məkkənin  Fəthi  günü  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  beş  nəfər  istisna  olmaqla  Məkkə  müşriklərini 

öldürməyi  və  ya  qisas  almağı  qadağan  etmişdir.  Bu  beş  nəfər  müsəlmanlara 

                                                

256


 “Minhəcus Sunnə” 5/248.  

257


 Əhməd 5/223, İbn Məcə 2/896, əl-Albani “Səhih”.  

258


 “Sarimul Məslul” 95.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə