122
insana etdiyi əmələ görə hökm kəsilir. Əgər bu qism insan özünü
müsəlmanlardan hesab edib Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah
kəlməsinə şahidlik edirsə o, kimsə müsəlmanlardan sayılır. Özünü müsəlman-
lardan hesab etməyən şəxs isə dünyada mənsub olduğu dinin hökmündədir.
Axirətə gəldikdə isə onun məsələsi fitrət əhlinin məsələsi kimi olacaq. Yəni
İzzət və Cəlal sahibi Allaha həvalə olunacaq. Ən doğru fikrə əsasən onlar
Allahın istədiyi şeylərlə imtahan olunacaqlar. Bu imtahanda Allahın dediyinə
itaət edənlər Cənnətə, asi olanlar isə Cəhənnəmə daxil olacaqlar. Bir şeyi də
bildirmək lazımdır ki, bu gün yaşadığımız dövürdə yer üzərində ayaq basılan
az torpaq tapılar ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dəvəti ora
çatdırılmasın. Kütləvi informasiya vasitələrinin çoxluğu və insanların bir-
birinə qarışaraq sıx münasibət qurmaları bunu deməyə bizə əsas verir. Deməli
əksər hallarda insanların küfrə getmələri onların inadkarlıqları səbəbilə
yaranır»
368
. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Düşmənlərimiz bir
neçə cürdür deyirik: 1 – Tövhidin Allahın və Rəsulunun bizə açıqladığı din
olduğunu bilib, eyni şəkildə insanların çoxunun halı olan daşlar, ağaclar və
bəşər haqqında olan bu batil inancların Allaha şirk olduğunu, Allahın
Rəsulunun bunu qadağan etdiyini, bu etiqadda olanlarla savaşmaq üçün
göndərildiyini və dinin bütünlüklə Allahın olması üçün göndərildiyini qəbul
etməklə birlikdə Tövhidə heç iltifat etməyib, tövhidi öyrənməz, tövhidə girməz
və şirki tərk etməzsə belə bir kimsə kafirdir. Küfrü səbəbilə onunla döyüşürük,
çünkü o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dinini bilməklə birlikdə ona
tabe olmamış, şirki bilməklə birlikdə onu tərk etməmişdir. Bununla birlikdə o,
nə Rəsulunun dininə, nə də bu dinə girənə nifrət etməz, şirki tərifləməz və
bunu insanlara dəvət etməz. Belə olsa da belə onun halı dəyişməz. 2 – Bütün
bunları (Tövhidi) bilməklə bərabər, Rəsulun dininə əməl etməkdə olduğunu
iddia etməklə bərabər onun dininə söyməyə cəhd göstərmiş, Yusufa ibadət
edənləri əl-Əşkara, Əbu Aliyə, Kuveyt əhalisindən əl-Xıdıra ibadət edənləri
tərif etməklə tanınmışdır. Bunlar birincidən daha pisdirlər. «Bildikləri
(Peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət etsin». (əl-
Bəqərə 89). «Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi
yamanlayıb təhqir etsələr onların başçıları ilə vuruşun. Onların həqiqətdə
andları, əhdləri yoxdur. Bəlkə əl çəkərlər». (ət-Tövbə 12). 3 – Tövhidi bilmək,
onu sevmək, ona uymaq, şirki bilib tanımaq və tərk etməklə birlikdə tövhidə
girən kimsələrdən xoşlanmamaq, şirk edən kimsələri sevən kimsələr. «Bu ona
görədir ki, kafirlər Allşahın nazil etdiyini bəyənmədilər, Allah da onların
əməllərini puç etdi». (Muhəmməd 9). 4 – Şirkdən uzaq olmaqla birlikdə
yaşadığı ölkənin əhalisi açıq-aşkar tövhid əhlinə qarşı düşmənlik etməkdə və
368
Fətvalar və Risalələr toplusu kitabı 3/5-6, 2/222.
123
şirkə uymaqdadırlar. Tövhid əhli ilə döyüşməyə səy göstərirlər. Lakin bu
kimsə öz vətənini tərk etmir. Bunun üçün çətinliklərlə qarşılaşır. Sonda isə öz
ölkəsinin əhalisi ilə bərabər tövhid əhlinə qarşı döyüşür, malıyla, canıyla
köməklik göstərir. Bu da kafirdir»
369
. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir
ki: «Fiqhi məsələlərdə ixtilafın olduğu kimi, cahilliyin üzrlü olması da
ixtilaflıdır. Bəzən bu ixtilaf sözdə, bəzən də müəyyən bir insana təkfir
hökmünün verilməsi ilə olur. Hər bir kəs bilir ki, əməllər, sözlər və ya onların
tərki küfrdü. Müəyyən bir insana bu hökm necə verilir? Hökmün verilməsi və
ya verilməməsi üçün Ona dəlillər göstərilmişdirmi, şübhələri ardan
qaldırılmışdırmı? Küfrə götürən cahillik iki cürdür: 1 – Bu cahillik İslamdan
başqa bir dinə mənsub olan (Yəhudi, Xaçpərəst) və ya heç bir dinə mənsub
olmayan (Ateist) bir kimsənin halıdır. Belə bir kimsəyə dünyada zahirinə görə
hökm olunur. Zahiri hökmü kafirdir. Axirətdə isə işi Allaha qalmışdır. Daha
doğru olan axirətdə Allahın istədiyi bir şəkildə imtahan olunacaqdır.... Bu
barədə İbn Qeyyim – rahmətullahi aleyhi – “Tariqul Hicreteyn” kitabında geniş
danışır. 2 – Bu cahillik İslam dinində olan bir kimsə tərəfindən olmaqla bərabər
o, kimsə küfrə aparan bu halı üzərə yaşamaqla bərabər bunun İslama müxalif
olduğunu ağlına belə gətirməz, heç bir kimsə də bu haqda ona xəbər verməmiş
ki, (bu əməl və ya söz küfrdü) belə birisinə zahirən İslamına görə hökm
olunur. Zahirən hökmü müsəlmandır. Axirətdə isə işi Allaha qalmışdır. Kitab,
Sünnə və elm əhlinin görüşləri də buna dəlil təşkil etməkdədir. «Biz
Peyğəmbər göndərməmiş əzab vermərik». (əl-İsra 15)». “Sənin Rəbbin
şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi
göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri
məhv etdik”. (əl-Qəsəs 59). Biz Peyğəmbərləri müjdə gətirən və əzabla
qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra
Allaha qarşı bir bəhanə yeri qalmasın». (ən-Nisa 163-165). “Allah bir qövmü
doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları
xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi
bilir”. (ət-Tövbə 115). “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan
göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də
doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir”. (İbrahim 4). “Bu, Bizim nazil
etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə
sizə rəhm oluna. Biz bunu ona görə nazil etdik ki, siz: "Kitab yalnız bizdən
əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə
onların oxuduqlarından xəbərsizik"– deməyəsiniz. və ya: "Əgər bizə Kitab
nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq"– deməyəsiniz. Artıq
sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət
369
Şərhu Kəşfu Şubuhət.