118
hallarda Allahın kitabına və Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in
Sünnəsinə müxalif çıxmaqla olur. Bu bütün alimlər tərəfindən ümumi anlamda
qəbul edilmiş bir qaydadır. Alimlər buna dəlil olaraq bu ayəni qeyd edirlər.
«Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik». (əl-İsra 15).
«Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcək-lər. Nəhayət ora çatınca onun
qapıları açılacaq və Cəhənnəm gözətçiləri onlara deyəcəklər: Məgər sizə öz
içinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla
qorxudan Peyğəmbər gəlməmişdi? Onlar isə: Bəli (gəlmişdi), lakin əzab sözü
kafirlər barəsində vacib oldu – deyə cavab verəcəklər». (əz-Zumər 71). Huzeyfə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Keçmiş ümmətlərdə (O, adam qəbirləri soyan oğruydu), Tövhid
kəliməsindən (Lə İləhə İlləllah) başqa heç bir həsənə (xeyir iş) etməmiş bir
kimsə ölümün gəlib çatdığını və yaşamaq ümidini kəsdikdə ailəsini yanına
çağıraraq onlara vəsiyyət edib... Sonra Allah onu zərrələrinə kimi toplayaraq:
«Səni bu işə sövq edən nə idi? (Niyə belə etdin?») deyə buyurdu. O, kimsə:
«Sənin qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı
355
.
Bu adamın etiqadına əsasən deyilən prosesdən sonra Allah onu bir daha
dirildə bilməyəcəkdir. O, bunu küfr və ya inkar baxımından deyil,
cahilliyindən demişdir. O, Allahın onu yenidən dirildəcəyinə şübhə ilə
yanaşmışdır. Lakin bununla belə Allah onu bağışladı, rəhm etdi. Quran çatan
bir insana artıq Peyğəmbər hüccəti çatmışdır. Lakin cahil insana bunu
çatdırmaq üçün onu öyrədən elm adamı lazımdır. Allah daha yaxşı bilir»
356
.
Abdullah İbn Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – dən
soruşurlar ki: «Qəbirlərin üzərində qübbələr tikmək, onu tikənin kafir
olmasına dəlalət edirmi?». Cavab: «Bu məsələnin açıqlamaya ehtiyacı vardır.
Əgər onu tikən insana Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə tikililərin
tikilməsini qadağan etməsi və öz vaxtında olan bu kimi tikililəri sökməsi
haqqında məlumat çatıbsa və bundan sonra həmin adam inadkarlıq və asilik
etsə, yaxud o qübbəni sökmək istəyənlərin qarşısını alarsa bu küfrün
əlamətidir. Lakin kim bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
göndərilmə məqsədi haqqında cahil olduğundan edərsə bu onun küfr
etməsinə dəlalət etmir. Bu onun cahilliyinə, bidətçi olmasına və Allahın öz
Peyğəmbərinə qəbirlər barəsində buyurduğunu axtarmaqdan yayınmasına
dəlalət edir»
357
. Muhəmməd İbn Nasir Əli Mamərə sual verilir ki: «Biz
eşitmişik ki, siz əvvəllər yaşayan İbn əl-Fərid və digər belə məşhur Əhli Sünnə
alimlərini kafir sayırsınız?». Cavab: «Bizim adını çəkdiyiniz alimlərə və digər
355
Buxari 3452, Müslim 2756-2757.
356
Durarus Səniyyə 10/239-240.
357
Məcmu Rəsail vəl Məsəil ən-Nəcdiyyə 1/246.
119
insanlara kafir deməyimiz haqqında qeyd etdikləriniz insanları doğru yoldan
uzaqlaşdırmaq
üçün
düşmənlərimizin
bizim
haqqımızda
dedikləri
böhtanlardandır. Onlar bizim haqqımızda bir çox böhtanlar da yaymışlar.
Bizim isə cavabımız belədir: «Aman (Allah) bu çox böyük bir böhtandır». (ən-
Nur 16). Biz yalnız hüccət çatdıqdan sonra haqqı bilib, dəvət olunduqdan
sonra yenə də onu inkar edən inadkarlıq göstərib üz çevirən insana kafir
deyirik. Bundan başqa kimsə kafir dediyimizi iddia edən insan bizim
adımızdan yalan danışır…»
358
. Şeyx Abdullah İbn Muhəmməd İbn
AbdulVahhab
– rahmətullahi aleyhi – deyir ki: “Quran çatmış hər bir kəsə
nübuvətin çatması deməkdir. Lakin cahil bir kimsə ehtiyaclıdır ki, elm
əhlindən kimsə onu başa salsın”
359
. Şeyx Suleyman İbn Səhman
– rahmətullahi
aleyhi – deyir ki: “Mənim üçün daha üstün rəy
– Allah daha yaxşı bilir – dəlili
(hüccəti) yalnız onu çatdıra bilən (başa sala bilən) kimsə etməlidir. Dəlili
(hüccəti) lazımı qaydada çatdıra bilməyən - Dinin əhkmlarından xəbəri
olmayan və alimlərin bu məsələdə sözlərini bilməyən – cahil kimsəyə gəldikdə
mənə çatana görə beləsi hüccət (dəlil) çatdıran ola bilməz”
360
. İmam İbni Vəzir
– rahmətullahi aleyhi – deyir ki: “Xəta edərək bir kafirə müsəlman hökmünü
vermək sənin üçün daha yüngüldür nəinki xəta edərək bir müsəlmanı kafir
adlandırmaq”
361
. Süleyman İbn Səhman
– rahmətullahi aleyhi – deyir ki: «Şeyx
AbdulVahhab – rahmətullahi aleyhi – kiməsə kafir deməkdən çəkinər və ehtiyat
edərdi. Hətta o, dinini öyrənməsi üçün özünə yol göstərən və ona hüccət
çatdıran bir insanın olmadığı halda cahilliyindən Allahdan başqasından,
qəbirlərdən və s. kömək diləyənlərin kafir olmasını deməkdə ehtiyat etmişdir.
O, yazdığı məktubların bəzisində deyir: Biz cahilliyi və bixəbər olması
ucbatından Kəvvazın qübbəsinə ibadət edənlərə kafir demirik. Şeyx təkid
edərək deyir ki, kim hüccət çatandan və onu öyrənmək üçün imkanı olandan
sonra qəbirlərə ibadət edərsə o, kafir olur»
362
. Abdullah İbrahim İbn Şeyx
AbdulLətif İbn AbdurRahman və Suleyman İbn Səhman (Şeyxin nəvələri)
deyirlər ki: «Müəyyən şəxsi təkfir etmək bəlli məsələdir. Əgər bir söz deyərsə
onun dediyi söz küfr ola bilər. Ona görə də deyilir: Kim bu sözü deyərsə
kafirdir. Lakin müəyyən şəxs bunu dediyi zaman onun kafir olması barəsində
hökm verilmir. Hətta ona hüccət çatdırılmadıqca. Elə bir hüccət ki, onu tərk
edən kafir olur». Şeyx İbn Səhman – rahmətullahi aleyhi – deyir ki: «Əgər şeyx
cahilliyi və bixəbər olması ucbatından qəbirlərin üzərində inşa edilən bütlərə
ibadət edənlərə qarşı belə münasibət bəsləyirsə, necə ola bilər ki, yer üzündə
358
Durarus Səniyyə 3/20-23.
359
“Durərus Səniyyə” 10/240.
360
Minhəc Əhlul Haqq” 85.
361
İsar əl-Haqq Alə əl-Xaliq 449.
362
Diya əş-Şariq səh 372, Cəhlu bi Məsəili etiqadi və hukmuh səh 444.