112
işi inkar edən kimsə kafir olar»
334
. İmam əş-Şafii
– rahmətullahi aleyhi – Quran
və Sünnədə sabit olan ad və sifətlər haqda danışarkən demişdir: “Özünə
hüccət çatandan sonra buna qarşı çıxan artıq kafir olar. Hüccət çatmadan öncə
o cahilliyi ilə üzürlü sayılır...”
335
. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Bir
məsələ haqqında elmi və dəlili olan bir kimsə etdiyi zaman kafir olacağı əməli
bilməyən edərsə İslam dairəsində çıxmaz”
336
.
İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Müyyən bir kəsin Təkfiri və
qətli Nəbəvi hüccətin çatması ilədir. Hansı ki, ona (hüccətə) müxalif olan
Təkfir edilir. Əks halda dində bir şeyə cahil olan Təkfir edilməz.”
337
. İbn
Teymiyyə
– rahmətullahi aleyhi – bəzi Təkfir ediləcək şeylər haqda danışarkən
demişdir: “Lakin insanlardan elələri var ki, bəzi əhkamlar hadqqında
cahildirlər və üzürlüdürlər. Peyğəmbərlik risaləsi nöqteyindən bir kimsəyə
hüccət çatmamış ona Təkfir hökmü verilməz.”
338
. İbn Qeyyim – rahmətullahi
aleyhi – bilərəkdən (qəsddən) İslamın fərzlərindən birini və ya Allahın
sifətlərindən birini yaxud Allahın xəbər verdiyi bir xəbəri inkar edəni zikr
etdikdən sonra demişdir: “Amma bunu cahillik və ya Təvil səbəbi ilə inkar
edənə üzr vardır və bu şəxs Təkfir edilməz.”
339
. İbn Teymiyyə – rahmətullahi
aleyhi – deyir ki: «Mənimlə bərabər olan hər kəs bilməkdədir ki, mən bir insana
Risalətə qarşı gəlib ona zidd davrandığında kafir, fasiq və ya asi olacağını isbat
edən bir hüccət olmadıqca hökm verməyi şiddətlə qadağan edən bir
kimsəyəm. Allah bu ümmətin söz və əməl məsələlərində etdikləri xətaları
bağışlamış olduğunu da bildirmək istəyirəm. Bunlar arasında heç bir fərq
yoxdur. Halbuki ona müxalif çıxan bəzən kafir, bəzən fasiq, bəzən də asi olur.
Mən hər zaman bu sözləri söyləyir və dururam: Sələfin və imamların – belə belə
deyənlərin mütləq mənada kafir olduğuna – dair söylədikləri sözləri haqdır. Lakin
təkfiri ümümi mənada istifadə etməklə bəlli bir kimsə haqqında istifadə etmək
arasındakı fərqi gözləmək lazımdır. Təkfir qarşılığında Allahın Cəhənnəm
əzabından söz etdiyi bir məsələdir. Söylənmiş bir söz Allah Rəsulunu
yalanlayır deyək. Lakin bunu söyləyən İslama yeni girmiş və ya elm əldə
edəbilmə imkanı çox zəif bir çöl bədəvisi ola bilir. Beləsi inkar etdiyi şeydə
əleyhinə hüccət sabit olmadıqca təkfir olunmaz. Bu insana məsələ heç başa
salınmamış, başa salınmışsa belə onun elmində sabit olmamış və ya onu
çaşdıran bir dəlili ola bilər. Bəlkə də təvil etmişdir. Bu təvilində xəta etmişsə də
belə təkfir edilməz. Mən bu məsələdə daima Buxari və Müslimdə olan bir
334
Təfsirul Qasimi 5/1307-1308.
335
“Muxtəsər Uluv” səh 177, “İctima Cuyuş əl-İsləmiyyə” 165.
336
“əl-Muhəllə” 10/410.
337
əl-İstiğasə 1/381, 382.
338
“Məcmuul Fətavə” 11/406.
339
“Mədəricus Salihin:“ 1/367.
113
hədisi xatırlayıram: Huzeyfə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Keçmiş ümmətlərdə (O, adam qəbirləri
soyan oğrudur), Tövhid kəliməsindən (Lə İləhə İlləllah) başqa heç bir həsənə
(xeyir iş) etməmiş bir kimsə ölümün gəlib çatdığını və yaşamaq ümidini
kəsdikdə ailəsini yanına çağıraraq onlara vəsiyyət edib dedi: «Mən öldükdən
sonra bol odun toplayıb tonqal qalayın. Sonra məni (tonqalın) içinə atın. Atəş
mənim vücudumu (cəsədimi), sümüklərimlə birlikdə yandırıb qurtardıqdan
sonra (qalan) sümüklərimi üyüdüb toz halına salın. Sonra küləkli bir havanı
gözləyib (üyüdülmüş cəsədimi) küləyə tutub dənizin üzərinə sovurun. (Başqa
rəvayətdə: «Allaha and olsun! Əgər Rəbbim məni ələ keçirməyə qadir olarsa
aləmlərdə heç bir kimsəyə tətbiq etmədiyi bir əzabla məni əzablandıracaqdır)»
dedi. Bu kimsə öldükdən sonra (yaxınları) onun dediyi kimi etdilər. (Başqa
rəvayətdə: «(Qiyamət günü) Allah yerə də, dənizə də əmr edər! Aldığınız
zərrələri geri qaytarın!»). Sonra Allah onu zərrələrinə kimi toplayaraq: «Səni
bu işə sövq edən nə idi? (Niyə belə etdin?») deyə buyurdu. O, kimsə: «Sənin
qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı
340
. İmam
Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Tövhid kəliməsindən (Lə İləhə İlləllah)
başqa heç bir həsənə (xeyir iş) etməmiş bir kimsə - kəliməsinin mənası: “Heç
bir bədən üzvlərinin əməli yox idi” deməkdir
341
. Bu kişi Allahın qüdrətində,
öldükdən sonra onu dirildəcəyinə şəkk etmişdir. Hətta bir daha
dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu
əməlin və etiqadın küfr olmasını söyləyirlər. Lakin bu kimsə cahil biri idi.
Digər tərəfdən isə mömin idi. Allahın ona əzab verməsindən qorxurdu. Buna
görə də Allah onu bağışladı. Yoluna riayət etməyə çalışan və təvil edən ictihad
adamlarının bağışlanması daha ümidlidir»
342
. İbn Qeyyim – rahmətullahi aleyhi
– bu hədisi zikr etdikdən sonra demişdir: “Buna baxmayaraq cahil olduğu
üçün Allah onu bağışladı və ona rəhm etdi. Çünki bu etdiyi onun biliyinin
miqdarı səbəbi ilə idi. Allahın onu qaytaracağına inadından və yalan
saydığından dolayı inkar etməmişdir“
343
.
344
İbn Teymiyyə
– rahmətullahi aleyhi –
deyir ki: «Bu və buna bənzər cahil insanlara, fərdi şəkildə şəriət dəlilləri ilə
hüccət çatdırılana qədər kafir demək olmaz. Məhz hüccət çatdıqdan sonra
340
Buxari 3452, Müslim 2756-2757, Əhməd 2/304.
341
“ət-Təzkira” 2/67.
342
Məcmuul Fətava 3/229-231, əd-Durarus-Səniyyə 12/73-74, Əbu Muhəmməd İbn Həzm əl-Fisal kitabında
3/252 demişdir: “Bu insan ölənə kimi Allahın onun külünü cəm edə biləcyindən və onu dirildə biləcəyindən
cahil oldu. Ona iqrarı, qorxusu və cahilliyi bağışlandı.”, Bax “Muxtələfil Hədis” səh 81, “İsar əl-Haqq” səh
394, “əl-İstiğasə firrədi Aləl Bəkri kitabı” 1/383.
343
“Mədəric əs-Səlikin” cild 1 səh 368.
344
“əl-Fisal” 3/251-253 də bu maneə üçün başqa 3 dəlil də zikr etmişdir. Həmçinin bax “Mİnhəc İbn
Teymiyyə fitTəkfir” 1/243-249 da müəllif İbn Teymiyyədən bu maneə üçün doqquz dəlil nəql etmişdir. “əl-
Qatu vəz Zan” 2/469-479, Alimlərin müəyyən bir şəxsin Təkfir edilməsinə maneə olan məsələr haqqındakı
sözlərinə işarə edərkən qeyd edilən mənbələrdə bu maneəyə aid çoxlu dəlillər vardır.