108
onlara tələb etdikləri şeyin şirk olduğunu, sözlərinin küfr olduğunu söyləsə də
özlərini kafirlikdə günahlandır-mamışdır. Yaxşı niyyət haramı halal etmir.
Onlar Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bərəkət üçün belə bir ağac
istədilər. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onların bu əməlini
Musanın - əleyhissəlam - qövmünün ibadət üçün büt istədiklərinə bənzətdi.
Halbuki, onlar ibadət üçün büt istəməmişdilər. Peyğəmbər - sallallahu aleyhi və
səlləm – bu əməlin nə qədər təhlükəli oluduğunu və Zətul Ənvatın arxasında
nəyin gizləndiyini onlara bəyan etdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm –
bunun nə ilə nəticələndiyini bildiyi üçün onlara qadağan etdi. “Allahu Əkbər”
deməklə onların bu sözlərinin nə qədər təhlükəli olduğunu bildirdi. Çünki
onlar ağaca silahlarını asmaqla ümidlərini və qəlblərini o ağaca bağlamış
olurdular. Müşriklər bu ağaca etiqad edirdilər. Etiqadları da üç şeylə bağlı idi:
1. Onlar bu ağacı əzəmətləndirirdilər.
2. Ona yaxınlaşmaq üçün etiqaf
edirdilər. Etiqaf da ibadətdir. 3. O ağacdan bərəkət umurdular ki, ağac onların
qılınclarına bərəkət verəcəkdir. Bu da böyük şirkdir. Onlarda üç şey birləşdiyi
üçün şirkləri də əzəmətli idi. Düşünmək lazımdır ki, Peyğəmbər - sallallahu
aleyhi və səlləm – onları nə üçün qınadı? Çünki ağacdan bərəkət ummaq
haramdır. Səhabələr belə bu məsələdə cahillik üzündən xəta etdilər. Lakin
Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları gözəl bir şəkildə başa saldı. Şeyx
Useymin – rahmətullahi aleyhi - “Kəşfu Şubuhə” şərhində deyir ki: “İsrail
Oğulları bu əməli etmədilər. Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bu şeyi
istəyənlərin də halı bu idi. Onlar da belə bir şeyi etmədilər (əməl tərəfdən).
İsrail oğullarının bu əməli etmiş olsaydılar kafir olacaqlarında heç bir şübhə
olmadığı kimi Peyğəmbərin - sallallahu aleyhi və səlləm – belə bir şeyi qadağan
etdiyi kimsələr də əgər ona itaət etməyib qadağan etdikdən sonra belə bir
Zətul Ənvat etsəydilər kafir olardılar. (Lakin onların bu istəkləri yalnız istək
tərəfdən sözlə olduğu üçün kiçik şirkdir, lakin əməl tərəfdən olsaydı bu böyük
şirk olardı. Çünki müşrikləri həmin ağacdan bərəkət diləmələri, etiqaf
etmələri, ağacı əzəmətləşdirmələri böyük şirk idi). Buna görə də hətta
müsəlman – elm sahibi olsa da belə - özü də bilmədən şirkin bəzi növlərinə
düşə bilməsi mümkündür. (Buna görə də heç kəs “Mən artıq tövhidi bilərəm”
deməklə işin bitdiyini zənn etməsin. Bilmədiyi halda “mən şirki bilirəm”
deməsi böyük təhlükələrdən olduğunu göstərir). Bu cahillik digər cahillikdən
daha şidətlidir. Çünki digəri olan cahil öyrənir və öyrəndikləri ilə faydalanır,
lakin cahilliyin bu növü insan cahil olduğu halda özünün bilikli olduğunu və
şəriətə zidd olan işləri etməyə davam edər. Həmçinin – müsəlman bir kimsə
bilmədən küfr bir sözü söyləyər və sonra bu sözün küfr olduğunu bilər və
dərhal tövbə edərsə bunun ona bir zərəri olmaz”.
109
Bu da Sələfi dəvətinin üslubudur. Aişə –
radıyallahu anhə – rəvayət edir ki:
Sizə Peyğəmbər - sallallahu aleyhi və səlləm – və özümdən danışımmı? Biz:
“Bəli!” – dedik. Aişə: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – mənim növbəm
olan gecə yanıma gəldi. Gələn kimi də ridasını yerə qoydu, ayaqqabılarını
çıxarıb ayaqlarının yanın da qoydu. İzarının bir tərəfini açıb döşəyin üstünə
sərərək uzandı. Sonra mənim yuxuya gedəcəyimi zənn etdiyi ana qədər
gözləyərək sakitcə Libasını götürdü. Qapını yavaşca açaraq evdən çıxdı və onu
sakitcə örtdü. Paltarımı başımdan keçirərək büründüm, izarımı da geyinib
onun ardınca getdim. Nəhayət Peyğəmbər - sallallahu aleyhi və səlləm – Bəqi
qəbristanlığına çataraq, ayaq üstə bir xeyli duraraq əllərini üç dəfə yuxarı
qaldırdı. Sonra geriyə döndü və mən də döndüm. O, sürətlə gedirdi, mən də
surəti artırdım. O, qaçmağa başladı, mən də qaçdım. Axırda mən Ondan irəli
keçib evə girdim. Mən yatana yaxın o, da evə daxil oldu və: «Ey Aişə, nə olub
tənginəfəssən? – deyə soruşdu. Mən: «Bir şey olmayıb» dedim. O: «Ya nə
olduğunu mənə deyəcəksən, ya da Lütfkar, Xəbər verən Allah mənə onsuz da
xəbər verəcəkdir» deyə buyurdu. Mən: «Ey Allahın Rəsulu! Ata-anam sənə
fəda olsun, dedim və əhvalatı ona danışdım. O: «Önümdə gördüyüm insan
qaraltısı sən idinmi?» deyə soruşdu. Bəli, dedim. Buna görə də məni
köksümdən bir dəfə itələdi və bu hərəkəti ilə məni sarsıtdı. Sonra: Allah və
Peyğəmbərinin sənə zülm edəcəyinimi zənn etdin? deyə soruşdu. Bəli, dedim.
Aişə: «İnsanların gizlətdiyi hər şeyi Allah bilirmi?» deyə soruşdum. O: «Bəli»
dedi
326
. Aişə – radıyallahu anhə – Allah – subhənəhu və təalə – nin hər bir şeydən
xəbərdar olduğunu Peyğəmbər - sallallahu aleyhi və səlləm – ona söyləyənə
qədər bilmirdi. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis dəlildir
ki, Aişə – radıyallahu anhə – insanların gizlətdiklərindən Allahın xəbərdar
olmasını bilmirdi. Bu haqda elmi olmadığı üçün kafir olmamışdır. Dəlil ortaya
qoyulduqdan sonra bunu qəbul etmək imanın göstəricisi olduğu kimi, dəlildən
sonra bunu inkar etmək Allahın hər bir şey üzərində mütləq hakim olduğunu
inkar etməkdir. Heç şübhə yox ki, bu sözlər küfrdür. Lakin bu sözləri söyləyən
barəsində küfr hökmünü ona dəlillər ortaya qoyulduqdan sonra verilir. Artıq
bundan sonra bilməməzlik ondan qalxar”
327
. Əbu Səid əl-Xudri
- radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – in zamanında bir
qrup insanlar: «Ya Rəsululah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?»
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud olmayan açıq
bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü
günündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?»
Xeyr, Ya Rəsulullah! O, buyurdu: «Günəşi və ayı görməkdə əziyyət
326
Müslim 974/103, Nəsai 3973, Əhməd 6/221, əl-Albani «Cənaiz» 231.
327
“Məcmuul Fətava” 11/411-412.