100
ayrılıqlar itərdi”
293
. “Təkfir etməkdə tələskənlik cahilliyin əsarətində olanların
sifətidir”
294
. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyx – rahmətullahi aleyhi –
deyir ki: “Zahiri İslam olan bir kimsəni heç bir şəri dəlilə əsaslanmadan küfrdə
ittiham etməyə cürət göstərən kimsə bununla Əhli Sünnədən olan elm əhlinin
yoluna müxalif olmuşlar. Bu da öz söz və əməllərindən ixlas və təqvadan uzaq
olan zəlalət əhlini və azmışların yoludur”
295
. Şeyx doktor Əbduləziz Əbdüllətif
– rahmətullahi aleyhi – “Nəvaqidil İman əl-Qovliyyə vəl əməliyyə” səh 52, 54 də
demişdir: “Əhli Sünnə Mütləq Təkfir ilə müəyyən şəxsin Təkfirini ayırır.
Birincidə küfrə qarışmış kəsi mütləq şəkildə (bunu deyən və ya bunu eədn
kafirdir deyərək) Təkfir edirlər. Lakin müəyyən şəxsə yəni bu sözü və ya feli
edən gəldikdə isə şərtlər cəm edilib, maneələr aradan qalxmamış mütləq
şəkildə Təkfir edilmir. Bu zaman ona hüccətin qalxması ilə küfr hökmü verilir.
Elə bir hüccət ki, onu tərk edən kafir olar. Mütləq Təkfir ilə müəyyən şəxsin
Təkfiri arasındakı fərq bizə aydın oldusa, bilməliyik ki, insanlardan iki dəstə
bu məsələdə xəta edib. Bir dəstə insan bu məsəldə həddi aşıb. Müəyyən şəxsi
şərtlər və maneələrə baxmadan mütləq olaraq Təkfir edildiyini iddia edir.
Digər dəstə isə Riddə qapsını bağlayaraq müəyyən şəxsi Təkfir etməkdən
imtina edir”.
Şeyx Abdullah İbn Əbdullətif, qardaşı Şeyx İbrahim İbn
Əbdullətif və Şeyx Suleyman İbn Sahman
– rahmətullahi aleyhi – demişdir:
“Küfr olan bir sözü deyən müəyyən bir kəsin Təkfir məsələsi məlumdur.
Deyilir: “Kim bu sözü desə kafir olar. Lakin müəyyən bir şəxs bu sözü dedikdə
ona, hüccətin qalxması ilə küfr hökmü verilir. Elə bir hüccət ki, onu tərk edən
kafir olur”
296
.
CƏHALƏTİN ÜZR OLMASI
Əhli Sünnə vəl Cəmaata görə imanın şərtlərindən biri də mömin bir
kimsənin yetərincə elmə, biliyə sahib olmasıdır. Bu səbəbdən də şəri mövzuda
hər-hansı bir məsələni bilmədiyi üçün inkar edən və ona bu bilməməzliyi
aradan qaldırmaq üçün doğru məsələ çatmadığı üçün kimsə şirk və küfr içində
olsa da belə təkfir edilməz. Ola bilər ki, bu kimsə bilməməzliyin yayıldığı bir
ölkədə və elm diyarının, elm adamlarından uzaq bir yerdə yaşaya bilər. Bu
məsələ ancaq elm adamlarının biləcəkləri qapalı bir məsələdir. Və ya şəri
məsələlərin alt-üst olduğu, unuldulduğu, şirkin tövhid, küfrün iman, bidətin
sünnə zənn edildiyi, azmaların çoxaldığı, batilin yayıldığı bir yerdə böyüyə
bilər.
293
“əl-Lətaif” 41.
294
“Buqaya əl-Murtəd” 1/345.
295
“ər-Rasail Masail Nacdiyya” 3/20.
296
“əd-Dürər əs-Səniyyə” 10 cild səh 432, 433
101
Çünki bəzi əqidəvi məslələrdə belə Peyğəmbər
- sallallahu aleyhi və səlləm –
in zamanında səhabələr arasında da bilgisizlik vardı. Buna baxmayaraq
Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları təkfir etməmişdir. Əhli Sünnə vəl
Cəmaat elmin yayılması və yayılmaması baxımından insanların durumlarının,
yer və zamanlarının fərqliliklərini diqqətə alarlar. Çünki bunların hamısı
zəruri məsələlərin bilinməsində eyni dərəcədə və səviyyədə olmazlar. Bəziləri
digər bəzilərinin bilmədiyi şeyləri belə bilirlər. Və ya bəzilərinə görə qəbul
edilən bir qism məsələlər bəzilərinə bilinməyə bilər. Bununla bərabər onlara
görə bilgisizlik bilmədiyini iddia edən hər kəsdən qəbul edilə biləcək bir
üzürdü mənasına da gəlməz. Əhli Sünnətə görə bilməməzliyin müxtəlif
dərəcələri vardır. Dindən kəsin olaraq bilinməsi lazım olan şeyləri bilməməklə
bundan aşağı məsələləri bilməmək eyni deyildir. Soruşmaqdan və
öyrənməkdən aciz olan bir cahil, aciz olmayan cahil kimi deyildir. Bu ikincinin
Allah qatında keçəcək bir üzürü yoxdur.
Cahillik – Allah barəsində və Onun sevdiyi şeylər barəsində
bilməməzlikdir. Yəni, Peyğəmbərlərin gəlməsindən öncə insanların olduqları
hallarıdır və bu da öncə gələn Peyğəmbərlərin gətirdiklərinə zidd olandır.
Cahillik hər hansısa bir insana və ya hansısa hala aid edilə bilər. 1) Hal olaraq
Cahillik – elmi inkar etmək və cahilliyə baş vurmaqdır. Allahın Rəsuluna nazil
etdiyini inkar etmək. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, mən bir
adama nalayiq söz deyib
297
onu anasına görə utandırdım. Peyğəmbər
-
sallallahu aleyhi və səlləm – mənə buyurdu: “Ey Əbu Zər! Sən onu anasına görə
utandırdın? Həqiqətən də, səndə cahiliyyət (əxlaqı) qalmışdır. Kölələriniz sizin
qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz
tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da ge-
yindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah, onları gücləri
çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin”
298
. “Onlar cahiliyyə
dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha
yaxşı hökm verən kim ola bilər?”. (əl-Maidə 50). Yəni, insanın halının,
durumunun cahil olması. 2) İnsanın özünün Cahil olması – Hər hansısa bir
kimsə haqqında deyirlər ki: “Filankəs Cahildir”. Bu da iki qismdir: 1. Mütləq
Cahillik. 2. Müəyyən Cahillik. Həmçinin üç hissəyə də bölürlər: 1. Məkanla
bağlı olan Cahillik. 2. Zamanla bağlı olan Cahillik. 3. İnsanlarla bağlı olan
Cahillik.
1. Məkanla bağlı olan Cahillik iki qismdir. Mütləq və Müəyyən. Mütləq –
Kafirlərin diyarları və s. Müəyyən – Müsəlman ölkələrində olan müəyyən
yerlərin Cahillik əlamətlərinin olmasıdır. 2. Zamanla bağlı olan Cahillik iki
297
Başqa rəvayətdə: Ona: “Ey zənci oğlu!”– deyə müraciət etdim.
298
Buxari 30.