104
(Peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq,
Cəhənnəm əhli içində olmazdıq – deyəcəklər». (əl-Mulk 8-10)
306
.
Bu ayə dəlildir ki, Cəhənnəmə Rəsulların göndərilməsi ilə hüccət
qalxmayan şəxs daxil olmayacaqdır. Buna görə də Cəhənnəmə daxil olandan
soruşulacaqdır: «Sizə qorxudan gəlmədimi?». Onlar: «Bəli» deyəcəklər. «Biz
Peyğəmbərləri (möminlərə) müjdə verən və (kafirləri) əzabla qorxudan kimi
göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir
bəhanə yeri qalmasın» (ən-Nisa 165). İmam Bəğavi
– rahmətullahi aleyhi – deyir
ki: “Bu ayədə dəlil vardır ki, Allah məxluqlarını Peyğəmbər göndərməmiş
cəzalandırmır”
307
. Bütün bu ayələr dəlildir ki, Allah küfr əməli və başqa əməli
edənə əzab verməz, əgər ona hüccət çatmayıbsa. Bu sözlər onu deməyə sövq
edir ki, hər küfr edən kafir deyildir. Əgər kafir olsaydılar onda Allah onlara
mütləq əzab verərdi. “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız
bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz”. (ən-
Nəhl 78). Əsl olan hər bir yaradılımış məxluqda elmin olmamasıdır. Çünki
Allah insanları bu cür yaradıb. Ona görə də hər bir kəs bilmədiyi halda və ya
bu haqda öyrənməyə imkanı olmadığı halda qadağan olunmuş bir şeyi edərsə
üzürlüdür. “Bir zaman Mən həvarilərə: "Mənə və elçimə iman gətirin!"– deyə
təlqin etmişdim. Onlar da: "İman gətirdik. Sən də şahid ol ki, biz
müsəlmanlarıq!"– demişdilər. Bir zaman həvarilər demişdilər: "Ey Məryəm
oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?" O da onlara demişdi:
"Əgər möminsinizsə, Allahdan qorxun". (əl-Maidə 111,112). Həvarilərin bu
sözlərinin açıqlanması barəsində alimlər arasında ixtilaf vardır. İbn Həzm –
rahmətullahi aleyhi – deyir ki: “Bu həvarilər hansıki Allah onlar barəsində gözəl
bir şəkildə söz açmışdır. Bilmədikləri halda İsaya - əleyhissəlam - dedilər: “Ey
Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?" – bu sözə görə
onların imanları yox olmadı. Onlar kafir olardılar, əgər bu sözləri onlara dəlil
gəldikdən sonra desəydilər”
308
.
De: "Kimin şahidliyi daha böyükdür?" De:
"Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki,
onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı
ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?" De: "Mən
şahidlik etmirəm!" De: "O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan
uzağam". (əl-Ənam 19). İmam Şəfii
– rahmətullahi aleyhi – deyir ki: “Allahın
müəyyən İsim və Sifətləri vardır və heç kəsə də icazəli deyil bunları inkar
etsin. Kim bunları ona dəlil çatdıqdan sonra inkar edərsə küfrə düşmüşdür.
Buna qədər bilmədiyinə görə üzürlü sayılmışdır. Çünki bu cür elm nə ağıl, nə
306
İbn Kəsr «Təfsir» 3/28, 4/25.
307
“Təfsir Bəğavi” 1/500.
308
“əl-Fisal” 3/142.
105
düşünmək, nə də təfəkkürlə hasil olmur”
309
. İbn Teymiyyə
– rahmətullahi aleyhi
– deyir ki: “Allah heç kimsəni risalət çatmadıqca cəzalandırmaz. Risalət
çatmayan kimsə isə ümumiyyətlə cəzalandırılmayacaqdır. Əgər bir kimsəyə
Risalət açıqlanmadan çatarsa o cəzalandırılmayacaq ona aydın olan şeyi inkar
etmədikcə”
310
. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Elimsiz, dəlil
olmadan və başa düşmək qabiliyyəti olmadan edilən küfrə gəldikdə Allah belə
bir kimsəni cəzlandırmaqdan yan durmuşdur ona Peyğəmbər dəlili çatmayana
qədər”
311
. Muhəmməd İbn AbdulVahhab
– rahmətullahi aleyhi – deyir ki:
“Düşmənlərim deyirlər ki: Guya mən insanları küfrdə öz fərziyyəmə görə,
kafirlərə olan sevgimə görə və ya dəlil çatmayan cahil insanları küfrdə ittiham
edirəm. Bütün bunlar böyük yalan, hansı ki bunların səbəbilə insanları doğru
yoldan yayındırmaq istəyirlər”
312
.
CƏHALƏTİN ÜZR OLMASINA SÜNNƏDƏN DƏLİLLƏR
Həmçinin Sünnədən gələn səhih hədislər də buna dəlalət etmişdir: Hər
küfr edən kimsə kafir olmur. Allah və Rəsulu bəzən müəyyən şəxsi üzürlü
saymışdır. Nə üçün? Onun barəsində şərtlərin cəm olunmadığına və
maneələrin aradan qalxmadığına görə. Peyğəmbər - sallallahu aleyhi və səlləm –
buyurdu: «Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, istər Yəhudi,
İstər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman
gətirməzsə, öldüyü halda mütləq Cəhənnəm atəşini dadacaqdır»
313
. Bu
sözlərdən sonra Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurdu: “Əgər
istəyirsinizsə, bu ayələri oxuyun”. «Biz Peyğəmbər göndərməmiş (heç bir
ümmətə) əzab vermərik» (əl-İsra 15)
314
. Qadi İyad
– rahmətullahi aleyhi – deyir
ki: “Bu hədis dəlildir ki, bir kimsə yer üzünün müəyyən bir ərazisində yaşayar
və ona İslam dəvəti və Peyğəmbərin əmirləri çatmayıbsa bu kimsə
üzürlüdür”
315
. İmam Abul Abbas əl-Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Bu
hədis dəlildir ki, Peyğəmbərin dəvəti çatmayan bir kimsə bu barədə
soruşulmaz və cəzalanmaz”
316
. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki:
“İslam dəvəti çatmayan bir kimsə bəraət qazanmağa haqlıdır”
317
. İmam Nəvəvi
– rahmətullahi aleyhi - deyir ki: «Bu hədis dəlildir ki, Peyğəmbərin göndərilməsi
309
“Fəthul Bəri” 13/407.
310
“Məcmuul Fətava” 12/493.
311
“Tariqul Hicrəteyn” 611.
312
“Durarus Səniyyə” 1/66, “Məcmuul Muallifət” 3/14.
313
Müslim 153.
314
Əhməd 4/24, İbn Hibban 1827, Təbərani 1/841, əl-Bəzzar 3/217.
315
“əl-İkməl” 1/468.
316
“əl-Mufhim” 1/368.
317
“Şərh Muslim” 2/342.