98
üçün onun halını bilmək labüddür. Onun haqqında küfr hökmü vermək üçün:
“Bütün şərtlər yerinə yetib ya yetməyib? Maneələr aradan qalxıb ya yox?”
bunlara baxmaqla mümkündür. Əgər onun haqqında Təkfirin şərtləri yerinə
yetibsə və manəelər aradan qalxıbsa ona küfr hökmü verilir. Yox əgər Təkfir
etmək üçün bir və ya daha artıq şərt yoxdursa və ya Təkfirə maneə olan bir və
ya artıq maneələr varsa ona küfr hökmü verilməz. Bunun əks müqabilində hər
kim qeyd etdiyimiz Təkfir ediləcək bir şeyi məsələn Allahı və ya İslam dinini
bilərəkdən (qəsdən), dilinin səhvi ucbatından və ya buna oxşar bir şeyə görə
deyil, bu sözün (ləfzin) söyüş, təhqirəramiz ifadə olmasını bilirsə, buna
məcbur edilməyibsə, yəni haqqında Təkfirin bütün şərtləri yerinə yetib və
maneələri aradan qalxıbsa bu (müəyyən) şəxsə küfr hökmü verilir. Lakin ona
bu hökmü yalnız Elm əhli verə bilər. İrəlidə bunun açıqlamsı gələcək İnşəallah.
Müəyyən barəsində: Filan sözü deyən, filan əməli edən barəsində (kafir)
hökmünü ona vermək üçün o, kimsə barəsində təkfir şərtlərinin cəmləşməsi və
maneələrin aradan qalxması lazımdır. Birinci - Müəyyən şəxs barəsində kafir
hökmü verilmir, onun barəsində şərtlər cəmləşmədikcə və maneələr aradan
qalxmadıqca. İkinci - Təkfirin şərtləri və kafir deməyə mane olan amillər.
Təkfir Mütləq (ümumi təkfir), müəyyən şəxsi təkfir etməyi tələb etmir.
Təkfir mutləq nədir? Məs: Kim belə etsə kafirdir? Kim belə desə kafirdir?
Ümumi (mütləq) təkfir o demək deyil ki, fərd olaraq kimsə bunu etsə kafir
olur. Müəyyəni (xüsusini) müəyyənləşdirmək üçün şərtlərin cəmləşməsi və
maneələrin qalxması lazımdır. Müəyyənə kafir hökmünü vermək üçün hüccət
(dəlil çatdırmaq) qaldırmaq lazımdır. Buna da Quran, Sünnə və alimlərin
sözləri sübutdur. Artıq Quran ayələri dəlalət etmişdir ki, Allah yaratdıqların-
dan heç birinə əzab verməz, əgər onlara hüccət (dəlil) çatmayıbsa. Bu da
dəlildir ki, kimə hüccət çatmayıbsa, onlar Allah qatında kafir deyillər. Əgər
onlar kafir olsaydılar, Allah onlara əzab verərdi. Bu təfsilatdan aydın olan
Mütləq hökm ilə müəyyən bir şəxsə verilən hökm arasındakı fərq şəriət
əhkamlarının çoxunda mövcuddur. Məs: “Oğrunun əlinin kəsilməsi şəriətdə
mütləq hökm olaraq gəlmişdir. Allah: “Oğru kişi ilə oğru qadının gördükləri
işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin.” (əl-Maidə 38) Lakin
müəyyən bir şəsxin əlini yalnız əli kəsmək üçün lazım olan şərtlər yerinə
yetdikdə və maneələr aradan qalxdıqda mümkündür. Bu oğrunun həddi
buluğa çatan və ağlı başında olması lazımdır. Oğurladığı mal bağlı olan bir
yerdə olmalıdır. Oğurlanan mal əli kəsmək üçün lazım olam məbləğdə
olmalıdr. Bu malda oğru üçün şübhə sayılacaq və ya buna oxşar bir şey
olamamalıdır. Əgər əl kəsmək üçün bütün şərtlər yerinə yetər və manelər
aradan qalxarsa o zaman bu müəyyən oğrunun əlinin kəsilməsinə hökm
verilər. Həmçinin övladın atasındam miras alma hökmü mütləq şəkildə
99
gəlmişdir. Allah:
“Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula
iki qız hissəsi qədər pay düşür.” (ən-Nisa 11) Lakin övlada atasının mirasından
pay yalnız mirasın bütün şərtləri yerinə yetdikdə və bütün maneələr aradan
qalxdıqda verilir. Atanın ölümündən sonra övladın həyatda olması, övladın
atasi ilə eyni dində olması, atasını qətl etmədiyi, qul olmadığı və buna oxşar
şeylərin dəqiqləşdirilməsi lazımdır. Əgər mirasın bütün şərtləri yerinə yetərsə
və bütün manelər aradan qalxarsa atasının varisi olduğuna dair hökm
verilər.Həmçinin bakirəliyini itirmiş bir kəsi zina etdikdə daşqalaq edilməsi
hökmü ümümən gəlmişdir. Lakin bakirəliyini itirmiş müəyyən bir şəxsi zina
etdikdə daşqalaq etmək üçün bütün şərtlər yerinə yetməzsə və bütün manelər
aradan qalxmazsa daşqalaq etmək olamaz. Zinanın haram olduğunu
bilməlidir. Ola bilsin İslamı yeni qəbul etmiş olsun və zinanın haramlığını
bilməsin. Həmçinin bakirəliyini itirmiş olamalıdır. Şübhələr və buna oxşar
şeylər aradan qalxmalıdır. Daşqalaq etmək üçün bütün şərtlər yerinə yetərsə
və bütün manelər aradan qalxarsa daşqalaq edilməsi üçün hökm verilər. İbn
Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər - sallallahu aleyhi və səlləm
– bu kimsəni lənətləməyi qadağan etdi. Çünki o, Allah və Rəsulunu sevirdi.
Buna baxmayaraq o, spirtli içki içməyə davam edirdi. Baxmayaraq ki, içkiyə
görə hədisdə on nəfər lənətlənmişdir. Lakin ümumi lənət xüsusi lənət etməyi
gərəkdirmir. Maneələrin olması onu bu lənətin altından çıxardır.....”
288
.
Ətirlənib çölə çıxan qadın lənətlənmişdir hədisinə gəldikdə isə: Bu hədisə
əsasən müəyyən bir insanı ətirlənib çölə çıxdığı üçün zinakar adlandırmaq
olmaz. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Küfrdə ittiham etmək
müəyyən şəxsə gəldikdə fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur,
hər azanda kafir, fasiq və ya günahkar olmur”
289
. İbn Teymiyyə – rahmətullahi
aleyhi – deyir ki: “Vacib deyil ki, küfr ittiham etmək barəsində olan ümumi
hökmlər müəyyən insana hökm çıxarmaq üçün tətbiq edilsin. Elə olur ki, bəzi
alimlər müsəyyən məsələdə ictihad etdikləri zaman xətaya yol verirlər. Lakin
bununla kafir olmurlar....”
290
. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
“Quran və Sünnə, özündə hədə daşıyan aylər, kürdə ittiham edən alimlərin
sözləri, fasiqlikdə, və s. Müəyyən şəxsə bir başa tətbiq edilmir, müəyyən
qaydalara riayət edildikdən sonra. Fərq etməz bu istər dinin əsasında olsun,
istərsə də şöbələrində olsun”
291
. Elmin Və Təqvanın Olmaması: Ömər İbn
AbdulƏziz
– rahmətullahi aleyhi – deyir ki: “Kim Allaha elmi olmadan ibadət
edərsə xeyirdən çox zərər gətirər”
292
. Sələflər deyirlər ki: “Cahillər sussaydı
288
“Məcmuul Fətava” 10/32.
289
“Minhəc Sunnə” 5/250.
290
“Məcmuul Fətava” 35/99.
291
“Məcmuul Fətava” 10/372.
292
Əhməd “Zuhd” 365.