00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə46/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

 
146 
 
 
 
 
Windows 7 əməliyyat sistemində şəbəkə printerinə qoşulma 
  
1. 
  Start  menyusunu  açın  və  Devices  and  Printers  (Qurğular  və  printerlər) 
bəndini seçin. 
 
 
2. 
Siçanın göstəricisini ümumi istifadəyə açmaq istədiyiniz printerin üzərinə aparın, 
sağ  düyməni  çıqqıldadın  və  açılan  menyudan  Printer  properties  (Printerin 
özəllikləri) bəndini seçin.
 
 
 
 
3.  Açılan pəncərənin Sharing (Paylaşım) səhifəsinə keçin. Share this printer (Bu 
printeri ümumi istifadəyə aç) sahəsini qeyd edin, sonra Apply (Tətbiq et) və OK 
düymələrini çıqqıldadın.  
 
 
 
A D D I M   2
A D D I M –


 
 
147 
 
 
 
Şəbəkəl
ər
 

 
4.  İndi printer ümumi istifadəyə açıq olmanı bildirən kiçik simgə ilə işarələnəcək.  
 
 
 
 
 
 
Verilmiş şəbəkələri müqayisə edin. Onlar lokal şəbəkələrin hansı növünə aiddir? Hər 
şəbəkədə printerdən birgə istifadə necə həyata keçirilib? Sizcə, bu şəbəkələrdən hansı 
daha effektlidir?  
 
 
 
Özünüzü yoxlayın 
1. 
İdarəetmə panelini açmaq üçün nə etmək lazımdır? 
2. 
Şəbəkəyə  qoşulmuş  kompüterinizin  hansı  qurğularını  başqa  istifadəçilərlə  paylaşmaq 
olar? 
3. 
Printeri şəbəkədə birgə istifadəyə necə açmaq olar? 
4. 
Əgər kompüterlər binanın müxtəlif mərtəbələrində yerləşirsə, onlar eyni bir printerdən 
istifadə edə bilərmi? 
5. 
Resurslardan birgə istifadənin hansı üstünlükləri var? Sizcə, bunun mənfi cəhətləri də 
varmı?  
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
1
2
 


 
148 
 
 
 
 K
OMPÜTERİN FİZİKİ OLARAQ İNTERNETƏ BAĞLANMASI 
 
 
 
Fiziki bağlantı dedikdə nə nəzərdə tutulur?  
 
Evdə və ya məktəbdə İnternetə bağlanmaq üçün hansı üsullardan 
istifadə edirsiniz?  
 
 
Belə bir cədvəl hazırlayın və sualları cavablandırın. 
Suallar 
Məktəbdə 
Evdə 
1. Hansı provayderin xidmətindən istifadə edirsiniz? 
2. İnternetə hansı üsulla bağlanmısınız? 
3. Bağlantı sürəti neçədir? 
4. Xidmətə görə ayda nə qədər pul ödəyirsiniz? 
 
 
 
 
– İnternetin sürəti sizi qane edirmi? 
– İnternetin hansı xidmətindən daha çox istifadə edirsiniz?
 
 
İnternetdə işləmək üçün aşağıdakıların olması vacibdir: 
  kompüterin ümumdünya şəbəkəsinin hər hansı bəndinə fiziki bağlanması; 
  daimi və ya müvəqqəti IP ünvanın alınması; 
  xüsusi proqram təminatının quraşdırılması və köklənməsi. 
 
Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara İnternet 
xidmətləri təminatçısı və ya, sadəcə, provayder deyilir. 
 
Diqqət!  
"Provayder" termini ingiliscə "provider" – "təminatçı" sözündəndir; İnternet xid-
mətləri təminatçısı – Internet Service Provider (ISP).
 
 
Kompüteri İnternetə fiziki bağlamağın çoxlu üsulları vardır ki, onlardan ən geniş 
yayılmışı  adi  telefon  xətti  vasitəsilə  qoşulmadır.  Belə  qoşulmaya  kommutasiyalı 
bağlantı  (ingiliscə:  dial-up)  deyilir.  Provayderlər  abunəçilərin  İnternetə  çıxışını 
təmin  etmək  üçün  modem ortaqlığından  istifadə  edirlər.  Modem  ortaqlığı  istifa-
dəçilərin bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupudur və onların sayı nə 
qədər çox olarsa, istifadəçilərin zəng edib İnternetə çıxış alması da bir o qədər asan-
laşır (bir modem məşğuldursa, zəng o biri mo-
demə  yönəldilir  və  s.).  Kommutasiyalı  bağlan-
tıda  istifadəçinin  modemi  olmalıdır  və  bu  mo-
dem  telefon  aparatına  paralel  olaraq  xəttə 
birləşdirilməlidir.  Kompüterə  quraşdırılmış  xü-
susi  proqram  vasitəsilə  provayderin  verdiyi  və 
modem  ortaqlığına  qoşulmuş  hər  hansı  telefon 
F Ə A L İ Y Y Ə T  
4.5 

İnternet xidmətləri təminatçısı 

Kommutasiyalı bağlantı 

Genişzolaqlı texnologiya 

ADSL 

Kabel televiziyası şəbəkəsi 

"Wi-Fi zonası" 

Peyk rabitəsi 

AR

zl
ə
r


 
 
149 
 
 
 
Şəbəkəl
ər
 

nömrəsi yığılır. Adətən, provayderdən alınmış istifadəçi adının və parolunun da daxil 
edilməsi  tələb  olunur.  Hər  şey  uğurlu  alınarsa,  yəni  modem  ortaqlığı  ilə  bağlantı 
alınarsa, kompüteriniz İnternet şəbəkəsinin bir bəndi olur. 
 
 
 
Kommutasiyalı bağlantı nə qədər sadə və geniş yayılmış olsa da, müəyyən çatış-
mazlıqlara malikdir. Birincisi, modemi provayderlə bağlayan telefon xətti İnternetdə 
olduğunuz  müddətdə  məşğul  olur.  İkincisi,  belə  bağlantıda  verilənlərin  ötürülmə 
sürəti ən çoxu 56 Kbit/saniyə olur.  
Son zamanlar İnternetə kommutasiyalı bağlantı vasitəsilə qoşulmanın digər bir 
növündən  –  mobil  rabitə  şəbəkəsi  üzərindən  qoşulmadan  tez-tez  istifadə  olunur. 
Mobil telefonu modem kimi istifadə etməklə istifadəçi dünyanın istənilən yerindən 
İnternetə asanca qoşula bilər.  
Adi telefon xəttindən istifadə etməklə İnternetə daha yüksək sürətlə də qoşulmaq 
mümkündür. ADSL (Asymmetric Digital Subscriber Line – asimmetrik rəqəmli 
abunəçi xətti) adlandırılan bu yeni texnologiya İnternet rabitə vasitələrinin xDSL 
ailəsinə,  genişzolaqlı  texnologiyalar  sinfinə  aiddir.  Bu  texnologiyada  verilənlərin 
ötürülməsində səs (danışıq) üçün ayrılmış tezliklər zolağından yuxarıda yerləşən (4 
KHs-dən yuxarı) diapazondan istifadə olunur, buna görə də adi telefon trafikini və 
verilənləri eyni bir rabitə xətti ilə ötürmək olur.   
ADSL texnologiyası ilə qoşulma sxemi belədir: abonentin olduğu yerdə ADSL-
modem quraşdırılır və o, telefon aparatına paralel qoşulur (bəzən xüsusi tezlik bö-
lüşdürücüsü  –  splitter  gərəkli  olur).  ATS  tərəfdə  abonentin  telefon  xətti  DSLAM 
(DSL Access Multiplexor) avadanlığına bağlanır. Verilənlərin alınmasında mümkün 
maksimal  sürət  (24  Mbit/san)  konkret  telefon  xəttinin  xarakteristikalarından  asılı 
olur.  Xətt  nə  qədər  qısa,  kabelin  telinin  kəsimi  (diametri)  nə qədər  böyük  olarsa, 
maksimal sürəti almaq ehtimalı da böyük olur. 
Splitter yüksək tezlikli kanalları bir-birindən ayırmaq 
və  onların  eyni  anda  bir  xətdə  işləməsini  təmin  etmək 
üçün nəzərdə tutulub. ADSL-splitter bir telefon xəttində 
Splitter 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə