00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə47/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

 
150 
 
 
 
ADSL-modem  və  danışıq  (və  ya  faks)  kanalının  eyni  anda  işləməsini  təmin  edir. 
Kanallar işləyərkən bir-birinə mane olmur və nəticədə istifadəçi bir abonent xəttində 
iki funksiyadan istifadə edə bilir. ADSL-splitter səs siqnallarının tezliyini (0,3–3,4 
kilohers) və ADSL-modemin tezliyini (26 kilohers–1,4 meqahers) bir-birindən ayı-
rır. Nəticədə iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı 
alınır. Korpusu, adətən, ağ plastmasdan hazırlanır və üzərində kabelləri taxmaq üçün 
3 yuva olur: onlar uyğun olaraq “Line” (xətt), “Phone” (telefon), “ADSL” (yaxud 
“Modem”)  kimi  işarələnir.  “Line”  adlı  yuvaya  qoşulan  kabelin  o  biri  ucu  telefon 
xəttinə qoşulur. “Phone” yuvasına taxılan kabel splitteri telefon aparatı ilə birləşdirir. 
“ADSL” (və ya “Modem”) adlanan yuva isə kompüterə qoşulmuş modemlə birləşmə 
üçün nəzərdə tutulub. Qoşulmalar düzgün qaydada aparılıbsa, İnternetdə işləyərkən 
telefon danışıqlarından da istifadə edilə bilər. 
 
 
Adi telefon xəttinin olmadığı yerlərdə İnternetə bağlanmanın başqa bir növündən – 
kabel televiziyası şəbəkəsi vasitəsilə qoşulmadan istifadə etmək olar. Bu texnolo-
giyada qoşulma sxemi belədir: kabel televiziyası mərkəzinin standart yayım qurğusu 
verilənlərin  ötürülməsi  üçün  baş modem  adlandırılan  xüsusi  qurğuya,  sonra  isə 
yönləndirici  vasitəsilə  yüksəksürətli  İnternet  kanalına  qoşulur.  Bundan  sonra  isti-
fadəçinin kompüterində istənilən şəbəkə kartı quraşdırılır və o, xüsusi kabel modemi 
ilə əlaqələndirilir, modem isə, öz növbəsində, anten çıxışına birləşdirilir. Televizora 
əlavə qurğu qoşmaqla belə bağlantı vasitəsilə adi televiziya kanallarına baxmaq da 
mümkündür.  
 


 
 
151 
 
 
 
Şəbəkəl
ər
 

Son  zamanlar  İnternetə  qoşulmaq  üçün  GPRS,  Wi-Fi,  WiMAX  kimi  simsiz 
texnologiyalar  daha  populyar  olub.  Onların  başlıca  üstünlüyü  konkret  iş  yerinə 
"bağlanıb qalmadan" müxtəlif mobil qurğular (noutbuklar, cib kompüterləri, "smart-
fonlar" və s.) vasitəsilə İnternetdə işləmək imkanının olmasıdır. Bu 
gün  İnternetə  belə  çıxış  imkanı  "Wi-Fi  zonası"  adı  altında  hava 
limanlarında,  restoranlarda,  kafelərdə  və  başqa  ictimai  yerlərdə 
gerçəkləşdirilib;
 
getdikcə daha çox təhsil müəssisəsi, iri təşkilatlar 
öz əməkdaşları üçün belə imkanlar yaradır. 
Bəs  telefon  və  ya  kabel  televiziyası  şəbəkəsinin  olmadığı  uzaq  yaşayış  mən-
təqələrində  İnternetə  necə  bağlanmalı?  Təbii  ki,  belə  yerlərdə  uyğun  xidməti 
göstərəcək  provayder  haqqında  heç  danışmağına  dəyməz.  Belə  hallarda,  adətən, 
başqa bir rabitə növündən – peyk rabitəsindən istifadə olunur. Burada işləmək üçün 
yalnız bunlar tələb olunur: anteni quraşdırmaq üçün yer, peykə birbaşa görünüş və 
elektrik enerjisi ilə təchizat mənbəyi.  
Verilənlərin peyk vasitəsilə mübadiləsinin iki üsulu vardır:  
 
biryönlü,  yaxud  asimmetrik  –  verilənlərin  qəbulu  üçün  peyk  kanalından, 
verilişi üçünsə mümkün yerüstü kanalların hər hansı birindən istifadə olunur; 
 
ikiyönlü, yaxud simmetrik – verilənlərin həm qəbulu, həm də verilişi üçün 
peyk kanallarından istifadə olunur. 
  
 
 
3G və 4G texnologiyaları barədə məlumat toplayın. Onların fərqli cəhətlərini araşdırın. 
Ölkəmizdə bu texnologiyalar nə vaxtdan tətbiq olunur?
 
 
Özünüzü yoxlayın 
1. 
Provayder nədir və hansı funksiyaları yerinə yetirir? 
2. 
Kompüteri İnternetə fiziki bağlamağın bir neçə üsulunu sadalayın. 
3. 
Kommutasiyalı bağlantı nə deməkdir və necə qurulur? 
4. 
ADSL hansı texnologiyalar sinfinə aiddir və niyə? 
5. 
Splitterdən hansı məqsəd üçün istifadə olunur? 
6. 
Peyk rabitəsində verilənlər hansı üsullarla ötürülür? 
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –


 
152 
 
 
 
 Ə
MƏLİYYAT SİSTEMİNİN KÖMƏYİ İLƏ  
İNTERNETƏ QOŞULMA 
 
Modemlər, şəbəkə kartları, telefon və ya televiziya 
kabelləri, eləcə də başqa avadanlıqlar İnternetə fiziki 
bağlanmanı təmin edir. Bundan başqa, proqram va-
sitəsilə bağlanma da zəruridir, çünki İnternetə çıxış 
üçün telefon nömrəsi, istifadəçinin provayderdən 
aldığı ad, parol və başqa məlumatlar kompüter 
sisteminə proqram vasitəsilə verilir.
 
 
Sizcə, nəyə görə ADSL- 
modem vasitəsilə İnternetə 
birbaşa bağlantı yaratmaq 
olmur? 
 
Bağlantının sürəti telefon 
xəttinin fiziki 
göstəricilərindən asılıdırmı? 
 
 
 
İnternetə ADSL-modem vasitəsilə bağlanma 
 
1.  Start menyusunu açın və Control Panel (İdarəetmə paneli) bəndinə daxil olun.  
 
 
2.  Sonra 
Network and Internet (Şəbəkə və İnternet) bölümündə View network sta-
tus and tasks 
(Şəbəkə durumuna və tapşırıqlarına baxış) 
 bəndini seçin.
 Aşağıdakı 
pəncərə açılacaq. 
 
 
 
A D D I M
A D D I M –
4.6 


 
 
153 
 
 
 
Şəbəkəl
ər
 

3.  Set up a new connection or network (Yeni bağlantı və ya şəbəkə qurun) bəndini 
çıqqıldadın. Yeni pəncərə açılacaq. 
 
 
4.  Connect to the Internet (İnternetə bağlan) bəndini seçin və sonra Next düyməsini 
çıqqıldadın. 
 
 
 
5.  Broadband (PPPoE) variantını seçin. 
 
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə