1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya) bölünür: 
1.  Hüquq yaradan hüquqi faktlar; 
2.  Hüquq dəyişən hüquqi faktlar; 
3.  Xitamverici hüquqi faktlar. 
Hüquq  yaradan  hüquqi  faktlar  mülki  hüquq  münasibətlərinin  yaranmasına  səbəb  olur. 
Buna  alqı-satqı  müqaviləsini  misal  göstərmək  olar.  Burada,  alıcıda  aldığı  əşyaya  mülkiyyət 
hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi faktlarda subyektə hüquq ilk dəfə verilir. 
Hüquq  dəyişən  faktlar  o  hüquqi  faktlara  deyilir  ki,  burada  fakt  mütləq  hüquq 
münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb edilməsinin güzəşti və 
ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki hüquq münasibətlərinin dəyişməsi 
təkcə  bu  münasibətlərin  subyektiv  tərkibində  deyil,  həm  də  obyektlərinin,  məzmununun 
dəyişməsində özünü  göstərir. Məsələn, əmlak kirayəsi (icarə)  müqaviləsinə əsasən, kirayəçi 
(icarəçi) əşyanı itirərsə, onun dəyərini ödəməlidir. 
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq normaları əsasında 
mülki  hüquq  münasibətlərinə  xitam  verilir.  Mülki  hüquq  münasibətlərinə  xitam  verilməsi 
şəraitdən  asılı  olaraq  müxtəlif  cür  olur.  Məsələn,  mülkiyyət  hüququ  olan  obyektin  məhvi, 
sıradan çıxması, hüquq münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu 
ödəməsi və s. 
Mülki  hüquqi  nəticələrin  baş  verməsi  üçün  tələb  olunur  ki,  onları  yaradan  şərait 
qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində 
deyilir:  «Mülki  hüquqlar  və  vəzifələr  mülki  qanunvericilikdə  nəzərdə  tutulan  əsaslardan, 
habelə  fiziki  və  hüquqi  şəxslərin  qanunvericilikdə  nəzərdə  tutulmasa  da,  mülki 
qanunvericiliyin  prinsiplərinə  görə  mülki  hüquqlar  və  vəzifələr  doğuran  hərəkətlərindən 
əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir. Məsələn, insanın doğulması faktı ilə onun mülki 
hüquq qabiliyyəti  yaranır,  vətəndaşın 18  yaşına çatması  ilə o, tam  fəaliyyət qabiliyyəti əldə 
edir, iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir. 
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin əmələ gəlməsi, 
dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir (MM-nin  14-cü maddəsinin 
2-ci hissəsi). Həmin əsaslara əqdlər, müqavilələr, səlahiyyətli orqanların verdiyi aktlar, elm, 
ədəbiyyat,  incəsənət  əsərlərinin  yaradılması,  başqa  şəxsə  zərər  vurulması,  əsassız  varlanma 
və  s.  daxildir.  Qanun  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsi,  dəyişməsi  və  xitam 
olunmasını çox vaxt bir vəziyyətlə deyil, hüquqi və ya faktiki tərib adlanan hüquqi faktların 
məcmusu ilə əlaqələndirir. Məsələn, vəsiyyətnaməyə görə vərəsə üç hüquqi faktın yaranması 
ilə  miras  əmlakına  sahib  olur:  vəsiyyətnamənin  tərtib  olunması,  vəsiyyət  edənin  ölümü, 
mirasın qəbul edilməsinə razılığın olması. 
Yaratdığı  hüquqi  nəticələrdən  və insanların  iradəsi  ilə əlaqəsindən asılı olaraq  hüquqi 
faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki növü fərqləndirilir. 
1.  Hadisələr; 
2.  Hərəkətlər. 
İnsanların  iradəsi  ilə  əlaqəsi  olmayan  hüquqi  faktlara  hadisələr  deyilir.  Hadisələrə 
insanın  anadan  olması,  onun  təbii  ölümü,  zəlzələ,  ildırım  çaxması  və  s.  misal  ola  bilər.  O 
hadisələr  hüquqi  əhəmiyyət  kəsb  edir  ki,  onların  baş  verməsi  hüquqi  nəticələrə  səbəb  olur. 
Məsələn,  insanın  anadan  olması,  valideynlərin  uşağı  saxlamaq  və  tərbiyə  etmək  vəzifəsini 
əmələ  gətirir,  yaxud  insanın  ölməsi,  bir  hüquqi  fakt  kimi  vərəsələr  arasında  hüquq 
münasibətlərinin əmələ gəlməsinə səbəb olur və s. 
Mülki hüquqda hadisələr də iki qrupa bölünür: 
1.  Mütləq və yaxud fors-major hadisələr; 
2.  Nisbi hadisələr. 
Mütləq  hadisələr  elə  hadisələrdir  ki,  onların  yaranması  və  inkişafı  insanın  iradəvi 
fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s. 


Nisbi  hüquqi  hadisələr  insanların  fəaliyyəti  nəticəsində  yaranır,  ancaq  bu  hərəkətdən 
asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın doğulması və s. 
Hərəkətlər  insanların  iradəvi  hərəkətlərinin,  yəni  şüurlu  fəaliyyətinin  nəticəsi  olan 
həyati faktlardır. Qanun isə onları  müəyyən hüquqi nəticə ilə əlaqələndirir. Hüquqi faktların 
əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz növbəsində hüquqauyğun və hüquqazidd 
hərəkətlərə bölünür. 
Hüquqauyğun  hərəkətlər o  hərəkətlərə deyilir  ki, onlar  hüquq  normalarının (qanunun) 
tələbləri  ilə  üst-üstə  düşür,  heç  bir  halda  qanuna  zidd  olmur.  Qanun  əsasında  bağlanılmış 
bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s. müqavilələr belələrindəndir. 
Hüquqauyğun  hərəkətlər  içərisində  hüquqi aktlar  və  hüquqi əməllər  mühüm  yer tutur. 
Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam edilməsinə 
yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. Mülki hüquqi aktlar sistemində əsas yerlərdən 
birini  əqdlər  tutur.  Hüquqi  aktlara,  həmçinin,  səlahiyyətli  dövlət  orqanlarının  fərdi  aktları, 
ərizələr,  şikayətlər,  sazişlər  və  s.  aiddir.  Vətəndaşların  və  təşkilatların  müəyyən  hüquqi 
nəticələr  əldə  edilməsinə  yönəldilmiş  hüquqauyğun  fəaliyyəti  saziş  adlanır.  Sazişlərin  əhatə 
dairəsi olduqca genişdir. 
Hüquqi  əməl  mülki  hüquq  subyektinin  elə  hüquqauyğun  hərəkətidir  ki,  burada  hüquqi 
nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi əməllərə elmi əsərin yaradılması, 
müəssisələrdə malların hazırlanması və s. misal ola bilər. 
Mülki  hüquqda  bəzən  hərəkətsizlik  də,  yəni  qanunla  nəzərdə  tutulmuş  müəyyən 
hərəkətləri  etməmək  də  hüquqi  nəticələrə  səbəb  olur.  Məsələn,  kreditorun  vaxtı  çatmış  və 
ona təklif olunmuş icranı qəbul etməməsi və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün 
ondan gözlədiyi hərəkətləri yerinə yetirməməsi və s. 
Hüquqauyğun  hərəkətlərdən  fərqli  olaraq,  hüquqazidd  hərəkətlər  hüquq  pozuntusuna 
səbəb  olan  hərəkətlərdir.  Öhdəliklərin  yerinə  yetirilməməsi,  başqasının  mülkiyyətinə  ziyan 
vurulması və s. hüquqazidd hərəkətlərə misal ola bilər. Hüquqazidd hərəkətlər hüququ pozan 
şəxs  üçün  xoşagəlməz  hüquqi  nəticələrə  səbəb  olur.  Bu  hərəkətlər  hüquq  normaları  və 
cəmiyyətin mənafeyinə zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır. 
Mülki  hüquq  münasibətlərinin  məzmunu  və  forması.  –  Mülki  hüquq 
münasibətlərinə  onların  strukturu  aspektində  baxılmalıdır.  Digər  hüquq  münasibətlərində 
olduğu  kimi  mülki  hüquq  münasibətləri  də  öz  strukturuna  görə  aşağıdakı  hissələrdən 
ibarətdir: 
1)  məzmun və forma; 
2)  subyektlər; 
3)  obyektlər. 
İctimai  münasibətlərin  mülki  hüquqi  tənzimi  prosesində  onların  iştirakçılarına  verilən 
subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq münasibətləri çərçivəsində onların gələcək 
davranışlarını  qabaqcadan  müəyyən  edir.  İstənilən  ictimai  münasibət  kimi,  mülki  hüquq 
münasibətləri  də  insanlar  arasındakı  qarşılıqlı  əlaqələr  nəticəsində  formalaşır.  Hüquq 
münasibətlərində  iştirakçıların  qarşılıqlı  əlaqələri,  onların  malik  olduqları  subyektiv 
hüquqlara  və  daşıdıqları  vəzifələrə  uyğun  olaraq  həyata  keçirilir.  Belə  ki,  alqı-satqı 
müqaviləsi  üzrə  hüquq  münasibətlərində satıcı satdığı əşyanı  müqavilə  ilə  müəyyən  edilmiş 
şərtlərlə  və  müddətdə  alıcının  mülkiyyətinə  verir,  alıcı  isə  müqavilədə  nəzərdə  tutulmuş 
müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir. 
Mülki  hüququn  predmetinə  daxil  olan  ictimai  münasibətlər  hüquqi  nizamasalınma 
nəticəsində  yoxa  çıxmırlar,  əksinə,  hüquqi  forma  əldə  edirlər.  Buna  görə  də  mülki  hüquq 
münasibətlərinin  məzmunu  onların  iştirakçılarının  subyektiv  hüquq  və  vəzifələrinə  uyğun 
olaraq həyata keçirilən qarşılıqlı əlaqələrini əmələ gətirir. 
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və vəzifələr onun 
hüquqi  formasını  təşkil  edir.  Subyektiv  hüquq  dedikdə,  səlahiyyətli  şəxsin  mümkün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə