1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

vasitəsini  iddialar  təşkil  etdiyinə  görə,  göstərilən  müddətləri  də  iddia  müddətləri 
adlandırırlar. 
Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən 
olunmuş  müddətə  iddia  müddəti  deyilir.  İddia  müddəti  qanunla  elə  hallar  üçün  müəyyən 
edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn 
müdafiəsi  üçün  hüququ  pozmuş  şəxsə  məcburedici  tədbirlərin  tətbiq  edilməsi  lazımdır. 
Məcburetmə  tədbirləri  qanunla  mülki  hüquqların  müdafiəsi  üçün  səlahiyyəti  olan  orqanlar 
(məhkəmə və s.) tərəfindən tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin 
tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir. 
Pozulmuş subyektiv mülki hüquqların məcburi həyata keçirilməsi imkanı maddi mənada 
iddia  hüququ,  bu  hüquqların  müdafiəsi  üçün  məhkəməyə  müraciət  etmək  hüququ  isə 
prosessual  mənada  iddia  hüququ  adlanır.  İddia  müddətinin  ötürülməsi  məhkəməyə  iddia  ilə 
müraciət  etmək  hüququnu  aradan  qaldırmır.  Subyektiv  mülki  hüququn  pozulmasından  nə 
qədər  vaxt  keçərsə  keçsin,  maraqlı  şəxs  istənilən  vaxt  iddia  qaldıra  bilər.  İddia  müddətinin 
keçməsindən  asılı  olmayaraq,  pozulmuş  hüququn  müdafiə  edilməsinə  dair  tələb  baxılmaq 
üçün  məhkəmə  tərəfindən  qəbul  edilir.  Beləliklə,  hətta  maddi  mənada  iddia  hüququ  aradan 
qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır. 
Mülki  Məcəllənin  373-cü  maddəsinə  əsasən,  ümumi  iddia  müddəti  on  il  təşkil  edir. 
Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 
iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia 
müddəti üç ildir. 
Tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış 
xüsusi iddia müddətləri təyin edilə bilər. 
İddia  müddətinin  axımı  iddia  hüququ  əmələ  gələn  gündən  başlanır.  İddia  hüququ  isə 
şəxsin  öz  hüququnun  pozulmasını  bildiyi  və  bilməli  olduğu  gündən  əmələ  gəlir.  Bəzən  elə 
hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddətdə iddia verə 
bilmir. Belə hallarda iddia müddətinin dayandırılması müəyyən edilmişdir. 
İddia  müddətinin  dayandırılmasının  mahiyyəti  ondan  ibarətdir  ki,  şəxs  qanunda 
göstərilən  səbəblərə  görə  iddia  qaldıra  bilmək  və  ya  öz  hüquqlarını  müdafiə  etmək 
imkanından məhrum olduğuna görə iddia qaldıra bilmədiyi vaxt kəsiyi iddia müddətinə daxil 
edilmir. İddia  müddətinin dayandırılması  üçün əsas olan halların  mövcud olduğu  vaxt kəsiyi 
iddia  müddətinə  hesablanmır.  Göstərilən  hallar  aradan  çıxdıqdan  sonra  iddia  müddəti  öz 
axımını davam etdirir. 
Mülki  Məcəllənin  379.1-ci  maddəsinə  əsasən,  iddia  müddətinin  axımı  aşağıdakı 
hallarda dayandırılır: 
1)  iddianın  irəli  sürülməsinə  fövqəladə  və  həmin  şəraitdə  qarşısı  alına  bilməyən  hal 
(qarşısıalınmaz qüvvə) mane olduqda; 
2)  iddiaçı  və  ya  cavabdeh  hərbi  vəziyyətə  keçirilmiş    silahlı  qüvvələrin  tərkibində 
olduqda; 
3)  müvafiq  icra  hakimiyyəti  orqanı  öhdəliklərin  icrası  üçün  möhlət  (moratorium) 
müəyyənləşdirdikdə; 
4)  fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 
5)  müvafiq  münasibəti  tənzimləyən  qanunun  və  ya  digər  normativ-hüquqi  aktın 
qüvvəsi dayandırıldıqda. 
İddia  müddətinin  axımı  bir  şərtlə  dayandırılır  ki,  bu  maddədə  göstərilmiş  hallar  iddia 
müddətinin  son  altı  ayında,  həmin  müddət  altı  aya  bərabər  və  ya  altı  aydan  az  olduqda  isə 


iddia  müddəti  ərzində  əmələ  gəlsin  və  ya  mövcud  olmaqda  davam  etsin.  Müddətin 
dayandırılması  üçün  əsas  olan  maneələr  aradan  götürüldüyü  gündən  müddətin  axımı  davam 
edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır. Iddia müddəti altı aydan az olduqda isə 
iddia müddəti həmin müddətə çatdırılır. 
Müəyyənləşdirilmiş  qaydada  iddia  irəli  sürüldükdə,  habelə  borclu  şəxs  borcu  etiraf 
etməsini  göstərən  hərəkətlər  etdikdə  iddia  müddətinin  axımı  kəsilir.  Fasilədən  sonra  iddia 
müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 
Borclu öz öhdəliyini iddia müddəti keçdikdən sonra icra edibsə, icraedici etdiyi zaman 
iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb etməyə haqlı deyildir. 
İddia  qaldırılana  qədər  iddia  müddətinin  keçməsi  iddianı  rədd  etmək  üçün  əsasdır. 
Məhkəmə  iddia  müddətinin  keçməsi  səbəbini  üzrlü  hesab  etdikdə  pozulmuş  hüquq  müdafiə 
edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər 
vəziyyət  obyektiv  xarakter  daşıyırsa  və  o,  iddianın  vaxtında  qaldırılmasına  mane  olmuşsa, 
onda  onlar  üzrlü  səbəb  hesab  edilə  bilər.  Əgər  iddia  müddətinin  buraxılmasında  öz 
təsərrüfatsızlığına,  səhlənkarlığına,  diqqətsizliyinə  görə  vaxtında  iddia  qaldırmayan  maraqlı 
şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir. 
Şəxsi  qeyri-əmlak  hüquqlarının  və  digər  qeyri-maddi  nemətlərin  müdafiəsi, 
əmanətçilərin  banka  qoyulmuş  əmanətlərinin  verilməsi,  fiziki  şəxsin  həyat  və  sağlamlığına 
vurulmuş  zərərin  əvəzinin  ödənilməsi,  mülkiyyətçinin  və  ya  digər  sahibin  onun  hüququnun 
hər  cür  pozuntularının  aradan  qaldırılması  və  s.  bu  kimi  tələblər  istisna  olmaqla  iddia 
müddəti bütün əmlak tələblərinə aid edilir. 
 
 
 
 
 
 


MÖVZU 5.      MÜLKİYYƏT   HÜQUQU,   ONUN   ƏLDƏ EDİLMƏSİ,   
İTİRİLMƏSİ VƏ MÜDAFİƏSİ. 
 
P L A N 
1. Mülkiyyət hüququnun anlayışı və məzmunu.  
2. Mülkiyyət hüququnun formaları  və növləri. 
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). 
4. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. 
 
1.  Mülkiyyət hüququnun anlayışı və məzmunu 
 
Mülkiyyətçilik  elə  anlayışlara  aiddir  ki,  onun  ətrafında  uzun  əsrlər  boyu  insanların 
düşüncələri  qarşı-qarşıya  gəlmişdir.  Lakin,  təkcə  nəzəri  döyüşlərlə  iş  bitmir.  İnsanların 
mülkiyyətçilik  münasibətlərinin  dəyişdirilməsi,  bu  sahədə  yeni  münasibətlərin  bərqərar 
olunması  uğrunda  mübarizələri  bütün  dünyada  həmişə  sosial  təbəddülatların  meydana 
gəlməsinə  səbəb  olmuşdur.  Bu  mübarizələr  bəzən  müvəffəqiyyətli,  bəzən  də  çox  uğursuz 
nəticələrə  səbəb  olmuşdur.  Olmuşdur  ki,  cəmiyyət,  həqiqətən,  öz  inkişafının  yeni,  daha 
yüksək  pilləsinə  qalxmışdır.  Lakin,  mülkiyyətçilik  münasibətlərinin  dağıdılması  nəticəsində 
cəmiyyətin  çox  geri  düşməsi  və  bu  gerilikdən  uzun  müddət  çıxa  bilməməsi  halları  da 
olmuşdur. 
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi 
baş  vermişdir.  Birinci  dəfə  bu  fəlakətlə  nəticələnmiş  və  nəticələri  neçə-neçə  nəsli  korlamış 
olan 1920-ci  ilin aprelində başlanmışdır. İkinci  dəfə  isə bizim  günlərdə baş verir. Onun əsas 
məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial 
dayağı ola biləcək  xüsusi  mülkiyyətçilərin geniş təbəqəsini  yaratmaqdan  ibarətdir.  Beləliklə, 
nə deməkdir mülkiyyət? 
Bu,  ilk  növbədə  şəxsin  və  yaxud  kollektivin  ona  mənsub  əmlaka  öz  əmlakı  kimi 
münasibət  bəsləməsi  kimi  başa  düşülə  bilər.  Mülkiyyət  «mənimki»  və  «səninki»  olanların 
fərqləndirilməsinə  əsaslanır.  Hər  hansı  bir  konkret  məqamda  hansı  mülkiyyət  forması  və  ya 
növünün daha yüksəkdə olmasından asılı olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər 
ki, istehsalın nəticələrinə və şərtlərinə kimsə «özününkü», kimsə «özgəninki» kimi münasibət 
bildirə  bilsin.  Bunsuz,  ümumiyyətlə,  mülkiyyət  yoxdur.  Bu  nöqteyi-nəzərdən  hansı  ideoloji 
niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir. 
Mülkiyyətin  elementar  izahından  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  o,  insanın  əşyaya 
münasibəti deməkdir. Lakin bu  mülkiyyətin  məzmununun açılmasında kifayət edici deyildir. 
Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə 
de  mülkiyyət  təkcə  insanın  əşyaya  münasibətində  deyil,  həmin  əşya  barəsində  insanlar 
arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə