1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

olmayan  hüquqi  şəxsin  bağladığı  əqd,  əgər  əqddə  iştirak  edən  digər  tərəfin  onun  qanunsuz 
olduğunu  bildiyi  və  ya  bilməli  olduğu  sübuta  yetirilərsə,  həmin  hüquqi  şəxsin,  onun 
təsisçisinin  və  ya  hüquqi  şəxsin  fəaliyyətinə  nəzarət  edən  orqanın  iddiası  ilə  məhkəmə 
tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 349-cu maddəsi). 
Məzmununa  görə  əqdlərin  etibarsızlığı  onun  şərtlərinin  qanunun  tələblərinə  uyğun 
gəlməməsi  ilə  müəyyən  olunur.  Burada  «qanun»  dedikdə,  respublikanın  qanun  və  qanun 
qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv 
və subyektiv əlamətlərlə  xarakterizə olunur. Əqdin  hüquqazidd  (qanunazidd)  xarakteri onun 
obyektiv  əlamətidir.  Subyektiv  əlamət  isə  -  tərəflərin  əqdin  hüquqazidd  (qanunazidd) 
olduğunu  başa  düşdükləri  halda,  onu  bağlamaq  və  icra  etmək  niyyətləri  olması  ilə 
əlaqədardır. 
Formasına  görə  bağlanan  əqdlərin  etibarsızlığı  onunla  şərtlənir  ki,  qanunla  müəyyən 
olunmuş  formaya  riayət  edilmir.  Formanı  pozmaqla  bağlanmış  əqdlər  bilavasitə  qanunda 
göstərilmiş hallarda etibarsız sayılır. 
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: 
1)  daxili  iradənin  deyil,  yalnız  iradə  ifadəsinin  mövcudluğu.  Bunlara  zorakılıq,  hədə 
təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasını başa düşməyən və 
ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. 
2)  iradə  ifadəsinin  daxili  iradənin  düzgün  əks  etdirməməsi.  Məsələn,  bir  tərəfin 
nümayəndəsinin  digər  tərəflə  pis  niyyətlə  razılığa  gəlməsi  nəticəsində  bağlanmış 
əqdlər və s. 
3)  daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu cür etibarsız 
əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə nəticəsində bağlanan əqdləri 
misal göstərmək olar. 
4)  iradə  və  iradə  ifadəsinin  yalnız  görünüş  üçün  mövcudluğu.  Bura  aiddir:  uydurma 
və yalan əqdlər. 
Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr 
yaratmaq  niyyəti  olmadan  yalnız  görünüş  üçün  bağlanmış  əqddir.  Uydurma  əqd 
əhəmiyyətsizdir. Yalan əqd isə başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Yalan əqd 
etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən 
əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 
Ümumiyyətlə,  əqdin  etibarsızlığı  o  deməkdir  ki,  əqd  formasında  həyata  keçirilən 
hərəkətlər  hüquqi  fakt  əlamətinə  malik  olmur.  Etibarsız  əqd  onun  etibarsızlığı  ilə  bağlı 
nəticələr  istisna  olmaqla,  hüquqi  nəticələrə  səbəb  olmur.  Bu  cür  əqd  bağlandığı  andan 
etibarsızdır. 
Hüquq  normasına  uyğun  gəlməyən  əqdlər  bağlandığı  andan  buna  aid  iddianın 
qaldırılmasından  və  məhkəmə  tərəfindən  etibarsız  sayılıb-sayılmamasından  asılı  olmayaraq 
özlüyündə  əhəmiyyətsiz  əqdlərdir.  Bu  cür  əqdlərin  etibarsızlığı  nəticələrinin  tətbiq  edilməsi 
tələbini  hər  bir  maraqlı  şəxs  irəli  sürə  bilər.  Məhkəmənin  bu  cür  nəticələri  öz  təşəbbüsü  ilə 
tətbiq etmək ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin 
etiraz  nəticəsində  məhkəmə  qaydasında  etibarsız  hesab  edilən  əqdlər  mübahisəli  əqdlər 
adlanır.  Bu  əqdlər  məhkəmədə  mübahisələndirilməmişsə  və  onlar  tərəfindən  etibarsız 
sayılmamışdırsa, qüvvədə qalır. Əqdi, həmin hissə daxil edilmədən bağlamağın mümkünlüyü 
güman edilərsə, əqdin bir hissəsinin etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına 
səbəb olmur. 
Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir, 


məhkəmənin  qətnaməsi  geriyə  qüvvəyə  malik  olur.  Əqdin  etibarsız  sayılmasının  birinci 
nəticəsi onun icrasının yolverilməzliyidir. 
Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə onda məsələ 
bir qədər  mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio – bərpa deməkdir) tətbiq 
olunur. 
Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə 
qaytarılması restitusiya adlanır. 
Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 
1)  ikitərəfli restitusiyanın tətbiq edilməsi; 
2)  birtərəfli restitusiyanın tətbiq edilməsi; 
3)  restitusiyanın rədd edilməsi. 
Mülki  Məcəllənin  337.5-ci  maddəsinə  uyğun  olaraq,  əqd  etibarsız  olduqda,  əgər  bu 
Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd 
üzrə  aldıqlarının  hamısını  digər  tərəfə  qaytarmağa,  alınanları  eyni  ilə  qaytarmaq  mümkün 
olmadıqda  isə  (o  cümlədən  alınanlar  əmlakdan  istifadədə,  görülmüş  işdə  və  ya  göstərilmiş 
xidmətdə  ifadə  olunduqda)  onun  dəyərini  pulla  ödəməlidir.  Bir  sözlə,  tərəflər  müqavilə 
bağlayanadək  olduqları  əvvəlki  vəziyyətlərinə  qaytarılır.  Belə  nəticələr  ikitərəfli  restitusiya 
adlanır.  Yetkinlik  yaşına  çatmayan,  fəaliyyət  qabiliyyəti  olmayan,  habelə  fəaliyyət 
qabiliyyəti  məhdudlaşdırılmış  fiziki  şəxslərin  bağladıqları  əqdlər  üzrə  məhz  ikitərəfli 
restitusiyaya yol verilir. Mülki hüquqda bir qayda olaraq, ikitərəfli restitusiya tətbiq olunur. 
Əqd  bağlayarkən  tərəflərdən  biri  qəsdən  digər  tərəfin  zərərinə,  onun  hüquqlarını  və 
qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin mənafeyinə zidd hərəkət etdiyi 
halda  yalnız  birtərəfli  restitusiya  tətbiq  edilir.  Birtərəfli  restitusiyaya  zərər  çəkən  barəsində 
yol  verilir.  Aldatma,  zorakılıq,  hədə  təsiri  altında,  habelə  bir  tərəfin  nümayəndəsinin  digər 
tərəflə  pis  niyyətlə  razılığa  gəlməsi  və  ya  şəxsin  ağır  vəziyyətə  düşməsi  nəticəsində 
bağlanmış  əqdlər  üçün  məhz  birtərəfli  restitusiya  nəzərdə  tutulur.  Bu  zaman  yalnız  təqsirli 
tərəf  aldığını  bütünlüklə  qaytarır  və  çəkilmiş  xərcləri  ödəyir,  zərərçəkənin  təqsirli  tərəfdən 
aldığı isə dövlət mədaxilinə tutulur. 
Əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud 
restitusiyaya  yol  verilməməsi  təşkil  edir.  Restitusiyanın  rədd  edilməsi  dedikdə,  tərəflərdən 
heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa düşülür. Bu zaman hər iki tərəfin icra etdiyi 
və  ya  icra  etməli  olduğu  dövlət  mədaxilinə  keçir.  Bu  qayda  əsasən,  tərəflərin  hər  ikisinin 
hərəkətlərində qəsd olduğu hallarda tətbiq olunur. 
Bəzi  hallarda  əqdin  etibarsız  sayılması,  əqdin  etibarsızlığında  təqsirli  tərəf  üçün  digər 
tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir. 
Göründüyü kimi mülki hüquqda əqdin etibarsız sayılmasının mühüm əhəmiyyəti vardır. 
Bu,  hüquq  qaydalarının  qorunmasına,  qanunazidd  olan  hüquq  və  vəzifələrin  yaranmasının 
qarşısını almağa yönəldilməklə mülki dövriyyənin normal inkişafına şərait yaradır. 
5. İddia müddəti. 
 
Mülki  hüquqda  müddətlərin  xüsusi  qrupunu  mülki  hüquqların  müdafiəsi  müddətləri 
təşkil edir. Mülki  hüquqların  müdafiəsi  müddəti dedikdə elə  müddət başa düşülür ki, həmin 
müddət  ərzində  hüququ  pozulmuş  şəxs  öz  hüquqlarının  müdafiəsini  və  yaxud  məcburi 
qaydada  həyata  keçirilməsini  tələb  edə  bilər.  Pozulmuş  mülki  hüquqların  müdafiəsinin  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə