ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
7. Əmək intizamı və maddi məsuliyyət
Əmək intizamı dedikdə, əmək münasibətləri iştirakçılarının müəyyən davranış qaydalarının
məcmusu başa düşülür. Əmək intizamı normal səmərəli iş üçün lazımı təşkilati və iqtisadi şərtlərin
yaradılması ilə təmin edilir.
İşçilər əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili
intizam qaydalarına əməl etməlidirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci
maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə
tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin
tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisə daxili intizam
qaydaları qəbul edilə bilər.
Əmək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür. İşəgötürən işçilərin
əməyini düzgün təşkil etməli, əmək istehsalının artırılmasına şərait yaratmalı, əmək və istehsal
intizamını təşkil etməli, əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət etməli,
işçilərin ehtiyaclarına və müraciətlərinə diqqətlə yanaşmalı, onların nəinki iş, hətta məişət
şəraitlərinin yaxşılaşdırılmasına köməklik göstərməlidirlər. Əmək funksiyasının yüksək peşəkarlıq
səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş
işçilər işəgötürən tərəfindən:
- pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
- əlavə məzuniyyət verilməklə;
- əmək haqqına fərdi əlavə edilməklə;
- daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
- sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;
- müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və
digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
Mükafatlandırılma tədbirlərindən fərqli olaraq, əmək intizamının pozulmasına görə müəssisə,
idarə və təşkilatın müdiriyyəti aşağıdakı tənbeh tədbirləri görə bilər:
a) xəbərdarlıq;
b) töhmət vermək;
c) sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət;
ç) işdən çıxarma.
Xəbərdarlıq intizam tənbehi sayılmır.
İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik olan işəgötürən
tərəfindən verilə bilər.
İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahat tələb edir.
Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi işçiyə, işdə olduğu
iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirmiş
işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz.
İntizam tənbehi əməlin aşkarlandığı vaxtdan bir ay müddətində verilə bilər.
İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni
bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur.
Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə
yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
Maddi məsuliyyət, işçinin üzərinə o halda qoyula bilər ki:
a) ziyanın, həqiqətən, vurulduğu aşkar edildikdə;
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;
c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Əmək qanunvericiliyi maddi məsuliyyətin əsas 2 növünü, tam və qismən ödənilməsini nəzərdə
tutur.
Qismən maddi məsuliyyət növündə işçilər ziyanı əvvəlcədən müəyyən olunmuş hədlərdə
ödəyirlər. Bir qayda olaraq, belə müəyyən olunmuş hədd orta aylıq əmək haqqı qismində nəzərdə
tutulur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi
məsuliyyətinin 7 halı göstərilib.
a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin
salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri
prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət
götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik
hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək
şərtilə qəbul etdikdə.
c) inzibati xətalar haqqında, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi
nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
ç) əmlakını və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə;
d) alkoqol, toksik (zəhərli) psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş
vəziyyətdə ziyan vurduqda;
e) işəgötürənin kommersiya sirrini yaydıqda;
ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, böhtan və təhqirlərlə onun
sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda.
İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun
tutulması işəgötürənin əmri ilə həyata keçirilir.
Əgər işçi ziyanı tam maddi məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə işçinin
orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda
işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Bu halda məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə
əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya
ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
Konkret məqsədlə cinayətkarcasına vurulmuş ziyanın ödənilməsinin təmin olunması müvafiq
prosessual tədbirlərlə həyata keçirilir.
Qanunvericilik işəgötürənin işçiyə vurduğu ziyana görə də maddi məsuliyyətini müəyyən
etmişdir.
8. Əməyin mühafizəsi
Əməyin mühafizəsi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin
nəticələrindən üstün tutulması, onların iqtisadi və sosial, texniki-təşkilati, sanitar-gigiyenik,
müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir.
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin təmin
olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə,
daxili əmək qaydalarında təsbit olunur.
Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi:
- ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan iş yerlərinin;
- işləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər
iş yerlərinin;
- işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların
və iş yerlərinin;
- qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən iş
yerlərinin;
- əmtəələrin istehsalı, işlərin görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv
Dostları ilə paylaş: |