1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. 
7. Əmək intizamı və maddi məsuliyyət  
Əmək  intizamı  dedikdə,  əmək  münasibətləri  iştirakçılarının  müəyyən  davranış  qaydalarının 
məcmusu başa düşülür. Əmək intizamı normal səmərəli iş üçün lazımı təşkilati və iqtisadi şərtlərin 
yaradılması ilə təmin edilir. 
İşçilər  əmək  funksiyasını  yüksək  peşəkarlıq  səviyyəsində  yerinə  yetirməli  və  müəssisədaxili 
intizam  qaydalarına  əməl  etməlidirlər.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  182-ci 
maddəsinə  əsasən,  müəssisələrdə  əmək  müqavilələri,  habelə  bağlanmış  kollektiv  müqavilələr  üzrə 
tərəflərin  öhdəliklərinin  yerinə  yetirilməsinə  nəzarətin  həyata  keçirilməsi,  əmək  qanunvericiliyinin 
tələblərinin  gözlənilməsi  və  əmək  intizamının  təmin  olunması  məqsədilə  müəssisə  daxili  intizam 
qaydaları qəbul edilə bilər. 
Əmək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür. İşəgötürən işçilərin 
əməyini  düzgün  təşkil  etməli,  əmək  istehsalının  artırılmasına  şərait  yaratmalı,  əmək  və  istehsal 
intizamını  təşkil  etməli,  əmək  qanunvericiliyinə  və  əmək  mühafizəsi  qaydalarına  riayət  etməli, 
işçilərin  ehtiyaclarına  və  müraciətlərinə  diqqətlə  yanaşmalı,  onların  nəinki  iş,  hətta  məişət 
şəraitlərinin  yaxşılaşdırılmasına  köməklik  göstərməlidirlər.  Əmək  funksiyasının  yüksək  peşəkarlıq 
səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş 
işçilər işəgötürən tərəfindən: 
-  pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; 
-  əlavə məzuniyyət verilməklə; 
-  əmək haqqına fərdi əlavə edilməklə; 
-  daha yüksək məbləğdə fərdi sığorta edilməklə; 
-  sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; 
-  müəyyən  edilmiş  qaydada  dövlət  təltifinə  təqdim  olunmaq  barədə  vəsatət  qaldırmaqla  və 
digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. 
Mükafatlandırılma tədbirlərindən fərqli olaraq, əmək intizamının pozulmasına  görə  müəssisə, 
idarə və təşkilatın müdiriyyəti aşağıdakı tənbeh tədbirləri görə bilər: 
a) xəbərdarlıq; 
b) töhmət vermək; 
c) sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət;  
ç) işdən çıxarma. 
Xəbərdarlıq intizam tənbehi sayılmır. 
İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik olan işəgötürən 
tərəfindən verilə bilər. 
İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahat tələb edir. 
Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi işçiyə, işdə olduğu 
iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirmiş 
işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz. 
İntizam tənbehi əməlin aşkarlandığı vaxtdan bir ay müddətində verilə bilər. 
İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni 
bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur. 
Əmək  münasibətləri  prosesində  əmək  müqaviləsi  üzrə  işəgötürən  və  işçi  öhdəliklərini  yerinə 
yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 
Maddi məsuliyyət, işçinin üzərinə o halda qoyula bilər ki: 
a) ziyanın, həqiqətən, vurulduğu aşkar edildikdə; 
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; 
c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 
Əmək qanunvericiliyi maddi məsuliyyətin əsas 2 növünü, tam və qismən ödənilməsini nəzərdə 


tutur. 
Qismən  maddi  məsuliyyət  növündə  işçilər  ziyanı  əvvəlcədən  müəyyən  olunmuş  hədlərdə 
ödəyirlər.  Bir  qayda  olaraq,  belə  müəyyən  olunmuş  hədd  orta  aylıq  əmək  haqqı  qismində  nəzərdə 
tutulur. 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  199-cu  maddəsində  işçinin  tam  maddi 
məsuliyyətinin 7 halı göstərilib. 
a)  saxlanmaq  və  başqa  məqsədlər  üçün  işçiyə  verilmiş  əmlakın  və  digər  sərvətlərin 
salamatlığını  təmin  etməyə  görə  əmək  müqaviləsi  bağlanarkən,  habelə  əmək  münasibətləri 
prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət 
götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 
b)  işçi  əmlakı  və  digər  sərvətləri  birdəfəlik  etibarnamə  və  ya  digər  birdəfəlik 
hüquqmüəyyənedici  sənədlər  əsasında  işəgötürənə,  yaxud  onun  nümayəndəsinə  hesabat  vermək 
şərtilə qəbul etdikdə. 
c)  inzibati  xətalar  haqqında,  yaxud  cinayət,  habelə  vergi  qanunvericiliyi  ilə  cəza  verilməsi 
nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; 
ç) əmlakını və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə; 
d)  alkoqol,  toksik  (zəhərli)  psixotrop  maddələrdən  və  ya  narkotik  vasitələrdən  sərxoş 
vəziyyətdə ziyan vurduqda; 
e)  işəgötürənin kommersiya sirrini yaydıqda; 
ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, böhtan və təhqirlərlə onun 
sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda. 
İşəgötürənə  vurduğu  ziyanın  məbləği  işçinin  orta  əmək  haqqından  çox  deyildirsə,  onun 
tutulması işəgötürənin əmri ilə həyata keçirilir. 
Əgər işçi ziyanı tam maddi məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə işçinin 
orta  aylıq  əmək  haqqından  çoxdursa  və  işçi  onu  könüllü  olaraq  ödəməkdən  imtina  edirsə,  onda 
işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 
Bu  halda  məhkəmə  təqsirlilik  dərəcəsini,  konkret  şəraiti,  işçinin  maddi  vəziyyətini  və  iş  üzrə 
əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya 
ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. 
Konkret  məqsədlə cinayətkarcasına  vurulmuş  ziyanın ödənilməsinin təmin olunması  müvafiq 
prosessual tədbirlərlə həyata keçirilir. 
Qanunvericilik  işəgötürənin  işçiyə  vurduğu  ziyana  görə  də  maddi  məsuliyyətini  müəyyən 
etmişdir. 
8. Əməyin mühafizəsi 
Əməyin  mühafizəsi  işçinin  həyatının  və  sağlamlığının  müəssisənin  istehsal  fəaliyyətinin 
nəticələrindən  üstün  tutulması,  onların  iqtisadi  və  sosial,  texniki-təşkilati,  sanitar-gigiyenik, 
müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir. 
Bütün  müəssisələrdə  sağlamlığın  mühafizəsi  və  əmək  şəraitinin  təhlükəsizliyinin  təmin 
olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin 
yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə, 
daxili əmək qaydalarında təsbit olunur. 
Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi: 
-  ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan iş yerlərinin; 
-  işləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər 
iş yerlərinin; 
-  işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların 
və iş yerlərinin; 
-  qadınların,  yaşı  18-dən  az  olan  işçilərin  əməyindən  istifadə  olunması  qadağan  edilən  iş 
yerlərinin; 
-  əmtəələrin istehsalı, işlərin görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə