1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

Lakin  məşğulluq  haqqında  Azərbaycan  Respublikası  qanunvericiliyi  yalnız  bu  qanundan  deyil, 
həmçinin,  Respublika  Konstitusiyasından,  Əmək  Məcəlləsindən,  digər  müvafiq  normativ  hüquqi 
aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Məşğulluq  haqqında  respublika  qanunvericiliyi  əmək  bazarında  işçi  qüvvəsinə  olan  tələb  və 
təklifi tarazlaşdırmaq siyasətini həyata  keçirir. O, vətəndaşların hüquqi  müdafiəsinin  güclənməsinə 
və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir. 
«Məşğulluq» dedikdə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında 
daimi  yaşayan,  vətəndaşlığı  olmayan  şəxslərin  və  əcnəbilərin  respublika  qanunvericiliyinə  zidd 
olmayan,  onların  şəxsi  və  ictimai  tələbatının  ödənilməsi  ilə  bağlı  olan  və  bir  qayda  olaraq  onlara 
qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti başa düşülür. 
İstehsal  və  yaradıcı  əməyə  öz  qabiliyyətlərini  sərf  etmək  vətəndaşların  müstəsna  hüququdur. 
Qanunvericilikdə  nəzərdə  tutulmuş  müstəsna  halları  çıxmaqla  əməyə  məcbur  etməyə  yol  verilmir. 
Vətəndaşların  məşğul  olmamaları  onların  inzibati  və  digər  məsuliyyətə  cəlb  olunması      üçün  əsas 
ola bilməz. 
Məşğul şəxslərə aşağıdakılar aiddir: 
1)  muzdla  işləyən,  o  cümlədən  əmək  müqaviləsi  (kontraktı)  ilə  tam  və  ya  tam  olmayan  iş 
vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar; 
2)  sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar; 
3)  haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər; 
4)  Azərbaycan  Respublikasının  silahlı  qüvvələrində  və  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər; 
5)  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi,  məzuniyyət,  ixtisasartırma,  tətil,  istehsalatın 
dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar; 
6)  Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə 
məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 
7)  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  qanuni  əsaslarla  əmək  fəaliyyəti  ilə 
məşğul olan Azərbaycan Respublikasının vətəndaşları. 
İşsiz  dedikdə,  işi  və  qazancı  olmayan,  işə  başlamağa  hazır  olub,  müvafiq  icra  hakimiyyəti 
orqanında  (Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  Baş 
Məşğulluq  İdarəsi  və  onun  yerli  orqanları)  iş  axtaran  kimi  qeydiyyata  alman,  əmək  qabiliyyətli 
yaşda  olan  əmək  qabiliyyətli  vətəndaşlar  başa  düşülür.  Bu  halda  məşğulluq  xidməti  istiqamətində 
görülən  ictimai  işlərə  görə  işçilərə  verilən  əmək  haqqı,  həmçinin  müəssisədən,  idarədən  və 
təşkilatlardan  onların  ləğv  edilməsi,  yenidən  təşkili,  ştatların  sayının  ixtisar  olunması  ilə  əlaqədar 
işdənçıxarılma müavinəti və orta aylıq əmək haqqı həcmində verilənlər nəzərə alınmır. 
İşsiz  statusu  almaq  üçün  müəyyən  şərtlərə  əməl  olunmalıdır:  əmək  qabiliyyətli  olmalı,  əmək 
qabiliyyətli  yaş  həddində  olmalı  (kişilər  63,  qadınlar  60  yaşa  qədər),  dövlət  məşğulluq  xidməti 
orqanlarında işaxtaran  şəxs  kimi qeydiyyatdan keçməli. Vətəndaş yaşadığı ərazi üzrə  müvafiq icra 
hakimiyyəti  orqanına  (Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin 
Baş  Məşğulluq  İdarəsi  və  onun  yerli  orqanlarına)  şəxsiyyətini  təsdiq  edən  sənəd,  əmək  kitabçası 
(yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək 
işaxtaran  kimi  qeydə  alınır.  İlk  dəfə  işaxtaranlar  şəxsiyyəti  təsdiq  edən  və  təhsil  haqqında  (zəruri 
hallarda) sənədləri təqdim edirlər. 
İşaxtaran  kimi  qeydiyyata  alınmış  vətəndaş  müvafiq  sənədləri  təqdim  etdiyi  andan,  ona 
münasib  iş  təklif  olunmadığı  halda,  məşğulluq  xidməti  orqanı  11  gün  ərzində  həmin  şəxsə  işsiz 
statusu  verilməsi  haqqında  qərar  qəbul  edir.  İşsizlərin  məşğulluq  xidməti  orqanında  qeydiyyata 
alınması  qaydaları  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilir.  Qeyd 
etmək lazımdır ki, işsiz statusu ömürlük verilmir. O, münasib işin axtarılıb tapılması ilə ləğv edilir. 
İşsiz  statusu  almaq  hüququ  olmayan  vətəndaşlara  15  yaşına  çatmayanlar;  pensiya  (ailə 
başçısını  itirməyə  görə  uşaqlar  üçün  təyin  olunmuş  pensiyalar  istisna  olmaqla)  hüququ  qazanmış 
vətəndaşlar;  qeydiyyata  alındıqdan  sonrakı  10  gün  müddətində  münasib  iş  axtarmaq  məqsədilə 


üzrsüz  səbəbdən  müvafiq  icra  hakimiyyəti  orqanına  (Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) gəlməyənlər və ya bu 
müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna 
bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər aiddir. 
İşaxtarana  müəyyən  olunmuş  qaydada  işsiz  statusu  verilmədiyi  halda,  onun  bir  aydan  sonra 
təkrarən  işsiz  statusu  almaq  üçün  yaşadığı  ərazidə  məşğulluq  xidməti  orqanına  müraciət  etmək 
hüququ vardır. 
İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla 
gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır. 
İşaxtaranın  razılığı  olmadan  yeni  işlə  əlaqədar  onun  yaşayış  yerinin  dəyişməsi  tələb 
olunduqda,  eləcə  də  əmək  şəraiti  əməyin  mühafizəsi  normalarına  uyğun  gəlmədikdə  ona  təklif 
olunan iş münasib iş sayıla bilməz. 
İşdən  çıxarılmış  şəxslər  -  müvafiq  müəssisə  ilə  əmək  hüquq  münasibətlərində  olan, 
müəssisənin  fəaliyyətinin  xitam  edilməsi  (ləğv  edilməsi,  yenidən  təşkili),  işçilərin  ştatlarının  və 
yaxud saylarının ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilən şəxslərdir. Buna görə də digər 
səbəblərə  görə  işdən  azad  edilən  şəxslər  işdən  çıxarılmış  hesab  edilə  bilməzlər  və  onlara  işdən 
çıxmış işçilərə şamil edilən imtiyazlar və təminatlar aid edilmir. 
İşədüzəltmə - vətəndaşların subyektiv hüququ olub, ümumi xarakter daşıyır. Bu hüquq şəxsin 
işədüzəltmə  orqanına  birbaşa  müraciət  etməsi  ilə  həyata  keçirilir.  Nəticədə  məşğulluq  mərkəzi  ilə 
vətəndaş  arasında  hüquqi  münasibət  yaranır.  Müəssisədə  işləmək  üçün  təyinat  verildikdən  sonra 
belə münasibət vətəndaşla həmin müəssisə arasında yaranır. Respublikamızda bu sahə üzrə həlledici 
rol  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  Baş  Məşğulluq 
İdarəsinə və onun yerli orqanlarına məxsusdur. Bu aşağıdakılarla şərtlənir: 
Birincisi,  göstərilən  orqanlar  əhaliyə  və  işəgötürənlərə  münasibətdə  mühüm  funksiyanı  -  işçi 
qüvvəsinə tələb və təklifin təmin edilməsi, əhalini işədüzəltmə və i. a. funksiyaları həyata keçirirlər; 
İkincisi,  Baş  Məşğulluq  İdarəsinin  şəbəkələri  çox  genişdir.  Onun  fəaliyyəti  praktiki  olaraq 
bütün respublika əhalisini və müəssisələrini əhatə edir; 
Üçüncüsü, həyata keçirilən funksiyanın miqyasına və xidmət dairəsinə görə. 
Dövlət respublika ərazisində daimi yaşayan  vətəndaşların  məşğulluq növünün azad seçiminə, 
o cümlədən müxtəlif növ rejimli işlərə, əsassız olaraq işdən çıxarılmaya görə hüquqi müdafiəsinə və 
s. təminat verir. 
Qeyd  etmək  lazımdır  ki,  dövlət  işsiz  vətəndaşlara:  pulsuz  yeni  ixtisas  təhsili  almaq  və 
məşğulluq  xidmətləri  istiqamətində  dərəcələrini  artırmaq,  qüvvədə  olan  qanunvericiliyə  uyğun 
olaraq  məşğulluq  xidməti  tərəfindən  işlə  təmin  olunarkən  başqa  yerə  köçməsi  ilə  əlaqədar  çəkilən 
maddi  xərclərə  görə  pul  müavinətləri  almaq,  vətəndaşların  yaş  və  digər  xüsusiyyətləri  nəzərə 
alınmaqla ictimai işlərdə işləmək üçün təcili əmək müqaviləsi bağlanmasına təminat verir. Bundan 
başqa qanunvericilik ayrı-ayrı kateqoriyalı insanlara məşğulluğun əlavə təminatlarını nəzərdə tutur. 
4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu 
Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata 
keçirərkən  -  fəaliyyət  növünü  və  peşəsini  seçməkdə  azaddır.  Məcburi  əməyin  qadağan  olunması 
əsas  nailiyyətdir.  Bu,  Azərbaycan  Respublikasının  Konstitusiyasının  35-ci  maddəsində  təsbit 
olunub. 
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər: 
əmək müqaviləsini bağlamaqla; 
seçkili vəzifələrə seçilməklə; 
gənc  mütəxəssisləri  müvafiq  təhsil  müəssisələrini  bitirdikdən  sonra  təyinat  üzrə  işə 
göndərməklə; 
şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə