1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

edilmişdir.  Bu  üsullar  ölkəmizdə  mülkiyyətin  Konstitusiya  ilə  təsbit  edilmiş  formalarının 
möhkəmlənməsinə və onun inkişaf etməsinə xidmət edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


MÖVZU 6.     ƏMƏK HÜQUQUNUN ƏSASLARI 
 
P L A N 
 1. Əmək hüququnun anlayışı və mənbələri. 
 2. Kollektiv müqavilə və saziş.  
 3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi. 
 4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu. 
 5. Əmək  müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam    verilməsinin 
əsasları 
 6. İş vaxtının və istirahət vaxtının anlayışı və növləri. 
 7. Əmək intizamı və maddi məsuliyyət. 
 8. Əməyin mühafizəsi. 
 9. Əmək mübahisələri: fərdi və kollektiv əmək mübahisələri. 
 
1. Əmək hüququnun anlayışı və mənbələri. 
Ümumi  hüquq  nəzəriyyəsindən  məlum  olduğu  kimi,  hüququn  sahələrə  və  institutlara 
bölünməsi,  hüquqi  tənzimetmənin  predmet  və  metodları  nəzərə  alınmaqla  həyata  keçirilir.  Bu 
predmetin  müəyyən  edilməsi  həmin  hüquq  sahəsinin  normaları  ilə  nizama  salınan  ictimai 
münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir. 
Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın 
formalarından  asılı  olmayaraq  işçilərlə  işəgötürən  arasındakı  muzdlu  əmək  münasibətlərinin 
tənzimlənməsində  mühüm  rol  oynayır.  Özünün  Konstitusiya  hüququ  olan  əmək  hüququnu  həyata 
keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. 
Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı 
muzdlu əmək  münasibətləri əsas yer tutur.  Əmək qanunvericiliyinə uyğun olaraq bu  münasibətlər, 
işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks 
etdirir. 
Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin 
muzdlu  əmək  münasibətləri  və  əmək  proseslərində  iştirak  etmək  üçün  müəssisənin  əmlakının 
mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. 
Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin) müəssisənin daxili 
əmək qaydalarına, əmək rejiminə və əməyin təşkilinin digər xüsusiyyətlərinə tabe olmaqla müəyyən 
ixtisas,  peşə  və  vəzifə  üzrə  əmək  funksiyasını  yerinə  yetirmək  məqsədilə  müəssisənin  əmək 
kollektivinə daxil olması ilə əmələ gəlir. 
Əmək  münasibətlərinin  tənzimlənməsi  ilə  əmək  hüquq  münasibətləri  yaranır.  Əmək  hüquq 
münasibətlərinin  məzmununu  subyektlərin  (tərəflərin)  bu  hüquq  münasibətlərinin  yarandığı  andan 
əldə  etdikləri  konkret  hüquq  və  vəzifələr  təşkil  edir.  Bir  tərəfin  (işçinin)  hüququ  digər  tərəfin 
(müdiriyyətin)  konkret  vəzifələrinə  uyğundur  və  ya  əksinə.  Məsələn,  işçinin  əmək  haqqı  almaq 


hüququ müdiriyyətin işçiyə əmək haqqını ödəmək vəzifəsilə həyata keçir. 
Lakin əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən ibarət deyildir. Bura 
əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər də daxildir: 
1)  məşğulluq və işədüzəltmə üzrə münasibətlər; 
2)  təşkilati-idarəçilik münasibətləri; 
3)  istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə münasibətlər; 
4)  əmək  müqaviləsi  tərəflərinin  bir-birinə  vurduqları  maddi  ziyanın  ödənilməsi  ilə  bağlı 
münasibətlər; 
5)  əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər; 
6) 
əmək mübahisələrinə baxılması üzrə münasibətlər və s. 
Beləliklə,  əmək   qanunvericiliyi  ilə  tənzimlənən  sosial-ictimai   münasibətlərin 
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar: 
Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan 
əmək  münasibətlərini,  habelə  onlarla  sıx  bağlı  olan  digər  törəmə  münasibətləri  nizama  salan 
hüquq normalarının məcmusudur. 
Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, 
başqa  işəkeçirmə  və  işdənçıxarılma  qaydalarını,  əməyin  ödənilməsi  sistemi  və  normalarını, 
əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam 
tənbeh  tədbirlərinin  tətbiqini,  fərdi  və  kollektiv  əmək  mübahisələrinə  baxılması  qaydalarını 
müəyyən edir. 
Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun  mənbələri 
adlanır. Əmək hüququnun  mənbələri hər şeydən əvvəl əmək qanunvericiliyinin  müəyyən normativ 
aktlarda  ifadəsinin  formasıdır.  Bu  cür  normativ  aktlarda  isə  həm  əmək  hüquq  normaları,  həm  də 
kompleks hüquq normaları mövcud ola bilər. 
Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-
ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını 
təşkil  etdiyinə  görə  bütün  qanunlar  və  digər  dövlət  orqanlarının  aktları  onun  əsasında  və  ona 
müvafiq  qaydada  qəbul  edilir.  Burada  əməyin  hüquqi  tənzimləməsinin  başlıca  əsas  prinsipləri 
müəyyən edilib. Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 
38-ci  (sosial  təminat  hüququ),  41-ci  (sağlamlığın  qorunması  hüququ),  59-cu  (azad  sahibkarlıq 
hüququ)  və  s.  maddələrində  təsbit  edilən  bu  prinsiplər  milli  əmək  qanunvericiliyimızin  əsas 
mahiyyəti və məzmununu təşkil edir. 
Əmək  hüququnun  mənbələri  sistemində  konstitusiyadan  sonra  başlıca  yeri  Azərbaycan 
Respublikasının  Əmək  Məcəlləsi  tutur  (Azərbaycan  Respublikasının  1999-cu  il  1  fevral  tarixli 
qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə mimişdir). 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  respublika  ərazisində  əmək  münasibətlərini 
nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır.  
İşçilərlə  işəgötürənlər  arasında  yaranan  əmək  münasibətlərini,  habelə  onlarla  müvafiq  dövlət 
hakimiyyəti  orqanları,  hüquqi  şəxslər  arasında  həmin  münasibətlərdən  törəyən  digər  hüquq 
münasibətlərini tənzim edən bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata 
keçirilməsini  təmin  edən  qaydaların  minimum  normalarını  müəyyən  edir.  Məcəllənin  2-ci 
maddəsinin  3-cü  hissəsinə  əsasən,  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  əmək 
münasibətlərində tərəflərin: 
-  hüquq bərabərliyinin təmin edilməsi; 
-  mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; 
-  maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və 
maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; 
-  əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması 
prinsiplərinə əsaslanır. 
Əmək  hüququnun  mənbələri  içərisində  qanunlar,  Azərbaycan  Respublikası  Prezidentinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə