1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

fərman  və  sərəncamları,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları,  Azərbaycan  Respublikası 
Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin,  həmçinin,  digər  nazirliklərin,  baş  idarələrin, 
komitələrin normativ aktları da xüsusi yer tuturlar. 
Əmək  münasibətlərinin  nizama  salınmasında  lokal  normativ  aktların  -  kollektiv 
müqavilələrinin,  müəssisədaxili  intizam  qaydalarının  və  s.-nin  də  mühüm  əhəmiyyəti  vardır.  Hal-
hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin təsərrüfat müstəqilliyinin genişlənməsi, 
iqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik  metodlarından imtina olunması ilə əlaqədar  olaraq 
lokal normativ aktların rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. 
 
2. Kollektiv müqavilə və saziş 
Kollektiv  müqavilə  və  saziş  hal-hazırda  əmək  münasibətlərinin  tənziminin  müqavilə 
üsullarının əsas hüquqi formaları kimi çıxış edir. 
Əmək  Məcəlləsinin  3-cü  maddəsinə  görə  kollektiv  müqavilə  işəgötürənlə  əmək  kollektivi  və 
ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər 
münasibətləri tənzimləyən müqavilədir. 
Bazar  iqtisadiyyatına  keçid  dövründə  kollektiv  müqavilə,  əməyin  şərtlərini,  habelə 
müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən 
edən hüquqi akt kimi çıxış edir. 
Kollektiv  müqavilənin  bağlanmasında  kollektiv  danışıqlar  aparmaq  hüququ  başlıca  yer  tutur. 
Kollektiv  müqavilənin  istənilən  tərəfi  kollektiv  danışıqların  təşəbbüsçüsü  ola  bilər.  Təşəbbüskar 
tərəf  danışıqların  başlanması  haqqında  digər  tərəfi  yazılı  surətdə  xəbərdar  edir.  Xəbərdar  olunan 
tərəf  on  gündən  gec  olmayaraq  danışıqlara  başlamağa  borcludur.  Əgər  müəssisədə  həmkarlar 
ittifaqları təşkilatı yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya 
yaradır. 
Əmək  Məcəlləsinin  26-cı  maddəsinə  əsasən  kollektiv  müqavilənin  və  sazişin  və  ya  onlarda 
dəyişikliklərin  layihəsinin  hazırlanması  məqsədilə  danışıqlar  aparmaq  üçün  tərəflər  müvafiq 
səlahiyyətlər  verilmiş  bərabərsaylı  nümayəndələrdən  ibarət  komissiya  yaradırlar.  Komissiyanın 
tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir. 
Tərəflər  kollektiv  müqavilənin  və  sazişin  məzmununa  aid  məsələlərin  seçilməsi  və  müzakirə 
edilməsində sərbəstdirlər. 
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları 
beş  gün  müddətində  təqdim  etməlidirlər.  Danışıqlar  zamanı  tərəflər  razılığa  gelə  bilmədikdə,  fikir 
ayrılığı  haqqında  protokol  tərtib  edilir.  Protokolda  fikir  ayrılığının  aradan  qaldırılması  haqqında 
tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir. 
Kollektiv  müqavilənin  tərəfləri  -  işəgötürən  və  həmkarlar  ittifaqları  təşkilatıdır.  Həmkarlar 
təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir. 
Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olan müvafiq 
komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək 
kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə  verilir. Ümumi yığıncaqda işçilərin 
50 %-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollektiv  müqavilənin layihəsi yığıncaqda  müzakirə 
edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır. 
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər. 
Kollektiv  müqaviləyə,  bir  qayda  olaraq,  aşağıdakı  məsələlər  üzrə  tərəflərin  qarşılıqlı 
öhdəlikləri daxil edilir: 
-  əməyin  ödənilməsi  qaydaları  və  miqdarının,  pul  mükafatlarının,  müavinətlərin,  əlavələrin 
və digər ödəmələrin müəyyən edilməsi; 
-  məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri; 
-  qiymətlərin  artımı,  inflyasiyanın  səviyyəsi  nəzərə  alınmaqla,  əmək  haqqı  miqdarının 
tənzimlənmə mexanizmi; 


-  iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər; 
-  işçilərə  və  onların  ailə  üzvlərinə  mədəni  və  məişət  xidmətlərinin,  sosial  təminatlar  və 
güzəştlərin müəyyən edilməsi; 
-  qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması; 
-  əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi; 
-  əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi; 
-  işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi; 
-  kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s. 
Kollektiv  müqavilədə  müəssisənin  iqtisadi  imkanları  nəzərə  alınmaqla  digər,  daha  güzəştli 
əmək  və  sosial-iqtisadi  şərtlər  də  nəzərdə  tutula  bilər.  Məsələn,  əlavə  məzuniyyətlər,  pensiyalara 
əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər. 
Kollektiv  müqavilə  bir  ildən  üç  ilədək  müddətə  bağlanır.  Kollektiv  müqavilə  imzalandığı  və 
ya müqavilədə göstərilən gündən qüvvəyə minir. 
Kollektiv  müqavilənin  yerinə  yetirilməsinə  nəzarəti  tərəflər  və  müvafiq  icra  hakimiyyəti 
orqanı həyata keçirir. 
Həmkarlar  ittifaqları  təşkilatı  kollektiv  müqaviləni  pozmağa  görə  maddi  məsuliyyət  daşımır. 
Kollektiv  müqaviləni pozmağa  görə  müəssisənin (idarənin)  vəzifəli şəxsləri intizam  məsuliyyətinə 
cəlb  edilir.  Qanunda  nəzərdə  tutulmuş  hallarda  təqsirli  vəzifəli  şəxslər  inzibati  qaydada  cərimə 
oluna bilər, müvafiq hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. 
Sazişlər  öz  məzmununa,  iştirakçıların  dairəsinə,  əmək  haqqında  olan  normativ  aktlar 
sistemində  yerinə,  əmək  münasibətlərinin  nizamlama  əhəmiyyətinə  görə  müəssisələrdə  bağlanan 
kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə 
işçiləri  üçün  əmək  şəraitinin  yaradılması,  məşğulluq,  sosial  müdafiə  üzrə  öhdəlikləri  özündə  əks 
etdirir.  Münasibətlərin  tənzimlənməsi  sahəsindən  asılı  olaraq,  üç  əsas  növ  kollektiv  sazişlər 
bağlanıla bilər. 
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş - respublikada sosial-iqtisadi 
siyasətin  aparılmasının  razılaşdırılmış  ümumi  prinsiplərini  müəyyən  edir.  Bu  saziş,  müvafiq  icra 
hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti 
və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır. 
Sazişlərin  ikinci  növü  sahə  və  yaxud  tarif  kollektiv  sazişi  adlandırılır.  Sahə  (tarif)  kollektiv 
sazişi - müvafiq sahənin sosial - iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün 
əmək  şəraiti  və  əmək  haqqı,  sosial  təminatları  müəyyən  edir.  O,  əsasən  müvafiq  icra  hakimiyyəti 
orqanının  səlahiyyətlərini  həyata  keçirən  Azərbaycan  Respublikasının  nazirlikləri,  dövlət 
komitələri, dövlət konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə 
birlikləri arasında bağlanılır. 
Üçüncü növ saziş - xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu saziş isə ərazi 
xüsusiyyətləri  ilə  bağlı  müəyyən  sosial-iqtisadi  problemlərin  həlli  şərtlərini  müəyyən  edir.  Ərazi 
kollektiv  sazişi,  əsasən  müvafiq  icra  hakimiyyəti  orqanlarının  səlahiyyətlərini  həyata  keçirən  yerli 
icra hakimiyyəti orqanları ilə həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır. 
Baş,  sahə  və  ərazi  kollektiv  sazişləri  üçtərəfli  -  müvafiq  icra  hakimiyyəti  orqanı,  həmkarlar 
ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər. 
Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O bir ildən üç ilədək müddətə 
bağlanılır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir. 
 
3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi 
Azərbaycan  Respublikası  ərazisində  vətəndaşların  əməklə  bağlı  hüquqlarının  həyata 
keçirilməsinin  təmin  edilməsi  və  məşğulluq  problemlərinin  nizama  salınmasında  «Məşğulluq 
haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə