1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

İstər  vicdanlı  sahib,  istərsə  də  vicdansız  sahib  isə,  öz  növbəsində  əmlakdan  gəlirin 
mülkiyyətçiyə  düşdüyü  vaxtdan  sonra  əmlaka  sərf  etdiyi  zəruri  məsrəflərin  əvəzinin 
ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 
Zəruri  məsrəflər  dedikdə,  əmlakın  qorunmasına,  saxlanmasına,  cari  və  əsaslı  təmirinə 
sərf olunan məsrəflər başa düşülməlidir. 
Gəlir  və  məsrəflərin  hesablanması  ilə  yanaşı, qanunvericilik əmlakın  yaxşılaşdırılması 
üçün edilən əlavələrin taleyini də həll edir. 
Başqasının  qanunsuz  sahib  olduğu  əmlakı  tələb  etmək  hüququ  ilə  yanaşı,  pozulmuş 
hüquqlar  sahiblikdən  məhrum  edilmə  ilə  əlaqədar  olmadıqda  da  mülkiyyətçi  özünün  bütün 
pozulmuş  hüquqlarının  müdafiə  edilməsini  tələb  edə  bilər.  Belə  bir  hüquq  neqator  iddia  ilə 
təmin olunur (lat actio neqotoria - inkar etmə iddiası). Neqator iddia dedikdə, mülkiyyətçinin 
ona  məxsus  olan  əmlakdan  istifadə  və  onun  üzərində  sərəncam  səlahiyyətlərinin  həyata 
keçirilməsinə  mane  olan  pozuntuların  aradan  qaldırılması  haqqında  üçüncü  şəxsə  qarşı 
müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya  iddiası kimi,  neqator  iddia da  mülkiyyət 
hüququnun  müdafiəsinin  əşya-hüquqi  vasitələrindəndir.  Neqator  iddia  mübahisə  doğuran 
əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair münasibətlərdə olmadıqda və baş 
vermiş  hüquq  pozuntusu  subyektiv  mülkiyyət  hüququnun  xitamına  səbəb  olmadıqda  irəli 
sürülür. 
Neqator  iddia  irəli  sürmək  hüququna  mülkiyyətçi,  habelə  titul  sahibi  əmlaka  sahib 
olduqda,  lakin  ondan  istifadə  və  onun  üzərində  sərəncam  imkanlarından  məhrum  olduqda 
malik olur. 
Mülkiyyət  hüququnun  həyata  keçirilməsinə  özünün  qanunazidd  hərəkətləri  ilə  mane 
olan şəxs cavabdeh qismindədir. 
Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun 
aradan  qaldırılmasına  yönələn  iddiaçının  tələbidir.  Əksər  hallarda  üçüncü  şəxs  özünün 
qanuna  zidd  hərəkətləri  və  ya  hərəkətsizliyi  ilə  mülkiyyətçiyə  əmlakdan  istifadə 
səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Məsələn, qonşu tərəfindən torpaq sahəsinin 
qanunsuz  çəpərlənməsi  aparılan  tikintiyə  mane  ola  bilər  və  ya  bilavasitə  tikinti  anbarlarına 
yaxın ağacların əkilməsi və s. 
Elə  hallar  ola  bilər  ki,  maneələr  mülkiyyətçinin  əmlaka  sərəncam  səlahiyyətlərinin 
həyata  keçirilməsinə  imkan  verməsin.  Məsələn,  borclunun  əmlakına  həbs  qoyularkən,  ola 
bilsin  ki,  əmlakın  içində  üçüncü  şəxsə  məxsus  əşya  olsun  və  bu  zaman  o,  bu  əşya  üzərində 
sərəncam səlahiyyətlərini yerinə yetirə bilməsin və s. 
Maliyyə,  vergi  orqanları  tərəfindən  əmlakına  qoyulmuş  məhdudiyyətlərin  götürülməsi 
barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər. 
Neqator  iddia  mülkiyyət  hüququnun  həyata  keçirilməsinə  yönəldilən  maneə 
təhlükəsinin  olması  imkanları  olduqda  da  irəli  sürülə  bilər.  Məsələn,  neqator  iddia 
mülkiyyətçi,  onun  əmlakdan  istifadə  səlahiyyətlərinə  mane  ola  biləcək  tikintinin  inşasının 
layihələşdirilməsinə qarşı da qaldırıla bilər. 
Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, barəsində sərəncam hüquqlarının 
əsasları  və  bu  səlahiyyətlərin  həyata  keçirilməsinə  üçüncü  şəxsin  fəaliyyəti  ilə  maneə 
yarandığını təsdiqləyən şərtlər təşkil edir. 
İddia  hüquq  pozuntusunun  davam  etdiyi  və  onun  nəticələrinin  aradan  qaldırılmadığı 
müddətdə  qaldırıla  bilər.  Mülkiyyət  hüququnun  həyata  keçirilməsinə  olan  maneələr  aradan 
qaldırıldıqdan sonra neqator müdafiə üçün əsaslar aradan qalxmış olur. 
Demək,  vindikasiya  iddiasından  fərqli  olaraq  neqator  iddia  üzrə  hüquq  münasibətləri 
iddia  müddətinin  təsirinə  məruz  qalmır.  Burada  hüquq  pozuntusunun  baş  vermə  müddəti 
əhəmiyyət kəsb etmir, çünki iddia bu pozuntunun davam etdiyi vaxtda istənilən anda qaldırıla 
bilər. 
Əgər üçüncü şəxs özünün hərəkətlərinin hüquqa uyğun olduğunu sübut edərsə, neqator 
iddianın təmini rədd edilir. 
Vindikasiya  və  neqator  iddialardan  başqa  mülkiyyət  hüququnun  müdafiəsi  daha  bir 
əşya-hüquqi  vasitə  ilə  -  mülkiyyət  hüququnun etiraf edilməsi  haqqında  iddia  ilə  təmin oluna 
bilər.  Qeyd  olunmalıdır  ki,  bu  başlıq  altında  olan  iddialar  daha  çox  məhkəmə  praktikasında 


işlədilir və onların böyük əksəriyyəti ya öhdəlik-hüquqi xarakter daşıyır, ya da tərəflərin nisbi 
hüquq  münasibətlərindən  əmələ  gəlir.  Belə  münasibətlər  müqavilə  öhdəlikləri,  vərəsəlik 
hüququ  normaları  və s. ilə tənzimlənir. Nisbi  hüquqi tellərlə bağlı olmayan,  üçüncü  şəxslərə 
yönələn  iddialara  da  rast  gəlinir.  Belə  hallara  misal  olaraq  tikinti  sahibinin  onun  tikintiyə 
mülkiyyət  hüququnun  tanınmasını  təsdiqləyən  hüquq  müəyyənedici  sənədlərin  verilməsi 
barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar. 
Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir. 
Bəzən  müəlliflərin  fikrinə  görə,  mülki  qanunvericilik  mülkiyyət  hüququnun  etiraf 
edilməsinə  dair  müstəqil  iddia  tanımır.  Mülkiyyət  hüququnun  etiraf  edilməsi  tələbi,  onların 
fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir. 
Digər  müəlliflər,  tamamilə,  haqlı  olaraq  deyilən  iddiaya  müstəqil  əşya-hüquqi  vasitə 
kimi baxırlar. 
Həqiqətən də, deyilən iddianı müstəqil iddia kimi qəbul etmədikdə mülkiyyətçilərin bir 
çox  konkret  halda  tələbinin  hüquqi  təsnifini  vermək  mümkün  olmaz.  Məsələn,  mülkiyyətçi 
maddi  köməklik  məqsədilə  öz  əşyasını  müvəqqəti  olaraq  əvəzsiz  lombarda  qoymaq  üçün 
başqasına  verir.  Tərəflər  razılığa  gəlirlər  ki,  ssuda  borcları  verildikdən  sonra  əşya 
mülkiyyətçiyə qaytarılacaqdır. 
Belə  müqavilə,  hərçənd  müqavilə  tiplərinin  hər  hansı  birinə  uyğun  gəlməsə  də  hər 
halda  öhdəliklər  yaradır.  Hesab  edək  ki,  əşyanı  mülkiyyətçidən  alan  şəxs  ssuda  borclarının 
ödənilməsinə qədər  vəfat edir. Mülkiyyətçi əşyaya olan  hüquqlarını  necə  müdafiə edə bilər? 
Bu halda tələbin vindikasiya iddiası üzrə yönəldilməsi düz olmazdı, belə ki, lombardın əşyaya 
sahibliyini qanunsuz hesab etmək olmaz, çünki, girov qoyan mülkiyyətçinin iradəsinə əsasən 
hərəkət  etmişdir.  Bu  zaman  neqator  iddianın  köməyinə  də  arxalanmaq  olmaz,  çünki 
mülkiyyətçi  sahiblikdən  məhrum  olmuşdur.  Belə  olan  təqdirdə  mülkiyyətçi  yalnız  müstəqil 
tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər. 
Beləliklə,  mülkiyyət  hüququnun  etiraf  edilməsi  iddiası  dedikdə,  mübahisəli  əmlak 
üzərində  iddiaçının  mülkiyyət  hüququ  faktının  üçüncü  şəxslər  qarşısında  təsdiq  edilməsi  və 
tanınması ilə bağlı müqavilədən kənar tələbi başa düşülür. 
İddia  mülkiyyətçi  tərəfindən,  onunla  mübahisə  doğuran  əşyaya  görə  öhdəlik  və  sair 
hüquq  münasibətində  olmayan,  mülkiyyətçinin  həmin  əmlak  üzərində  hüquqlarını  bölən, 
inkar  edən  və  tanımayan  üçüncü  şəxsə  qarşı  qaldırıla  bilər.  Deyilən  iddianı  qaldırmaq 
hüququna eyni zamanda əmlak üzərində titul sahibliyi, xüsusilə tam təsərrüfatçılıq aparan və 
operativ idarəçilik edən subyektlər də malikdir. 
Cavabdeh  kimi  belə  hallarda  əşyaya  öz  hüquqlarını  elan  edən  və  ya  etməməklə 
iddiaçının həmin əşyaya mülkiyyət hüququnu tanımayan üçüncü şəxslər çıxış edir. 
Mülkiyyət  hüququnun  etiraf  edilməsi  haqqında  iddianın  predmeti  cavabdehdən  hər 
hansı  bir  öhdəliyin  icrasını  tələb  etməyən,  yalnız  iddiaçının  mülkiyyət  hüququnun  və  başqa 
əşya  hüquqlarının  tanınması  faktının  təsdiqi  hesab  olunur.  Mülkiyyət  hüququnun  etiraf 
edilməsi  hüquqda  şübhələri  dağıdır,  hüquqda  lazım  olan  inamı  təmin  edir,  tərəflər  arasında 
hüquq  münasibətlərinə aydınlıq  gətirir, əmlak  üzərində sahiblik, ondan  istifadə  və  barəsində 
sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir. 
İddianın əsasını  iddiaçının əmlak üzərində mülkiyyət və s. əşya hüquqlarının  olmasını 
təsdiq edən hallar təşkil edir. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  onun  etiraf  edilməsi  yolu  ilə  təmin  olunmasının 
əsas  şərti  iddiaçının  əmlaka  öz  hüquqlarının  təsdiq  etməsidir.  Bu  onun  əmlaka  mülkiyyət 
hüququnu təsdiq edən hüquq təsdiqedici sənədlərdən, habelə mübahisəli əşyanın ona məxsus 
olmasını təsdiq edən digər vasitələrdən irəli gələ bilər. 
Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddia üzrə 
hüquq münasibətlərinə də iddia müddəti təsir etmir. 
Belə  ki,  iddia  müddətinin  keçməsindən  asılı  olmayaraq,  pozulmuş  hüququn  müdafiə 
edilməsinə dair tələb istənilən vaxt baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. 
Bütün yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək lazımdır ki, mülkiyyətin və digər 
əşya hüquqlarının müdafiəsi üçün qanunvericilik tərəfindən lazımi və təsirli üsullar müəyyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə