1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox vaxt öyrənilən 
institutun hüdudlarından kənara çıxır. 
Vindikasiya  iddiası  dedikdə  (lat.  Vim  dicere  -  güc  tətbiq  etmək  haqqında  xəbərdarlıq 
etmə)  əmlakın,  ona  sahiblik  etməyən  mülkiyyətçinin  faktiki  sahiblik  edəndən,  naturada 
qaytarılması  haqqında  müqavilədən kənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə 
görə  vindikasiya  iddiasının  irəli  sürülməsi  üçün  müəyyən  şərtlərin  eyni  vaxtda  olması 
zəruridir. 
1.  Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır. 
Əgər  əmlak  mülkiyyətçidədirsə,  lakin  ona  sahiblik  və  üzərində  sərəncam 
hüquqlarını  başqaları  mənimsəyir  və  ya  bu  hüquqların  həyata  keçirilməsinə  mane 
olursa,  onda  mülkiyyət  hüququnun  müdafiəsinin  digər  üsulları,  konkret  misalda 
mülkiyyət hüququnun etiraf edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən 
məhrum edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq edilir. 
2.  Vindikasiya  iddiasının    irəli  sürülməsi  üçün  mühüm  şərtlərdən  biri  də  odur  ki, 
mülkiyyətçinin  sahibliyindən  çıxmış  əmlak  digər  şəxsin  faktiki  sahibliyində  natura 
halında qalmış olsun. 
Əgər  əmlak  məhv  edilmiş,  başqa  hala  salınmış  və  ya  istifadə  edilmişdirsə,  ona  olan 
mülkiyyət  hüququna  xitam  verilir.  Bu  halda  mülkiyyətçi  ona  dəymiş  zərərin  ödənilməsi 
tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası, bu iddianın mahiyyətinə uyğun 
olaraq  yalnız  fərdən  müəyyən  edilən  əşyaya  –  yəni  mülkiyyətçinin  əilndən  çıxan  və  onun 
qaytarılmasına yönələn əmlaka yönələ bilər. 
Bu zaman yadda saxlamaq lazımdır ki, fərdən müəyyən edilən əşya ilə cinsən müəyyən 
edilən  əşya  arasındakı  fərqlər  nisbidir  və  mülki  dövriyyənin  konkret  şəraitindən  asılı  olur. 
Buna görə də vindikasiya iddiası həmin növ üçün ümumi xassələrə malik olan bütün əşyalara, 
məsələn, taxıl, tikinti materialı və s. irəli sürülə bilər. 
Əgər  əmlakı  faktiki  sahibliyində  olanın  cinsən  müəyyən  edilən  əşyalarından 
(əmlakından)  ayırmaq  mümkün  deyilsə,  onda  vindikasiya  iddiası  deyil,  əmlakı  əsassız  əldə 
etməkdən və ya saxlamaqdan əmələ gələn öhdəliklərə görə iddia irəli sürülməlidir. 
3.  Nəhayət,  vindikasiya  iddiası  müqavilə  öhdəliklərindən  irəli  gəlmir,  o,  mülkiyyət 
hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir. 
Vindikasiya  iddiasına əmlaka sahibliyini  itirmiş  mülkiyyətçi  malikdir. Bununla yanaşı 
olaraq,  vindikasiya  tələbi  mülkiyyətçi  olmasa  da  qanuna  və  müqaviləyə  əsasən,  əmlaka 
sahiblik edənə də  məxsus ola bilər.  Adətən əmlaka titul sahibliyi edən belə şəxslər  kirayəçi, 
komisyonçu,  podratçı  və  s.  qismində  çıxış  edə  bilərlər.  Burada  əmlakı  başqasının  qanunsuz 
sahibliyindən  mülkiyyətçi  deyil,  əmlaka  müvəqqəti  sahib  olan  şəxs  tələb  edir.  Əmlakın 
mülkiyyətçi tərəfindən deyil, müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna 
və  ya  müqaviləyə  əsasən,  əmlakın  müvəqqəti  sahibi  olmasını  sübut  etməlidir.  Bu  zaman 
həmin şəxs tərəfindən istər vindikasiya, istərsə də neqator iddia verildikdə bu cür iddia, həm 
onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur. 
Vindikasiya  iddiası  zamanı  cavabdeh  qismində  vindikasiya  prosesində  əmlaka 
qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur. 
Hüquq  ədəbiyyatında  vindikasiya  iddiasının  predmeti  haqqında  müxtəlif  fikirlər, 
mülahizələr  mövcuddur.  Bəzi  hüquqşünaslar  qeyd  edirlər  ki,  vindikasiya  iddiasının 
predmetini  mübahisəli  əmlak  təşkil  edir.  Lakin  bu  fikirlə  razılaşmaq  olmaz.  Belə  ki,  əmlak 
mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak da vindikasiya iddiasının ancaq 
obyektini təşkil edə bilər. Vindikasiya iddiasının predmeti  isə qanunsuz sahiblikdən əmlakın 
qaytarılması tələbidir. 
Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi tələbini irəli 
sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia üsulları ilə təmin edə bilər. 
Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə bağlı olan 
hüquqi  faktların  əsaslarını  da  göstərməlidir.  Əmlakın  tələbinə  dair  iddianın  əsasını  əmlakın 
sahiblikdən  çıxması  səbəbləri,  əmlakın  cavabdehə  çatması  şərtləri,  mübahisəli  əmlakın 
naturada  olması,  iddiaçı  ilə  cavabdeh  arasında  tələb  olunan  əmlaka  dair  öhdəlik  xarakterli 


əlaqələrin olmaması təşkil edir. Göstərilən səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia 
hüququ və onun vindikasiya iddiası ile tələb edilməsi imkanları təsdiq olunur. 
Qeyd  etmək  lazımdır  ki,  vindikasiya  iddiası  irəli  sürən  təkcə  əmlaka  və  sahiblik 
imkanından  məhrum  olmasını  deyil,  eyni  zamanda  bu  hüquqi  imkanın  konkret  subyektiv 
hüquqa əsaslanmasını da sübut etməlidir. 
Mülkiyyətçi  tərəfindən  əmlakın  başqasının  qanunsuz  sahibliyindən  geri  tələb 
edilməsində  cavabdehin  vicdanlı  və  ya  vicdansız  sahib  olması  məsələsinin  müəyyən 
edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  157.3-cü  maddəsinə  əsasən,  əmlak 
onu  özgəninkiləşdirməyə  hüququ  olmayan  şəxsdən  əvəzli  əldə  edildikdə  və  əldə  edən  bunu 
bilmədikdə  və bilə bilmədikdə  (vicdanlı sahib)  mülkiyyətçi  bu əmlakı əldə edəndən ancaq o 
halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə 
verdiyi  şəxs  tərəfindən  itirilmiş  və  ya  onların  hər  hansı  birindən  oğurlanmış  olsun  və  ya 
özlərinin  iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak 
onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı 
bütün  hallarda  tələb  edə  bilər.  Bundan  fərqli  olaraq  mülkiyyətçinin  vicdanlı  sahibindən 
əmlakını  geri  tələbetmə  məsələsi  bir  qədər  mürəkkəbdir.  Mülkiyyətçi  əmlakı  vicdanla  əldə 
edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb edə bilər: 
1.  Əmlak  mülkiyyətçi  tərəfindən  və  ya  onun  razılığı  ilə  sahibliyinə  verilmiş  şəxs 
tərəfindən itirilmiş olduqda. 
2.  Əmlak hər birindən oğurlanmış olduqda. 
3.  Əmlak onların iradəsindən asılı olmayaraq sair yollarla onların sahibliyindən çıxmış 
olduqda. 
Göstərilən  bu  üç  şərtdən  biri  mövcud  olarsa  mülkiyyətçi  öz  əmlakını  vicdanlı 
sahibindən  geri  tələb  edə  bilər.  Əgər  əmlak  mülkiyyətçinin  kobud  diqqətsizliyi  nəticəsində 
onun  sahibliyindən  çıxmışdırsa,  burada  əmlakın  geri  tələb  edilməsi  məsələsi  bir  qədər 
mürəkkəbləşir.  Mülkiyyətçi  öz  əmlakını  saxlamaq  üçün  başqasına  vermişsə  və  həmin  şəxs 
mülkiyyətçinin  etibarından  sui-istifadə  edərək  onu  vicdanlı  əldə  edənə  satırsa,  bu  halda 
vindikasiya  iddiası  vicdanlı  əldə  edənə  qarşı  qaldırıla  bilməz.  Bu  hallarda  qanun  əmlakı 
vicdanlı əldə edənin hüquqlarını qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi 
əmlakın mülkiyyətçisi olur. 
Mülkiyyətçinin  əlindən  əmlakın  onun  iradəsilə  çıxdığı  halda  əmlakı  əvəzli  surətdə 
vicdanlı  əldə  edən  mülkiyyətçiyə  dəyən  ziyanın  əvəzini  ödəməli  olur.  Bu  zaman 
mülkiyyətçidən  fərqli  olaraq  əmlakı  əldə  edən  əmlakı  satan  haqqında  daha  çox  təsəvvürə 
malik olur. Buna əsasən, əmlak  mülkiyyətçiyə qaytarılır, əmlakı əvəzli surətdə  vicdanlı əldə 
edən ona dəymiş ziyanın satıcı tərəfindən ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir. 
Mülkiyyət  formasından  və  növündən  asılı  olmayaraq  əmlak  vindikasiyasının  ümumi 
şərtləri belədir. 
Lakin  qanunvericilik  əmlak  vindikasiyasında  bir  müstəsna  hala  yol  verir.  Mülki 
Məcəllənin  157.3-cü  maddəsinə  (maddə  24  iyun  2005  tarixli  qanunla  çıxarılmışdır)  əsasən, 
pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz. 
Başqasının qanunsuz sahibliyində olan əmlak tələb olunarkən, çox vaxt həmin əmlakın 
gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır. 
Qanun  burada  əmlakın  vicdanlı  və  ya  vicdansız  yolla  əldə  olunmasını  fərqləndirir. 
Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka 
sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın 
onda  olduğu  bütün  vaxt  ərzində  onun  götürdüyu  və  ya  götürməli  olduğu  bütün  gəlirlərin 
qaytarılmasını  və  ya  əvəzinin  ödənilməsini  də  tələb  edə  bilər;  vicdanlı  sahibdən  isə  onun 
əmlaka  sahibliyinin  qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli  olduğu  vaxtdan  və  ya  əmlakın 
qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və 
ya  götürməli  olduğu  bütün  gəlirlərin  qaytarılmasını  və  ya  əvəzinin  ödənilməsini  tələb  edə 
bilər. 
Söhbət  o  gəlirdən  gedə  bilər  ki,  o  qanunsuz  sahiblikdə  olan  əmlakdan  əmələ  gəlsin. 
Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən əsaslandırılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə