1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

dəyişdirmə,  bağışlama  müqaviləsi  və  ya  bu  əmlakın  özgəninləşdirilməsinə  dair  digər  əqd 
əsasında  əldə  edilə  bilər.  Fiziki  şəxs  öldükdə,  ona  mənsub  olmuş  əmlaka  mülkiyyət  hüququ 
onun  vərəsələrinə,  hüquqi  şəxs  yenidən  təşkil  edildikdə  isə  yenidən  təşkil  edilmiş  hüquqi 
şəxsin hüquq varisi olan hüquqi şəxsə keçir. 
Mülki  qanunvericilik  daşınmaz  əşyalara  mülkiyyət  hüququnun  əldə  edilməsində  bir 
sıra  qaydalar  müəyyən  etmişdir.  Həmin  qaydalardan  biri  də  daşınmaz  əmlakın  satılmasına 
(verilməsinə)  dair  əqdlərin  dövlət  reyestrində  qeydə  alınmasıdır.  Belə  ki,  bu  cür  əmlaka 
mülkiyyət  hüququ  onun  verilməsinin  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alındığı 
andan  əldə  edənə  keçir.  Əgər  daşınmaz  əmlakın  dövlət  reyestrində  əsassız  qeydə  alınmış 
mülkiyyətçi  qeydə  alınanın  əsassız  olduğunu  bilməyərək,  torpaq  sahəsinə  10  il  ərzində 
fasiləsiz və etirazsız sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edilə bilməz. 
Mülkiyyətçisi  olmayan  daşınmaz  əmlakın  əldə  edilməsində  isə  mühüm  tələb 
qanunvericiliklə müəyyən edilmiş əldəetmə müddətinin şərtlərinə riayət edilməsidir. 
Konstitusiya  və  mülki  qanunvericiliyin  mülkiyyət  hüququnun  toxunulmazlığını  təsbit 
etməsi,  bu  və  ya  digər  əmlak  üzərində  bütün  hallarda  fiziki  və  hüquqi  şəxslərin  mülkiyyət 
hüququnun təsdiq olunmasını təmin etməsi demək deyildir. 
Biz,  bir  şəxsdə  mülkiyyət  hüququna  xitam  verilməsinin  digər  şəxsdə  mülkiyyət 
hüququnun  əldə  edilməsi  ilə  nəticələnməsi  barədə  çoxlu  misallar  gətirmişik.  Lakin  ola  bilər 
ki, mülkiyyət hüququna xitam verilməsi onun digər şəxsdə əmələ gəlməsi ilə nəticələnməsin. 
Bu  əşyanın  mülkiyyətçi  tərəfindən  istifadə  olunması  hallarından  başqa,  mülkiyyətçinin  onu 
məhv  etməsi  zamanı  da  baş  verə  bilər.  Məsələn,  ona  lazım  olmadıqda  və  ya  səlahiyyətli 
dövlət orqanının tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s. 
Deyilən  səbəblər  bəzən,  ümumiyyətlə,  hüquqi  cəhətdən  tənzimlənmə  tələb  etmir 
(mülkiyyətçi  öz  əmlakmı  məhv  edərkən,  əgər  bu  hərəkət  başqalarının  maraqlarına 
toxunmursa), bəzən də bu səbəblər təkcə  mülkiyyət  hüququ  normalarının deyil, digər  hüquq 
normalarının  təsirinə  düşmüş  olur.  Məsələn,  sığorta,  zərərvurma  nəticəsində  yaranan 
öhdəliklər və s. 
Mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsinin (xitamının) aşağıdakı 
növləri fərqləndirilir: 
1.  Daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydiyyat  yazısının  ləğv  edilməsi,  habelə 
daşınmaz əmlakın tamamilə məhv olması; 
2.  Daşınar  əşyanın  mülkiyyətçisinin  mülkiyyət  hüququndan  imtina  etməsi,  əşyanın 
məhv  olması  və  ya  sonralar  hər  hansı  başqa  şəxsin  bu  əşyaya  mülkiyyət  hüququnu  əldə 
etməsi; 
3.  Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 
4.  Qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakım özgəninkiləşdirilməsi; 
5.  Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 
6.  Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 
7.  Rekvizisiya; 
8.  Müsadirə. 
Dövlət  mülkiyyətində  olan  əmlak  özəlləşdirmə  haqqında  qanunvericilikdə  nəzərdə 
tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. 
Fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  əmlakın  dövlətin  və  cəmiyyətin 
ehtiyacları  üçün  özgəninkiləşdirilməsinə  yalnız  qabaqcadan  onun  dəyərini  ədalətli  ödəmək 
şərtilə yol verilə bilər. 
 
4.  Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. 
 
Mülkiyyət  hüququnun  müdafiəsi  mülki,  cinayət  və  digər  hüquq  elmlərinin  ən  mühüm 
problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-
iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul 


edilmiş  Konstitusiyasında  da  tapmışdır.  Mülkiyyət  toxunulmazlığı,  vətəndaşların  şəxsi 
işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, 
mülkiyyət  hüququnun  bütün  formalarının  bərabərliyi  və  s.  prinsipləri  təsbit  etməklə 
Konstitusiya  mülkiyyət  hüququnun  müdafiəsini  dövlətimizin  ən  mühüm  vəzifələrindən  biri 
hesab edir. 
Mülkiyyət  hüququnun  və  digər  əşya  hüquqlarının  müdafiəsi  dedikdə,  bu  hüquqların 
pozulmasının  aradan  qaldırılmasına,  mülkiyyətçinin  pozulmuş  hüquqlarının  bərpasına  və 
onun  hüquqlarının  müdafiəsinə  yönəldilmiş,  mülki  qanunvericilikdə  nəzərdə  tutulan 
vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir 
neçə qrupa bölünür. 
Mülkiyyət  hüququnun  müdafiəsi  vasitələri  içərisində  hər  şeydən  əvvəl  əşya  hüquqi 
iddiaları  qeyd  etmək  lazımdır.  O  vasitələri  ki,  onlar  konkret  vəzifələrlə  bağlı  deyildir, 
vəzifələri  ya  mülkiyyətçinin əşya  üzərində sahiblik, ondan  istifadə  və barəsində sərəncamını 
bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri 
və  ya  şübhələri  yox  etməkdir.  Müvafiq  olaraq  əşya-hüquqi  iddialara  başqasının  qanunsuz 
sahib  olduğu  əmlakın  mülkiyyətçi  tərəfindən  tələb  edilməsi  (vindikasiya  iddiası),  pozulmuş 
hüquqlar  sahiblikdən  məhrumedilmə  ilə  əlaqədar  olmadıqda  da  öz  hüquqlarının  bərpa 
edilməsi  (neqator  iddia)  və  nəhayət,  mülkiyyət  hüququnun  etiraf  edilməsi  haqqında 
iddialardır.  Daha  dəqiq  desək,  konkret  subyektiv  hüquq  kimi  mülkiyyət  hüququ  qeyd 
etdiyimiz iddialarla müdafiə olunur. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  ikinci,  mülki-hüquqi  vasitələr  qrupu  öhdəlik-
hüquq  xarakterli  vasitələrdir.  Onlara,  məsələn,  mülkiyyətçiyə  dəymiş  zərərin  ödənilməsi, 
əsassız  olaraq  əldə  edilmiş  əmlakın  alınması  iddiaları  və  s.  aiddir.  Bütün  bunlar  üçün 
xarakterik cəhət odur ki, onları təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq 
institutlarından  və  bu  institutlara  uyğun  olan  subyektiv  hüquqlardan  irəli  gəlir.  Məsələn, 
mülkiyyətçi əmlakı  icarəyə  verdikdə öz  hüquqlarını  müqavilə  hüququ  normaları  ilə  müdafiə 
edir. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  mülki-hüquqi  vasitələrinin  üçüncü  qrupunu  onlar 
təşkil  edir  ki,  onlar,  nə  əşya-hüquq,  nə  də  öhdəlik-hüquq  xarakterli  vasitələr  deyildir,  mülki 
hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının 
mühafizəsi, qanunun tələblərinə müvafiq olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin 
müdafiəsi belələrindəndir. 
Nəhayət,  xüsusi,  mülki-hüquqi  vasitələrin  dördüncü  qrupuna  qanunla  müəyyən 
olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin 
müdafiəsinə yönələn vasitələr daxildir. 
Azərbaycan  Respublikası  və  ya  Naxçıvan  Muxtar  Respublikası  mülkiyyət  hüququna 
xitam  verən  qanunvericilik  aktları  qəbul  etdikdə  həmin  aktların  qəbul  olunması  nəticəsində 
mülkiyyətçiyə  dəyən  zərərin  əvəzi  məhkəmənin  qərarı  ilə  Azərbaycan  Respublikası 
tərəfindən tam həcmdə ödənilir. 
Dövlət  idarəetmə  orqanları  və  ya  yerli  orqanlar  tərəfindən  qanuna  uyğun  gəlməyən 
aktın  qəbul  edilməsi  nəticəsində  mülkiyyətçinin  və  başqa  şəxslərin  onlara  məxsus  əmlaka 
sahiblik,  ondan  istifadə  və  onun  barəsində  sərəncam  hüquqları  pozularsa,  həmin  akt 
mülkiyyətçinin  və  ya  hüquqları  pozulan  şəxsin  iddiasına  əsasən,  məhkəmə  tərəfindən 
etibarsız sayıla bilər. 
Dövlət  orqanının  mülkiyyətçidən  əmlakın  bilavasitə  alınmasına  yönəldilən  qərarı  ilə 
əlaqədar  olaraq  mülkiyyət  hüququna  xitam  verilməsinə  yalnız  Azərbaycan  Respublikasının 
qanunvericilik  aktları  ilə  müəyyən  olunmuş  hallarda  və  qaydada  yol  verilir.  Bu  zaman 
mülkiyyətçiyə  eyni  dəyərə  malik  əmlak  verilir  və  ya  dəymiş  zərərin  əvəzi  tam  həcmdə 
ödənilir. 
Mülkiyyətçi,  mülkiyyət  hüququna  xitam  verən  qərarla  razılaşmadıqda,  məhkəmə 
mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz. 
Mülkiyyət  hüququnun  müdafiə  olunmasının  mülki-hüquqi  vasitələrindən  biri  kimi 
başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi - vindikasiya 
iddiasını göstərmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə