onun əldə edilməsi gəlir əldə etmək məqsədilə bazarda satılmaq üçün nəzərdə tutulur.
Mülkiyyət hüququnun obyektlərinin dövriyyə qabiliyyəti bazar iqtisadiyyatına uyğun olaraq
daim yüksəlmiş olur.
Mülki qanunvericilik xüsusi mülkiyyət hüququnun obyektləri üçün ümumi və xüsusi
rejim müəyyən etmişdir. Əgər qanunda və ya digər normativ aktlarda vətəndaşların xüsusi
mülkiyyətində olan obyektlər üçün xüsusi rejim nəzərdə tutulmamışdırsa, belə obyektlər
ümumi rejim altına düşmüş olur.
Hər şeydən əvvəl daşınmaz əmlak xüsusi rejimdə olan əmlakdır (torpaq sahələri,
yaşayış evləri, çoxillik əkmələr və s.). Göstərilən əmlaka əşya hüquqları, habelə onlar
üzərində bağlanan əqdlər dövlət qeydiyyatından keçməlidir.
Torpaq sahələrinin əldə edilməsi üçün də xüsusi qaydalar nəzərdə tutulur. Məsələn,
torpaq sahəsinin alınması üçün onun ayrılması qeydiyyatdan keçir. Həmin torpaqda ev tikmək
üçün torpağın ayrılması və qeydiyyata alınmasından başqa, evin tikilməsi üçün layihənin
təsdiqi, evin tikintisinə razılığın alınması, bir sıra yerquruluşu qaydalarına, sanitar, ekoloji
qaydalara və normalara əməl olunması tələb olunur. Qanunla müəyyən olunmuş qaydada
daşınmaz əmlak əldə edəndən sonra mülkiyyətçi bir sıra mükəlləfiyyətlər yerinə yetirməli
olur.
Onlardan biri əmlaka görə vergidir. Xüsusi hüquqi rejim daşınmaz hesab olunmayan
əmlaka da aid oluna bilər. Nəqliyyat vasitələri, odlu silah əldəetmə və s. obyektlər belə xüsusi
rejimdə ola bilər. Xüsusi rejim belə obyektlərin qeydiyyatı və saxlanması, təhlükəsizlik
qaydalarının gözlənilməsində və s. ifadə olunur.
Bələdiyyə mülkiyyət hüququ. Mülkiyyət forması kimi bələdiyyə mülkiyyətinin dövlət
mülkiyyətindən ayrılması ilk dəfə «Azərbaycan Respublikasında mülkiyyət haqqında»
Qanunla müəyyən olunmuşdur. Sonralar Azərbaycan Respublikasının yeni Konstitusiyasında
(13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit olunmuşdur.
Bələdiyyə mülkiyyətinin formalaşmasında yuxarıda göstərilən qanunvericilik
aktlarından başqa «Bələdiyyələrin statusu haqqında» 2 iyul 1999-cu il tarixli respublika
Qanunu, «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», «Bələdiyyələrin əraziləri və
torpaqları haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 7 dekabr 1999-cu il
respublika qanunları, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», 27 dekabr 2001-ci il
respublika Qanunu və s. qanunlar, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsi
mühüm rol oynamışdır.
Mülki Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə
mənsub olan əmlak onların mülkiyyətidir.
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:
- qanunvericiliyə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;
- bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;
- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə
könüllü maddi yardım şəklində verilən əmlak;
- varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;
- bələdiyyələrə vəsiyyət edilən əmlak;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak.
Bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq
əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.
Bələdiyyələr haqqında respublika qanunvericiliyinə müvafiq olaraq bələdiyyə
mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti,
bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları,
bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları,
dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və
idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
Bələdiyyələr, bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə
daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının
qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
Qanunvericiliyə əsasən, bələdiyyələr, bələdiyyə mülkiyyəti obyektlərini fiziki və
hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla
müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan
əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən
obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərlə müəyyənləşdirə bilərlər.
Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya
bələdiyyə
müstəqil
surətdə
müəyyənləşdirir.
Bələdiyyə
mülkiyyəti
obyektlərinin
özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini
reallaşdırmaq,
Azərbaycan
Respublikasının
Konstitusiyası
və
qanunları
ilə
müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə
olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib
hissəsi deyil.
Yerli büdcənin gəlirlərinə fiziki şəxslərdən alınan torpaq və əmlak vergiləri; yerli
əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və
təşkilatlardan mənfəət vergisi; bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər
obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş; kurort rüsumu, mehmanxana
rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli
vergi və ödənişlər; Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və
subvensiyalar; bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər,
lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər
gəlirlər; fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və
qrantları; dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan
xərclərin ödənilməsi üçün maliyyə vəsaitləri və s. aid edilir.
Bələdiyyə mülkiyyətinin mühüm bir hissəsini bələdiyyə torpaqları təşkil edir. Müvafiq
inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində
saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar sıxılmaqla qalan torpaqlar bələdiyyə
torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki
şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına
bölünür.
Bələdiyyələr
haqqında
respublika
qanunvericiliyinə
uyğun
olaraq,
torpaq
münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində
qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik,
onlardan istifadə və onlar barədə sərəncam vermək; onları ümumi istifadəyə, hüquqi və fiziki
şəxslərin istifadəsinə, icarəsinə və respublika vətəndaşlarının və hüquqi şəxslərinin
mülkiyyətinə vermək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə
haqqını almaq; ehtiyac yarandıqda respublikanın torpaq qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada onları geri almaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair
proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə torpaqlarından
səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və respublika
qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdirlər.
Bələdiyyələrin mülkiyyətində, həmçinin, su təsərrüfatı obyektləri də ola bilər.
Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı
obyektləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.
Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti aşağıdakı şərtlərlə yaradıla
bilər:
1) qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su təsərrüfatı
obyektlərini bələdiyyə mülkiyyətinə verməklə;
2) bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla;
3) hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini əqdlər
əsasında bələdiyyə mülkiyyətinə almaqla;
Dostları ilə paylaş: |