1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

4)  qanunvericilikdə 
nəzərdə 
tutulmuş 
digər 
şərtlərlə. 
          Bələdiyyə  mülkiyyətində  olan  su  təsərrüfatı  obyektlərindən,  əsasən  əhalinin  həyat  və 
sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq, onları içməli su ilə təchiz etmək, 
təsərrüfat-məişət ehtiyaclarını ödəmək,  habelə kütləvi  istirahət  (rekreasiya),  müalicə, turizm, 
idman və başqa məqsədlər üçün istifadə edilir. 
Mülkiyyət  hüququnun  növləri.  Mülkiyyət  hüququnun  formaları  öz  növbəsində 
növlərə  bölünə  bilər.  Məsələn,  vətəndaşların  və  ya  hüquqi  şəxslərin  mülkiyyəti  növ  kimi 
müvafiq mülkiyyət formalarının tərkibində nəzərdən keçirilə bilər. 
Mülkiyyətin  növlərə  ayrılmasının  müxtəlif  səbəbləri  ola  bilər.  Növlər  bir  mülkiyyət 
formasının  hüdudlarından  çıxmaya  da  bilər  (dövlət  -  bələdiyyə),  eyni  zamanda,  mülkiyyətin 
formasından  asılı  olmaya  da  bilər.  Məsələn,  ümumi  mülkiyyət  hüququnun  iki  növü  -  paylı 
mülkiyyət  və  birgə  mülkiyyət  hüququ  iki  və  daha  artıq  şəxsə  məxsusdur.  Burada  payçılar 
qismində həm dövlət, həm də xüsusi mülkiyyətçilər çıxış edə bilər. 
Mülkiyyətin  növlərə  bölünməsi  konkret  əmlakdan  da  asılı  ola  bilər.  Bu  nöqteyi-
nəzərdən mülkiyyət hüququnu daşınar və daşınmaz əmlaka görə də fərqləndirmək olar. 
Mülkiyyət  hüququnun  növləri  eyni  zamanda  yarımnövlərə  də  ayrıla  bilər.  Məsələn, 
xüsusi  mülkiyyətin  növü  kimi  hüquqi  şəxslərin  mülkiyyətini  öz  növbəsində  təsərrüfat 
ortaqlıqları  və  cəmiyyətləri,  istehsal  və  istehlak  kooperativləri,  ictimai  və  dini  təşkilatların 
mülkiyyətinə və s. bölmək olar. 
Mülki  qanunvericilikdə  mülkiyyət  hüququnun  xüsusi  bir  növü  olan  ümumi  mülkiyyət 
hüququna geniş yer verilir. 
İki və ya bir neçə şəxsin (mülkiyyətçilərin) eyni bir əmlak üzərində mülkiyyəti ümumi 
mülkiyyət  adlanır.  Ümumi  mülkiyyət  hüququ  dedikdə,  eyni  bir  əmlakın  bir  neçə  şəxsə 
məxsus  olduğunu  təsbit  və  mühafizə  edən,  həmin  əmlak  üzərində  ümumi  mülkiyyətçilər 
tərəfindən  birlikdə  sərəncam  verilməsini,  sahibliyini  və  istifadə  etmələrini  nizama  salan 
hüquq  normalarının  məcmusu  başa  düşülür.  Ümumi  mülkiyyət  hüququ  aşağıdakı  əlamətləri 
ilə xarakterizə edilir: 
1.  Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada subyektlərin sayı 
həmişə ikidən artıq olur; 
2.  Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə olunur. 
Ümumi  mülkiyyət  iştirakçıları  mülkiyyət  hüququnu  bütün  mülkiyyətçilərin razılığı  ilə 
həyata  keçirirlər.  Onlardan  heç  biri  digər  mülkiyyətçilərin  razılığı  olmadan  əmlak  üzərində 
sərəncam verməyə haqlı deyildir. 
Ümumi  mülkiyyət  hüququ  qanundan,  müqavilədən,  vərəsəlikdən  və  digər  əsaslardan 
əmələ gələ bilər. 
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir: 
1.  Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət); 
2.  Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət). 
 
Ümumi  mülkiyyətin  növləri  arasındakı  fərq  ondan  ibarətdir  ki,  paylı  ümumi 
mülkiyyətdə  iştirak  edən  hər  bir  şəxsin  payı  əvvəlcədən  məlum  olur.  Birgə  ümumi 
mülkiyyətdə isə iştirakçıların payı məlum olmur. 
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və yaxud qeyri-
bərabər  ola  bilər.  Mülki  Məcəllənin  214-cü  maddəsinə  əsasən,  əgər  paylı  mülkiyyət 
mülkiyyətçilərinin  payları  bu  Məcəlləyə  əsasən,  təyin  edilə  bilmirsə  və  bütün 
mülkiyyətçilərin  razılaşması  ilə  müəyyənləşdirilməyibsə,  paylar  bərabər  sayılır.  Paylı 
mülkiyyətin  bütün  mülkiyyətçilərinin  razılaşması  ilə,  ümumi  mülkiyyətin  yaradılmasına  və 
artırılmasına  onlardan  hər  birinin  qoyduğu  mayadan  asılı  olaraq,  onların  paylarının 
müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 
Paylı  mülkiyyətin  mülkiyyətçisi  ümumi  mülkiyyətdən  istifadənin  müəyyənləşdirilmiş 
qaydasına  əməl  etməklə  öz  hesabına  bu  əmlakı  yaxşılaşdıran  əlavələr  etmişsə  və  həmin 
əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə 
artırılması hüququna malikdir. 
Paylı  mülkiyyətdə  olan  əşyaya  sahiblik  və  ondan  istifadə  onun  bütün 
mülkiyyətçilərinin  razılaşması  əsasında,  razılaşma  əldə  edilmədikdə  isə  məhkəmənin 


müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 
Paylı  mülkiyyətdə  hər  bir  iştirakçı  öz  payını  bağışlama,  mübadilə,  satma  yolu  ilə 
özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən qalan iştirakçılara həmin payı almaq 
üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan 
ayırmağı  tələb  etməyə  haqlıdır.  Əmlakı  onun  təsərrüfat  təyinatına  zərər  yetirmədən  bölmək 
mümkün olmadıqda payın əvəzi pulla verilir. 
Ümumi  mülkiyyətin  ikinci  növü  birgə  mülkiyyətdir.  Birgə  mülkiyyət  dedikdə,  əmlak 
üzərində bir  neçə şəxsin paylar  məlum olmayan  mülkiyyəti başa düşülür.  Birgə  mülkiyyətin 
də iki növü fərqləndirilir: 
1.  Ər-arvadın birgə mülkiyyəti; 
2.  Kəndli  (fermer)  təsərrüfatı  üzvlərinin  birgə  mülkiyyəti.  Ər-arvad  və  yaxud  kəndli 
(fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə və sərəncam hüququnu öz 
aralarında  razılığa  əsasən,  həyata  keçirirlər.  Birgə  mülkiyyət  hüququna  əşyanın  (əmlakın) 
özgəninkiləşdirilməsi  və  ya  birgə  mülkiyyətin  əmələ  gəlməsinə  əsas  vermiş  ümumiliyin 
mövcudluğuna son qoyulması ilə xitam verilir. 
 
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). 
 
 
Mülkiyyət  hüququ  elə  subyektiv  hüquqlara  aiddir  ki,  o  müəyyən  hüquqi  faktların 
olması  və  yaxud  onların  məcmusu  zamanı  əldə  edilir.  Belə  hüquqi  faktlar  mülkiyyət 
hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır. 
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə bölünür. 
İlkin  və  törəmə  üsulların  fərqləndirici  kriteriyalarına  gəlincə,  birincisində  kriteriya  kimi 
iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür. 
İradəvi  kriteriya  tərəfdarları  hesab  edirlər  ki,  mülkiyyət  hüququnun  əldə  edilməsinin 
ilkinə elə üsullar aiddir ki, bu zaman  mülkiyyət hüququ iradədən asılı olmayaraq əldə edilir. 
Törəmədə isə mülkiyyət hüququ mülkiyyətçi sələfin iradəsindən asılı olaraq əldə edilir. 
Hüquq varisliyi üsullarının tərəfdarları isə ilkinə o üsulları aid edirlər ki, onun əsasında 
hüquq varisliyi yoxdur, törəmədə isə üsullar hüquq varisliyinə söykənir. 
Bu  mübahisələr  həm  nəzəri,  həm  də  praktiki  əhəmiyyət  daşıyır.  Məsələn,  iradəvi 
kriteriyanın tərəfdarları milliləşdirməni sözsüz olaraq mülkiyyət hüququnun əldə edilməsinin 
ilkin üsullarına şamil edirlər. Dövlət bu zaman əvvəlki  mülkiyyətçinin iradəsi ziddinə olaraq 
mülkiyyətçi  olur.  Əksinə,  hüquq  varisliyi  üsullarının  tərəfdarları  isə  milliləşdirməni 
mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu hesab edirlər. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  və  törəmə  üsulları  qüvvədə  olan 
qanunvericiliklə  birbaşa  olaraq  təsbit  edilməmişdir.  Lakin  bu  üsullar  qanunun  təfsirində  öz 
əksini tapır. 
İlkin  üsulla  mülkiyyət  hüququnun  əldə  edilməsi  o  deməkdir  ki,  əşya  üzərində 
mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə əldə edilir. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsuluna  aşağıdakılar  aid  edilir:  yeni 
hazırlanmış  əşya  üzərində  mülkiyyət  hüququnun  əldə  edilməsi;  emal;  yığılması  hamıya 
müyəssər olan əmlakın  mülkiyyətə  götürülməsi; sahibsiz əmlak  üzərində  mülkiyyət  hüququ; 
tapıntı;  nəzarətsiz  heyvanlar;  dəfinə;  əldə  etmə  müddəti;  özbaşına  (icazəsiz)  tikilmiş  tikililər 
üzərində mülkiyyət hüququnun əldə edilməsi və s. 
Mülkiyyət  hüququnun  törəmə  üsulla  əldə  edilməsinə  aiddir:  milliləşdirmə; 
özəlləşdirmə;  hüquqi  şəxsin  ləğvi  və  yenidən  təşkili  zamanı  onun  əmlakına  mülkiyyət 
hüququnun  əldə  edilməsi;  rekvizisiya  və  müsadirə;  vərəsəlik  hüququ  əsasında  mülkiyyət 
hüququnun əldə edilməsi və s. 
Bu  üsulların  bəziləri  (məsələn,  rekvizisiya,  müsadirə  və  s.)  həm  də  mülkiyyət 
hüququnun  itirilməsi  (xitamı)  üsullarına  aiddir.  Çünki  bazar  iqtisadiyyatı  dövründə  şeylərin 
mülki dövriyyədə dolanmasının  yüksəlməsi, onlara sahiblik  hüququnun  da tez-tez dəyişməsi 
ilə səciyyələnir. Bu isə bir şəxsdə, mülkiyyət hüququnun əldə edilməsi, digər şəxsdə isə belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə