1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   2   3   4   5   6   7   8   9   ...   70

ictimai münasibətlərin müdafiəsi və təmini üzrə dövlət fəaliyyətini nəzərdə tutur: 
a) vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğa və hüquq qaydalarına 
riayət etməsi; 
b) bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək; 
c) ətraf mühitin mühafizəsi və s. 
Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğun  olaraq  insan  və  vətəndaşların 
hüququnun  tanınması,  onlara  riayət  olunması  və  müdafiəsi  -  dövlətin  ali  məqsədidir.  İnsan 
doğulduğu  andan  ona  məxsus,  ayrılmaz  olan təbii  hüquq  və azadlıqlara  malikdir. Dövlət hər 
kəsin hüquq və azadlığının  məhkəmədə  müdafiəsini təmin edir. Cinayətdən və  hakimiyyətin 
özbaşınalığından  zərər  çəkən  vətəndaşın  hüququ  qanunla  qorunur.  Hər  bir  şəxsin  dövlət 
hakimiyyəti  orqanları  və  ya  onun  vəzifəli  şəxslərinin  qanunsuz  hərəkətləri  (yaxud 
hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var. 
Azərbaycan Respublikasında xüsusi, dövlət və bələdiyyə mülkiyyət formaları eyni cür 
tanınır və müdafiə olunur. 
Dövlət hər bir şəxsə ətraf  mühitdən faydalanmaq, ekoloji hüquqpozmalar nəticəsində 
onların əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsinə hüquq verir. 
Nizamlayıcı  funksiya  ictimai  istehsalın  təşkilində,  ölkə  iqtisadiyyatının  inkişafında, 
şəxsiyyətin  formalaşması  üçün  zəruri  şəraitin  yaradılmasında  dövlətin  rolunu  xarakterizə 
edir. Bu məqsədlə dövlət insanların maddi rifahının və mənəvi inkişafının qayğısına qalaraq, 
insanların və cəmiyyətin maraqları naminə təsərrüfat həyatını nizamlayır. 
Nizamlayıcı  funksiyalara  iqtisadi,  sosial  funksiyaları,  vergiqoyma  funksiyasını  və 
vergilərin yığılmasını və s. aid etmək olar. 
Dövlətin iqtisadi funksiyası aşağıdakı müddəalarla xarakterizə olunur: 
a)  iqtisadi siyasətin işlənib hazırlanmasına; 
b)  dövlət müəssisə və təşkilatlarının idarə edilməsi; 
c)  qiymət 
siyasətinin 
və 
bazarın 
hüquqi 
əsaslarının 
müəyyən 
edilməsi; 
ç)  dövlətin xarici iqtisadi münasibətlərinin nizamlanması. 
Azərbaycan Respublikası demokratik dövlət kimi  iqtisadi  məkanın  vahidliyinə  uyğun 
olaraq  maliyyə  vəsaitlərinin,  malların  və  xidmətlərin  sərbəst  hərəkətinə,  rəqabətin 
həvəsləndirilməsinə, iqtisadi fəaliyyətin sərbəstliyinə təminat verir. 
Dövlətin  sosial  funksiyası  insanın  layiqli  həyat  şəraitinin  inkişafını  və  onun  təmin 
edilməsini  nəzərdə  tutur.  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğun  olaraq 
Azərbaycan  Respublikasında  insanların  əmək  və  sağlamlığı  mühafizə  olunur,  təminatlı 
minimum  əmək  haqqı  müəyyən  olunur,  ailələrə  (analara,  atalara  və  uşaqlara),  əlil  və  ahıl 
vətəndaşlara dövlət himayəsi göstərilir, sosial xidmət sistemləri inkişaf edir, dövlət müavinət 
və pensiyaları müəyyən edilir. 
Vergiqoyma  və  vergilərin  yığılması  -  dövlətin  mühüm  funksiyası  hesab  olunur.  Bu 
onunla əlaqədardır ki, dövlət büdcəsi müxtəlif növ vergilərdən, rüsumlardan, yığımlardan və 
başqa  məcburi  ödəmələrdən  təşkil  olunur.  Azərbaycan  Respublikasında  vergi  xidməti 
yaradılmış  və  fəaliyyət  göstərir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  73-cü 
maddəsinə  uyğun  olaraq  hər  kəs  qanunla  müəyyən  olunmuş  həddə  vergi  və  rüsumlar 
ödəməlidir. 
2.      Xarici  funksiya  dövlətin  xarici  fəaliyyətində,  onun  başqa  dövlətlərlə  qarşılıqlı 
münasibətində  təzahür  edir.  Xarici  funksiyalara  aiddir:  qarşılıqlı  faydalı  beynəlxalq 
əməkdaşlıq, xarici hücumlardan dövlətin müdafiəsinin təminatı və başqaları. 


          Beynəlxalq əməkdaşlıq iki əsas istiqamətdə həyata keçirilir: 
a)  xarici siyasi fəaliyyət; 
b) humanitar  sahədə,  təbiətin  mühafizəsi  və  digər  sahələrdə  beynəlxalq  iqtisadi 
fəaliyyət və əməkdaşlıq. 
Azərbaycan  Respublikasının  xarici  siyasi  fəaliyyəti  bütün  ölkələrin  dövlət 
suverenliyinin,  suveren  bərabərliyinin  tanınması  və  bunlara  hörmət  edilməsinə; 
bərabərhüquqluluq  və  onların  daxili  işlərinə  qarışmamağa;  ərazi  bütövlüyünə  və  mövcud 
sərhədlərin  pozulmazlığına  hörmətə;  zor  tətbiq  etmək  və  zorla  hədələməkdən,  iqtisadi  və 
başqa metodlarla təzyiq tətbiq etməkdən imtinaya; azlıq təşkil edən xalqlar da daxil olmaqla 
insanların hüquq və azadlıqlarına hörmətə; götürdüyü öhdəliklərə və hamılıqla qəbul edilmiş 
beynəlxalq hüququn prinsip və normalarının vicdanla yerinə yetirilməsinə əsaslanır. 
Azərbaycan  Respublikası  -  1991-ci  ildən  BMT-nin,  2001-ci  ildən  etibarən  Avropa 
Şurasının üzvüdür. O, bir çox digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir. 
Azərbaycan  Respublikasının  müdafiə  funksiyası  Azərbaycanın  milli  təhlükəsizlik 
tələblərinə  cavab  verən  ölkənin  müdafiə  qabiliyyətinin  lazımi  səviyyədə  saxlanılması 
prinsipinə, onun ərazisinin tamlığının və toxunulmazlığının təminatı prinsipinə əsaslanır. 
Dövlətin daxili və xarici funksiyaları qarşılıqlı əlaqələndirilir və bir-birini şərtləndirir. 
         Dövlətin  formaları.  Dövlətin  forması  onun  xarici  əlamətlərinin  məcmusu  kimi  bu 
dövlətdə  hakimiyyətin  təşkilinin  necəliyini,  hakimiyyətin  necə,  hansı  orqan  və  metodlarla 
həyata  keçirildiyini  göstərir.  Dövlətin  forması  onun  ibarət  olduğu  üç  elementlə  xarakterizə 
olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. 
1.  İdarəetmə  forması  dedikdə,  dövlətin  dövlət  başçısının  hüquqi  statusu  və  ya  ali 
dövlət  hakimiyyəti  orqanları  arasında  hakimiyyət  səlahiyyətlərinin  bölgüsü  ilə  xarakterizə 
olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya 
bölünür. 
Monarxiyada  ali  hakimiyyət  tam  şəkildə  və  ya  qismən  təkhakimiyyətli  dövlət 
başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, 
bir  qayda  olaraq  orta  əsrlərin  son  dövrləri  üçün  xarakterik  olan  mütləq  monarxiyaya  (belə 
dövlətdə monolit hakimiyyət heç nə ilə  məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə 
dövlət  başçısı  (monarx)  ilə  bərabər  başqa  bir  ali  orqan  məsələn,  parlament  olur)  bölünür. 
Məhdud  monarxiyanın  müasir  forması  parlamentli  monarxiyadır.  Burada  monarxın  rolu 
ancaq  formal  xarakter  daşıyır,  dövlətin  idarə  olunmasında  aparıcı  rol  parlament  tərəfindən 
formalaşan hökumətə məxsusdur. Parlamentli  monarxiyaya tipik misal olaraq müasir Böyük 
Britaniyam göstərmək olar. 
Respublikada  hakimiyyətin  bütün  ali  orqanları  müəyyən  müddət  üçün  seçilir  və  ya 
təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər. 
Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin 
təşkilində  də  ölkənin  idarə  edilməsi  kimi  onun  rolu  nominal  xarakter  daşıyır.  Baş  nazirin 
başçılıq  etdiyi  hökumət  parlament  tərəfindən  formalaşdırılır  və  onun  qarşısında  siyasi 
məsuliyyət  daşıyır  (məsələn,  parlament  hökumətə  etimadsızlıq  göstərə  bilər  ki,  bu  da 
hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı 
parlamenti  vaxtından  əvvəl  buraxa  bilər.  Lakin  bu  bir  qayda  olaraq  prezidentin  şəxsi 
təşəbbüsü  ilə  deyil,  hökumətin  tələbi  ilə  baş  verir.  Belə  ki,  Italiya  prezidenti  (parlamentli 
respublika)  ölkənin  Konstitusiyasına  müvafiq  olaraq  iki  müxtəlif  pilləli  parlamentlərin 
sədrlərini  dinləyərək  hər  iki,  yaxud  bir  palatam  buraxa  bilər.  Bu  hal  onların  mövqelərində 
qarşısıalınmaz  ziddiyyətlərin  mövcud  olduğu  halda  mümkündür.  Hal-hazırda  parlamentli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə