1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu maddədə 
əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır. İnvestitura - konkret şəxslərin vəzifəyə 
təyin  olunması  ilə  bağlı  səlahiyyətlər  məcmusudur.  İnvestitura  icra  hakimiyyətinə  müəyyən  üstünlüklər 
verən  institutdur.  Belə  ki,  vəzifəyə  təyin  edilən  şəxslərin  şəxsi  keyfiyyətləri  nəzərə  alındığından,  bir  çox 
hallarda  icra  hakimiyyətinin  bundan  sui-istifadə  ehtimalı  mövcud  olur.  Yəni  icra  hakimiyyəti  başçısı  təyin 
edilən  şəxslərin  peşəkarlıq,  təcrübəlilik  meyarları  ilə  yanaşı,  onların  sədaqətlilik,  partiya  mənsubiyyəti  və 
sair  keyfiyyətləri  də  nəzərə  alınır.  95-ci  maddəyə  görə  Milli  Məclis  prezidentin  təqdim  etdiyi  hərbi 
doktrinanı,  dövlət  büdcəsini  təsdiq  edir,  Baş  nazirin  təyin  olunmasına  razılıq  verir,  yuxarı  instansiya 
məhkəmələrinin  -  Konstitusiya  Məhkəməsinin,  Ali  Məhkəmənin,  apelyasiya  məhkəmələrinin  hakimlərini 
vəzifəyə  təyin  edir,  Baş  prokurorun  təyin  olunmasına  və  vəzifədən  kənarlaşdırılmasına  razılıq  verir, 
beynəlxalq müqavilələri, Milli Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan 
Nazirlər  kabinetinə  etimad,  prezidentin  impiçment  qaydasında  vəzifədən  kənarlaşdırılması,  prezidentin 
müraciətinə  əsasən  müharibə  və  sülhə  razılıq  verilməsi,  ordunun  təyinatı  ilə  bağlı  olmayan  işlərə  cəlb 
edilməsi  məsələlərinə  razılıq  verir.  Bunların  da  içərisində  ən  təsirlisi  dövlət  büdcəsinin  təsdiqi  və  onun 
icrasına  nəzarətdir.  Dövlət  büdcəsini  təsdiq  etməklə  qanunverici  orqan  bütövlükdə  icra  hakimiyyətinə  təsir 
edə  bilir  və  çox  vacib  faktor olan  maliyyə  sferasında  bu  hakimiyyət  budağının  fəaliyyətinə  müdaxilə  edir. 
Lakin  bu  səlahiyyətdən  ildə,  ancaq  bir  dəfə  istifadə  edilməsi  dövlət  büdcəsinin  icrası  zamanı  baş  verən 
dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını məhdudlaşdırır. 95-ci maddənin 1-5-ci 
bəndlərində  nəzərdə  tutulan  məsələlər  üzrə  (MM-in  işinin  təşkili,  prezidentin  təqdimatı  ilə  diplomatik 
nümayəndəliklərin  təsis  olunması,  inzibati  ərazi  bölgüsü,  dövlətlərarası  müqavilələrin  təsdiqi,  dövlət 
büdcəsinin  təsdiqi)  qanunlar  qəbul  edilir.  Milli  Məclis  konstitusiya  ilə  nəzərdə  tutulan  hallarda  prezident 
fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə vəziyyət elan edilməsi haqqında 
fərmanlar Milli Məclisin təsdiqinə  verilir. O cümlədən, Milli Məclis Baş nazirin  vəzifəyə təyin edilməsinə 
razılıq verir.  
İcra  hakimiyyətinin  Milli  Məclisin  fəaliyyətinə  müdaxilə  etməsinə  imkan  verən  əsas  səlahiyyət 
promulqasiya  -  qanunları  imzalamaq  və  dərc  etmək,  habelə  veto  qoymaq  hüququdur.  Prezidentin  veto 
hüququ  Konstitusiyada  birbaşa  göstərilməsə  də  110-cu  maddənin  I  hissəsində  deyilir ki, qanun prezidentin 
etirazını  doğurursa,  o,  qanunu  imzalamayıb  öz  etirazları  ilə  Milli  Məclisə  qaytara  bilər.  Bu  maddənin  II 
hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul olunan qanunları 95 səs çoxluğu, 63 
səs çoxluğu ilə qəbul olunan qanunları isə 83 səs çoxluğu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən 
sonra  qüvvəyə  minir.  Qanunlar  isə  Milli  Məclisin  hər  sessiyası  zamanı  qəbul  olunur  və  hər  biri  də  mütləq 
prezident tərəfindən imzalanmalıdır. Bu isə icra hakimiyyətinə böyük imkanlar verir.  
Azərbaycan  Respublikası  Milli  Məclisinin  hakimiyyətin  digər  qolu  -  məhkəmə  hakimiyyəti  ilə  də 
qarşılıqlı əlaqəsi vardır. 
Məhkəmə  hakimiyyətinin  fəaliyyəti  müəyyən  mənada  qanunverici  hakimiyyətdən  asılıdır.  Məhz 
qanunverici  hakimiyyət  məhkəmə  quruluşu,  hakimlərin  statusu,  məhkəmə  icraatı  və  s.  ilə  bağlı  məsələləri 


nizama  salır.  Belə  hüquqi  tənzimlənmənin  əsasını  isə  Konstitusiya  təşkil  edir.  Məhz  konstitusiyalarda 
məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur. 
Qanunverici  hakimiyyətin  məhkəmə  hakimiyyətinə  təsiri  eyni  zamanda  hakimlərin  təyinində  və 
amnistiya aktlarının tətbiqində özünü göstərir. 
Lakin  qanunverici  hakimiyyətin  məhkəmə  hakimiyyətinə  təsiri  birtərəfli  deyildir.  Məhkəmə 
hakimiyyəti  də  qanunverici  orqanın  qəbul  etdiyi  aktların  Konstitusiyaya  zidd  olduğu  barədə  qərar  qəbul 
etməklə qanunverici  hakimiyyətə qarşılıqlı təsir göstərir. Bu təsir eyni zamanda Milli  Məclis deputatlarının 
seçkilərinin  nəticələrinin  yoxlanılması  və təsdiqində də özünü göstərir. Konstitusiyanın 86-cı  və 2003-cü il 
27  may  tarixli  «Azərbaycan  Respublikasının  Seçkilər  Məcəlləsi»nin  171-ci  maddəsinə  görə  Milli  Məclis 
deputatları  seçkilərinin  nəticələrini  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  yoxlayır  və  təsdiq 
edir. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  fəaliyyətinin  əsasları  
Azərbaycan  Respublikası  Konstitusiyasının  7  və  81-ci  maddələrinə  görə  Azərbaycan  Respublikasında 
qanunvericilik  hakimiyyəti  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  həyata  keçirilir.  Milli 
Məclis 125 deputatdan  ibarət tərkibdə  fəaliyyət göstərir. Milli Məclisin deputatları  majoritar seçki  sistemi, 
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər  çağırışının  səlahiyyət  müddəti  5  ildir.  Daxili 
nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur: 
-     aşkarlıq; 

siyasi plüralizm, çoxpartiyalılıq; 

məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.  
Milli  Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır. 
Milli Məclis hər il iki növbəti sessiyaya yığılır: 
1)  yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir; 
2)  payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir. 
Növbədənkənar  sessiyaları  isə  Milli  Məclisin  sədri  Azərbaycan  Respublikası  Prezidentinin  və  ya 
Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu sessiyalar deputatların tətil dövründə cağırılarsa, 
bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar 
dövründə  Milli  Məclis  iclaslar  keçirir.  Növbəti  çağırışın  I  iclasını  ən  qocaman  deputat  açır,  seçilmiş 
deputatların siyahısını oxuyur. O, sədr seçilənədək I iclası aparır. I iclasda  hesablayıcı komissiya, sonra  isə 
sədr  seçilir  və  bununla  da  I  iclas  işini  bitirir.  Sədrin  seçilməsi  üçün  onun  63  deputatın  səsini  alması  tələb 
olunur. 
Daxili  nizamnaməyə  görə  Milli  Məclisin  iclasları  ayda  2  dəfədən  az  olmayaraq  keçirilir.  İclasların 
günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə, iclas səlahiyyətli hesab 
olunur.  Milli  Məclisin  iclasları  açıq,  aşkarlıq  şəraitində  keçirilir  və  kütləvi  informasiya  vasitələri  ilə 
işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır. Bunun üçün deputatların sadə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə